40
paralel davam da etdirilə bilər. Qədim yunan mifoloji təfəkküründə və
həmçinin də, neoplatonizmdə kosmos dünya ruhuna daha çox uyğun
gələn sənət əsərinə çevrilir. Qədim yunan mifologiyasında dünya bir
canlı kimi təsəvvür edildiyindən onun mənşəyi haqqındakı təlim
canlıların doğuluşu haqqında təlimə çox bənzəyirdi. Göy cisimləri
tanrıların simvolları kimi anlaşıldıqlarından dünyanın mənşəyi
haqqında kosmoqoniya adlanan təlim teoqoniya kimi, yəni tanrıların
mənşəyi haqqında təlim kimi başa düşülmüşdür. Məhz bu səbəbdən
də, Hesiodun kainatın mənşəyinə həsr olunmuş əsəri Teoqoniya
adlandırılmışdır. Hindlilərin Riqvedasında da canlıların doğuluş
mexanizmi həm də bütövlükdə Kainata aid edilir, təbii yaranma və
məhv olma doğuluş və ölüm kimi səciyyələndirilir. Yer kainatın anası,
Göy isə atası kimi qavranılır. Günəşin şüalanması, yağışın yağması isə
onların qoşalaşması kimi təsəvvür edilir.
Qədim yunan təfəkkürünün inkişaf xüsusiyyətləri ilə qədim
hind təfəkkürünün inkişaf xüsusiyyətləri arasında apardığımız bu
paralelə Çin təfəkkürü ilə bağlı məqamlar da əlavə edilə bilər. Təbiət
hadisələrindəki məqsədyönümlülük insanlara Dünya Zəkasının
mövcudluğunu güman etməyə imkan vermişdir. Dünya Zəkası
haqqında təsəvvürlər qədim hindlilərin brahman, qədim çinlilərin dao,
qədim yunanların isə nus adlandırdıqları fövqəlbəşər varlığa bağlı idi.
Burada hadisələrin zaman müəyyənliyinin bu varlıq tərəfindən
qabaqcadan şüurlu olaraq layihələndirildiyi qəbul olunur. Burada,
həmçinin, hər bir predmetin məkan müəyyənliyinin də Dünya Zəkası
tərəfindən qabaqcadan qərarlaşdırdığı güman edilir. İnsan zəkasının
kamilliyi onun dünya zəkasına uyğunluq dərəcəsində axtarılır. Qədim
dövr üçün xarakterik olan dünyaduyumunda subyektiv insan zəkası
Dünya Zəkasının son dərəcə zəif inikası kimi təsvir olunur. Dünyanı
zəkalı və canlı hesab edən təfəkkür paradiqmasının ilkin tarixi forması
isə, artıq qey ldunduğu kimi, mifologiya idi.
Qədim
mədəniyyətin
təkamülündə
yuxarıda xatırlanan
qanunauyğunluğu nəzərə alaraq, məsələn, neoplatonizmin müəyyən
mənada mifologiyaya çevrilməsi barədə Losevin gümanına inanmaq,
doğrudan da, mümkündür. Buna görə də, Losevin düzgün olaraq qeyd
etdiyi kimi, neoplatonizmin tez-tez əsatirlərə müraciət etməsini heç də
təsadüfi hesab etmək olmaz. Platonun xalq əfsanələrini onların fəlsəfi-
simvolik şərhinə qarşı qoymasını bilərək neoplatonizmin mifologiya
üçün fəlsəfi interpretasiya rolunu oynamaqla özündən əvvəlki
mərhələlərin sintezi olduğunu yəqin edə bilərik. Neoplatonizm obrazlar
üzərində deyil, məntiq üzərində qurulmuş mifologiyadır. Burada
41
tanrıların və ilahələrin, gözəllərin və qəhrəmanların yerini fəlsəfi
kateqoriyalar tutur
11
.
Mifologiyanın gözəlləri də, qəhrəmanları da ilahi mənşəli
hesab olunurdu. Homerin
İliadada və
Odisseyada obrazını yaratdığı
Yelena da elə ilahi gözəllik sahibi kimi təqdim olunurdu. Amma
Homerin özü qəlbinin dərinliklərində qəhrəmanlıqdan daha çox
gözəlliyin tərənnümçüsü idi. Görünür, elə bura görədir ki, Homer
insanların vaxtlarını mənalı keçirmələrini onda görürdü ki, bütün
ariflər, mənsəb və rütbələrdən asılı olmayaraq, sıra ilə əyləşib, böyük
bir ehtiram və diqqətlə öz müğənnilərinə, bəstəkarlarına qulaq asırlar.
İnsanların mənsəb və rütbələrinə məhəl qoymaq istəməyən bu qoca,
kor müdrikə münasibətdə Heraklit tərəfindən söylənilən və bizim öncə
xatırladığımız fikirləri istər-istəməz bir daha yada salmaq istəyirsən.
Əksəriyyəti dəyərli azlıqdan kəskinliklə fərqləndirən Heraklit mənsəb
və rütbələrə həqarətlə yanaşan Homerə münasibətdə bir zadəgan
olaraq bəlkə də haqlı idi.
Heraklit - Anaksaqor - Platon - stoisizm xətti üzrə inkişaf edən
aristokratik yunan fəlsəfəsi neoplatonizmdə tamamlanır.
Lakin yunan neoplatonizmi yunan stoisizmindən fərqli olaraq
yuxarıda söylənildiyi kimi yalnız bir nəzəriyyə olaraq qalmadı. Əgər
stoisizmi bir ideya olaraq romalılar gerçəkləşdirdisə, neoplatonizmi
yunanların özləri gerçəkləşdirdilər. Yunanlar neoplatonizm ideyaları
üzərində yeni bir imperiyanı - Bizans imperiyasını – qurdular.
Yunan dilli Bizans imperiyası əslində neoplatonizmi öz aparıcı
dünyagörüşü olaraq saxladığı ölçüdə də öz siyasi qüdrətini qoruyub
saxlaya bildi. Bizans neoplatonikləri xristianlığın özünü belə
neoplatonikcəsinə anlamağa cəhd göstərirdilər. Bu mövqe məsələn,
ikonanın təbiəti ilə bağlı mübahisələrdə məharətlə nümayiş
etdirilmişdir. Həmin nöqteyi-nəzərdən öz ifadəsini İohann
Damaskində tapmış mövqe çox maraqlıdır: İkona obraz olmaq etibarı
ilə ilahi arxetipin təcəssüm etdirilməsidir. Buna görə də, ikonaya
sitayiş zamanı materiyaya deyil, rəsmi çəkilənə – əslə - sitayiş edilmiş
olur, zira obraza qarşı ehtiram proobraza – əslə, ilahi obraza keçir.
Mixail Psell isə bu mövqeyi ikona ilə bağlı deyil, başqa bir
kontekstdə davam etdirirdi. Neoplatonist məntiq onun dilində belə
ifadə olunurdu: elə nitqin gözəlliyi özlüyündə insan qəlbindən çirkabı
yuyub aparır, onu saflaşdırıb yüngülləşdirir.
Bizanslıların qüdrətli olduqları çağlarında neoplatonizm
onların dini təfəkkürünə də, bədii təfəkkürünə də hopmuşdu. Mixail
Xoniat belə yazırdı: ustadın yaradıcılıq niyyətlərinin yalançı, saxta
11
Yenə orada.