44
Bütün bunlarla yanaşı onu da qeyd etmək lazımdır ki,
Hindistanı cənubdan, cənubi-şərqdən və cənubi-qərbdən əhatə edən
Hind okeanı digər təbii amillərdən fərqli olaraq bütövlükdə hind
təfəkkürünün formalaşmasında son dərəcə az əhəmiyyət kəsb etmişdi.
Spesifik hind təfəkkürünün formalaşması hind okeanı sahillərindən
çox-çox uzaqlarda, Hind və Qanq sahillərində baş vermişdi.
Hind
təfəkkürü
müəyyən mənada hind təbiətindən
doğulmuşdu. Lakin hind təbiəti hind təfəkkürünü formalaşdıran
baş
lanğıclardan yalnız biri idi, metaforik olaraq deyilsə, hind
təfəkkürünün qadın başlanğıcı, feminin başlanğıc idi. Hind
təfəkkürünün kişi başlanğıcı, maskulin başlanğıc isə bu təbii məkana
kənardan, dağlardan axıb gələn ari tayfaları idi.
Ari sözü bir çox dillərdə yüksək, yaxşı, nəcib, igid mənalarını
verir. Bu söz türk mənşəli ər sözü ilə tam hüquqla müqayisə edilə
bilər və elə müqayisə edilir də. Yunan dilində ari sözü yaxşı mənasını
verir. Fikir verirsinizmi, yunan mənşəli aristokratiya sözü ari
("yaxşı") və kratos ("hakimiyyət") sözlərinin birləşməsindən ibarət
olub, "yaxşıların hakimiyyəti" mənasını verir. Azərbaycanın
şimalında, Böyük Qafqaz dağlarının bir yamacında Buduq adlı bir dağ
kəndində və onun ətrafında məskunlaşan, bu Ön sözün müəlliflərindən
birinin də mənsub olduğu budad tayfasının dilində ari sözünə yaxın
bir hari sözü vardır və bu söz təsadüf nəticəsindəmi, yoxsa bəlkə də
mənşə ümumiliyi nəticəsindəmi ari sözü ilə təkcə fonetik olaraq yox,
həm də semantik olaraq uyuşur: hari sözü Qafqaz dilləri ailəsinə daxil
olan Buduq dilinin bir parçası olsa da, Hind-Avropa dil ailəsinə daxil
olan qədim yunan dilinin ari sözü ilə eyni mənanı - yaxşı mənasını
verir. Ari sözü bütün hallarda müsbət məna kəsb edir.
Hind fəlsəfəsi də məhz ari təfəkkürü əsasında formalaşdı.
Qədim Hind fəlsəfi təfəkkürünün təşəkkülü e.ə. II-I
minilliklərə təsadüf edir. Bu dövrdə arilərin Hind və Qanq çayları
hövzəsində məskunlaşması haqqında səhih məlumat bizim günlərə
qədər gəlib çatmışdır.
Arilər Hind və Qanq çayları hövzələrinə İran yaylasından
gəlmişdilər. Ümumən məlumdur ki, iran sözü də elə arilər ölkəsi
deməkdir. Hind və Qanq vadilərinin aborigen əhalisi əkinçi idi və
kənd icması formasıda təşkilatlanmışdı. İran yaylasının ari
adlandırılan sakinləri isə əsasən döyüşçü idilər və köçəri tayfa
formasında təşkilatlanmışdılar.
Arilərini və kənd icmalarının yanaşı mövcudluğu yeni yaşayış
forması olaraq dövlətin təşəkkülünə gətirib çıxarır. Dövlətin təşəkkülü
arilərin yerli əhali üzərində hamilik münasibətlərinin formalaşması ilə
paralel baş verir.
45
Arilərin kənd icmaları ilə yanaşı mövcudluğu şəraitində onların
malik olduqları dünyagörüş yeni məzmun kəsb etməyə başlayır, ari
tayfalarının arxaik kultları yeniləşmək zərurəti qarşısında qalır.
İki mədəniyyət tipi qovuşduqca, sintez olunduqca, onların hər
ikisi üçün yeni olan həyat tərzi formalaşdıqca bu vaxta kimi mövcud
olmayan başqa bir bilik tipinə ehtiyac yaranır. Belə bir biliyin
yaradılması, saxlanılması və əhali arasında yayılması vəzifəsi
kahinlərin üzərinə düşür. Qurban və başqa mərasimlərin həyata
keçirilmə mexanizmi inkişaf etdikcə kahin xidməti də mürəkkəbləşir,
burada güclü ixtisaslaşmaya ehtiyac yaranır. Bu ehtiyac xüsusi kahin
məktəblərinin meydana gəlməsini şərtləndirir.
Təhsilin ehtiyacları ilk növbədə kahinlər tərəfindən təntənəli
mərasimlərdə ifa olunan himn, mahnı və duaların sistemləşdirilməsinə
zərurət doğurduğundan onlar getdikcə ehkamlaşdırılmışdır.
Güman etmək olar ki, hind təfəkkürünün ilk yazılı abidələri
məhz bu məktəblərdə formalaşmışdır. İlk hind ari yazılı abidələri
vedalar adlandırıldı.
Veda sözü bizim dilimizə tərcümədə
bilik
mənasını verir. Vedalar Qədim Hindistanın ari mənşəli tarixi
dillərindən biri, ədəbi dillərindən isə birincisi olan sanskrit dilində
yazılmışdı.
Dörd
veda
vardı:
Riqveda,
Samaveda,
Yacurveda,
Atharvaveda. Vedaların ən qədimi Riqvedadır. Samaveda və
Yacurveda onun əsasında formalaşmışlar. Onların hər üçü bilavasitə
qurban vermə mərasimi ilə bağlı idi. Bu mürəkkəb mərasimin yerinə
yetirilməsində kahinlərin üç qrupu iştirak edirdi: bunlardan birincilər
himnləri, ikincilər nəğmələri, üçüncülər isə qurban formullarını icra
edirdi.
Burada,
birinci
qrup
kahinlər
Riqvedaya,
ikincilər
Samavedaya,
üçüncülər
isə
Yacurvedaya
istinad
edirdi.
Atharvavedanın isə qurban mərasimi ilə əlaqəsi yoxdur. Onun təsir
sferası, əsasən, real həyat çərçivəsi ilə məhdudlaşır.
Riqveda - himnlər vedasıdır; sanskrit dilində "riq" sözü himn
mənasını verir. Bu himnlər əsasən çoxsaylı allahların şərəfinə
deyilmişdir. Burada, həmçinin sehr formulları da, qədim hind
dramaturgiyasının ilk nümunələri hesab oluna bilən dialoqlar da,
dünyanın yaranması haqqında müxtəlif prozaik fikirlər də verilir.
Riqvedada ifadə olunmuş aşağıdakı ideyalar isə diqqəti fəlsəfi
nöqteyi-nəzərdən daha çox cəlb edir:
–
Allah ideyası. İldırım allahı
İndra, Günəş allahı
Mitra, səma
allahı Varuna, od allahı Aqni, ölüm allahı Yata veda panteonunun
sakinləri hesab olunurlar. Dünyanın yaradılması aktı bu allahlara
şamil edilməsə də, onların dünyəvi hadisələrin gedişinə müdaxilə edə
bilməsi qəbul olunur. Bu isə onlara animistik varlıq xarakterini verir.