H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi



Yüklə 1,41 Mb.
səhifə34/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

İlkin verilənlər. Texnoloji hesabatda əsasən xidmət müəssisəsinin planlaşdırılması və avtomobillərin texniki xidmət və təmirinin texnoloji prosesinin təşkili üçün lazım gələn göstəricilər təyin edilir.

Hesablama üçün ilkin verilənlər:



  • il ərzində müəssisədə xidmət ediləcək avtomobillərin markalar üzrə sayı - NS;

  • xidmət müəssisəsinin tipi (kompleks və ya ixtisaslaşdırılmış);

  • xidmət ediləcək avtomobillərin orta illik yürüşü (şəhər tipli stansiyalar üçün) - LİL;

  • xidmət müəssisəsinə il ərzində bir avtomobilin gəlmələrinin sayı (şəhər tipli stansiyalar üçün) - dŞ ;

  • xidmət müəssisəsinə sutka ərzində gəlmələrin sayı (yol tipli stansiyalar üçün) - dY;

  • xidmət müəssisəsinin il ərzində iş günlərinin sayı - DİŞ;

  • İş növbəsinin uzunluğu - Tn ;

  • Iş növbələrinin sayı - C ;

  • avtomobillərin texniki xidmət və təmir rejimi;

  • icra olunan işlərin növləri (ancaq ixtissaslaşdırılmış stansiyalar üçün);

  • il ərzində satılacaq (əgər müəssisəsədə avtomobillərin satışı nəzərdə tutulursa) avtomobillərin sayı - NSAT.

İlkin göstəricilər hər bir tələbəyə fərdi qaydada tapşırıqda verilir.

Xidmət müəssisəsinin tipi, xidmət ediləcək avtomobillərin sayı və ya işçi postların sayı layihə tapşırığında verilir.

Orta illik yürüşün qiyməti - fərdi minik avtomobilləri üçün orta hesabla 12 18 min km qəbul edilə bilər.

Avtomobil gəlmələrinin sayı - şəhər tipli XM-də bir avtomobilin il ərzində gəlmələrinin sayı dŞ = 3 5, yol tipli XM də isə dY = 1 2 qəbul edilir.

İlkin verilənlər nümunə kimi cədvəl 9.1-də göstərilmişdir.


Avtomobilin markası

XM-də il

əzində xidmət ediləcək avtomobillərin sayı, NS



İl ərzinə bir avtomobil gəlmələrinin sayı, d

İl ərzində satılacaq avtomobil-lərin sayı,

NSAT



Avtom.

orta illik yürüşü,LİL



Il ərində iş günlə

rinin sayı, DİŞ



İŞ növbəsinin uzunlu

ğu, Tn



İş nöbə

ləri


nin sayı,

C


BMV-523İ

1200

1,5

300

15000

305

8,2

1,5

























Cədvəl 9.1

Yol tipli stansiyalarda sutka ərzində gəlmələrin sayı isə

avtomobil yolunda hərəkət intensivliyindən asılı olaraq təyin edilir.

Xidmət müəssisəsinin iş rejimi:

- il ərzində iş günlərinin sayı - D

- iş gününün uzunluğu -Tn ilə təyin edilir.

Məsələn,


  • Şəhər tipli stansiyalarda D= 253; 305 gün, iş növbələrinin sayı 1,5; 2 , iş növbəsinin uzunluğu isə 8,2; 7,0 saat qəbul edilir.

  • Yol tipli stansiyalarda isə D= 357; 365 gün, iş növbələrinin sayı 1,5 , iş növbəsinin uzunluğu isə 7,0 saat qəbul edilir.

Avtomobillərin texniki xidmət və təmir rejimi dedikdə onların növü, periodikliyi və əmək tutumu nəzərdə tutulur və qüvvədə olan qayda və normalar əsasında təyin edilir.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə