H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi


Avtomobillərə texniki xidmət və təmirin



Yüklə 1,41 Mb.
səhifə30/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

8. Avtomobillərə texniki xidmət və təmirin

təşkili

8.1. Minik avtomobillərinə xidmətin təşkili

Texniki xidmət və təmir sistemi. Əhaliyə mənsub olan avtomobillərə texniki xidmət və təmirin planlı-xəbərdarlıq sistemi tətbiq edilir. Bu sistem (hələ də qüvvədə olan) “Əsasnəməx”də əks olunmuşdur.

“Əsasnəmə”yə görə texniki xidmətin aşağıdakı növləri qeyd edilir: gündəlik texniki xidmət, servis kitabçasının talonları üzrə aparılan texniki xidmət və mövsümi xidmət.

Minik avtomobillərinin texniki xidmət rejimi, avtomobil satılarkən ona istehsal edən zavod tərəfindən əlavə edilən, servis kitabçası üzrə tənzimlənir.

Servis kitabçası avtomobilin xidmət rejimini təyin edən əsas sənəd hesab edilir. Servis kitabçası həmçinin avtomobilin sahibi ilə istehsal edən zavod və ya onun ticarət bölməsi arasındakı qarşılıqlı münasibəti müəyyən edir.

Kitabçada avtomobil və onun sahibi haqqında məlumat, avtomobili satan müəssisənin adı və satılma tarixi, zəmanət şərtləri, avtomobilə xidmət üzrə tövsiyələr, satışqabağı hazırlıq talonu, yürüşün km.-lə göstərilmə talonu və istehsal edən zavod tərəfindən təyin edilmiş əməliyyatlar göstərilir.

Xidmət rejimi və xidmətin həcmi, nəzarət-baxış və reqlament işləri də daxil olmaqla, hər bir talonda əks olunur.

Mövsümi xidmət avtomobilin yay və qışda istismarına hazırlıq işlərindən ibarət olur.

“Əsasnamə”yə görə təmirin iki növü nəzərdə tutulur: aqreqatların cari (CT) və əsaslı təmiri (ƏT). Avtomobillərin tamkomplektli əsaslı təmiri nəzərdə tutulmur.Texniki xidmət(TX) və CT üzrə əmək tutumlarının normativ qiymətləri minik avtomobillərinin sinfindən və istehsal tarixindən asılı olaraq “Əsasnamə”də verilir.



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə