H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi



Yüklə 1,41 Mb.
səhifə17/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

4.4. Fasiləsiz axın xəttinin hesabı
Fasiləsiz axın üsulundan yalnız gündəlik xidmət işlərinin təşkilində istifadə edilir.Yuma və qurutma işləri tam mexanikləşdirilmiş olduqda, yığışdırma işləri ayrıca postda əl ilə (tozsoran la) yerinə yetirilir. Bu zaman xətdə olan postların sayı mexanikləşdirilmiş qurğuların yerləşdirildiyi postların (avtomobilin və təkərlərin yuyulması, qurutma) sayına bərabər götürülür.

Belə təşkildə axın xəttində fəhlə nəzərdə tutulmur, qurğunu yalnız operator idarə edir. Yuma xəttinin və eləcə də ayrı-ayrı postlarda olan qurğuların buraxma qabiliyyəti yuma qurğusunun buraxma qabiliyyətinə bərabər qəbul edilir. Gündəlik xidmətin axın xəttinin taktı və konveyerin hərəkət sürəti aşağıdakı ifadələrlə təyin edilir



= ,
Vk = = ,

burada Ny - avtomobillərin axın xəttində mexanikləş- dirilmiş yuma qurğusunun saatlıq məhsuldarlığı (yük avtomobilləri üçün 15-20 , minik avomobilləri üçün 30-40, avtobuslar üçün 30-50 avtomobil/saat );

La - avtomobilin qabarit uzunluğu,m; a - xəttin postlarında iki ardıcıl avtomobil arasındakı məsafədir, a = 1,2 2,0 m. qəbul edilir.

Əgər axın xəttində ancaq yuma işləri mexaniklşdirilərsə və digər işlər əl ilə fəhlə tərəfindən yerinə yetirilərsə, onda axın xəttinin taktı, əl ilə işlərin görülməsini təmin edən konveyerin hərəkət sürəti nəzərə alınmaqla təyin edilir. Başqa sözlə, konveyerin hərəkət sürəti elə seçilməlidir ki, mexanikləşdirilmiş işlərlə eyni müddətdə, əl ilə görüləcək işlərinin də yerinə yetirilməsi mümkün olsun. Bu zaman xəttin taktı: = ,



ifadəsi ilə təyin edilir. GX xəttinin saatlıq buraxma qabiliyyəti isə = kimi təyin edilir.

Gündəlik xidmətin axın xəttində postların sayı işlərin ixtisaslaşma dərəcəsindən asılı olaraq yığışdırma,yuma, qurutma və s. texnoloji ardıcıllıqla təyin edilir.

GX zonasında əl ilə görülən işləri yerinə yetirmək üçün fəhlələrin sayı aşağıdakı ifadə ilə hesablanır:

= ,

Burada - gündəlik xidmət işlərinin əl ilə yerinə yetirilən hissəsinin əmək tutumudur, adam-saatla.

GX zonasında işlərin əl ilə görüldüyü postlar arasında fəhlələrin paylanması, xəttin taktına və həmin postun əmək tutumuna əsasən aparılır.

Beləliklə, GX işləri fasiləsiz axın üsulu ilə təşkil edildikdə axın xətlərinin sayı aşağıdakı ifadə ilə təyin edilir:

=

Son zamanlar GX zonası istehsalat binasından kənarda -ayrıca təşkil edilir və burada (bir postda) ancaq yuma işləri mexanikləşdirilmiş qurğu vasitəsi ilə yerinə yetirilir.



Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınmaqla, gündəlik xidmətdən keçən avtomobillərin sayını:

- minik avtomobilləri üzrə 50%;

-avtobuslar üzrə 40%;

-yük avtomobilləri üzrə isə 30 % qəbul etmək tövsiyə edilir.

Yəni park üzrə il ərzində GX-dən keçən avtomobillərin sayını:

- minik avtomobilləri üzrə = 0,5 Ast . Dis ;

- avtobuslar üzrə = 0,4 Ast . Dis ;

- yük avtomobilləri üzrə isə = 0,3 Ast . Dis

qəbul etmək olar.

Misal. ANM-də orta sinif Mercedes minik avtomobillərinə gündəlik xidmət işlərini yerinə yetirmək üçün axın xətlərinin, postların və işçilərin sayını hesablamalı.

Verilir: Park üzrə gündəlik xəttə çıxan avtomobillərin sayı Ni = 200; T= 8,2 saat; C = 1,0; ti = 0,08 ad.-saat .

GX-işlərinin fasiləsiz axın üsulu ilə aparılması nəzərdə tutulur. Yuma qurğusunun məhsuldarlığı Ny = 20 - 30

avtomobil / saat qəbul edilir.

GX zonasından keçən avtomobillərin sayını

= 0,5 ∙ Ni = 0,5 ∙ 200 = 100 qəbul edirik.

1.İstehsalın ritminin təyin edilməsi;
= = = 4,92 dəq.

2. Konveyerin hərəkət sürətinin təyini

Vk = = 2,7 m/dəq.
3. Xəttin taktının təyin edilməsi

= = = 2,4 dəq.

4. Xətlərin sayının təyin edilməsi

mi = = = 1,0 xətt qəbul edirik.

Xətdə üç post nəzərdə tutulur:

I post - yığışdırma işləri (əl ilə yerinə yetirilməsi nəzərdə

tutulur);

II post - mexanikləşdirilmiş yuma;

III post - qurutma işləri (burada həmçinin mühərrikin yağının, radiatorda soyuducu mayenin səviyyələrinin yoxlanılması və ehtiyac üzrə əlavə edilməsi işləri də nəzərdə tutulur).

5. Xətdə çalışan fəhlələrin sayının təyin edilməsi

Px = = = 2,0 nəfər.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə