H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi


Postlarda eyni vaxtda çalışan fəhlələrin sayı



Yüklə 1,41 Mb.
səhifə15/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

Postlarda eyni vaxtda çalışan fəhlələrin sayı.

Postlarda eyni vaxtda çalışan fəhlələrin sayı texniki xidmətin növünə və postun iş müddətindən səmərəli istifadə olunması şərtinə əsasən təyin edilir (cədvəl 4.1).

Cədvəl 4.1




Avtomobillərin tipi

Texniki xidmət və cari təmir




GX

TX

DQ

CT




1.

Minik avtomobilləri

2-3

2-3

(3-5)x)



1-2

1




2.

Avtobuslar

2-4

3-5

1-2

2




3.

Yük avtomobilləri

1-2

2-3

1-2

1,5-2,5




4.

Qoşqular

1-2

1-2

1-2

1




Qeyd: 1)x) axın xətti postlarında; 2) qaynaq, tənəkə və rəngləmə postlarında eyni müddətdə çalışan fəhlələrin sayı 1 nəfər qəbul edilir.
TX zamanı bir postda eyni müddətdə çalışan fəhlələrin sayı, TX-nin təşkil üsulundan asılı olaraq, dalanvari və keçidli postlarda 2-3 nəfər, axın xətti postlarında isə 3-5 nəfər qəbul edilir [1].

Gündəlik xidmət zonasında eyni zamanda çalışan fəhlələrin sayı hərəkət tərkibinin tipindən asılı olaraq:

a) yığışdırma-qurutma postlarında:

- minik avtomobilləri üçün 2 3 nəfər;

- avtobuslar üçün 2 4 nəfər;

-yük avtomobilləri üçün 1 2 nəfər;

b) əl ilə yuma postlarında 1 2 nəfər, mexanikləşdirilmiş yuma postlarında isə 1 nəfər (operator) qəbul edilir.

GX və TX işləri üçün universal postların sayı aşağıdakı ifadə ilə təyin edilr:

i = =

Əgər TX işlərinin həcmi və ya avtomobilin postda boş dayanma müddəti çox olarsa, postun iş müddətindən istifadə əmsalından istifadə edilir:

i 1 = ,



burada η = 0,85 0,90 qəbul edilir.

İxtisaslaşdırılmış diaqnostika postlarının sayı da yuxarıdakı ifadə ilə təyin edilir:

d = ,



burada ηd = 0,60 0,75 arasında qəbul edilir.

Bir diaqnostika postunda işləyən fəhlələrin sayı isə 1 2 nəfər qəbul edilir.

Diaqnostika işlərinin illik ümumi həcmi TX və CT - nin iş həcmlərinin paylanma cədvəlindən təyin edilir

(cədvəl 3.13):

∑ Td = Tdtx + Tdct ,

Diaqnostika işlərinin illik ümumi həcmi (∑Td) məlum olarsa, diaqnostika postlarının sayı bilavasitə aşağıdakı ifadə ilə də təyin edilə bilər:

d =
burada D - diaqnostika zonasının illik iş günlərinin sayı;

Tn - iş növbəsinin müddəti, saat;

C - növbələrin sayı;

ηd - diaqnostika postundan istifadə əmsalı;

Pp - diaqnostika postunda eyni zamanda çalışan

fəhlələrin sayıdır.

Yuxarıda qeyd etmişdik ki, texniki xidmət işləri, gündəlik istehsal proqramından asılı olaraq,universal postlarda və axın üsulu ilə təşkil edilə bilər.

Axın üsulu da fasiləli və fasiləsiz növlərə bölünür. Fasiləsiz axın üsulundan gündəlik xidmət işlərinin təşkilində, fasiləli axın üsulundan isə xüsusi hallarda, gündəlik istehsal proqramı çox olduqda texniki xidmət və dianostika işlərinin təşkilində istifadə edilir.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə