H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi


İstehsal şöbələrinin (sexlərin) sahəsinin hesabı



Yüklə 1,41 Mb.
səhifə23/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

5.2. İstehsal şöbələrinin (sexlərin) sahəsinin hesabı
İstehsal şöbələrinin sahəsi iki metodla təyin edilir.

Birinci metod - şöbədə yerləşdirilən avadanlığın planda tutduğu sahə (fav) və avadanlığın yerləşdirilməsinin sıxlıq əmsalına (Kav) görə təyin edilir:

Fş = fav . Kav .

Qaraj avadanlığının kataloquna əsasən şöbədə ən çox yüklənmiş növbədə çalışan fəhlələrin sayı nəzərə alınmaqla və ya hesabat aparmaqla avadanlıq seçilir və cədvəl tərtib edilir.

Cədvəl üzrə bütün avadanlığın sahələri toplanaraq fav təyin edilir.

Avadanlığın sıxlıq əmsalının (Kav) qiyməti isə müvafiq şöbələr üzrə aşağıdakı qiymətlərdə qəbul edilir (cəd. 5.1).

Cədvəl 5.1




Sex və şöbələrin adları



Avadanlığın sıxlıq əmsalı, Kav

1.

Çilingər-mexaniki,misgər-radiator, akkumulyatorların təmiri, elektrik avadanlığının təmiri, taksometrlər-radio avadanlığının təmiri, qida sistemi cihazlarının təmiri, üzçəkmə, rənghazırlama

3 - 4


2.

Aqreqat, şin-montaj, avadanlıq və alətlərin təmiri

3,5 - 4,5

3.

Qaynaq, tənəkəçi, armatur

4 - 5

4.

Dəmirçi-ressor, ağac emalı

4,5 - 5,5

Şöbələr üzrə avadanlıq cədvəlinin forması cədvəl 5.2 - də

göstərilmişdir (daha ətraflı əlavə 8-ə bax).

Cədvəl 5.2




Avadanlığın

adı

Sayı

Tip və ya modeli

Qısa texniki xarakteristikası (qabarit ölçüləri)


Sahəsi, m2



bir

avadanlığın



ümumi

fav



I

Aqreqat şöbəsi
















1.

Mühərriki söküb- yığmaq üçün stend

3

Qaro 2134

Stasionar-universal

1,2 x 0,80



0,96

2,88

2.

-

-

-

-

-

-




Yekunu













fav =

İkinci metod üzrə istehsal şöbəsinin sahəsi, şöbədə ən çox yüklənmiş (adətən I) növbədə eyni müddətdə çalışan hər bir fəhləyə verilən xüsusi sahəyə görə aşağıdakı ifadə ilə təyin edilir:



Fş = f1 + f2 ∙ (Pt - 1) ,

burada f1f2 - müvafiq olaraq birinci və hər sonrakı

fəhləyə verilən sahə normasıdır, m2 (cədvəl 5.3);

Pt - birinci növbədə çalışan texnoloji fəhlələrin

sayıdır.


Cədvəl 5.3



Şöbə


Avadanlığın sıxlıq əmsalı Kav

Bir fəhləyə

verilən xüsusi



sahə (f1 / f2 ) m2

Qeyd

1.

Aqreqat

4,0

15/12




2.

Çilingər

3,5

8/5




3.

Mexaniki

3,5

12/10




4.

Dəmirçi-ressor

5,0

20/15




5.

Misgər-radiator

3,5

10/8




6.

Tənəkəçi

4,5

12/10




7.

Qaynaq

4,5

15/10




8.

Ağac emalı

5,0

15/12




9.

Üzçəkmə

3,5

15/10




10.

Armatur

4,5

8/5




11.

Elektrotexniki

3,5

10/5




12.

Rəngləmə

4,0

30/15




13.

Vulkanizasiya

4,0

10/8




14.

Şin montaj

4,0

15/10




15.

Akkumulyator təmiri

3,5

15/10




16.

Qida avadanlığının təmiri

3,5

8/5




17.

Kuzov təmiri

4,5

30/15




18.

Yağ anbarı

2,5







19.

Rezin anbarı

2,5







20.

Ehtiyat hissə,aqreqat və materiallar anbarı

2,5







21.

Alət anbarı

2,5







Qeyd: Rəngləmə və kuzov şöbələrində avtomobil yeri-post nəzərdə tutulur və şöbələrin sahəsi qrafiki üsulla təyin edilir.

5.3. Anbar binalarının sahəsinin hesabı

Anbar binalarının sahəsinin hesabında da iki metoddan istifadə edilir:

1) hərəkət tərkibinin hər milyon km yürüşünə verilən anbar binalarının xüsusi sahəsinə görə;

2) anbarlarda yerləşdirilən avadanlığın planda sahəsi və onun sıxlıq əmsalına görə.

ANM-də anbar binalarının sahəsinin hər bir milyon km. yürüşə görə hesablanmasında hərəkət tərkibinin tipi, siyahı sayı və müxtəlif markalı olması nəzərə alınır.

Fan = Lil ∙ As ∙ fx∙ Kt ∙ Ks∙ Km∙ 10-6 ,

burada Lil - ANM-də bir avtomobilin illik yürüşü, km.;



As - ANM üzrə avtomobillərin siyahı sayı;

fx - müvafiq anbar üçün hər bir milyon km.

yürüşə verilən xüsusi sahə (cəd. 5.4), m2 ;



Kt , Ks , Km - uyğun olaraq hərəkət tərkibinin

tipini,siyahı sayını və müxtəlif markalı

olmasını nəzərə alan əmsallardır (cəd. 5.5).

Cədvəl 5.4





Anbar

binaları


Minik avtomo

billəri


Avto

buslar


Yük avtomo

billəri


Qoşqu və yarımqoş-qular

1.

Ehtiyat hissələri

1,6

3,0

3,5

0,9

2.

Aqreqat

2,5

6,0

5,5

-

3.

Materiallar

1,5

3,0

3,0

0,6

4.

Şin

1,5

3,2

2,3

1,7

5.

Yağlama materialları

(nasos qurğusu ilə)


2,6

4,3

3,5

-


6.

Lak-rəng materialları

0,6

1,5

1,0

0,4

7.

Kimyəvi maddələr

0,15

0,25

0,25

-

8.

Alət və alət paylama

0,15

0,25

0,25

-

9.

Aralıq anbarlar

0,5

1,2

1,1

-

Qeyd: Cədvəldə göstərilən anbar binalarının sahələri bir markalı ANM üçün nəzərdə tutulur.




Hərəkət tərkibinin tipini, siyahı sayını və müxtəlif markalı olmasını nəzərə alan əmsalların (Kt , Ks , Km) qiymətləri

cədvəl 5.5-də verilir.

Cədvəl 5.5




Əmsallar

Əmsalların qiyməti

I

Hərəkər tərkibinin tipini nəzərə alan əmsal

Kt

1.

Minik avtomobilləri:

- ən kiçik və kiçik sinifli

- orta sinifli


0,7


1,0

2.

Avtobuslar:

- ən kiçik sinifli

- kiçik sinifli

- orta sinifli

- böyük sinifli

- ən böyük sinifli


0,3


0,6

0,8


1,0

1,6


3.

Yük avtomobilləri:

- ən kiçik və kiçik yükgötürmə

qabiliyyətli

- orta yükgötürmə qabiliyyətli

- böyük yükgötürmə qabiliyyətli

- iri tonnajlı yükünü özüboşaldan avtomobillər



0,4


0,8

1,0-1,5


2,6

II

Avtomobillərin siyahı sayını nəzərə alan

əmsal

Ks



ANM-də avtomobillərin siyahı sayı

- 100-ə qədər olduqda

- 100-200 ədəd olduqda

- 200-300 ədəd olduqda

- 300- 500 ədəd olduqda

- 500-700 ədəd olduqda


1,4


1,2

1,0


0,9

0,8



III


Müxtəlif markalılığı nəzərə alan əmsal


Km




ANM-də avtomobillər bir markalı olduqda

- avtomobillər iki markalı olduqda

- avtomobillər üç markalı olduqda

- avtomobillər üçdən çox markalı olduqda



1,0

1,2


1,3

1,5




Misal. Orta sinif minik avtomobilləri olan TMP-də, avtomobillərin orta gündəlik yürüşü 320 km , parkın texniki hazırlıq əmsalı αt = 0,87 olarsa,anbar binalarının sahələrini hesablamalı.

Əvvəlcə bir avtomobilin orta illik yürüşü təyin edilir;



Lil = lg ∙ Dis. ∙ αt = 320 ∙ 365 ∙ 0,87 = 101616 km,

əmsalların qiymətləri seçilir:



Kt = 1,0; Ks = 1,0 ; Km =1,0 ,

anbarların ümumi sahəsi təyin edilir



Fan = Lil ∙ As ∙ fx ∙ Kt ∙ Ks ∙ Km ∙ 10-6 .

Əgər verilən ifadəni əvəzləmə ilə sadələşdirsək,



B = Lil ∙ As ∙ Kt ∙ Ks∙ Km∙10-6 ,

onda anbarın ümumi sahəsi



Fan = B ∙ fx ,

ifadəsi ilə təyin edilə bilər.

Burada

B = 101616 ∙ 250 ∙ 1,0 ∙ 1,0 ∙ 1,0 ∙10-6 = 25,4 ,

təyin edib yuxarıda verilən göstəricilərə əsasən



Fan = B ∙ fx = 25,4 ∙ fx

yazaraq, cədvəl tərtib edib ayrı-ayrı anbar sahələri təyin edilir.

Cədvəl 5.6




Anbar

binaları


fx , m2

B, km.

Fan =B. fx

1.

Ehtiyat hissələri

1,6

25,4

40,0

2.

Aqreqat

2,5

25,4

64.0

3.

Materiallar

1,5

25,4

38,0

4.

Şin

1,5

25,4

38,0

5.

Yağlama materialları

(nasos qurğusu ilə)



2,6

25,4

66,0

6.

Lak-rəng materialları

0,6

25,4

15,0

7.

Kimyəvi maddələr

0,15

25,4

4,0

8.

Alət və alət paylama

0,15

25,4

4,0

9.

Aralıq anbarlar

0,5

25,4

13,0




Ümumi sahə

11,1

25,4

282 m2
















Anbar binalarının saxlanan ehtiyata görə sahələri anbarlarda yerləşdirilən avadanlığın planda sahəsi və onun sıxlıq əmsalına görə təyin edilir.

Hesabat üçün əvvəlcə saxlanan ehtiyat hissələrinin və materialların normativ qiymətlərə görə sutkalıq sərfi və saxlanma müddəti təyin edilir [4]. Sonra saxlanan materiallara uyğun anbara avadanlıq seçilir (çəllək, rəflər, nasos qurğuları və s.), sonra avadanlığın planda tutduğu sahə təyin edilir və sıxlıq əmsalından (Kav=2,5) istifadə edərək anbar sahələri hesablanır.

Fan = fan ∙ Kav .

Lakin son zamanlar istehsal olunan avtomobillərin etibarlılığının yüksək olması, ehtiyat hissələrə olan tələbatın azalması, ehtiyat hissələrin kooperasiya mübadiləsinin təşkilinin yüksək səviyyədə olması, ANM və avtoservis müəssisələrində anbar logistikasına olan münasibətin əsaslı surətdə dəyişməsinə səbəb olmuşdur.

Digər tərəfdən, sahəsi istehsal binasının sahəsinin 25%-dən çox olan anbarlarda ehtiyat materiallarının aylar və illərlə saxlanması və ölü kapitala çevrilməsi də iqtisadi - biznes məsələləri baxımından məqsədəuyğun sayıla bilməz. Ona görə də anbar binalarının sahələrinin layihələndirilmə məsələlərində (xüsusi ilə tədris prosesində) hər bir milyon km yürüşə görə hesablanması daha əlverişlidir.
5.4. Köməkçi binaların sahəsinin hesabı
Köməkçi binalara inzibati, ictimai, məişət və s. binalar aid edilir. Ayrı-ayrı köməkçi binaların sahələri müəssisədə çalışan işçilərin sayına və müvafiq normalara görə təyin edilir.

İnzibati binaların sahəsi idarə aparatının ştat cədvəlinə, ictimai binaların sahəsi isə müəssisə üzrə işçilərin siyahı sayına görə təyin edilir.

Məişət binalarının sahələri müəssisədə çalışan işçilərin ştat üzrə sayına görə ən yüklənmiş (I) növbədə çalışan qadın və kişilərin sayı nəzərə alınmaqla hesablanır.

Texniki binaların (kompressor, transformator, nasos stansiyası, havalandırıcı kameralar və s.) sahələri isə qəbul edilən sistemdən asılı olaraq müvafiq normalar əsasında təyin edilir.

Layihənin texniki-iqtisadi əsaslandırılmasında, eləcə də tədris prosesində köməkçi binaların təxmini hesabı hər bir işçiyə verilən xüsusi sahəyə görə təyin edilir.
Fkb = ∑ P ∙ fkb , m2

Köməkçi binaların hər işçiyə verilən xüsusi sahə normalarının ( fkb ) işçilərin sayından asılı olaraq təxmini qiymətləri aşağıdakı cədvəldə (cədvəl 5.7) verilmişdir.


Cədvəl 5.7

İşçilərin sayı

200

400

600

800

1000

Bir işçiyə verilən

xüsusi sahə, (fkb) m2



8,0

6,0

5,0

4,5

4,0


6. Avtonəqliyyat müəssisələrinin istehsal zona

və sahələrinin texnoloji planlaşdırılması

6.1. Texniki xidmət və cari təmir zonalarının

planlaşdırılması
ANM-in istehsal binasının planlaşdırılmasında ən vacb məsələlərdən biri postların (avtomobil yerlərinin) yerləşdirildiyi TX və CT zonalarının planının tərtib edilməsidir.

Zona və sahələrin texnoloji planlaşdırılması dedikdə postların, avtomobillərin gözləmə və saxlanma yerlərinin, texnoloji avadanlığın, istehsal inventarlarının, qaldırıcı-nəqletmə və digər avadanlığın yerləşdirilmə planı nəzərdə tutulur.

İstehsal binasının planı tərtib edilərkən zona və şöbələr arasında texnoloji əlaqənin təmin edilməsinə xüsusi diqqət yetirilməlidir.

İstehsal binasının planlaşdırılmasında ayrı-ayrı zona və sahələrin həndəsi ölçüləri, konfiqurasiyası, normativ göstəricilər əsasında təyin edilməlidir. Sahələri təyin edilmiş sex və ya şöbələrin spesifik xüsusiyyətləri də nəzərə alınmalıdır. Təhlükə yarada bilən və zərərli şöbələr normativ şərtlər əsasında planlaşdırılmalıdır.

TX və CT zonalarının planlaşdırılmasında avtomobillərin

qabarit ölçülərinə görə kateqoriyalara bölünməsi nəzərə alınmalıdır.

Birinci kateqoriyaya uzunluğu 6 m.-ə qədər, eni 2 m; ikinci və üçüncü kateqoriyalara uzunluğu 6,0 -11,0 m, eni 2,0 2,8m ; dördüncü kateqoriyaya isə uzunluğu 11,0 m -dən çox, eni 2,8 m-dən çox olan avtomobillər aid edilir.

II, III və IV kateqoriyaya aid olan avtomobillər üçün yığışdırma-yuma postlarının, eləcə də TX və CT postlarının yerləşdirilməsi ayrıca zonada və ya binada nəzərdə tutulmalıdır.

I kateqoriyaya aid avtomobillər üçün yuma postları xüsusi kameralarda təşkil edilərsə, TX və CT postlarının yerləşdirildiyi binada planlaşdırıla bilər.

Əgər yığışdırma-yuma işləri axın xəttində təşkil edilərsə, onların ayrıca binada planlaşdırılması məqsədəuyğun sayılır.

Diaqnostika postlarının da TX və CT zonalarında yerləşdirilməsi məqsədəuyğun hesab edilir.

TX və CT postlarının planlaşdırılmasında avtomobillərin kateqoriyalarından asılı olaraq postlar (avtomobillər) arası və ya avtomobillərlə divar arası məsafələr və digər ölçülər normativ qiymətlərə uyğun təyin edilməlidir.

Planlaşdırma zamanı TX və CT zonasının ölçüləri istehsal binasının addım və aşırımından asılı olaraq (həmin ölçülər 6-ya bolünən olmalıdır) təyin edilməlidir. Postlar yerləşdirilən binaların hündürlüyü, qaldırıcı-nəqledici avadanlıq nəzərə alınmaqla, minik avtomobilləri müəssisəsində (TMP-də) 4,5 m; yük və avtobus ANM-lərində isə 5,5 m qəbul edilir.

Hərəkət tərkibinin saxlanma binalarında hündürlük 2,2 m-dən az və ən hündür avtomobildən 0,2 m artıq olması şərti ilə təyin edilir. Bir mərtəbəli binalarda avtomobillər saxlanarsa, binanın hündürlüyü: minik avtomobilləri üçün 3,0 m, yük avtomobilləri üçün isə 4,0 m qəbul edilir.



6.2. İstehsal sahələrinin (şöbələrin) planlaşdırılması
İstehsal sahələri planlaşdırılarkən şöbənin iş həcmi kiçik və sahəsi 10 m2 -dan az olduqda eyni tələblərə malik və eyni cinsli sexlərin birləşdirilməsi məqsədəuyğun hesab edilir.

Məsələn, tənəkə və qaynaq, dəmirçi və misgər, akkumulyator və qida şöbələri birləşdirilə bilər. Eləcə də, aqreqat və mexaniki, elektrotexniki və qida sistemi avadanlığının təmiri, armatur və üzçəkmə və s. şöbələr birləşdirilə bilər.

Şöbələrdə avadanlığın düzülməsi və ya yerləşdirilməsi təhlükəsizlik texnikasının tələbləri nəzərə alınmaqla yerinə yeririlməli, avadanlıq arası və ya avadanlıqla binanın divarları və ya sütunlar arası məsafələr onlara xidməti, sökülüb –yığılması və s. tələblər baxımından normativlərə əsasən təmin edilməlidir.

İstehsal binasının planı tərtib edilərkən, avtomobillərin binada hərəkət istiqamətinin sxemi göstərilməlidir. İstehsal binasında nəqliyyatın hərəkət sxemi qaraj prosesinə uyğun gəlməlidir.


6.3. Baş planın tərtibi
Müəssisənin baş planı-müəssisə ərazisində əsas və koməkçi binaların, müxtəlif digər tikililərin, qurğuların və duracaqların bir-birinə nəzərən qarşılıqlı yerləşdirilməsi üçün ayrılmış torpaq sahəsinə deyilir.

Avtomobil nəqliyyatı müəssisələrinin baş planı “Sənaye müəssisələrinin baş planı”, “Avtoxidmət və avtoistismar müəssisələri” və digər sənədlərin tələblərinə uyğun olaraq istehsal prosesinin funksional sxemi əsasında tərtib edilir.

Baş planın sahəsinin seçilməsində aşağıdakı tələblərin nəzərə alınması vacib hesab edilir:


  • sahənin optimal ölçülərdə olması ( düzbucaqlı

formada, sahənin eninin uzununa nisbəti 1:1,5 –

1: 3,0 qəbul edilməlidir);



  • yerin hamar relyefli sahəyə və yaxşı hidrogeoloji-

iqlim şəraitinə malik olması;

  • baş avtomobil magistrallarına, mühəndis

şəbəkələrinə yaxın olması;

  • istilik, su, qaz, elektrik enerjisi və s.kommunikasiya

elementləri ilə təchiz olunması;

olması və s.

ANM-in baş planı onun ölçülərindən və cizgi vərəqində yerləşməsindən asılı olaraq 1:200; 1:500; 1:1000 miqyaslarında tərtib edilir. Müəssisənin baş planı cizgi vərəqində elə yerləşdirilməlidir ki, cənub-şimal istiqaməti aşağıdan yuxarıya doğru yönəlmiş olsun.

Baş planda istehsal və inzibati binalar (korpuslar), avtomobillərin saxlanma duracaqları, köməkçi binalar, tikintilər, o cümlədən qazanxana, yoxlama-buraxma (nəzarət) məntəqəsi, transformator qovşağı, anbarlar, kompressor binası, hovuz, idman və istirahət zonaları və s. qabarit ölçüləri ilə göstərilir.

Baş planda bütün binalar, eləcə də tikililər və duracaqlar qaraj prosesinə uyğun yerləşdirilməli və ərazi üzrə nəqliyyatın hərəkət istiqamətinin sxemi göstərilməlidir. ANM-də hərəkət tərkibinin sayı 100-dən artıq olduqda qarajdaxili hərəkət sxemində kəsişmə hallarına yol verilməməlidir.

Açıq duracaqlarda saxlanma şəraitində avtomobillər qrup halında saxlanılır və hər qrupda avtomobillərin sayı 200-dən artıq olmamaq şərtilə düzülən və hər qrup avtomobillər arasında 20 m yanğına qarşı təhlükəsizlik zolağı nəzərdə tutulmalıdır. Müəssisənin ərazisində hərəkət zolağının eni birtərəfli hərəkətdə 3,5 m-dən ikitərəfli hərəkət isə 6 m-dən az olmamalıdır.

Baş planın yaşıllaşdırılan sahəsi ümumi sahənin 10-15%-ni təşkil etməlidir.

Müəssisədə tikintilər üçün ayrılan sahə hərəkət tərkibi binalarda saxlanıldıqda ümumi sahənin 40-50 % - i, açıq meydançalarda saxlanıldıqda isə 10-15 % -i qədər təşkil etməlidir. İstehsal binasının sahəsi bütün tikinti sahələrinin ümumi sahəsinin 30-40%-i qədər olmalıdır.

ANM-in planlaşdırılmasının texniki-iqtisadi əsaslandırıl- masında baş planın sahəsi aşağıdakı ifadə ilə təyin edilir:


Fbp = 10-6 ∙ ( Fti + Fk + Fad )∙ Kt , ha
burada: Fti - istehsal-anbar binalarının (tikinti) sahəsi, m2 ;

Fk - köməkçi binaların sahəsi, m2 ;

Fad - açıq meydançalarda duracaq sahəsi, m2 ;

Kt - ərazinin tkinti sıxlığıdır (tikintidən istifadə

əmsalı), m2.


ANM-də baş planın sahəsi avtomobillərin siyahı sayına görə də hesablana bilər:

Fbp = fx ∙ As ∙ η ,

burada: fx - baş plan üçün xüsusi (ərazi) sahə norması

(cədvəl 6.1), m2 ;

As - ANM üzrə hərəkət tərkibinin siyahı sayı;

η - tikintidən istifadə əmsalıdır.

Baş planda istehsal binasının sahəsi ANM-də siyahı üzrə bir avtomobilə verilən xüsusi sahəyə (f ib) görə də təyin edilə bilər.



Fib = f ib ∙ As .

Burada fib - xüsusi sahə norması olub:



  • minik avtomobilləri üçün 10 m2;

  • yük avtomobilləri üçün 11 m2;

  • avtobuslar üçün isə 22 m2 qəbul edilir [1,4].

İstehsal binasının sahəsi tikinti altında qalan sahələrin

30 40 %-ni təşkil edir.

Kompleks ANM-in layihələndirilməsində sahələrin hesablanması, etalon şərait üçün verilən texniki-iqtisadi göstəricilərdən istifadə etməklə də aparıla bilər, cədvəl 6.1 [ .

Tikintilər üçün ayrılan sahələrə bütün bina və tikililər altında qalan sahələrin cəmi, o cümlədən çardaqların, açıq duracaq sahələrinin, anbarların, ehtiyat sahələrin tutduqları sahələr aid edilir.

Lakin tikinti sahələrinə trotuarların, avtomobil yollarının, açıq idman meydançalarının, istirahət zonalarının, fərdi minik avtomobilləri üçün duracaqların sahələri və yaşıllıq sahələri daxil edilmir.

Baş planda bina və tikintilərin eksplikasiyası, şərti işarə və əsas göstəricilər cədvəl şəklində gösərilir.

Baş planda əsas göstəricilərinə tikintinin sahəsi və sıxlığı, ərazidən istifadə və yaşıllaşdırma əmsalları aid edilir.

Tikintidən istifadə (tikintinin sıxlıq) əmsalı tikinti sahələrinin cəminin (Ft) müəssisənin ümumi sahəsinə (Fbp) olan nisbəti ilə təyin edilir:



Kt = .

Cədvəl 6.1



Göstəricilər


Kompleks ANM




Yük avto- mobilləri

Avto

buslar


Minik avtomo-

billəri


qarışıq park



1

1 mln.km yürüşə

verilən istehsal

işçilərinin sayı


3,88

6,69

2,90

5,25




2

1 mln.km yürüşə verilən işçi

postların sayı



0,98

1,42

1,06

1,65




3

1 avtomobilə

verilən istehsal-

anbar binalarının

sahəsi, m2



16,0

33,5

10,0

26,5




4

1 avtomobilə verilən köməkçi binaların

sahəsi, m2



8,1

10,4

6,0

9,5




5

1 saxlanma - duracaq yerinin sahəsi, m2

34,0

53,0

18,5

-




6

1 avtomobilə verilən ərazi sahəsi, m2

106,0

173,0

67,0

142,0




Tikintinin minimum sıxlıq əmsalı müəssisədə olan avtonəqliyyat vasitələrinin sayından asılı olaraq:

  • yük avtomobil müəssisələri üçün 45 50%;

  • avtobus ANM-ləri üçün 50 60%;

  • taksomotor parkları üçün 52 58% qəbul edilir.

TXS-də isə tikintinin sıxlıq əmsalı postların sayından asılı olaraq 20 40 % qəbul edilir. Ərazidən istifadə əmsalı binaların, qurğuların, açıq meydançaların, avtomobil yollarının, trotuarların və yaşıllığın tutduğu sahələrin cəminin müəssisənin ümumi sahəsinə nisbəti ilə təyin edilir.

Yaşıllaşdırma əmsalı yaşıllaşdırılan sahələrin cəminin (Fy) müəssisənin ümumi sahəsinə (Fbp) olan nisbəti ilə təyin edilir:



Ky = .

Müəssisənin tikinti sahəsi ərazinin sahəsinin 50 % - dən az olduqda yaşıllaşdırma sahəsi müəssisənin ərazisinin

15 %-dən , 50 %-dən çox olduqda isə 10%-dən az olmama-lıdır.
6.4. Layihənin texniki - iqtisadi göstəriciləri və

qiymətləndirilməsi
Bütün layihələrin sonu texniki - iqtisadi göstəricilərin hesablanması və etalon qiymətlərlə müqayisə edilməsi ilə başa çatır.

ANM fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində istifadə edilən göstəricilərə aşağıdakılar aid edilir:

1. Bir mln.km yürüşə düşən istehsal işçilərinin sayı;

2. Bir mln.km yürüşə düşən işçi postların sayı;

3. Bir avtomobilə düşən istehsal-anbar binalarının sahəsi,m2;

4. Bir avtomobilə düşən köməkçi binaların sahəsi, m2 ;

5. Bir duracaq yerinə düşən dayanacaq sahəsi, m2 ;

6. Bir siyahı üzrə avtomobilə düşən ərazi sahəsi, m2 ;

7. ANM üzrə yaşıllıq ərazisinin sahəsi, m2 .

Qiymətləndirmə zamanı bu göstəricilər layihə edilən müəssisə üzrə hesablanır, müvafiq əmsallarla korreksiya edilir və etalon qiymətlərlə müqayisə edilir.Layihələrin texniki - iqtisadi göstəricilərin hesablanma metodikası və etalon qiymətləri ədəbiyyatda verilir.



ÜÇÜNCÜ BÖLÜM

Avtoxidmət müəssisələrinin texnoloji

layihələndirilməsi

7. Minik avtomobillərinə xidmətin müasir

vəziyyəti
7.1. Əhalinin avtomobilləşmə səviyyəsi

Əhalinin avtomobilləşmə səviyyəsi - ölkənin əhalisinin

minik avtomobilləri ilə təmin olunma göstəricisidir və hər min nəfərə düşən fərdi minik avtomobillərinin sayına görə hesablanır. Minik avtomobilləri dedikdə, tutumu sürücü yeri də daxil olmaqla 2-9 arasında olan sərnişin və baqaj daşınması üçün yol nəqliyyat vasitəsi nəzərdə tutulur.

Əhalinin avtomobilləşmə səviyyəsi onun yaşayış səviyyəsinin əsas göstəricilərindən biridir. Əhalinin yaşayış səviyyəsi çox olduqca, onların avtomobil alma ehtimalı da yüksək olur.

Əhalinin avtomobilləşmə səviyyəsinin yüksək olması ictimai infrastrukturun kəskin dəyişməsinə, əhalinin mobilliyinin-hərəkətliliyinin artmasına, onların iqtisadi vəziyyətinin yüksəlməsinə imkan yaradır. Əhalinin avtomobilləşmə səviyyəsinin mənfi cəhətlərinə isə magistral yollar boyunca havanın və torpağın çirklənməsini, şəhər və şəhərətrafı mühitin səs-küyə məruz qalmasını, avtomobil qəzalarının və onunla bağlı insan tələfatının artmasını, eləcə də cəmiyyətin həyatının avtomobilləşmənin neqativ nəticələrindən asılılığının artmasını göstərmək olar.

2007-2011-ci illərin məlumatına (International Road Federation. The World Road Statistics 2012) əsasən hər 1000 nəfərə düşən avtomobillərin sayına görə dünya ölkələrinin ilk onluğuna aşağıdakı ölkələr daxil edilmişdir: Monako (908), ABŞ (802), Lixtenşteyn (796), İslandiya (746), Malta (743), Lüksemburq (739), Avstraliya (730), Qətər (724), Yeni Zelandiya (718), Bruney (696). Lakin bu göstəricilər müxtəlif illərdə və müxtəlif təşkilatlar tərəfindən verildiyi üçün bir-birindən fərqlənir.

Rusiyada əhalinin avtomobilləşmə səviyyəsi “Avtostata” analitik mərkəzinin qiymətləndirilməsinə görə ümumən 2012-ci ilin yanvar ayında hər 1000 nəfərə 250 minik avtomobili təşkil etmişdi. 1970-2013-cü illərdə isə Rusiya Federasiyası üzrə əhalidə minik avtomobillərinin inkişaf dinamikası aşağıdakı kimi olmuşdur(cədvəl 7.1).

Cədvəl 7.1






İllər

1970

1985

1993

1997

2000

2002

2010

2013




Rusiya federasiyası

(ədəd/ 1000 nəfər)

5,5

44,5

75,7

113,7

132,4

147,7

249,0

257






























Avtomobil sənayesi son dövrdə daha yüksək templə inkişaf edir.

Dünyanın iri ölkələrində 2012-ci ildə hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı cədvəl 7.2-də verilmişdir.

Avtomobil istehsal edən nəhəng kompaniyalara (2012-ci ilə olan məlumat) aşağıdakılar aid edilir:



  • General Motors (ABŞ + Böyük Britaniya +

Avstraliya + Almaniya) - 9,03 mln. ədəd

  • Volkswagen Group (Almaniya+Fransa+ İtaliya +

İspaniya + Böyük Britaniya) –8,16 mln.ədəd

  • Toyota (Yaponiya) - 8 mln.ədəd

  • Hyundai Motor (Cənubi Koreya) - 6,59 mln. ədəd

  • Ford (ABŞ) - 6,3 mln. ədəd

  • Renault-Nissan (Yaponiya + Fransa + Cənubi

Koreya+ Rumıniya + Rusiya) - 6,16 mln ədəd.

Cədvəl 7.2





Ölkələrin adı

Əhalinin sayı, mln. nəfər

Minik avtomobil.

parkı, mln.



ədəd

Hər 1000 nəfərə düşən avtomobil sayı, ədəd

1

ABŞ

315,31

202,23

641

2

Almaniya

81,89

43,56

532

3

Fransa

63,61

31,74

499

4

Böyük Britaniya

63,24

31,55

499

5

Polşa

38,32

18,17

474

6

Çex Respublikası

10,51

4,64

442

7

Cənubi Koreya

48,59

14,61

301

8

Rusiya

143,00

37,22

260

9

Ukrayna

44,94

8,04

179

10

Braziliya

198,36

24,93

126

11

Türkiyə

74,51

8,35

112

12

Çin

1353,38

69,83

52

13

Hindistan

1258,35

21,51

17

14

Azərbaycan

9,50

1,12

120


*Mənbə: IHS Global Insight, Datamonitor, analitik agentlik “АВТОСТАТ”, qiymətləndirmə «Ernst and Yanq».

Uzun illər avtomobil istehsalı üzrə dünyada birinci yeri ABŞ tuturdu.1980-cı ildən sonra yeni lider Yaponiya oldu, 2009-cu ildən sonra isə Çin Respublikası birinci yerə qalxdı. 2010-cu ildən başlayaraq Çin bütün Avropa ittifaqı ölkələrinin birgə istehsal etdiyi avtomobillərdən daha çox avtomobil istehsal edir və dünya bazarında nəhəng avtomobil istehsalçısına çevrilmişdir. Rusiya Federasiyası avtomobil istehsalçıları içərisindən 15-liyə daxildir.

Qeyd edək ki, Azərbaycan Respublikasında avtomobillərin ümumi sayı (2014-cü ilin II rübündə) 1,350 mln, o cümlədən minik avtomobillərin ümumi sayı - 0,98 mln, fərdi minik avtomobillərinin sayı isə 0,85 mln təşkil etmişdir.

7.2. Minik avtomobillərinin istismarının fərqli

cəhətləri
Əhaliyə mənsub olan minik avtomobillərinin istismarının ümumi təyinatlı minik avtomobillərinin istismarı ilə müqayisədə özünəməxsus xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərə : istismar intensvliyinin az olması, orta illik yürüşün az olması, hərəkət sürətinin və yüklənmənin az olması, qarajxarici şəraitdə boş dayanmaların çox olması, avtomobillərin istismar müddətinin həddən çox olması, ilin yay mövsümündə turist gedişlərinin (yürüşün) çox olması, sürücülərin dərəcəsinin-kvalifikasiyasının aşağı olması, avtomobilə daha ciddi xarici qulluğun göstərilməsi, avtomobil sahibləri tərəfindən, bəzən də səriştəsiz “ustalar” tərəfindən texniki xidmət və ya təmirin aparılması, aqreqat və düyünlərin təmirində fərdi üsuldan istifadə edilməsi, yeyilmiş aqreqatların daha müasir avtomobil aqreqatları ilə əvəz edilməsi və s.

Qeyd edək ki, minik avtomobilləri parkı ölkə ərazisində qeyri-bərabər yayılmışdır. Avtomobillərin çoxu mərkəzi zonanın iqlim şəraitində istismar edilir və iri şəhərlər və şəhərətrafı zonalarda cəmlənmışdir.

Ölkədə olan avtomobillərin - 1,5 milyonun 65 70 %-i Bakıda, 10 15%-i Gəncədə, 10%-i Sumqayıtda istismar edilir.

Əhaliyə mənsub olan avtomobillərin istismar intensivliyini xarakterizə edən əsas göstərici avtomobillərin istismar müddəti illik yürüşü hesab edilir.

Avtomobillərin orta illik yürüşü 2014-cü ildə 15,5min km təşkil etmişdir. Qeyd edək ki, illik yürüş iqlim şəraitindən və avtomobillərin istismar edildiyi yaşayış məntəqələrinin ölçüsündən də asılıdır. Avtomobillərin xidmət müddəti artdıqca orta illik yürüşü azalır.

Orta illik yürüşün qiymətinə avtomobil sahiblərinin yaşının da böyük təsiri vardır. Ən böyük illik yürüşə (orta hesabla 14 min km) sahiblərinin yaşı 25 35 il olan avtomobillər təşkil edir.

Bu qiymət bütün avtomobillər üzrə orta illik yürüşdən 20% çoxdur. 60 yaşdan yuxarı sürücülərin avtomobillərinin orta illik yürüşü bütün avtomobillər üzrə orta illik yürüşdən 20% azdır [3].

Fərdi minik avtomobillərinin orta xidmət müddəti kifayət qədər çoxdur və 15 20 –il təşkil edir. Bu avtomobillərə hələ də böyük ehtiyacın olmasını və qiymətinin yüksək olmasından irəli gəlir.

İnkişaf etmiş Avropa ölkələrində avtomobillərin silinməyə qədər orta xidmət müddəti 10 13 il təşkil edir. Park üzrə illik silinmə isə 7 8 % təşkil edir.

Fərdi minik avtomobillərinin istismarının əsas xarakteristikası avtomobillərin saxlanma xərci hesab edilir və bir km yürüşə düşən vəsaitlə (qəp./ km) ölçülür.


7.3. Nəqliyyatda xidmət sahələri
Nəqliyyatda xidmət sahələri nəqliyyat vasitələrinə texniki xidmətdən və əhaliyə göstərilən nəqliyyat xidmətindən ibarətdir (şəkil 7.1).Yəni nəqliyyatın əsas funksiyasının əhaliyə

xidmət göstərilməsindən ibarət olduğunu qeyd etmək olar.

Əhaliyə nəqliyyat xidməti barədə geniş məlumat [5] verilmişdir. Burada əsasən, nəqliyyat vasitələrinə texniki xidmət haqqında məlumat verilir.

Şəkil 7.1. Nəqliyyatda xidmət sahələrinin strukturu

Ümumiyyətlə, xidmət-ictimai təsərrüfatın müxtəlıf sahələrində materiyanın və təbiət sərvətlərinin emalı və formasının dəyişdirilməsi ilə bağlı olmur. Lakin xidmət, ictimai faydalı əmək fəaliyyəti hesab edilməklə xüsusi istehlak dəyəri yaradan iş növlərinə aid edilir.

Bu baxımdan nəqliyyatın əsas funksiyasının əhaliyə xidmət göstərilməsindən ibarət olduğunu qeyd etmək olar.

Avtomobillərin texniki xidməti və təmirinin, əsasən avtoservislərdə və texniki xidmət stansiyalarında aparıldığını nəzərə alaraq, əvvəlcə, xidmət və servis, eləcə də avtoxidmət və avtoservis anlayışlarına aydınlıq gətirək.



Xidmət - ayrıca satılan və ya satılan məhsulla birlikdə təqdim edilən, qazanc əldə etmə və ya tələbatı təmin etmə fəaliyyətidir.

Xidmətin xüsusiyyəti istehsal məhsulu ilə müqayisədə ondan ibarətdir ki, xidmət tələbin təminatını fəaliyyətlə yerinə yetirir.



Nəqliyyat xidməti dedikdə əhaliyə nəqliyyat vasitələri ilə sərnişin və yük daşımaları üzrə xidmətin göstərilməsi nəzərdə tutulur. Nəqliyyat xidməti haqqında daha geniş məlumat [5]-də verilmişdir.

Xidmət göstərmə - xidmətin yerinə yetirilməsinin təmin edilməsi üçün xidmət icraçısının fəaliyyətinə deyilir.

Nəqliyyat xidmətinin təşkili - əhalinin həm sərnişin, həm də yük daşımalarında (eləcə də hər iki halda) tələbatını təmin etmək üçün kompleks təşkilati və idarəçilik tədbirlərinin yerinə yetirilməsinə deyilir.

Servis. Hal -hazırda “servis” - sözü daha populyar sözlər sırasında geniş mənada işlədilir.

Servis sözü ingilis dilindən “service” sözündən gotürülüb: xidmət, qulluq, xidmət etmə kimi sözlərin mənasını daşıyır.

Servis - müştərinin xidmət göstərilməklə tələbatının yerinə yetirilməsinə yönələn, ayrı-ayrı insan və ya təşkilat tərəfindən təşkil olunan, insan fəaliyyətinin xüsusi növüdür.

Servis - sözün geniş mənasında, texniki vasitə və aparatların, kommunal texnikanın təmiri və sazlanmasına ramən xidmət- qulluq kimi səciyyələndirilir.



Servis - müştərinin nəzərdə tutduğundan ona göstərilə bilən daha geniş çeşiddə- kompleks xidmət kimi xarakterizə olunmalıdır.

Nəqliyyat üzrə servisdə, əsasən nəqliyyat vasitələrinin reallaşdırılmasından (satışından) başlayaraq, onların istismar müddətində texniki saz vəziyyətdə saxlanması ilə əlaqədar texniki xidmət və təmir işləri yerinə yetirilir.

Servis sistemində xarakterik hal bir də ondan ibarətdir ki burada nəqliyyat vasitələrinə texniki xidmət və təmir işləri ilə yanaşı onların sahiblərinə və ya alıcılara-müştərilərə (tələbatdan asılı olaraq) əlavə (kompleks) xidmət göstərilir.

Məsələn, fərz edək ki, bir müştəri öz avtomobilinin mühərrikinin yağını və süzgəcini dəyişdirmək istəyir və avtoservisə müraciət edir. Lakin prosedura zamanı avtomobilin digər nasazlığı müəyyən edilir və onun sahibinə: avtomobilin tam təhlükəsizliyinin təmin edilməsi üçün, onun ümumi və ya lokal diaqnostika edilməsini, tormoz qəliblərinin, kondisioner süzgəcinin, işıq lampalarının və s.(vəziyyətdən asılı olaraq) dəyişdirilməsi məsləhət görülür. Yəni servisdə xidmət çeşidləri avtoservisin gücündən, tipindən, imkanlılığından asılı olaraq geniş olur. Əlbəttə, əlavə təklif olunan xidmət işləri müştərinin istəyindən və imkanından asılı olur və onunla razılaşdırılır.

Əslində servis “firma servisi”ndən və “texniki servis”dən ibarət hesab edilməlidir.

Avtomobil nəqliyyatı üzrə “firma servisi” firma avtoservisi kimi və ya sadəcə”Avtoservis”, “texniki servis” isə texniki

xidmət stansiyalarında və müəssisələrində yerinə yetirilən işləri nəzərdə tutur.

Lakin bütün hallarda xidmət anlayışı daha geniş-kompleks xidmət mənasında başa düşülməli və çoxtərəfli xidmət kimi qəbul edilməlidir.



Firma servisi və ya avtoservisin funksional fəaliyyəti iki qrup xidmət növlərindən ibarət olur (şəkil 7.2):



Firma serisi








































nəqliyyat vasitələrinin sahiblərinə-müştərilərə (sosial) xidmət




nəqliyyat vasitələrinə

xidmət (TXS)





Şəkil 7.2. Firma servisin xidmət növləri
Nəqliyyat sahiblərinə-müştərilərə xidmətin növlərinə: servisə gələn nəqliyyat vasitəsinin qeydiyyat müddətində parkovka (duracağın) olunması; müştərilərə kafedə pulsuz (çay, kofe və s.) xidmət göstərilməsi; əgər müştərinin avtomobili üzun müddət (bir və ya bir neçə gün) ərzində avtoservisdə qalacaqsa, müştərinin taksi sifariş edə bilməsi və ya avtomobil icarəyə götürə bilməsi; avia, dəmir yolu və avtobus marşrutları üzrə bilet sifarış verə bilməsi və s. aid edilə bilər.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə