H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi


Cari təmir zonasının layihələndirilməsi



Yüklə 1,41 Mb.
səhifə18/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

4.5. Cari təmir zonasının layihələndirilməsi
İstismar prosesində nəqliyyat vasitələrində baş verən imtina və nasazlıqların aradan qaldırılması cari təmir aparmaqla həyata keçirilir. CT işləri iki qrupa bölünür: post işləri və sex işləri. Adətən sexlər CT postları ətrafında və ya onlara yaxın yerlərdə planlaşdırılır.

CT zonasının layihələndirilməsində əvvəlcə postların sayı təyin edilir.

Məlumdur ki, cari təmir üzrə təsirlərin sayı məlum olmur. Ona görə də cari təmir postlarının sayının təyin edilməsində CT-nin post işlərinin illik həcmindən istifadə edilir.

Lakin CT postlarının sayının təkcə iş həcminə görə təyin edilməsi qənaətbəxş hesab edilmir. Çünki imtinaların baş verməsi və CT-nin aprılması təsadüfi xarakter daşıyır.

Digər tərəfdən, CT-yə olan tələbat onun başvermə müddətinə və onun əmək tutumuna görə stabil olmaması hərəkət tərkibinin CT zamanı vaxt itkisinə səbəb olur.

Ona görə də CT postlarının sayının təyin edilməsində avtomobillərin CT postlarına gəlməsi qeyri-müntəzəmlik əmsalı ilə xarakterizə olunur.

Avtomobillərin CT postlarına gəlməsinin qeyri-müntə- zəmlik əmsalı bir çox faktorlardan, o cümlədən, ANM-də avtomobillərin sayından və onların istismar intensivliyindən aslı olaraq φ = 1,2 1,5 arasında qəbul edilir.

CT postlarının hesabında postun iş vaxtından istifadə əmsalından (η = 0,85 - 0,90) da istifadə edilir.

CT postlarının hesabında digər xüsusiyyət ondan ibarətdir ki, CT postlarında TX postlarına nəzərən eyni müddətdə çalışan fəhlələrin sayi az (P ct =1-2 nəfər ) olur.

Beləliklə, CT postlarının sayı


ct = = ,

burada: Tp - CT-nin post işlərinin illik həcmi,adam-saat

(cədvəl 3.12);

Fp - postun illik vaxt fondu, saar;

Dis - CT zonasının (postların) illik iş günlərin sayı

(253; 305; 365 gün)



Tn - iş növbəsinin uzunluğu (7,0; 8,2), saat;

Pp - bir postda eyni müddətdə çalışan fəhlələrin sayı

(1,0- 2,0), nəfər;



C - iş növbələrinin sayı (2-3);

ηp - postun iş müddətindən istifadə əmsalı

(0,85-0,90);



φ - CT postlarına avtomobillərin qeyri-müntəzəm

gəlməsini nəzərə alan əmsal (1,2 1,5).

Əgər CT postları bir neçə növbədə işləyərsə və iş həcmi növbələrarası qeyri-bərabər paylanarsa, onda CT postlarının sayı daha çox yüklənmiş növbə üçün hesablanır. Bu halda CT postlarının sayı aşağıdakı ifadə ilə təyin edilir:

ct =

burada Kct = 0,5 0,6 ən çox yüklənmiş növbədə iş həcminin dəyişməsini nəzərə alan əmsaldır.

Əgər CT postlarının sayı 5-6-dan çox olarsa, postlar yerinə yetirilən işlərin xarakterinə görə ixtisaslaşdırılır.



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə