Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə20/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   16   17   18   19   20   21   22   23   ...   402

 

42 


alqışlara  ehtiyacı  yoxdur,  çünki istedad  boş  alqış hesabına yaranmır, 

ilham  və  istedad  yaradıcının  təbiətindədir.  Yaradıcı  başqalarının 

zövqünə, sadəcə olaraq, qul olmamalıdır. 

Bizanslıların  Böyük  Vasili  adlandırdıqları  mütəfəkkirin 

mövqeyi isə daha kəskin idi: Qədim yunan incəsənəti qədim yunanları 

təmiz  əxlaqlı  etmədi,  əksinə  korladı.  İncəsənətə  çox  meyl  göstərən 

insan, bir qayda olaraq, təkəbbürlüdür, inadcıl və dinsizdir. 

Göründüyü  kimi  Böyük  Vasilinin  ümumiyyətlə  düşüncə  tərzi 

artıq  neoplatonizmə  ziddir.  Neoplatonizmin  banisi  olan  Plotin 

incəsənətə  isti  münasibət  göstərirdi.  Böyük  Vasilidə  isə  bunun  əksini 

müşahidə  edirik.  Əgər  neoplatonizmi  bir  din,  bir  dünyagörüş  hesab 

etmək olarsa, bu, daha çox aristokratik dünyagörüş idi. Böyük Vasilidə 

mütləqləşdirilən  din  isə  necə  deyərlər  rəiyyətsayağı  din  idi.  Bu  fikir 

konkretləşdirilə  də  bilər.  Aristokratik  dəyərlər  sistemində  ləyaqət 

adlandırılan  xüsusiyyət  rəiyyətsayağı  dəyərlər  sistemində  çox  zaman 

təkəbbür  adlandırılır.  Aristokratik  dəyərlər  sisteminin  qətiyyət  kimi 

qiymətləndirdiyini  rəiyyətsayağı  dəyərlər  sistemi  çox  zaman  inadcıllıq 

kimi  qiymətləndirir.  Aristokratik  düşüncə  sahibinin  dünyanın  ilahi 

mahiyyətini  öz  içərisində  görməsini  isə  rəiyyətsayağı  ruh  sahibi 

dinsizlik kimi dəyərləndirir. Bütün bu rəiyyətsayağı dəyərlərin daşıyıcısı 

olan Vasili o zaman Bizans elitası tərəfindən Böyük adlandırılmışdı. Bu, 

həm  də  onun  ifadəsi  idi  ki,  o  zamanın  Bizans  elitası  artıq  aristokratik 

ruh  daşıyıcısı  deyildi,  rəiyyətsayağı  ruh  daşıyıcısı  idi.  Bunun  nə  kimi 

siyasi nəticələr verdiyi məsələsinə bir qədər sonra qayıdacağıq. 

İndi isə qədim yunan fəlsəfəsi üzrə bir sıra ümumiləşdirmələri 

aparaq.  Qədim  yunan  fəlsəfəsinin  tarixi  prosesində  alleqorik 

kosmosentrizm,  Losevin  dahiyanəliklə  sezdiyi  kimi,  anlayan 

kosmosentrizmə  təkamül  etdi.  Qədim  təfəkkür  əsatirlərdən  başlayır, 

dünyanı  onların  vasitəsi  ilə  izah  edir,  onların  rasionallaşdırılması  ilə 

isə  başa  çatır.  Obrazlar  üzərində  qurulmuş  əsatirlərdən  məntiq 

üzərində  qurulmuş  əsatirlərə  doğru  götürülmüş  istiqamət  bu 

təfəkkürün əsas qayəsini təşkil edir. 

Amma bu istiqamət qədim yunan fəlsəfəsinin, əlbəttə ki, heç də 

hamısı deyildi. Qədim yunan fəlsəfəsi yuxarıda bu və ya digər şəkildə 

vurğulandığı  kimi  üç  istiqamətdə  inkişaf  etmiş  və  uyğun  olaraq,  üç 

sonluğa  malik  olmuşdur.  Birinci  və  ilkin  olaraq  yaranan  istiqamət 

deterministik  istiqamətdir.  Determinizm  üçün  dünyagörüş  zəminini 

materializm  təşkil  edir.  Bu  istiqamət,  həmçinin  praqmatizm, 

utilitarizm  kimi  də  səciyyələndirilə  bilər.  Deterministik  istiqamət  öz 

başlanğıcını  Falesdən  götürür,  Anaksimandr,  Anaksimen,  Pifaqor, 

Empedokl, Demokrit, sofistlər, Aristotel fəlsəfi fikri üzrə inkişaf edir, 

Epikürdə  və  epikürçülükdə  isə  öz  inkişafını  başa  çatdırır.  İkinci 




 

43 


istiqamət  transsendental  istiqamətdir.  Bu  istiqamət  öz  başlanğıcını 

Ksenofandan götürür, Parmenid, Zenon, Sokrat və kiniklərdən keçərək 

xristianlıqda tamamlanır. Üçüncü istiqamət kosmosentrik istiqamətdir. 

Bu istiqamət Heraklit - Anaksaqor - Platon - stoisizm xətti üzrə inkişaf 

etmiş və neoplatonizmdə tamamlanmışdır. 

Determinizm prinsipinə istinad edən birinci istiqamət daha çox 

şəhərli  təfəkkürünü  rasionallaşdırdı.  Transsendentalizm  prinsipinə 

istinad  edən  ikinci  istiqamət  daha  çox  kəndli  təfəkkürünü  və 

kosmosentrizm prinsipinə  istinad  edən  üçüncü  istiqamət isə  daha  çox 

zadəgan təfəkkürünü rasionallaşdırdı. 

 

 

2. Hind fəlsəfəsi 

 

Hindlilər 



öz 

ölkələrini 



Bharatavarşa 

adlandırırlar. 



Bharatavarşa  hind  dilindən  tərcümədə  Bharata  övladlarının  vətəni 

mənasını  verir.  Bharata  Hindistanın  əfsanəvi  hökmdarı  olmuşdur. 

Müsəlmanların  Hindistanda  məskunlaşması  ilə  əlaqədar  bu  ölkənin 

müsəlman  olmayan,  yad  bir  dinə  məxsus  olan  əhalisi  fars  təbiri  ilə 



hindu,  ölkənin  özü  isə  Hindistan,  yəni  hindular

*****

  ölkəsi 

adlandırıldı.  Bu  ad  sonradan  bütün  dünyaya  yayıldı.  Tarixin  sonrakı 

inkişafında bu xalqın dini də elə həmin zəmində çayın adı ilə hinduizm 

adlandırıldı. Lakin hinduizm bütövlükdə hind təfəkkürünün deyil, hind 

təfəkkürü  ifadəçilərindən  yalnız  bir  qisminin  adı  oldu.  Xalq  və  ölkə 

isə  bütövlükdə  ölkə  ərazisindən  axan,  hindlilərin  özlərinin  Sindhu, 

farsların isə Hindu adlandırdıqları çayın adı ilə tanındı. 

Hind çayı Hindistanın təkcə adlandırılmasında deyil, həmçinin 

bütün həyat  tərzinin  və təfəkkür üslubunun  formalaşmasında  mühüm 

əhəmiyyətə  malik  olmuşdur.  Lakin  hind  çayı  hind  təfəkkürünün  və 

hind  fəlsəfəsinin  müəyyənləşməsində  mühüm  rol  oynayan  təbii 

şəraitin yalnız tərkib hissəsi idi. 

Hind təfəkkürünü və dünya anlama üslubunu müəyyənləşdirən 

ikinci  bir  təbii  mənbə  Qanq  çayıdır.  Qədim  hind  sivilizasiyası  bu  iki 

çayın  vadilərində  yaranmışdır.  Bizim  eradan  əvvəl  III  minillik  -  II 

minilliyin ortalarında Qanq çayı hövzəsində yaradılmış bir çox rəqqas 

və rəqqasə fiqurları indiyə qədər saxlanılmaqdadır. 

Hind  təfəkkürünün  formalaşmasında  mühüm  rol  oynayan 

üçüncü təbii  amil isə  ölkənin  quru  sərhədlərini müəyyənləşdirən  dağ 

silsilələridir:  şimali-qərbdə  İran  yaylası,  şimali-şərqdə  Birma  dağları 

və  əlbəttə  ki,  şimalda  zirvələri  təmiz  və  ağappaq  qar  olan  və  elə  qar 

mənasını da verən əzəmətli Himalay dağları. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə