Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə23/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   19   20   21   22   23   24   25   26   ...   402

 

48 


Qorqudu  yada  salır.  Kitabi  Dədə  Qorquddakı  poetik  alqışları 

xatırlayırsınızmı? 

Vedaların  ikincisi,  Riqvedadan  sonra  gələn  Samavedadır. 

Samaveda,  yəni  "saman

13

 vedası"  mərasimlər  zamanı  oxunan 



mahnılardan  ibarətdir.  Bu  mahnıların  məzmununu  isə  əsasən 

riqvedada ifadə olunmuş himnlər təşkil edir. 

Samavedada  xüsusi  not  sisteminin  köməyi  ilə  melodiyalar 

yazılmışdır.  Samaveda  hind  musiqisinin  ən  mühüm  abidəsidir.  Hind 

musiqisi  bütövlükdə  hind  təfəkkürü,  hind  fəlsəfəsi  ilə  sıx  surətdə 

bağlıdır


14

. Ümumiyyətlə hind təfəkküründə və fəlsəfəsində insanın can 

atdığı  bütün  məqsədlər  dörd  mühüm  anlayışla  ifadə  olunur:  kama  - 

hissi  həzz;  artxa  -  sərvət;  dharma  -  əxlaqi  borc;  mokşa  -  maddi 

dünyanın əzablarından xilas olma. Musiqi insana mömin olmaqda da, 

varlı  olmaqda  da  kömək  edir,  həzz  və  məhəbbətə  nail  olmaqda  və 

nəhayət,  əzablardan  xilas  olmaqda  da  yardımçı  olur.  Musiqi  iztirabı 

doğuran  səbəbləri  ləğv  etməli,  insana  xoşbəxtlik  bəxş  etməlidir. 

Musiqi ritmləri  şər  qüvvələri  qovur, adamları  ibadət  etməyə  səsləyir, 

ibadət  əhvali-ruhiyyəsini  yaradır.  Məbədlərdə  elə  buna  görə  də  daim 

musiqi çalınmalıdır. Bununla yanaşı, musiqi həm də dövləti və siyasi 

mərasimlərin mühüm tərkib hissəsidir. Elə buna görə də, hind musiqi 

təfəkkürünün  əsasları,  əlbəttə  ki,  yalnız  Samaveda  ilə  məhdudlaşmır. 

Əgər  Samaveda  dini  mərasimlərin  yerinə  yetirilməsində  mühüm  rol 

oynayırsa,  əyanların  əylənməsi,  xalq  bayramları  zamanı  istifadə 

olunan  musiqinin  rasional  əsasları  Gitalankara  ("Musiqinin  gözəlliyi 

haqqında  traktat"),  Bharatlar  və  s.  bu  kimi  əsərlərdə  öz  ifadəsini 

tapırdı.  Gitalankarada  deyilir  ki,  musiqi  dünya  əzablarını  və 

iztirablarını  məhv  edir,  hətta  bədbəxtlikdə  də  xoşbəxtlik  bəxş  edir. 

İnsanlar  həmişə  xoşbəxtliyə  can  atırlar,  musiqi  isə  xoşbəxtliyin 

mənbəyidir.  Gitalankara  belə  hesab  edir.  Bizsə  elə  düşünürük  ki, 

musiqi  xoşbəxtliyin  özünü  yox,  xoşbəxtliyin  illüziyasını  yaradır. 

Təsviri  sənət  də  eləcə.  Yeri  gəlmişkən,  hind  musiqisi  və  rəssamlığı 

arasında münasibətlər də son dərəcə maraqlıdır. K. Qaqema yazır ki, 

Hindistanda  musiqinin  şəklini  çəkirlər,  şəklə  əsasən  musiqi 

bəstələyirlər.  Musiqiçilər  rəssamın  rəsmini  danışdıra,  səsləndirə 

bilirlər, rəssamlar isə təranələri rənglərlə verə bilirlər. 

Musiqini  ifadə  etmək  üçün  hind  dilində  işlədilən  sangit  sözü 



nəğmənin, musiqinin və rəqsin üçlüyü mənasını verir. Heç də təsadüfi 

                                                



13

 

Saman xüsusi nəğmə növüdür. 

 

14

 

Hind  musiqisi  ilə  bağlı  faktiki  materiallar  Gülnaz  Abdullazadənin  “Qədim 

və  orta  əsrlərin  musiqi  mədəniyyəti”  (B,  1996)  adlı  kitabı  əsasında 

verilmişdir. 

 


 

49 


deyildir  ki,  hind  mədəniyyət  abidələrinin  birində  musiqi  və  rəqs 

arasındakı  münasibətlər  obrazlı  şəkildə  belə  ifadə  olunur:  musiqi 

təbiətin  öz  ağacı,  rəqs  isə  onun  gül  açmasıdır.  Bu 

kontekstdə  iqtibas 

gətirildiyi Natra Şastra ("Dram, musiqi və rəqs haqqında traktat") adlı 

əsər  xüsusən  mühüm  əhəmiyyət  kəsb  edir.  Musiqini  rasional  olaraq 

mənalandıran  bütün  bu  əsərlər  Samavedanı  müəyyən  mənada 

tamamlayır. 

O  da  qeyd  edilə  bilər  ki,  musiqi  təkcə  Samaveda  ilə  yanaşı, 

həm  də  Atharvavedada  da  müəyyən  əhəmiyyətə  malikdir.  Burada 

musiqiçiyə  magik  qüvvə  aid  edilir.  Qəbul  olunur  ki,  düzgün  olaraq 

ifadə  olunmuş  musiqi  yağış  da  gətirə  bilər,  ağır  xəstəni  də  sağalda 

bilər. 

Ənənələri  pozmayaraq  öncə  Yacurvedanı  nəzərdən  keçirək. 



Yacurvedanın  oynadığı  sosial  funksiyanı  isə  ona  verilmiş  ad 

bütövlükdə  əks  etdirir.  "Yacurveda",  "yacuslar  vedası",  "yacus"  isə 

"qurbanvermə  zamanı  oxunan  dua"  mənasını  daşıyır.  Yacurvedanın 

iki redaksiyası bizə qədər gəlib çatmışdır: bunlar şərti olaraq "qara" və 

"ağ" Yacurveda adlandırılırlar. 

"Atharvanların

15

 vedası"  kimi  izah  oluna  bilən  Atharvaveda  - 



şər  qüvvələrə  qarşı  kahin  ovsunlarından  ibarətdir.  Allahlara  müraciət 

forması  kimi  qəbul  olunmuş  himn,  nəğmə  və  duaları  özündə 

birləşdirən  başqa  vedalardan  fərqli  olaraq  Atharvaveda  qədim 

insanların arzu və istəklərini bilavasitə olaraq ifadə edir. İnsan burada 

təqdim  və  təsvir  olunan  tilsim  və  cadularda  öz  fərdi  mövcudluğunu 

özünəməxsus şəkildə təsdiq edir. 

Atharvavedanın  məzmunu,  onun  başqa  vedalardan  köklü 

fərqləri  bizə  onun  ari  təfəkkürünün  məhsulu  olmaqdan  daha  çox, 

aborigen  təfəkkürün  məhsulu  olduğunu  güman  etməyə  imkan  verir. 

Burada  aborigen  həyat  tərzinin  özünəməxsus  ensiklopediyası 

verilmişdir.  Atharvaveda  şahların  taxta  çıxmasının  əhalidə  yaratdığı 

təəssüratın təsvirindən başlayaraq həyatın ən adi hadisələrinə kimi çox 

geniş  diapazonlu  informasiyanı  özündə  toplamışdır.  Biz  buradan 

qədim  hindlilərin  toy  və  yas  mərasimləri  haqqında  da,  evlərin 

tikilməsi  haqqında  da,  xəstələrin  müalicə  olunması  haqqında  da 

məlumat ala bilərik. 

Vedalar  bütövlükdə  götürüldükdə  müəyyən  təbəqələrdən 

ibarətdir.  Onların  ən  qədim  və  ilkin  qatlarını  samhidalar  təşkil  edir. 

Samhidalarda təqdim olunan ideyaların başlıca müəllifi artıq yuxarıda 

xatırlanan  Angirasdır.  Lakin  qədim  hind  ənənələrində  vedaların 

məzmunu  samhidalarla  məhdudlaşmayıb,  dörd  təbəqəni  özündə 

                                                



15

 

Atharvan mifik od kahinidir.

 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə