H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi


Servisə gələn nəqliyyat vasitələrinə xidmət növlərinə isə



Yüklə 1,41 Mb.
səhifə25/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

Servisə gələn nəqliyyat vasitələrinə xidmət növlərinə isə:

avtomobilin yuyulması; qəbulu; diaqnostika edilməsi; TX,CT, kuzovun təmiri və rənglənməsi; aqreqat və sistemlərin, elektrik avadanlığının təmiri; texniki nəzarət üzrə və s. xidmət növləri müştərinin tələbatından asılı olaraq aid etmək olar.



7.4. Avtomobillərə xidmətin istehsal - texniki bazası
Avtoxidmət - nəqliyyat sahəsinin infrastruktur elementi olub, iqtisadiyyatın inkişaf etmiş sferalarından biridir. Avtoxidmətin əsas vəzifəsi avtonəqliyyat vasitələrinin istismar parametrlərinin və texniki vəziyyətinin tələb olunan səviyyədə saxlanmasını təmin etməkdən ibarətdir.

Dünyada avtomobilləşmənin geniş yayılması avtoxidmət müəssisələrinin geniş şəbəkəsinin yaradılmasına səbəb olmuşdur. Bu müəssisələr fasiləsiz olaraq inkişaf edir və təkmilləşdirilir. Ona görə də yüksək səviyyədə təşkil edilmiş və nizamlanmış texniki xidmət və təmir üzrə müəssisələrin yaradılması, müasir bazar iqtisadiyyatı şəraitində, rəqabət yönümlülüyün əsas göstəricilərindən biri hesab edilir.

Avtomobillərin texniki saz vəziyyətdə saxlanması profilaktik xidmətin və cari təmirin zamanında və keyfiyyətlə aparılmasından asılıdır. Avtomobil parkının daim artması ilə əlaqədar olaraq onlara xidmət üzrə istehsal -texniki bazaların da inkişafı və təkmilləşdirilməsi aparılır.

Hal-hazırda avtomobillərə xidmətin təşkilinin əsas prinsiplərindən biri “avtomobili kim istehsal edir, o da ona xidmət göstərir”. Bəzən bu firmalar digər firma və müəssisələrin də avtomobillərini xidmət etmək üçün özünə cəlb edir. Lakin buna baxmayaraq, avtomobillərə bütün istismar müddəti ərzində xidmətin təşkilinin məsuliyyəti avtomobili istehsal edın firma daşıyır.

Hal-hazırda avtomobillərə xidmət və təmir müəssisələrinin şəbəkəsi üç prinsip üzrə təşkil edilir:


  • firma avtoservisləri;

  • asılı olmayan avtoservislər (texniki xidmət

stansiyaları-müəssisələri);

əlaqədar olmayan avtoservis müəssisələri.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə