Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə26/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   22   23   24   25   26   27   28   29   ...   402

 

54 


səbəbdən  də  obyektlərdən hər  biri insanda müxtəlif  duyğular  yaradır. 

Puruşadan fərqli olaraq prakriti passivdir və şüura malikdir. Prakriti və 

puruşanın  kontaktı  isə  predmetlərin  və  bütövlükdə  Kainatın 

təkamülünə başlanğıc verir. 

Ortodoksal  təlimlərdən  üçüncüsü  olan  yoqa  insan  ruhunu 

kamilliyə  çatdırmaq,  onu,  salındığı  bədən  adlı  həbsxanadan 

qurtarmaq,  ruhun  doğuluş  və  ölüm  sərhədlərini  qıraraq  əbədiyyətə 

qovuşdurmaq  məqsədilə  yaradılmış  çoxsaylı  bədən  hərəkətləri 

kompleksini  özündə  birləşdirir.  Bu  hərəkətlər  əsasən  iki  məqsədə 

xidmət edir; bədənin istək və meyllərindən imtina etmək və müşahidə 

- meditasiya - vəziyyətinə daxil olmaq. 

Ortodoksal  təlimlərdən  dördüncüsü  olan  nyaya  təliminin  əsas 

müddəaları  ilk  dəfə  onun  əsasını  qoymuş  Qotamanın  "Nyaya-sutra

əsərində  verilmiş,  sonralar  onun  başqa  ardıcılları  tərəfindən  inkişaf 

etdirilmişdir. 

Nyaya  da  yoqa  kimi,  insan  həyatının  mənasını  ruhun  fani 

dünyanın  əzablarından  qurtulmasında,  daim  təkrarlanan  "doğulmuş  - 

əziyyətlərə bürünmüş həyat - ölüm" zəncirinin gətirdiyi işgəncələrdən 

azad edilməsində - mokşada - görür. Bu təlimin tərəfdarları belə hesab 

edirlər  ki,  insan  ruhunun  əbədiyyətə  qovuşması  idrak  yolu  ilə 

mümkündür.  Nyaya  idrakın  dörd  mənbəyini  qeyd  edir;  qavrayış, 

nəticə,  müqayisə  və  isbat.  Qavrayış  hissi  idrakla  bağlıdır.  Nəticə 

obyektin  əsas  əlamətlərin  üzə  çıxarılması  məqsədinə  xidmət  edir. 

Predmetlərlə  onların  daşıdığı  ad  arasındakı  münasibətlər  müqayisə 

prosesində  aşkar  edilir.  Və  nəhayət,  isbat  hissi  qavrayış  vasitəsi  ilə 

əldə  edilməsi  mümkün  olmayan  biliklərin  nüfuzlu  şəxslərin 

mülahizələri ilə əlaqələndirilməsinə əsaslanır. 

Qeyd  edək  ki,  nyaya  təlimində  idrakın  predmetlərlə  onların 

daşıdığı  ad arasındakı münasibətlərin müqayisəsinə  yönəlmiş  üçüncü 

mənbəyi, artıq qeyd olunduğu kimi, Platonun adlar təlimi ilə və qədim 

Çin  təlimi  olan  konfusiçiliyin  adların  təshihi  ideyası  ilə  son  dərəcə 

səsləşir. 

Qədim  hind  fəlsəfəsində  ortodoksal  təlimlərdən  beşincisi  olan 



vayşeşika təliminin əsasını Kanada qoymuşdur. Onun Vayşeşika-sutra 

əsəri  bu  nəzəriyyənin  ilk  sistematik  şərhi  hesab  olunur.  Vayşeşika 

nyaya ilə bir sıra ümumi əlamətlərə malikdir. Sonradan bu iki cərəyan 

birləşərək  vahid  bir  məktəb  də  yaratmışlar.  Vayşeşikaya  görə,  bütün 

fiziki  obyektlər  müəyyən  atomlardan  təşkil  olunmuşlar.  Bu  atomlar 

iki-bir,  üç-bir  birləşərək  müxtəlif  varlıqları  yaradırlar.  Atomlar  heç 

kim  tərəfindən  yaradılmamışlar.  Lakin  onların  ümumi  idarə  olunma 

başlanğıcı vardır. Bu, İşvaradır. 




 

55 


Ortodoksal  təlimlərdən  sonuncusu,  altıncısı  olan  vedanta 

təliminin  adı  sanskrit  dilində  vedaların  sonu  deməkdir.  Vedantanın 

ilkin  şərhi  Badarayana  (2-3cü  əsrlər)  tərəfindən  onun  Vedanta-sutra 

adlı  əsərində  verilmişdir.  Bu  əsərdə  vedantanın  əsas  müddəalarının 

müfəssəl  şərhi  verilir.  Brahmanın  ali  reallıq  kimi  əsaslandırılması, 

onun 


hadisələr 

dünyasına 

və 

fərdi 


ruha 

münasibətinin 

aydınlaşdırılması, həmçinin dünyanın bir vahid kimi qavranılması ilə 

real həyatdakı müxtəlifliyin eyni bir konsepsiyada birləşdirilmə meyli 

burada  geniş  yer  almışdır.  Vedanta  vedaların  məzmununu  mütləq 

həqiqət  kimi  qəbul  edərək  vedaların,  hətta  dünyanın  özündən  də 

qədim olması mövqeyindən çıxış edir. Vedantanın diqqət mərkəzində 

dünya  ruhu  brahman  ilə  fərdi  ruh  atman  arasındakı  münasibətlər 

durur.  Vedanta  belə  hesab  edir  ki,  vedalar  brahmanın  nəfəsindən 

yaranmışdır.  Bu  həqiqi  mütləq  bilik  sonradan  xatırlanaraq  yazıya 

köçürülmüşdür. Göründüyü kimi, vedanta da, mimansa kimi bilavasitə 

veda mətnlərinə əsaslanır. Hind fəlsəfəsinin sankhya, nyaya, vayşeşika 

 

yoqa 

kimi 


digər 

ortodoksal 

təlimləri 

isə 


mətnləri 

ehkamlaşdırmayıb, bu mətnlər üzərindəki düşüncələrə istinad edilir. 

Ənənəvi  hind  fəlsəfəsinin  qeyri-ortodoksal  cərəyanları  isə, 

artıq  qeyd  olunduğu  kimi,  vedaların  avtoritetini  qəbul  etməmişlər. 

Haqlarında  bu  vaxta  qədər,  ümumiyyətlə,  söhbət  gedən  qeyri-

ortodoksal  təlimlərə  qaldıqda  isə,  onlara  konkret  olaraq  caynizm, 



buddizm və lokayata aiddir. 

Hindistanın qeyri-ortodoksal təlimlərindən olan caynizm şimal-

şərqi  Hindistanda  yaranaraq  sonradan  onun  bütün  ərazisində 

yayılmışdır.  Caynizmin  banisi  sonradan Cina  -  "qalib"  - adlandırılan 



Vardhama  olmuşdur.  Caynizmin  əsasında  iki  əbədi  varlıq  haqqında 

müddəa durur. Bu varlıqlar aşağıdakılardır: civa (ruh) və aciva (qeyri-

ruh).  Civanın  mükəmməl  və  ya  qeyri-mükəmməl  vəziyyətdə  ola 

bilməsi  onun  aciva  ilə  bağlılıq  dərəcəsindən  asılıdır.  Civa  özünün 

mükəmməl  varlıq  vəziyyətində  aciva  ilə  birləşərkən  həqiqi 

keyfiyyətlərini  itirir  və  əzablara  məruz  qalır;  mükəmməl  varlıq 

vəziyyətində  isə  o,  öz  mövcudluğunu  idarə  etmək  imkanına  malik 

olur. 


Ənənəvi hind fəlsəfəsinin qeyri-ortodoksal cərəyanlarından biri 

kimi  yaranan  və  sonradan  isə  dünya  dinlərindən  birinə  çevrilən 



buddizm  təliminin  banisi  Siddhartha  Qautamadır.  Siddhartha 

Qautama  hökmdarlar  nəslindən  olmuş,  hakimiyyətdən  imtina  etmiş, 

uzun müddət tərki-dünya həyat sürmüş və tərki-dünyalıq şəraitində öz 

təlimini yaratmışdır. Sonradan o Budda, yəni "nurlu" adlandırılmışdır. 

Buddizm təliminin adı da elə buradan götürülmüşdür. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə