H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi


Yürüş normalarının korreksiya edilməsi



Yüklə 1,41 Mb.
səhifə12/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

Yürüş normalarının korreksiya edilməsi.

Avtomobillərə texniki xidmətin yürüş normaları (periodikliyi) istismar dərəcəsindən (yol şəraitindən) - K1 və iqlim şəraitindən - K3 asılı olaraq aşağıdakı kimi korreksiya edilir



Ltx= Lntx∙ K1∙ K3

burada: Lntx - texniki xidmətin normativ yürüşü, km

(cədvəl 3.4);

K1 - istismar şəraitinin dərəcəsi;

K3 - iqlim şəraitini nəzərə alan əmsaldır.

Texniki xidmətin periodikliyinin və cari təmirin əmək tutumunun istismar şəraitinin dərəcəsindən asılı olan korreksiya əmsalı (K1) cədvəl 3.5 də verilmişdir.



Cədvəl 3.5





İstismar şəraitinin kateqoriyası- dərəcəsi

K1 - əmsalı

TX-nin periodik- liyi üçün

CT-nin əmək tutumu üçün

1

I

1,0

1,0

2

II

0,9

1,1

3

III

0,8

1,2

4

IV

0,7

1,4

5

V

0,6

1,5



Texniki xidmətin və cari təmirin əmək tutumlarının normativ qiymətlərinin hərəkət tərkibinin tipindən və modifikasiyasından asılı olan korreksiya əmsalı cədvəl 3.6 - da verilmişdir.

Cədvəl 3.6




Hərəkət tərkibinin tipi

və modifikasiyası

K2 - əmsalı

TX və CT -nin

əmək tutumu üçün

1.

Avtomobilin baza modeli

(bortlu avtomobil)

1,0

2.

Dartqılı avtomobillər

- bir qoşqulu

-iki qoşqulu

1,0

1,10


1,15

3.

Yükünü özüboşaldan

avtomobillər

- bir qoşqulu

- iki qoşqulu

1,15


1,20

1,25


4.

Xüsusiləşdirilmiş hərəkət tərkibləri

1,10 -1,20



Cari təmirin əmək tutumunun təyin edilməsində təbii- iqlim şəraitini nəzərə alan korreksiya əmsalı (K3)

cədvəl 3.7 - də verilmişdir.

Cədvəl 3.7




İqlim şəraiti



K3 əmsalı

TX - nin

periodikliyi üçün

CT-nin əmək tutumu üçün

1.

Mülayim

1,0

1,0

2

Mülayim - isti,

rütubətli

1,0

0,9

3

Quru - isti

0,9

1,1

4.

Mülayim- soyuq

0,9

1,2


Texniki xidmətin yürüş norması korreksiya edildikdən sonra gündəlik yürüşə tam bölünməsi şərtinə görə yuvarlaqlaşdırılır

= ∙ n və ya n = ,

burada n - tam ədəddir.

Park üzrə ümumi illik yürüş aşağıdakı ifadə ilə təyin edilir:

Lil = Lg ∙As ∙αt ∙ D , km.

burada D- parkın il ərzində iş günlərinin sayıdır.

Misal: Verilir: gündəlik yürüş Lg = 170 km.

Ltx = Lntx ∙ K1 ∙ K3 ,

burada Lntx = 5000 km - qəbul edilir,

K1 = 0,9 - istismar şəraitini II kateqoriya qəbul

edirik;

K3 = 0,9 - iqlim şəraitini quru-isti zona hesab

edirik.

Seçilən qiymətləri yerinə yazsaq,

Ltx = 5000 ∙ 0,9 ∙ 0,9 = 4050 km .

Texniki xidmətin yürüş normasının (Ltx) gündəlik yürüşə tam bölünməsini təmin edirik;

n = = = 23,8 ,

burada n = 24 qəbul edib, texniki xidmətin yürüş norması- nın korreksiya olunmuş qiymətini təyin edirik;

Ltx = Lg ∙ n = 170 ∙ 24 = 4080 km .



3.3. Texniki xidmət növləri üzrə illik və gündəlik

istehsal proqramlarının təyini
Texniki xidmətlər üzrə illik istehsal proqramları analitik üsulla illik yürüşə əsasən təyin edilir. Əsaslı təmirə qədər yürüş nəzərə alınmadığına görə tsiklik variantdan istifadə edilmir. Eyni zamanda, hərəkət tərkibinin əsaslı təmiri aparılmadığı üçün və ona ramən əsaslı təmirə qədər yürüş nəzərə alınmadığı üçün texniki hazırlıq əmsalı tam fərqli-yeni formada təqdim edilir. Yəni texniki hazırlıq əmsalı aşağıdakı ifadə ilə təyin edilir:

αt =

Burada B - avtomobilin texniki xidmət və cari təmirdə boş dayanma günlərini nəzərə alan əmsal, hər 1000 km yürüşə nəzərən, aşağıdakı ifadə ilə təyin edilir:

B = ,

burada dtx.ct - avtomobilin hər 1000 km yürüşünə verilən texniki xidmət və cari təmirdə boş dayanma günləridir,

cədvəl 3.8 - dən seçilir.

Cədvəl 3.8



Hərəkət tərkibinin tipi


TX və CT - də boş dayanma günləri dtx.ct, gün /1000 km

1.

Minik avtomobilləri

0,3 - 0,4

2

Avtobuslar

0,3 - 0,6

3

Yük avtomobilləri

0,4 - 0,6

4.

Qoşqu və yarımqoşqular

0,10 - 0,15


İkinci mərhələdə GX və TX - üzrə illik istehsal proqramları təyin edilir.

Ntx = ∑ , ∑ Ngx = ∑

Texniki və gündəlik xidmətlərin illik istehsal proqramları məlum olarsa, həmin xidmət növlərinin gündəlik sayını təyin etmək olar :

Nı tx = ∑ , Nıgx = ∑ .

Texniki xidmətlərin gündəlik sayından asılı olaraq onların təşkil üsulları seçilir.

Məlumdur ki, ANM-də texniki xidmət işləri universal

(dalanvari ) postlarda və axın üsulu ilə təşkil edilə bilər.

Müasir şəraitdə gündəlik xidmət işləri mexanikləşdirilmiş postlarda əsas istehsal binasından kənarda, texniki xidmət, o cümlədən diaqnostika işləri isə əsas istehsal binasında- universal postlarda və ayrı-ayrı zonalarda təşkil edilir.




3.4. Müəssisə üzrə illik iş həcminin hesablanması
Layihə edilən ANM-də ümumi illik iş həcmi gündəlik və texniki xidmətlərin, cari təmirin və özünəxidmət işlərinin cəmindən ibarət olur. Ümumi illik iş həcminə görə isə istehsal zona və şöbələrində çalışan işçilərin sayı təyin edilir.

Gündəlik və texniki xidmətlərin iş həcmləri xidmət növünün illik istehsal proqramından və xidmətin əmək tutumundan asılı olaraq təyin edilir. Cari təmirin illik iş həcmi isə park üzrə avtomobillərin illik yürüşünə və hər 1000 km yürüşə verilən cari təmirin əmək tutumuna əsasən təyin edilir.

İllik iş həcmini təyin etmək üçün əvvəlcə hərəkət tərkibinin texniki xidmətlər və cari təmir üzrə əmək tutumlarının normariv qiymətləri seçilir.

Əmək tutumlarının normativ qiymətlərinin seçilməsi

və korreksiya edilməsi.

Texniki xidmətlər və cari təmir üzrə əmək tutumlarının normativ qiymətləri, birinci dərəcəli istismar şəraiti üçün, hərəkət tərkibinin tipindən asılı olaraq müəyyən edilmişdir (əlavə cədvəl 1) [1;2]. Digər istismar şəraitləri üçün əmək tutumları müvafiq əmsallar vasitəsilə korreksiya edilir.

Əgər GX işlərində mexanikləşdirmə qurğularından istifadə edilərsə, onda bu işlərin əmək tutumu GX-nin ümumi əmək tutumundan çıxılmalıdır. Əgər GX-də qurutma işləri zamanı mexanikləşdirilmə vasitələrindən istifadə edilərsə (hava üfürmə və s. qurğular olduqda), bu halda da GX-nin əmək tutumu müvafiq qaydada azaldılmalıdır.

Gündəlik xidmətin yuma işlərinin mexanikləşdirilməsi halında, əl ilə görüləcək işlərin əmək tutumu aşağıdakı ifadə ilə təyin edilir:

tgx = tngx∙ K2 ∙ K5 ∙ Km ,

burada: tngx - gündəlik xidmətin normativ əmək tutumu,

ad. saat (əlavə cədvəl 1).

K2, K5 - müvafiq olaraq, hərəkət tərkibinin modifi-

kasiyasını (cədvəl 3.6) və ANM -də olan

avtomobillərin sayını nəzərə alan

əmsallardır (cədvəl 3.11).

Km - GX-nin mexanikləşdiriməsini nəzərə alan

əmsal olub aşağıdakı ifadə ilə təyin edilir:

Km = 1- ,

burada M - gündəlik xidmətin mexanikləşdirilən əmək

tutumunun % - ni göstərir ( avtomobillərin yuyulması

mexanikləşdirilmiş üsulla yerinə yetirildikdə, cədvəl 3.9).

Əgər gündəlik xidmət işləri tam mexanikləşdirilmiş üsulla təşkil edilərsə, bu halda yalnız operator üçün əmək tutumu nəzərdə tutulur və GX -nin əmək tutumunun 10 % -i qədər

qəbul edilir. Bu zaman GX -nin əmək tutumu aşağıdakı ifadə ilə təyin edilir

tgx = 0,1∙ tngx

Qeyd edək ki, gündəlik texniki xidmətin normativ əmək tutumu ancaq yığışdırma və yuma işlərinin əmək tutumlarını nəzərə alır. Qurutma işlərinə vaxt norması verilmir. Digər xidmət işləri- avtomobilin yanacaqla doldurulması, parklanma, texniki vəziyyətin yoxlanması və s. sürücü tərəfindən müvafiq qaydada yerinə yetirilir.

Cədvəl 3.9

İşlərin adı

minik avtomobilləri

Avto-

buslar

yük avtomo

-billəri

qoşqu və

yarımqoşqu-lar




Qoşqu və yarımqoşqular


Yığışdırma

45

65

35

40

40


Yuma

55

35

65

60

60

Qurutma

-

-

-

-

-

Cəmi

100

100

100

100

100


Layihə edilən ANM -in hərəkət tərkibləri üçün texniki xidmət işlərinin əmək tutumları aşağıdakı ifadə ilə korreksiya edilir:

ttx = tntx∙ K2∙ K5 ,

burada tntx - texniki xidmət işlərinin normativ əmək

tutumudur (əlavə cədvəl 1).

Cari təmir işlərinin əmək tutumu aşağıdakı ifadə ilə

korreksiya edilir:

tct = tnct∙ K1 ∙ K2∙ K3∙ K4∙ K5 ,

burada tctn - cari təmir işlərinin hər 1000 km yürüşə verilən

xüsusi əmək tutumunun normativ qiymətidir,

cədvəl 3.12;

K1, K2, K3, - korreksiya əmsallarının qiymətləri

müvafiq olaraq cədvəl 3.5; 3.6; 3.7 - də

verilmişdir.

K4 - hərəkət tərkibinin istismar müddətindən asılı olaraq avtomobilin cari təmirinin normativ əmək tutumunun dəyişməsini nəzərə alan əmsaldır (cədvəl 3.10).

Cədvəl 3.10

Avtomobillərin

xidmət müddəti, il

Cari təmirin əmək tutumunun dəyişməsini nəzərə alan əmsal, K4

1 - 3

3 - 5

5 - 7

7 - 10

10 – ildən çox

0,8

1,2

1,6

2,0

2,2



ANM-də hərəkət tərkibinin sayından asılı olaraq texniki xidmət və cari təmirin əmək tutumlarının dəyişməsini nəzərə alan əmsal (K5) cədvəl 3.11-də göstərilmişdir.

Cədvəl 3.11





ANM-də avtomobillərin sayı

TX və CT-nin əmək tutum -larının dəyişmə əmsalı - K5

1

100 - ə qədər

1,15 - 1,30

2

100 - 200

1,05 - 1,20

3

200 - 300

0,95 - 1,10

4

300 - 600

0,85 - 1,05

5

600 - dən çox

0,80 - 0,95



Texniki xidmət və cari təmirin əmək tutumlarının normativ qiymətləri tərkibində 150-300 ədəd eyni tipli hərəkət tərkibi olan, eyni zamanda hərəkət tərkibinin sayının 5 -75 % -i nisbətən təzə olan, mərkəzi iqlim zonasında yerləşən və qaraj avadanlığı ilə normal təchiz olunmuş ANM -lər üçün nəzərdə tutulur.



3.5. Vahid texniki xidmət üzrə əmək tutumunun

təyin edilmə metodikası
Hal-hazırda heç bir nəqliyyat müəssisəsində nəqliyyat vasitələrinə TX-1 və TX-2 işləri aparılmır. Mövcud avtonəqliyyat və avtoservis müəssisələrində TX-1 və TX-2 işləri ümumiləşdirilərək vahid TX ilə əvəz olunmuşdur.

Ona uyğun olaraq texniki xidmət növlərinin əmək tutumlarının da ümumuləşdirilərək vahid texniki xidmət üzrə təyin edilməsinə zərurət yaranmışdır.

Bu səbəbdən H.N.Məmmədov müəyyən araşdırmalar apararaq vahid texniki xidmətin əmək tutumunun təyin edilməsi üçün metodika təkilf etmişdir.

Məlumdur ki, mövcud TX-1-in əmək tutumu hər

L1 =3000; 3500 və 4000 km yürüşə (yük avtomobilləri, avtobus və minik avtomobilləri üçün müvafiq olaraq), TX-2-nin əmək tutumu isə hər L2 = 12000; 14000 və 16000 km yürüşə nəzərən (yük avtomobilləri, avtobus və minik avtomobilləri üçün müvafiq olaraq) periodiklikdə verilirdi.

Yəni TX-1 və TX-2 üzrə əmək tutumları hər bir km. yürüşə nəzərən təyin edilmişdir(Hərçənd ki, heç bir ədəbiyyatda və “Əsasnamə”də bu haqda məlumat verilmir).

Yəni hər bir km. yürüşə verilən xüsusi əmək tutumunun

TX-1 üçün tx1 = ,

TX-2 üçün isə tx2 = ,

ifadələrinə əsasən təyin edilməsi qənaətinə gəlmək olar.

Burada tn1 tn2 - TX-1 və TX-2 nin mövcud normativ əmək tutumlarıdır. L1 və L2 - isə birinci və ikinci xidmət növlərinin müvafiq yürüş nomalarıdır.

Vahid texniki xidmətdə isə bu qanunauyğunluq

=

kimi ifadə olunmalıdır. Onda vahid texniki xidmətin əmək tutumu

= + və ya (a)
= + , asılılığı ilə hesablana bilər.

Burada L2 = 4 L1 olduğunu nəzərə alsaq
tntx = kimi təyin edilər . (b)

Əgər (b) ifadəsində

β = - ilə əvəz etsək, (c)

onda (b) ifadəsi aşağıdakı kimi təsvir alar:

tntx = β ∙Ltx . (d)

β-nin qiyməti avtomobillərin tip və sinfindən asılı olaraq (c) - ifadəsinə əsasən təyin edilərək əlavə cədvəl 1-də verilmişdir. Qeyd edək ki, vahid texniki xidmətin yürüş normaları avtomobillərin tip və sinifləri üzrə sabit olmur.Yəni hesabat zamanı vahid texniki xidmətin yürüş normasını (Ltx) avtomobilin tipinə uyğun seçməklə vahid texniki xidmətin əmək tutumunu (tntx) təyin etmək olar.

Misal: fərz edək ki, mövcud metodikaya əsasən kiçik sinifli minik avtomobilləri üçün TX-1-in əmək tutumu 2,3 adam-saat (yürüş norması-4000 km), həmin avtomobillər üçün TX-2-nin əmək tutumu isə 9,2 adam-saat (yürüş norması-16000 km), verilmişdir [1,2,6].

Əgər vahid texniki xidmətin yürüş normasını 7500 km qəbul etsək (cədvəl 3.4), onun əmək tutumu yuxarıda verilən (d) ifadəsi ilə hesablana bilər:

Seçilən qiymətləri yerinə yazsaq,

β = = = 0,0115 ,

yəni, β = 0,0115 adam-saat / km olar.

Onda (d) ifadəsinə əsasən vahid texniki xidmətin əmək tutumunu təyin etmək olar,

tntx = β ∙ Ltx = 0,0115 ∙ 7500 = 8,625 adam-saat.

Təklif olunan metodika əsasında hərəkət tərkibinin tipindən asılı olaraq vahid texniki xidmətin, eləcə də gündəlik xidmət və cari təmirin əmək tutumu təyin edilərək əlavə cədvəl 1-də verilmişdir.

ANM layihə edilərkən müəssisənin orta illik yürüşü

Loril müəssisə üzrə 3 illik orta yürüşün 50 75%-i qədər qəbul edilməlidir

Loril = (0,50 0,75)∙(L1il + Lııil + Lııı il) ,

burada L1il ; Lııil; Lıııil - ardıcıl üç ildə müəssisə üzrə orta illik yürüşlərdir.



Əgər hərəkət tərkibi aqressiv mühitdə işləyərsə, onda cari təmir işlərinin əmək tutumu 10 % artırılır.


3.6. TX və CT üzrə illik iş həcminin təyini 3.6. TX və CT üzrə illik iş həcmlərinin təyini
Gündəlik və texniki xidmətin illik iş həcmləri xidmət növlərinin illik istehsal proqramına və onların korreksiya edilmiş əmək tutumlarına görə hesablanır.

Gündəlik xidmət üzrə iş həcmi:

Tgx = ∑ Ngx ∙ tgx ,

Texniki xidmət üzrə iş həcmi:

Ttx = ∑ Ntx ∙ ttx ,

burada tgx, ttx - GX və TX-nin korreksiya edilmiş əmək

tutumları;

Ngx , ∑ Ntx - GX və TX-nin illik istehsal proqram-

larıdır.


Cari təmir işlərinin park üzrə illik iş həcmi aşağıdakı ifadə ilə hesablanır:

Tct = ,

burada - bir avtomobilin gündəlik yürüşü, km;



- park üzrə avtomobillərin siyahı sayı;

tct - cari təmirin hər 1000 km yürüşə verilən

korreksiya edilmiş əmək tutumu, ad.-saat;



Diş - parkın illik iş günlərinin sayıdır.

Əgər parkın illik yürüşü



=

kimi təyin edilərsə, onda park üzrə cari təmirin illik iş həcmi



Tct = , ifadəsi ilə təyin edilə bilər.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə