Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə28/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   24   25   26   27   28   29   30   31   ...   402

 

58 


Asiya  ölkələrinə  yayılaraq,  burada  müstəqil  dünyagörüş  kimi  öz 

varlığını saxlamışdır. 

YII-XIII əsrlər Hindistanda feodal pərakəndəliyi dövrü idi. Bu 

dövrün əhvali-ruhiyyəsi üçün panteizm səciyyəvi idi. 

XIII  əsrdə  Hindistan  müsəlmanların  hücumlarına  məruz  qalır. 

Hindistanın bütün mənəvi həyatı üzərində islamın güclü təsiri duyulur. 

Əvvəlki bir çox rəsm əsərləri, heykəllər, memarlıq nümunələri aradan 

çıxır,  yeni  memarlıq nümunələri  -  məscidlər,  minarələr,  görkəmli  və 

məşhur Tac-Mahal meydana gəlir. Böyük Moqol hökmdarları zamanı 

hind mədəniyyəti İran üslubunun güclü təsirinə məruz qalır. 

Bundan  sonra  Hind  tarixinin  yeni  dövrü  -  Hindistanın  ingilis 

ağalığı  altında  olduğu  dövr  gəlir.  Müasir  Hindistan  filosofları 

içərisində  xüsusi  olaraq  seçilən  Vivekananda  ingilis  ağalığını  hind 

təfəkkürü işığında izah edir. Vivekananda qərb təhsilli olsa da, şərqli, 

daha  dəqiq  deyilsə, hindli  idi.  Vivekanandanın  dünyagörüşü  onun  öz 

sözlərində  daha  gözəl  səsləşir:  «Bütün  zamanlarda  və  sivilizasiyalı 

cəmiyyətlərdə dörd  kasta  -  brahmanlar,  kşatrilər,  vayşilər  və  şudralar 

mövcud  olmuşlar  və  bu  kastaların  dünya  üzərindəki  hakimiyyəti 

növbə ilə bir-birini əvəz etmişdir. Bütün qədim millətlərdə tarixlərinin 

ilk  dövrlərində  hakimiyyət  sükanı  brahmanların,  yəni  kahinlərin 

əlində  olmuşdur.  İkinci  mərhələdə  hakimiyyətə  kşatrilər,  yəni 

döyüşçülər  gəlirlər.  Sonradan  isə  hakimiyyət  ticarət  vasitəsi  ilə 

varlanan  vayşilərin  əlinə  keçir.  İngiltərə  Hindistanı  Həzrət  İsa  və  ya 

Tövrat  vasitəsi  ilə  fəth  etmədi.  İsanın  adının  arxasında,  möhtəşəm 

sarayların  arxasında,  yeri  titrədən  cəng  arabalarının arxasında,  süvari 

və  piyada  orduların  arxasında,  döyüş  şeypurlarının  və  nəhəng  təbil 

gurultularının  arxasında,  kraliça  taxtının  gözqamaşdırıcı  dəbdəbəsi 

arxasında  həqiqi  İngiltərə  gizlənirdi.  O  İngiltərə  ki,  onun  döyüş 

bayrağı  fabrik  borusu  idi,  qoşunu  ticarətçilər  ordusu  idi,  döyüş 

meydanı isə dünyanın bütün bazar meydanları idi

16

». 


Görünür, Hindistanın özü də ona görə müstəqil ola bildi ki, öz 

Qandisindən daha öncə öz «bazar meydanlarını» qaydaya salmışdı, öz 

vayşilərinin fəaliyyət məkanını lazımi səviyyəyə gətirə bilmişdi. 

 

3. Çin fəlsəfəsi



 

 

İndiki  Çin  ərazisində  əsrlər  boyunca  formalaşan  xalqlar 

özlərini  tarixən  müxtəlif  cür  adlandırsalar  da,  bütün  Çin  xalqlarını 

özündə  ifadə  edən  ümumi  bir  ad  da  vardır.  Bu  ad  Tyan  Syadır  ki, 

                                                

16

 Əlisa Nicat. Dünya filosofarı. B., 1995. 

 



 

59 


bizim  dilə  tərcümə  olunduqda  Səmaaltı  mənasını  verir.  Bu,  Çin 

xalqının özünü Səmanın himayəsi altında olan bir toplum kimi hiss və 

dərk  etməsi  ilə  bağlıdır.  Səmanı  öz  himayəçisi  kimi  qəbul  edən  xalq 

özünü ilkin olaraq altda olan, yaxud aşağılar və ya Çin dilində olduğu 

kimi  sya  kimi  dərk  edirdi.  Çin  xalqının  ilkin  adı  elə  sya  idi.  Bir  çox 

tarixçilər syanı ilk dövlətin və ilk hökmdar sülaləsinin adı kimi təqdim 

etsələr də, əslində sya dövlətin və sülalənin deyil, xalqın və ölkənin ilk 

adı  idi.  Çin  xalqının  və  ölkəsinin  ikinci  tarixi  adı  və  özünüdərkinin 

ikinci  tarixi  forması  isə  İn  idi.  Bu  xalqın  əsasını  Xuanxe  çayı 

hövzəsində məskunlaşmış oturaq kənd icmaları təşkil edirdi. 

Əgər torpağa bağlı olan və özünü Yerin timsalı kimi qavrayan 

bu kənd icmalarının dünyagörüşü Səma kultu üzərində qurulmuşdusa, 

Xuanxe çayının hövzəsinə yuxarılardan, dağlardan enən, bu hövzənin 

oturaq sakinlərini bəzən qarət edən, sıxıntılara məruz qoyan və bəzən 

də xilas edən, himayə edən, sonradan hun adlandırılan köçəri tayfalar 

özlərini  əksinə  olaraq  Səmanın  timsalı  kimi  qavrayırdılar.  Onların 

dünyagörüşü kimi mif çıxış edirdi. 

Qədim Çinin bütün mifi  və bütün siyasi tarixi üçün səciyyəvi 

olan  anlayışlara  ilk  növbədə  aşağıdakılar  aid  edilə  bilər:  Yan  və  İn

Tyan  və  Di,  Şan  və  Sya.  Qədim  Çində  qərarlaşmış  cəngavər 

mədəniyyəti  bu  cüt  anlayışlardan  birinciləri  ilə  özünü  dərk  edir, 

ikinciləri ilə isə öz əksliyini mənalandırırdı. 

Yan  -  qədim  Çin  dilində  kişi,  İn  isə  qadın  mənalarını  verir. 

Cəngavər  özünü  dünyanın  maskulin  başlanğıcının  Yer  üzərində 

mücəssəməsi  kimi,  kişiliyin  timsalı  və  təcəssümü  kimi  qavrayır. 

Femininliyin  mücəssəməsi  olan,  ədalətsizliyə  və  zülmə  məruz  qalan 

dünyanı,  ilk  növbədə  isə  sosial  dünyanı,  əlbəttə  ki,  cəngavər  xilas 

etməlidir.  Yan  dünyanın  maskulin  başlanğıcının  ifadəsi  olmaqla 

cəsarətliliyin,  aktivliyin  və  sərtliyin  təcəssümüdür.  Çin  təfəkkür 

ənənələri Yandadünyanın maskulin başlanğıcında eyni zamanda nurun, 



səmanın  və  nəhayət,  yüksəkliklərin  də  ifadəsini  görür.  Yan  qədim  çin 

dilində elə buna görə də eyni zamanda həm kişi, həm də aktiv, həm sərt, 

həm  işıq,  həm  səma  və  həm  də  yüksəkliklər  mənalarını  verir.  İn  isə 

əksinə  olaraq  dünyanın  feminin  başlanğıcının  timsalı  kimi  zərifliyi, 



yumşaqlığı  və  passivliyi  ifadə  edir.  İndə,  dünyanın  feminin 

başlanğıcında  həm  də  Yerin,  aşağıların  və  qaranlığın  da  ifadəsini 

görməklə  Çin  təfəkkür  ənənələri  özünün  Yan-İn  doktrinasını  məntiqi 

sonluğa çatdırır. 



Yan  sözünün  məcazi  məna  çalarları  Tyan  və  Şan  sözlərinin 

birbaşa  mənalarında,  İnin  məcazi  məna  çalarları  isə  Di  və  Syanın 

birbaşa mənalarına uyğun gəlir. Tyan qədim çin dilində Səma, Di isə 

Yer, Şan - yuxarılar, Sya - isə aşağılar deməkdir. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə