H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi



Yüklə 1,41 Mb.
səhifə11/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

MAZDA avtomobillərinə texniki xidmətin periodikliyi. MAZDA avtomobillərində hər 5000 km-dən sonra və ya 6 ayda bir dəfə texniki (dövri) xidmət cədvəlində nəzərdə tutulan əməliyyatlar yerinə yetirilməklə, sükan hidrogücləndiricisində və avtomotik transmissiyada mayenin səviyyəsinin yoxlanması və mühərrik yağının və süzgəcinin dəyişdirilməsi nəzərdə tutulur. Daha sonra yuxarıdakı əməliyyatlar yerinə yetirilməklə-təhlükəsizlik kəmərlərinin yoxlanması, şüşətəmizləyicinin fırçalarının yoxlanması və ya dəyişdirilməsi, AKB-nin yoxlanması, intiqal qayışlarının tarımlılığının yoxlanması, mühərrik sektorunda şlanqların yoxlanması və ya dəyişdirilməsi, soyutma sisteminin yoxlanması, təkərlərin yerlərinin dəyişdirilməsi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.


Hər 25000 km-dən sonra və ya 12 aydan bir, hər 50000 km- dən və ya iki ildən bir, hər 100000 km-dən sonra və ya dörd ildən bir müvafiq əməliyyatların icrası nəzərdə tutulur.

Ümumiyyətlə, Mazda avtomobillərinə TX-nin periodikliyi 10000 km qəbul edilir.

Mercedes Benz 124 avtomobillərinə TX-nin planlaş- dırılmasında: sistemlərdə, dövri-xidmət cədvəlinə uyğun olraq maye səviyyələrinin yoxlanması, hər 7500 km - dən bir mühərrik yağının və süzgəcin dəyişdirilməsi, 15 min, 30 min, 60 min, 90 min km-dən sonra isə təlimata uyğun müvafiq əməliyyatlatların yerinə yetirilməsi nəzərdə tutulur. Hər iki ildən bir isə yürüşdən asılı olmayaraq soyuducu və tormoz mayelərinin dəyişdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hər göstərilən yürüş qiymətlərində (15, 30, 60, 90 min km-də) ümumi TX-də nəzərdə tutulan bütün əməliyyatların yerinə yetirilməsi nəzərdə tutulur. Həmçinin hər bir normativ yürüş qiymətində və istismar müddətində əlavə xidmət işlərinin icrası da nəzərdə tutulur.

Buradan belə nəticəyə gəlmək olar ki, hər bir firmanın və ya avtomobil istehsalçılarının istehsal etdiyi avtomobilin konstruktiv xüsusiyyətlərindən asılı olaraq, mühərrik yağının və süzgəcinin dəyişdirilməsi 5000 km, 7500 km və 10000 km arasında nəzərdə tutulur. Sonrakı yürüşlərdə və ya xidmət müddətlərində isə hər bir avtomobilin özünə məxsus texniki əməliyyatları həyata keçirilir.

Ona görə də mühərrik yağının dəyişdirilmə tezliyini texniki xidmətin periodikliyi üçün bir meyar kimi qəbul etmək olar. Yəni layihələndirmə məsələlərində avtomobillərin tipindən asılı olaraq Vahid texniki xidmətin periodikliyi 5000, 7500, 10000 km qəbul edilə bilər (yürüş normaları daha ətraflı əlavə 1 cədvəlində verilib). Lakin bu normalar avtomobilin istismar şəraitindən və iş rejimindən asılı olaraq korreksiya edilməlidir.



Avtomobillərin ümumi xidmət (istismar) müddətinə münasibət də onların tipindən və istismar şəraitindən asılı olaraq müxtəlif şirkətlər üzrə müxtəlifdir.

Məsələn, Rusiyanın sənaye və ticarət nazirliyinin təklifinə əsasən avtomobillərin istismarının həddi müddəti yük avtomobilləri və avtobuslar üçün 15 il, yüngül minik avtomobilləri üçün isə 20 il nəzərdə tutulur. Hətta 2012 ci ildən başlayaraq istismar müddəti 25 ildən artıq olan avtomobillərin istifadəsinə qadağa qoyulması və həmin avtomobillərin utilləşdirilməsi qeyd edilir.

Hərçənd ki, Rusiyada istifadə edilən avtomobillərin 25%-nin orta yaş həddi 25 ildən yuxarıdır. Utilləşdirilən avtomobillərin ölkə tərəfindən müəyyən edilmiş qaydada metallom kimi dəyərinin ödənilməsi də nəzərdə tutulur.

Bu məqsədlə “Yol hərəkətinin təhlükəsizliyi haqqında” qanunda müvafiq dəyişikliyin aparılacağı nəzərdə tutulur. Bu tədbirlərin uzunmüddətli perspektivdə ölkədə avtomobil sənayesinin inkişafının stimullaşdırılmasına səbəb olacağı qeyd edilir.

Qeyd edək ki, digər xarici şirkətlərin istehsal etdikləri avtomobillər üçün isismar müddəti bu yanaşmaya uyğun gəlir. Bu baxımdan avtomobillərin istismarının həddi (silinmə) müddəti yük avtomobilləri və avtobuslar üçün 15 il, yüngül minik avtomobilləri üçün isə 20 il qəbul edilə bilər.




Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə