H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi


I. Konstruksiyanın işlənməsi variantında



Yüklə 1,41 Mb.
səhifə4/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

I. Konstruksiyanın işlənməsi variantında:

1) konstruksiyanın təyinatı;

2) mövcud konstruksiyanın icmalı, üstin və zəif cəhətlərinin

təhlili;


3) təqdim edilən tərtib olunmuş konstuksiyanın təsviri və iş

prinsipinin izahı;

4) konstruksiyanın elementlərinin möhkəmliyə hesabı.

II. Elmi-tədqiqat işləri yerinə yetirilərsə:

1) elmi-tədqiqat işlərinin məqsəd və vəzifələri;

2) həll ediləcək məsələnin mövcud variantının icmalı və

verilən yeni təkliflər;

3) qiymətləndirici parametrin və ya funksiyanın seçilməsi və

əsaslandırılması;

4) müxtəlif passiv və aktiv eksperiment metodlarından

istifadə etməklə qiymətləndirici parametrə təsir edən

faktorların seçilməsi;

5) faktorların dəyişmə intervallarının və sərhədlərinin təyin

edilməsi;

6) reqressiya təhlilindən istifadə və üstünlüyünün izahı;

7) eksperimentin planlaşdırılması, matrisin qurulması,

təcrübələrin aparılması, nəticələrin qeydiyyatı və təhlili;

8) nəticə kimi məsələlər öz əksini tapmalıdır.

Qeyd: elmi-tədqiqat işi buraxılış işinin sərbəst (tam) mövzusu kimi də yerinə yetirilə bilər.


1.4. Buraxiliş işlərinin təqdimat və müdafiə qaydalari

Müdafiə ərəfəsində tələbənin başa çatdırılmış buraxılış işini rəhbər imza edərək, işin tam yerinə yetirildiyini təsdiq edir və kafedra tərəfindən təyin olunmuş metodik qrupa təqdim edir.

Tələbənin səviyyəsi, buraxılış işinin həcmi və icra olunma keyfiyyəti qənaətbəxş sayılarsa, buraxılış işi kafedra müdiri tərəfindən imzalanır və rəy almaq üçün istehsalatda çalışan mütəxəssis yanına göndərilir.

Buraxılış işlərinin müdafiəsi Dövlət Attestasiya Komissiyası (DAK) tərəfindən açıq iclasda keçirilir. Müdafiə zamanı buraxılış işinə rəhbərin və istehsalatdan təyin edilən mütəxəssisin yazdıqları rəylər təqdim edilir.

Müdafiə zamanı komissiyanın katibi müdafiə edəcək tələbənin adını, soyadını, qrup nömrəsini, ixtisası, mövzunun adını elan edir. Məruzə üçün tələbəyə 10-15 dəq. vaxt verilir.

Buraxılış işinin müdafiəsi slaydlar üzrə hazırlanan materiallar əsasında prezentasiya formasında təqdim edilməsi daha məqsədəuyğun hesab edilir.

Sonra məruzəçi DAK-ın üzvlərinin suallarına cavab verir.

Yekun qiymət iclasın sonunda orta hesabi nəticəyə görə elan edilir. Dövlət Attestasiya Komissiyasının qərarı rektor tərəfindən təsdiq olunduqdan sonra tələbəyə universitetin müvafiq ixtisasını bitirməyi haqqında diplom verilir.

İKİNCİ BÖLÜM

Avtonəqliyyat müəssisələrinin texnoloji

layihələndirilməsi


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə