Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə18/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   14   15   16   17   18   19   20   21   ...   402

 

38 


münasibəti  Plutarxın  dilində  isə  belə  səslənirdi:  “Əlində  hakimiyyət 

olan adamın kiçik günahları da böyük görünür”. 

Qədim  Yunanıstanda  məğlubiyyətə  uğrayan  aristokratizm  öz 

tarixi inkişafını özgə bir milli zəmində, özgə bir milli dildə və özgə bir 

mədəniyyətin  daşıyıcıları  tərəfindən  davam  etdirdi.  Bu  özgə  milli 

zəmin,  əlbəttə  ki,  qədim  Roma,  özgə  milli  dil  –  latın,  özgə 

mədəniyyətin daşıyıcıları isə Roma stoikləri idilər. 

Stoisizm  həm  də  kosmosentrizmin  bir  dünyagörüş  olaraq 

yenidən  bərpasına  yönəlmişdi.  Lakin  kosmos  burada  birinci  yerdə 

duraraq  qalsa  da,  hələ  ki,  xalis  subyekt  şəklində  təsvir  olunmurdu. 

Stoisizmin tarixi təkamülü prosesində isə kosmosa getdikcə daha çox 

insan  hissləri,  insan  iradəsi,  insan  zəkası  aid  edilməyə  başlayır.  Bu 

proses neoplatonizmdə tamamlanır

10



Əgər  yunan  hadisəsi  kimi  meydana  gələn  stoisizm  sonradan 

bütövlükdə  bir  Roma  hadisəsinə  çevrilmiş  və  yunan  hadisəsi  olaraq 

isə  öz  mövcudluğunu  dayandırmışdısa,  neoplatonizm  bir  yunan 

hadisəsi  olaraq  meydana  gəlmiş,  bir  yunan  hadisəsi  olaraq  inkişaf 

etdirilmiş  və  üstəlik  bir  yunan  hadisəsi  və  ideyası  olaraq  da 

gerçəkləşdirilmişdir. 

Neoplatonizmin  banisi  olan  Plotin  yunan  ruhunu  əsarət  və 

mənəvi  zülm  çirkabından  xilas  etməyə  və  bununla  da  onu 

gözəlləşdirməyə  səy  edirdi.  Lakin  o,  bunu  etməyə  heç  də  əsarət  və 

mənəvi  köləlik  çirkabının  konkret  təsviri  ilə  başlamırdı.  Burada  heç 

Romalılara  qarşı  üsyan  çağırışı  da  yox  idi.  Burada,  hətta  xristianlığa 

qarşı elə bir siyasi etiraz çağırışı da yox idi. Plotin yunan ruhunu əsarət 

və  mənəvi  zülm 

çirkabından  xilas  etmə  işini  aristokratik 

dünyaduyumunun  kosmosentrik  əsaslarının  möhkəmləndirilməsi  yolu 

ilə  edirdi.  «Ali  gözəlliyi  görmək  üçün  ruh  cismani  çirkabdan 

təmizlənməlidir».  Plotin  bunu  etməyə  dünyanın  ilahi  mahiyyətinə 

söykənərək  və  bu  mahiyyətin  transsendent  deyil,  immanent  nöqteyi-

nəzərdən  anlaşılmasından  başlayırdı.  Plotin  insan  ruhunda  dünyanın 

ilahi  mahiyyətinin  gizləndiyini  qəbul  edir  və  insan  ruhunda  gizlənən 

həmin  bu  mahiyyətin  görünə  bilməsi  üçün  ruhun  cismani  çirkabdan 

təmizlənməsinin  zəruri  olduğunu  irəli  sürdüyü  zaman  həmin  bu 

mücərrəd  görünən  fikrin  müəyyən  fəlsəfi  izahını  da  verirdi:  Ruh 

maddilikdən  nə  qədər  çox  azaddırsa,  bir  o  qədər    gözəldir.  Cisimlər 

vahid və ilahi mahiyyətdən doğulan ali gözəlliyə qovuşan zaman gözəl 

olurlar.  Gözəl  cisimlər  ali  gözəlliyin  izləri,  surətləri,  kölgələridirlər. 

İnsan isə əsl gözəlliyə çatmaq üçün vəcdin, ekstazın köməyi ilə ruhunu 

hissi  aləmdən  uzaqlaşdırmalı,  allaha  qovuşdurmalı  və  əriyib  onunla 

                                                



10

 Лосев Ф. Ф. История античной философии. М, 1989.  


 

39 


birləşməlidir.  Dünya  özü  allahdan  şüalanma,  emanasiya  yolu  ilə  törə-

mişdir. Emanasiya öz mənbəyindən uzaqlaşdıqca isə zəifləyir. Materiya 

elə  buna  görə  də  formasızlığın,  natəmizliyin,  qeyri-ilahiliyin  ifadəçisi, 

ilkin zülmətdir. Materiya, eyni zamanda, məhdudiyyətdir. Ruh isə insanı 

allaha  yaxınlaşdırır.  Lakin  bu  hal  yalnız  təkcə  insana  da  aid  deyildir. 

Şeylər  ümumiyyətlə  ideya  ilə  qovuşarkən  gözəl  olurlar.  Hər  bir  şeydə 

gözəlliyə doğru ilahi bir meyl vardır. 

Plotinin  ümumi  ontoloji  mövqeyi  belə  idi,  özü  də  bu  mövqe 

Platona  istinad  edirdi.  Bir  fəlsəfi  sistem  və  cərəyan  olaraq 

neoplatonizmin  əsasında  Platon  fəlsəfəsinin  durması  əlbəttə  ki,  təbii 

idi.  Neoplatonizmin  banisi  olan  Plotin  özünün  tarixə  həkk  etdirdiyi 

adını  belə  Platondan  götürmüşdü.  Lakin  hər  halda  bütün  bunlarla 

yanaşı onu da qeyd edək ki, Plotin, demək olar ki, bütün məsələlərdə 

Platonu  davam  və  inkişaf  etdirsə  də,  bircə,  bəlkə  də  az  əhəmiyyətli 

görünən bir məsələdə bir qədər fərqli mövqe tuturdu. Bu, incəsənətin 

təyinatı ilə bağlı məsələ idi. Plotin, Platondan fərqli olaraq, düşünürdü 

ki, incəsənət, sadəcə olaraq, görünən predmetləri təqlid etmir, o, həm 

də  görünən  predmetlərin  əsaslarına  nüfuz  edir.  Platon  dünyanın  ilahi 

mahiyyətinə  aparan  yolu  yalnız  fəlsəfədə  görürdü,  Plotin  isə  bunu, 

həm də incəsənətdə görür. 

Neoplatonizm,  ümumiyyətlə,  isə  qədim  yunan  fəlsəfəsinin  bir 

məntiqi  sonu  idi.  Qədim  yunan  təfəkkürün  mütləq  predmetini  təşkil 

edən  kosmos  antik  fəlsəfənin  təşəkkülü  prosesində  subyekt 

statusundan  obyekt  statusuna,  onun  tənəzzülü  şəraitində  isə  yenidən 

subyekt  vəziyyətinə  qayıdır.  Kosmos  mifik  anlamda  yalnız  subyekt 

statusunda idi. Qədim yunan fəlsəfəsinin meydana gəlməsi ilə kosmos 

həm 

də 


obyekt 

statusunda 

anlaşılmağa  başladı.  Demokrit 

atomistikasında  isə  o,  yalnız  obyekt  kimi  anlaşıldı.  Qədim  yunan 

fəlsəfəsinin  sonrakı  inkişafında  kosmosa  yenə  də  subyektiv  əlamətlər 

şamil edilməyə başladı və neoplatonizmdə bu proses özünün məntiqi 

sonluğuna yetişdi. Kosmos yenə də mifik anlamda olduğu kimi yalnız 

subyekt statusunda oldu. 

Yeri  gəlmişkən,  qeyd  edək  ki,  qədim  Yunanıstanda 

neoplatonizm tərəfindən oynanılan bu rol, qədim Hindistanda vedanta 

tərəfindən  oynanıldı.  Vedanta  da,  neoplatonizm  tipli  özünəqayıdış 

forması  idi.  Yunan  təfəkküründə  kosmos  obrazının  obyekt 

vəziyyətindən  subyekt  vəziyyətinə  qayıdışı  neoplatonizm  təlimində 

tamamlandığı  kimi,  qədim  hindlilərin  vedanta  təlimində  də  kainat 

yenidən  Riqvedanın  ilkin  qatlarında  olduğu  kimi  öz  hərəkət  səbəbini 

özündə daşıyan vahid orqanizm – puruşa – kimi təsvir olunur. 

Qədim  yunan  təfəkkürünün  inkişaf  xüsusiyyətləri  ilə  qədim 

hind  təfəkkürünün  inkişaf  xüsusiyyətləri  arasında  apardığımız  bu 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə