H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi


Texnoloji hesabatın mərhələləri və başlanğıc



Yüklə 1,41 Mb.
səhifə7/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

3.1. Texnoloji hesabatın mərhələləri və başlanğıc

göstəricilərin seçilməsi
Texnoloji hesabatın aparılmasında məqsəd layihə edilən ANM-in planlaşdırma məsələlərinin həlli üçün lazım olan göstəriciləri təyin etməkdir.

Texnoloji hesabatı aparmaq üçün aşağıdakı göstəricilər seçilir və əsaslandırılır.

1. ANM-in tipi (istismar, avtoservis, təmir) ;

2. Avtonəqliyyat vasitələrinin markalar üzrə siyahı sayı;

3. Avtomobillərin markalar üzrə orta gündəlik yürüşü və

texniki vəziyyəti;

4. ANM-in il ərzində iş günlərinin sayı;

5. Avtonəqliyyat vasitələrinin naryadda olma vaxtı;

6. İstismar şəraitinin kateqoriyası;

7. Təbii-iqlim və yol şəraiti;

8. Avtomobillərin xidmət müddəti.

ANM-in layihələndirilməsi üzrə normativ göstəricilər mövcud metodikadan [2,3] istifadə edilməklə seçilərək yeni tələblər və şəraitə uyğun korreksiya edilməlidir. Bu normativ göstəricilər tədris prosesində istehsal-texniki bazalarının layihələndirilməsi üzrə kurs layihələrinin və buraxılış işlərinin yerinə yetirilməsində istifadə edilməsi üçün nəzərdə tutulur.

Buraxılış işlərinin mövzuları tipik ANM-in, avtoservis müəssisələrinin, avtotəmir emalatxanalarının layihələndiril- məsinə, eləcə də nəqliyyat sistemində elmi-tədqiqat xarakterli işlərin yerinə yetirilməsinə həsr oluna bilər.

Layihənin mövzusu tələbə tərəfindən də təklif oluna bilər. Lakin həmin mövzu rəhbərlə razılaşdırılmalı və kafedra tərəfindən təsdiq olunmalıdır.

Bəzən buraxılış işinin tapşırığında ANM-də hərəkət tərkibinin tipi, siyahı sayı, müəssisənin iş şəraiti və digər göstəricilər təcrübədən və ya mövcud olan plana görə məlum olur. Bu halda həmin müəssisənin genişləndirilməsi və ya rekonstruksiya edilməsi məsələləri həll edilir.

Digər halda, buraxılış işinin tapşırığında müəssisədə il ərzində daşınacaq yükün həcmi (miqdarı), yükün növü, sərnişin avtonəqliyyat müəssisəsinin layihələndirilməsində isə, müəssisənin xidmət edəcəyi şəhər və ya ərazidə (yaşayış məntəqəsində) yaşayan əhalinin sayı verilə bilər. Bə zaman hərəkət tərkibinin tipi əsaslandırılaraq seçilir və sayı hesabatla təyin edilir. Yəni layihənin başlanğıc şərtləri, verilən tapşırıqdan asılı olaraq, konkret hal üçün seçilir və əsaslandırıiır.

Hərəkət tərkibinin tipi daşıma növündən asılı olaraq tapşırıqda verilir və ya hesabatla təyin edilir.

Hərəkət tərkibinin siyahı sayı daşıma həcmindən, yükün növündən və xarakterindən, sərnişin daşımalarında əhalinin sayından və bir sərnişinin orta gediş məsafəsindən asılı olaraq təyin edilir.

Hərəkət tərkibinin orta gündəlik yürüşü tapşırıqda verilir və ya hesabatla təyin edilir.

Hərəkət tərkibinin texniki vəziyyəti- avtomobillərin yeyilmə dərəcəsini - təzə olmasını və ya əsaslı təmir keçməsini (silinməsini) xarakterizə edir. Əgər avtomobillər əsaslı təmir keçmirsə (çünki hal- hazırda hərəkət tərkibinin əsaslı təmiri aparılmır), onda onların yeyilmə dərəcəsi xidmət müddəti 3 ildən artıq olan avtomobillərin sayının parkda olan avtomobillərin ümumi sayına olan nisbətini xarakterizə edən əmsalla təyin edilir.

İsrismar şəraitinin kateqoriyası yol örtüyünün və ərazi relyefinin tipindən, hərəkət şəraitindən və s. asılı olaraq seçilir.

Təbii-iqlim şəraiti orta aylıq temperatura və iqlim şəraitinə əsasən verilir və ya seçilir.

İstismar və təbii iqlim şəraitləri hərəkət tərkibinin iş rejiminin, TX-nin periodikliyinin, TX və CT-nin əmək tutumlarının təyin edilməsində mühüm rol oynayır.

Hərəkət tərkibinin iş rejimi-hərəkət tərkibinin il ərzində xətdə işləmə (istismar) günlərinin sayını xarakterizə edir. İllik iş günlərinin sayı ümumi təyinatlı sərnişin nəqliyyatı (avtobus və taksi avtomobilləri) üçün 365 gün, yük avtomobilləri üçün isə 253, 305, 352 gün qəbul edilə bilər. Xətdə işləyən avtomobillərin iş növbələrinin sayı 1; 1,5; 2,0; iş günlərinin uzunluğu-avtomobillərin naryadda olma vaxtı isə, müvafiq olaraq 7,0; 8,2; 12,3; 14,0 saat qəbul edilir.

Hərəkət tərkibinin TX və təmir rejimi - texniki xidmətin və təmirin növü, onların periodikliyi, TX və təmirdə boş dayanma günləri ilə təyin edilir.

Texniki xidmətin və təmirin növü, periodikliyi, əmək tutumları və s. “Əsasnamə” ilə müəyyən edilir. Lakin son zamanlar elm və texnikanın, eləcə də avtoqayırma sənayesinin yüksək inkişaf səviyyəsi bəzi normativlərin təkmilləşdirilməsinə zəmin yaradır.

Tədris prosesində ANM-in texnoloji layihələndirilməsi-nin öyrənilməsində, normativ materialların daha proqressiv qiymətlərindən istifadə edilməsi məqsədəuyğun sayılır.

İstismar hesabatı.

Texnoloji layihələndirmədə, layihənin ilkin şərtlərində, hərəkət tərkibinin tipi, markası, siyahı üzrə sayı, eləcə də gündəlik yürüş verilmədiyi hallarda istismar hesabatı aparılır. Yəni istismar hesabatında, əsasən layihə edilən nəqliyyat müəssisəsi üzrə, hərəkət tərkibinin tipindən asılı olaraq, gündəlik yürüşü və nəqliyyat vasitələrinin sayı təyin edilir.

Hərəkət tərkibinin tipindən asılı olaraq, müxtəsər halda, istismar hesabatı aşağıdakı ardıcıllıqla aparılır:


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə