Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə27/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   23   24   25   26   27   28   29   30   ...   402

 

56 


Buddizmin  mahiyyəti  bəşəriyyəti  əzablardan  xilas  etmə 

haqqında təlimdədir. Əzab bütövlükdə insanın praktik mövcudluğu ilə 

bağlıdır. Doğuluşdan ölümə kimi bütün insan həyatı əzablara düçardır. 

Dünyanın  insanlara  gətirdiyi  əziyyətlərdən,  aclığın,  soyuğun, 

xəstəliyin,  qocalığın  və  ölümün  müsibətlərindən  nicat  tapmaq  istəyi 

buddizm  təliminin  başlıca  qayəsini  təşkil  edir.  Bütün  insan  əzabları 

arzulardan doğduğundan buddizm nicat yolunu hər cür arzu həvəs və 

ehtirasları nizama salmaqda görür, əzablardan qurtulmaq üçün dünya 

nemətlərinə düzgün münasibət axtarır. 

Buddizm, artıq qeyd olunduğu kimi, qeyri-ortodoksal təlimlərə 

aiddir.  Yeri  gəlmişkən,  o  da  qeyd  olunmalıdır  ki,  buddizmin  bəzi 

ideyaları isə, xüsusən də, onun karma təlimi buddizmi veda kanonuna 

yaxınlaşdırır.  Deməli,  hind  fəlsəfəsinin  hətta  qeyri-ortodoksal 

təlimləri belə vedaların təsirindən mütləq mənada azad deyillər. 

Amma  bu  sözləri  qeyri-ortodoksal  təlimlərdən  digəri,  əsasının 

Brihaspati  tərəfindən  qoyulduğu  lokayata  təlimi  barədə  demək 

çətindir. Lokayata təkcə brahmanizmə münasibətdə deyil, bütövlükdə 

ənənəvi hind təfəkkürünə münasibətində müxalifət yaradır. Bu təlimə 

görə,  ancaq  hisslərlə  qavranılan  dünyanı  reallıq  hesab  etmək  olar. 

Lokayata maddi dünyadan başqa hər cür varlığı - allahları və ruhları, 

brahmanı  və  atmanı,  cənnəti  və  cəhənnəmi  -  inkar  edir.  Lokayata 

təliminə  görə,  dünya  dörd  elementdən  -  oddan,  sudan,  havadan  və 

torpaqdan  -  yaranmışdır.  Dünyada  baş  verən  dəyişikliklər  torpağın, 

suyun,  havanın  və  odun  bir-biri  ilə  birləşməsindən  yaranan 

kombinasiyaların bir-birini əvəzləməsi kimi təsvir edilir. 

Öz  mahiyyəti  etibarı  ilə  aristokratik  dünyagörüşü  ifadə  edən 

brahmanizmdən  və  buddizmdən  fərqli  olaraq,  lokayata  öz  mahiyyəti 

etibarı ilə şəhərli dünyagörüşünün ifadəçisi idi. 

Eramızdan  əvvəl  Hindistanda  böyük  su  hövzələrində  tikilmiş 

hökmdar  iqamətgahları  sonradan  salınmış  şəhərlərin  əsasına 

çevrilmişdir.  Bu  prosesdə  hökmdarların  yanında  xidmətdə  olan 

sənətkarların, tacirlərin və qasidlərin rolu xüsusən həlledici olmuşdur. 

Onlar  kənd  təsərrüfatı  ilə  məşğul  olmaq  zərurətindən  azad  olunsalar 

da,  öz  mövcudluqlarını  başqa  qəbildən  olan  amillərdən  asılı 

vəziyyətdə  qoymuşdular.  Özlərini  özgə  ehtiyaclarının  ödənilmə 

vasitəsinə çevirməklə bunun əvəzində verilmiş mükafatla yaşayırdılar. 

Sənətkar,  tacir  və  qasid  tarixi  tipləri məiyyət  kütləsinin  formalaşması 

üçün  əsas  olur  və  sonradan  məmur  tarixi  tipinin  meydana  çıxmasını 

şərtləndirir. Məiyyət kütləsi özünün tarix meydanına atılması ilə, icma, 

cəngavər  və  zadəgan  mədəniyyətləri  ilə  yanaşı  duran  dördüncü  bir 

mədəniyyət tipini - şəhər mədəniyyətini formalaşdırdı. 




 

57 


Şəhərlərin  və  şəhər  mədəniyyətinin  xüsusi  çəkisinin  artımı ilə 

bağlı b


izim eradan əvvəl IY-II əsrlərdə Şimali Hindistanda 

zadəgan və 

şəhər  mədəniyyətlərinin  siyasi  sintez  forması  olaraq 

ilk  imperiya 

formalaşır. 

Mərkəzləşmiş  dövlətin  doğuluşu  Baş  nazir  institutunu  ön  plana 

çıxarır.  Baş  nazirin  siyasi  instinktləri,  idealları  və  həyat  tərzi  bir  sıra 

siyasi traktatlarda özünün parlaq ifadəsini tapmışdır. Qədim Hindistanda 

belə  bir  siyasi  traktat  Arthaşastra  oldu.  Bu  siyasi  traktat  Qədim  Çində 

Şan  vilayətinin  idarə  olunma  kitabı,  Səlcuqilər  imperiyasında 

Siyasətnamə,  İtaliyada  Hökmdar  və  Fransada  Siyasi  vəsiyyət  eyni 

ruhludur.  Burada  sadalanan  traktatların  demək  olar  ki,  hamısı  vaxtilə 

baş  nazir  kimi  fəaliyyət  göstərən  insanlar  tərəfindən  yaradılmışlar. 

Səlcuqilər  imperiyasında  baş  nazir  və  ya  o  vaxtın  dili  ilə  deyilsə,  baş 

vəzir  olan  Nizamülmülkün  Siyasətnaməsi  və  Fransanı  baş  nazir 

institutunun  bütün  incəlikləri  ilə  üz-üzə  qoyan  Rişelyenin  Siyasi 



vəsiyyəti də Şan Yanın Şan vilayətinin idarə olunma kitabı öz mahiyyəti 

etibarı  ilə  Arthaşastra  ilə  eyni  qəbildəndir.  Şan  Yanın  Qədim  Çində 

oynadığı  rol  Səlcuqilər  imperiyasında  Nizamülmülkün  və  Fransada  isə 

Rişelyenin  oynadığı  rola  son  dərəcə  bənzəyir.  Onların  hər  üçü 

mərkəzləşdirilmiş  dövlətin  bir  siyasi  doktrina  kimi  və  müəyyən  qədər 

həm  də  siyasi  gerçəklik  kimi  yaradıcılarıdırlar.  Bu  insanlar  həmin 

traktatlarda baş nazir fenomeninin rasionallaşdırılmasına, bu və ya digər 

şəkildə əsaslandırılmasına və bəraət qazandırılmasına səy göstərmişlər. 

Tarix  Arthaşastranın  müəllifinin  adını  saxlamasa  da,  onun  hansı  əsrdə 

yaşadığını  və  hansı  imperatorun  naziri  olduğu  haqqında  məlumatı 

saxlamışdır.  Bu kitab  Qədim  Hindistanda  baş nazir institutunun  və  bu 

institutla  birgə  doğulan  və  bəlkə  də  ondan  daha  mühüm  olan  bir 

hadisənin - mərkəzləşdirilmiş dövlətin inkişafına güclü təkan vermişdir. 

Bizim  eradan  əvvəl  III  əsrdə  imperator  Aşoka  Maurya 

buddizmi  dövlət  dini  elan  edir.  Aşoka  dövründə  buddizmin  ilk 

monumental  abidələri  qoyulur.  Bizim  eradan  əvvəl  I  əsrdən 

başlayaraq Budda ilahiləşdirilir. Bizim eranın IY-Y əsrlərindən Budda 

hinduist  dinin  tanrısı  olan  Vişnunun  mücəssəməsi  kimi  tanınmağa 

başlayır. Hinduizm bir din olaraq brahmanizmin və buddizmin sintezi 

nəticəsində təşəkkül tapır. Burada dünya ruhunun - brahmanın - yerini 

mütləq  şəxsiyyət  -  allah  tutur.  Bu  şəxsiyyət  yaratmaq,  -  Brahma  - 

qoruyub  saxlamaq  -  Vişnu  -  və  dağılmaq  - 

Şiva  -  imkanlarına  qabil 

olan  üçlüyü  özündə  birləşdirir.  Vedanta  hinduizmin  fəlsəfi  əsasını 

təşkil edir. 

Eramızın 12-ci əsrində hinduizmin bütün Hindistanda hökmran 

rol  oynaması  ilə  əlaqədar  olaraq  həm  brahmanizm,  həm  də  buddizm 

sıxışdırılıb  aradan  çıxarılmışdır.  Lakin  buddizm  şərqi  və  mərkəzi 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə