H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi



Yüklə 1,41 Mb.
səhifə20/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

4.7. Texnoloji avadanlığın seçilməsi
ANM-də istehsal prosesini təmin etmək üçün lazım olan texnoloji avadanlığa: stasionar və masaüstü dəzgahlar, stendlər, cihazlar, tərtibatlar və istehsal inventarı (çilingər masaları, rəflər, masalar, şkaflar və s.) aid edilir.

Texnoloji avadanlıq istehsal təyinatına görə: əsas (dəzgahlar, sökmə-yığma stendləri və s.); komplektli

(qaldırıcı- baxış, qaldırıcı- nəqledici və s.); ümumi təyinatlı (çilingər masaları, rəflər, vannalar və s.) və anbar avadanlığı üzrə qruplara bölünür.

Avadanlığın seçilməsində texnoloji avadanlq və xüsusi alətlər üzrə tərtib edilmiş kataloq və sorğu cədvəllərindən istifadə edilir.

Əsas texnoloji avadanlığın sayı iş həcminə,istifadə dərəcəsinə və məhsuldarlığına görə təyin edilir.

Məsələn, ANM-in mexaniki şöbəsində dəzgahların sayı mexaniki şöbənin iş həcminə görə aşağıdakı ifadə ilə təyin edilir:



nd = ,
burada: Tmex - mexaniki şöbənin illik iş həcmi, saat;

ηo - avadanlıqdan istfadə əmsalı;

Po - bir dəzgahda eyni müddətdə çalışan

fəhlələrin sayı;



Fo = Dis∙ Tn ∙ C - bir dəzgahın illik vaxt

fondudur, saatla.

Mexaniki şöbədə dəzgahlar ümumi saya nisbətinə görə aşağıdakı faizlə seçilir:

- torna dəzgahı - 48%;

- torna-revolver dəzgahı - 12%;

- frez dəzgahı - 12%;

- cilalama dəzgahı - 10%;

- yonma dəzgahı - 5%;

- itiləmə dəzgahı - 8%;

- burğu dəzgahı - 5%.

Mexanikləşdirilmiş yuma qurğularının sayı onların məhsuldarlığı və istifadə dərəcəsinə görə təyin edilir:

My = ,

burada: - sutka ərzində yuyulan avtomobillərin sayı;



Ny - yuma qurğusunun məhsuldarlığı, avtom./saat;

Ty - yuma qurğusunun sutka ərzində iş müddəti,

saat;


ηy - qurğunun iş müddətindən istifadə əmsalı

(0,75 0,90);



= 1,2 1,3 yuma zonasından keçən avtomobil- lərin sayının qeyri-müntəzəmliyini nəzərə alan əmsaldır.

Qida sistemi avadanlığının təmiri, akkumulyator və elektrotexniki şöbələrdə avadanlıq yüklənməyə görə deyil, komplektliliyinə görə tabel cədvəlindən seçilir.

Qaldırıcı-baxış və qaldırıcı- nəqletmə avadanlığı (kran-tir, telfer, elektromexaniki və hidravlik qaldırıcılar və s.) TX və CT postlarının sayına müvafiq və ya mexanikləşdirilmə dərəcəsi nəzərə alınmaqla seçilir.

Konveyerlərin sayı və növü axın xəttinin sayından, istehsal proqramından və TX-nin təşkil üsulundan, avtomobilin tipindən asılı olaraq seçilir.

İstehsal inventarı (çilingər masası, rəflər, vannalar və s.) ümumi təyinatlı köməkçi avadanlıq olub, tələbatdan asılı olaraq I növbədə çalışan fəhlələrin sayı nəzərə alınmaqla təyin edilir-seçilir. Anbar avadanlığının sayı ehtiyat hissələrin nomenklaturasından və anbarda olan ehtiyatın həcmindən asılı olaraq seçilir.

Kompleks avtonəqliyyat müəssisələrinin zona, sex və şöbələrində düzülən texnoloji avadanlığın təqribi siyahısı

əlavə 8-də verilmişdir.

5. İstehsal binalarının layihələndirilməsi


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə