H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi


ANM üzrə özünəxidmət və ümumi iş həcminin təyini



Yüklə 1,41 Mb.
səhifə13/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

3.7. ANM üzrə özünəxidmət və ümumi iş həcminin təyini

ANM-də müxtəlif xidmət və cari təmir işlərindən əlavə köməkçi işlər də yerinə yetirilir. Köməkçi işlərin ümumi həcmi TX və CT işlərinin ümumi həcminin 20-30 %-ni təşkil edir. ANM-də köməkçi işlərin 40-50 %-ni isə özünəxidmət işləri təşkil edir.

Yəni ANM üzrə özünəxidmət işlərinin ilik həcmi ANM-in TX və CT üzrə illik iş həcminin 8-15%-nə bərabər olur.

Töx = , adam-saat.

burada Köx = (8-15) % - müəssisənin əsas istehsal işlərinin həcminin faizini göstərir.

Özünəxidmət işlərinin həcminin kiçik faizi böyük ANM-lər (As= 300 - 400), böyük faizi isə kiçik ANM-lər

(As=100-200) üçün nəzərdə tutulur.

Özünəxidmət işlərinin həcmi aşağıdakı ifadə ilə də təyin edilə bilər:

Töx = (0,08 0,15)∙(Tgx + Ttx + Tct).
Özünəxidmət işlərinə: əsas istehsal avadanlığının və binaların texniki ximət və təmiri, o cümlədən qazanxananın, kompressor və elektrik qurğularının texniki xidməti və təmiri, su, hava və istilik borularının təmiri, kanalizasiya borularının təmiri və s. aid edilir.

Özünəxidmət işlərinin həcminin sex və şöbələr üzrə paylanması cədvəl 3.12-də verilmişdir.

ANM üzrə illik iş həcmi isə aşağıdakı ifadə ilə təyin edilir:
T = Tgx+ Ttx+ Tct+ Töx =

= (1,08 1,15)∙(Tgx +Ttx +Tct) ,

burada: Tgx - park üzrə illik gündəlik xidmət işlərinin həcmi;



Ttx - park üzrə illik texniki xidmət işlərinin həcmi;

Tct - park üzrə illik cari təmir işlərinin həcmi;

Töx - park üzrə illik özünəxidmət işlərinin həcmidir.

Cədvəl 3.12.





Özünəxidmət işlərinin adı

%




1.

Elektrotexniki

25




2.

Mexaniki

10




3.

Çilingər

16




4.

Dəmirçi

2




5.

Qaynaq

4




6.

Tənəkəçi

4




7.

Misgər

1




8.

Boru kəməri

22




9.

Təmir-inşaat

16







Cəmi

100



3.8. İş həcmlərinin istehsal zona və sahələri (sexlər) üzrə paylanması
TX və CT üzrə iş həcmləri texnoloji və təşkil əlamətlərinə görə, eləcə də icra olunma yerinə görə paylanır.

TX və CT işləri postlarda və istehsal zonalarında-şöbələrdə yerinə yetirilir. Bilavasitə avtomobil üzərində aparılan işlər post işlərinə aid edilir.

Gündəlik xidmət işlərinin spesifik xüsusiyyətləri nəzərə alınaraq ayrıca bir zonada, çox hallarda isə istehsal binalarından kənarda təşkil edilir.

TX və CT-nin post işlərinə yağlama, diaqnostika, bərkitmə, şin işləri və s. aid edilir.

Avtomobildən çıxarılan aqreqat, mexanizm və düyünlərin təmiri üzrə işlər isə müvafiq (aqreqat, çilingər-mexaniki, elektrotexniki, qida və s.) şöbələrdə yerinə yetirilir.

TX və CT-nin post işləri universal postlarda, adətən, istehsal binasının sökmə-yığma zonasında təşkil edilir.

Qeyd edək ki, TX işlərinin axın üsulu ilə təşkili məqsədəuyğun hesab edilmir. Post işlərində işçi taktların qeyri-müəyyənliyi postlardan istifadə səmərəliliyi və iş keyfiyyəti buna imkan vermir. Texniki xidmət işlərinin əmək tutumlarının paylanması cədvəl 3.13 - də verilmişdir.

Diaqnostika işləri ayrıca postlarda və ya ayrıca zonada, texniki xidmət postlarına yaxın yerdə təşkil edilir. TX və CT üzrə diaqnostika işləri birləşdirilərək eyni zonada yerinə yetirilir.

Qeyd edək ki, TX işləri yerinə yetirilərkən bəzi mexanizm və qovşaqların avtomobildən çıxarılaraq müvafiq sex və ya şöbələrdə təmir edilməsi nəzərdə tutulur. Bu halda TX-nin əmək tutumunun və ya iş həcminin 10%-i bərabər nisbətdə

(2,5%) akkumulyator, qida, elektrotexniki və vulkanizasiya- şinquraşdırma şöbələri arasında paylanır.


Cədvəl 3.13





İşlərin adı

(TX)


Minik avtomo-billəri

Avtobuslar

Yük avtomobilləri

Ağır tonnajlı

özübo-


şaldan avto.

Qoşqu və yarım

qoşqular


1.

Diaqnostika

11

6

8

20

0,75

2.

Bərkitmə

38

49

35

20

63

3.

Nizamlama

10

8

18

9

21

4.

Yağlama

10

10

16

10

11

5.

Elektrotexniki

7

7

10

7

1,25

6.

Qida sistemi

2,5

2,5

10,5

20

-

7.

Şin işləri

1,5

1,5

2,5

14

3,0

8.

Kuzov

20

16

-

-

-




Cəmi

100

100

100

100

100

CT işlərinin əmək tutumlarının paylanması cədvəl 3.14 - də verilmişdir.

Cədvəl 3.14




İşlərin adı

(CT)


Minik avtomo- billəri

Avtobus

lar


Yük avtomo-

billəri


Qoşqu və yarım

qoşqular


I

Post işləri













1.

Diaqnostika

1,5-2,5

1,5-2,5

1,5-2,5

1,5-2,5

2.

Nizamlama

3,5-4,5

1,5-2,5

1,5-2,5

0,5-1,5

3.

Sökmə-yığma

28-32

24-28

28-37

28-31

4.

Qaynaq-tənəkə

6-8

6-8

2-5

9-11

5.

Rəngləmə

6-10

7-11

4-6

5-7




Cəmi

45-57

40-52

37-53

44-53

II

Sex işləri













1.

Aqreqat

13-15

16-18

18-20

-

2.

Çilingər-mexaniki

8-10

7-9

11-13

12-13

3.

Elektrotexniki

4,0-5,5

8-9

4,5-7,0

1,5-2,5

4.

Akkumulyator

1,0-1,5

0,5-1,5

0,5-1,5

-

5.

Qida sistemi

2,0-2,5

2,5 -3,0

3,0- 4,5

-

6.

Şin quraşdırma

2,0-2,5

2,5-3,0

0,5-1,5

2,5-3,0

7.

Vulkanizasiya

1,0-1,5

0,5- 1,5

0,5-1,5

2,5-3,0

8.

Dəmirçi-ressor

1,5-2,5

2,5-3,0

2,5-3,5

8 - 9

9.

Misgər-radiator

1,5-2,5

1,5-2,0

1,5-2,5

0,5-1,5

10.

Qaynaq

1,0-1,5

1,0-1,5

0,5-1,0

3 - 4

11.

Tənəkəçi

1,0-1,5

1,0-1,5

0,5-1,0

0,5-1,5

12

Armatur

3,5-4,5

3 - 4

0,5- 1,5

0,5-1,5

13

Ağac emalı

-

-

2,5-3,5

16-17

14

Üz çəkmə

3,5-4,5

2,0-3,0

1,0-2,0

-




Cəmi

43-55

48-60

47-63

47-56




Ümumi cəm

100 %

100%

100%

100%

İstehsal sahə və şöbələrinin layihələndirilməsində iş həcminin təyin edilməsində cədvəl 3.15 – dən istifadə etmək daha məqsədəuyğundur.

Cədvəl 3.15





İşlərin adı

(ANM-üzrə)


Texniki xidmət

Cari təmir

Özünə xidmət

Ümumi işlərin cəmi,

ad.-saat


%

a.-s.

%

a.-s.

%

a.-s.




I

Post işləri



















-

1.

Diaqnostika



















-

2.

Bərkitmə



















-

3.

Nizamlama



















-

4.

Yağlama



















-

5.

Elektrotex-

niki




















-

6.

Qida sistemi



















-

7.

Şin işləri



















-

8.

Kuzov



















-

9.

Sökmə- yığma



















-

10

Qaynaq-tənəkə



















-

11

Rəngləmə



















-




Cəmi
























Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə