H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi


Avtoxidmət müəssisələrinin təsnifatı



Yüklə 1,41 Mb.
səhifə29/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

7.5. Avtoxidmət müəssisələrinin təsnifatı
Müasir avtoservis çoxfunksiyalı müəssisələr qrupuna aid edilir. Təyinatından və gücündən (istehsal proqramından) asılı olaraq aşağıdakı funksiyaları yerinə yetirir: təminatlı müddətdə və təminat müddətindən sonra avtomobillərə texniki xidmət və cari təmir; düyün və aqreqatların diaqnostikası; kuzovların korroziyaya qarşı müdafiə örtüklərinin çəkilməsi; aqreqatların əsaslı təmiri; avtomobillərin texniki baxışa hazırlanması; ehtiyat hissələrin, istismar materiallarının və avtoləvazimatın satışı; yollarda texniki yardımın göstərilməsi və s.

Avtoservislər istehsal gücündən, yerləşmə ərazisindən, təyinatından, ixtisaslaşmasından və göstərilən xidmətin növündən asılı olaraq təsnif edilir. Yerləşmə prinsipinə görə texniki xidmət stansiyaları (TXS) şəhər və yol tipli növlərə bölünür.

Şəhər tipli TXS əhalinin daimi minik avtomobilləri parkına xidmət göstərir. Yol tipli stansiyalar isə yolda olan avtomobillərə xidmət etmək üçün nəzərdə tutulur. Şəhər tipli stansiyaların istehsal proqramı sabit olur.

Yol tipli stansiyalarda isə iş həcmi dəyişkən xarakterli olur. Belə bölünmə stansiyaların texnoloji cəhətdən fərqlənməsini də müəyyən edir. Məsələn, şəhər tipli stansiyalarda vacib hesab edilən kuzov və rəngləmə sahələri yol tipli stansiyalarda təşkil edilməyə də bilər.

Şəhər tipli xidmət stansiyaları göstərilən xidmətin xarakterinə görə kompleks, ixtisaslaşdırılmış, istehsal zavodlarına mənsub, eləcə də zəmanətli və özünəxidmət tipli növlərə bölünə bilər.

Kompleks xidmət stansiyaları avtomobillərin xidməti və təmiri ilə əlaqədar kompleks işləri yerinə yetirirlər. Bu stansiyalar bir neçə markalı avtomobillər üzrə xidmət və təmir işləri yerinə yetirən - universal tipli və ya bir markalı avtomobillərə xidmət edən- ixtisaslaşdırılmış ola bilir.

Minik avtomobilləri parkı artıqca markalar üzrə ixtisaslaşdırılmış xidmət stansiyaları daha geniş yayılmaqdadır.

Şəhər tipli stansiyaların son zamanlar ən geniş yayılmış növlərindən biri istehsal zavodlarına mənsub olan avtoservislərdir.

Zavodlara mənsub olan avtoservislər, öz əsas funksiyası olan avtomobillərə texniki xidmət və təmir işlərindən əlavə, zavodu istehsal etdiyi avtomobillərin keyfiyyəti haqqında etibarlı informasiya ilə təmin edir. Bu məlumatlardan istehsal texnologiyasının təkmilləşdirilməsində, buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsində istifadə edilir. Bu tip avtoservislər avtomobil zavodlarının bir bölməsi hesab edilir.

Eyni zamanda, avtoservislərdən personalın ixtisaslarının artırılmasında bir tədris mərkəzi kimi də istifadə edilir.

Bəzi hallarda kompleks xidmət stansiyalarının nəzdində özünəxidmət postları da təşkil edilə bilər.

Şəhər tipli xidmət stansiyaları, yerinə yetirilən işlərin növünə və işçi postların sayından asılı olaraq: kiçik (10 posta qədər), orta (11 30 post), böyük (31 50 post) və iri (50-dən yuxarı) növlərə bölünür.

Yol tipli xidmət stansiyaları minik və yük avtomobillərinə və avtobuslara xidmət edən universal stansiyalara aid edilir. Bu stansiyalarda işçi postların sayı 1 5 arasında olur və əsasən yuma, yağlama, bərkitmə, nizamlama işləri, yolda baş verən kiçik imtina və nasazlıqların aradan qaldırılması ilə əlaqədar işlər, eləcə də avtomobil nəqliyyatının yağ və yanacaqla doldurulma işləri yerinə yetirilir.

Yol tipli xidmət stansiyaları, adətən avtomobillərə yanacaq doldurma stansiyaları ilə kompleks halında yaradılır.

Beləliklə, texniki servis müəssisələrinin, o cümlədən TXS-in əsas fəaliyyəti avtomobillərə texniki xidmət və təmir işlərinin yerinə yetirilməsindən ibarətdir.

Dərs vəsaitində məhz texniki xidmət və təmir işlərini yerinə yetirən şəhər və yol tipli avtoxidmət müəssisələrinin texnoloji layihələndirilməsi təqdim edilir.




Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə