H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi


Yol tipli texniki xidmət stansiyalarının istehsal proqramı



Yüklə 1,41 Mb.
səhifə38/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

Yol tipli texniki xidmət stansiyalarının istehsal proqramı avtomobillərin stansiyaya gəlmələrinin sayından və bir gəlmənin orta əmək tutumundan asılı olaraq təyin edilir.

Gəlmələrin sayı avtomobillərin tipləri üzrə aşağıdakı kimi paylanır [8]:

- minik avtomobilləri üçün - 70 %;

-yük avtomobilləri üçün - 25 %;

- avtobuslar üçün - 5 %.

Bir avtomobil gəlmənin əmək tutumu:

- minik avtomobilləri üçün - 3,6 ad-s.;

-yük avtomobilləri və avtobuslar üçün isə 2,5 ad.-saat (yığışdırma-yuma işləri nəzərə alınmır) təyin edilir.

Son illərdə istehsal olunan avtomobillərin etibarlılığının və ömüruzunluğunun artması ilə əlaqədar olaraq gəlmələrin orta əmək tutumunun təqribən 25 30% azalmasını nəzərə almaq olar.

Yol tipli TXS-də illik iş həcmi hər tip avtomobillər üçün aşağıdakı ifadə ilə təyin edilir:



Tyol = Ns D tor ,

burada Ns - avtomobillərin sutka ərzində stansiyaya

gəlmələrinin sayı;

D- stansiyanın bir ildə iş günlərinin sayı;

tor - bir gəlmənin orta əmək tutumu, ad-s.

Gündəlik xidmət zamanı yığışdırma- yuma işlərini keçmək üçün stansiyaya gəlmələrin sayı təyin edilərkən avtomobillərin gəlmələrinin qeyri-müntəzəmlik əmsalını 1,2-1,4 nəzərə almaq lazımdır. Hər gəlmə üçün minik avtomobilləri üçün orta əmək tutumu 0,3 ad-s., yük avtomobilləri və avtobuslar üçün isə 0,3 ad-s.qəbul edilir.

Yol tipli TXS-də iş həcminin növlər üzrə və icra yerinə görə paylanmasında cədvəl 9.2-dən istifadə edilə bilər.

Gündəlik xidmət keçmək üçün TXS-ə gələn avtomobillərin sayı hər 1000 km yürüşə normalaşdırılan avtomobil gəlmələrinin sayından (dgx =1 2 qəbul edilir) asılı olaraq təyin edilir:



NGX =

TXS - də özünəxidmət işlərinin həcmi (ANM-də olduğu kimi) stansiyanın illik iş həcminin 15 20% - i qədər qəbul edilir və müvafiq qayda üzrə şöbələr arasında paylanır [4].

Cədvəl 9.3

TXS üzrə iş həcminin işlərin növünə və icra yerinə görə paylanması,%-lə



İşlərin adı


İşçi postların sayına görə paylanma

İcra olunma yerinə görə paylanma




5-ə qə

dər


6-10

11-15

16-25

25-dən çox

Post-

larda


Şöbələrdə

1

Diaqnostika

6

5

4

4

4

100

-

2

Tam həcmdə TX

35

25

15

10

8

100

-

3

Yağlama

5

5

3

2

2

100

-

4

Aparılan təkərlədə nizamlama

10

7

4

4

3

100

-

5

Tormozlarda nizamlama

10

5

3

3

3

100

-

6

Qida sistemi, elektrotexniki

7

6

4

4

4

75

25

7

Şinquraşdırma

7

5

2

1

1

30

70

8

Aqreqatların CT

20

20

16

12

10

45

55

9

Tənəkəçi,qaynaq və misgər

-

10

25

30

35

75

25

10

Rəngləmə

-

10

20

25

25

100

-

11

Üzçəkmə və armatur

-

2

4

5

5

50

50




Cəmi

100

100

100

100

100

-

-



İstehsal fəhlələrinin sayının təyini verilən zonanın və ya sexlərin iş həcminə və həmin zona və ya şöbədə çalışan fəhlələrin illik vaxt fonduna əsasən (avtoistismar müəssisələrində olduğu kimi) aparılır.

P = .

burada: F- fəhlənin illik vaxt fondudur, rəngsaz şöbəsində 1610 saat, qida sistemi, akkumulyator, dəmirçi, misgər, qaynaq,vulkanlaşdırma şöbələrində 1820 saat, digər şöbələrdə isə 1860 saat qəbul edilir.

Köməkçi fəhlələrin sayı istehsal işçilərinin 15 20 %-i qədər qəbul edilir.

Mühəndis-texniki işçilərinin və qulluqçuların sayı istehsal fəhlələrinin sayının 20 25 %-i qədər qəbul edilir.



Post və avtomobil yerlərinin təyini.

Post dedikdə müəyyən texnoloji əməliyyatı yerinə yetirmək üçün müvafiq avadanlıqla təchiz olunmuş, avtomobil yerləşdirilən istehsal sahəsinin bir hissəsinə deyilir.

TXS- də postlara- TX və CT işləri yerinə yetirilən işçi postları, köməkçi postlar, gözləmə və saxlanma üçün avtomobil yerləri aid edilir.

TX və CT - nin işçi postlarının sayı müvafiq olaraq post işlərinin həcminə (Tp), postun işçi vaxt fonduna (Fp) və bir postda eyni vaxtda işləyən fəhlələrin sayının orta qiymətinə görə (Por) təyin edilir.

=

Postun illik vaxt fondu isə aşağıdakı ifadə ilə təyin edilir.



Fp = D∙ Tn ∙ C ∙ η ,

burada: D - xidmət müəssisəsinin il ərzində iş günlərinin

sayı;

Tn - bir iş növbəsinin uzunluğu;

C - növbələrin sayı;

η - postun iş vaxtından istifadə əmsalıdır(0,85 0,90)

Bir postda eyni vaxtda işləyən fəhlələrin sayının orta qiyməti: TX və CT postlarında 1,5 2,5 ad., kuzov və rəngləmə sahələrində isə 1,0 1,5 adam qəbul edilir.

Yuma işlərinin mexanikləşdirilməsi halında işçi postların sayı (GX) gündəlik gəlmələrin sayı (NS) ilə və yuma qurğusunun məhsuldarlığı (Ay) ilə təyin edilir:

GX =



NS = ∙ d ,

burada: yığışdırma-yuma zonasına avtomobillərin

qeyri- müntəzəm gəlmələrini nəzərə alan

əmsal (1,1-1,5);



T - yuma zonasının iş müddəti, saat;

η - postun iş vaxtından istifadə əmsalı;

NTXS - layihə edilən TXS-də il ərzində xidmət keçən

avtomobillərin sayı;



d - TXS-ə il ərzində gəlmələrin sayıdır.

Gündəlik xidmət zonasında postların sayı 2-dən çox alındıqda axın üsulunun tətbiq edilməsi tövsiyə edilir.



Köməkçi postlar.Bu postlarda bilavasitə texniki xidmət və təmir işləri aparılmır.Lakin köməkçi postların sayı da hesalama ilə təyin edilir.Bu postlara avtomobillərin TXS-ə qəbul və sahibinə təhvil verilmə postları, xidmət və təmir işlərindən sonra yoxlama-nəzarət işləri üçün postlar, yuma işlərindən sonra qurutma postları, rəngləmə işlərinə hazırlıq və rəngləmədən sonra qurutma postları və s. aid edilir.

Avtomobillərin TXS-ə qəbul şöbəsində postların sayı aşağıdakı kimi təyin edilir:

qəb =

burada: - avtomobillərin qeyri-müntəzəm gəlməsini

nəzərə alan əmsal (1,2-1,5);

Tq - avtomobilin qəbul zonasının iş müddəti, saat;

Aq - qəbul postunun buraxma qabiliyyətidir

(2 3 avt/saat).

Avtomobillərin sahiblərinə verilməsi üçün tələb olunan postların sayı hesablama üçün şərti olaraq qəbul postlarının sayına bərabər qəbul edilir. Təhvil vermə postlarının sayı qəbul postlarının sayına anoloji olaraq təyin edilir.

Texniki xidmət və təmirdən sonra nəzarət postlarının sayı xidmət stansiyasının gücündən asılı olaraq nəzarət müdətinə əsasən hesablanır.

GX zonasında qurutma postlarının sayı mexaniki yuma qurğusunun məhsuldarlığına əsasən təyin edilir.

Rəngləmə zonasında rəngləmə və soyutma işlərindən sonra qurutma postlarının sayı istehsal proqramına və avadanlığın məhsuldarlığına əsasən hesablanır.

Kombinə edilmiş rəngləmə-quruducu kameranın-qurğunun, texniki xarakteristikasına görə, bir növbə ərzində buraxma qabiliyyəti 5-6 avtomobil qəbul edilir. Bir quruducu kamerası olan ayıca rəngləmə qurğusunun bir növbə ərzində buraxma qabiliyyəti isə 12 avtomobil qəbul edilir.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə