H. N. MƏMMƏdov r. T. MƏMMƏdov avtomobil nəqliyyatı müəssisələrinin layihələndirilməsi


Avtoxidmət müəssisələrinin təyinatının



Yüklə 1,41 Mb.
səhifə35/44
tarix13.05.2022
ölçüsü1,41 Mb.
#87014
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   44
1.Dərs vəsaiti - ANM-in layihə -si 160 səh.

9.2. Avtoxidmət müəssisələrinin təyinatının

və gücünün əsaslandırılması
Ölkədə fərdi minik avtomobillərinin sayı artdıqca xidmət stansiyalarının layihələndirilməsi və tikintisi məsələləri böyük əhəmiyyət kəsb edir.

Avtoxidmət müəssisələrinin yüksək səviyyədə layihələndirilməsinin əsas şərtlərindən biri onun təyinatı üzrə istehsal gücünün və ölçüsünün əsaslandırılmasıdır.

Avtoxidmət müəssisələri üçün istehsal gücü il ərzində xidmət olunan avtomobillərin sayı nəzərdə tutulur. Lakin layihələndirmə məsələlərində xidmət müəssisəsinin həm istehsal gücü, həm də ölçüsü bir göstərici - işçi postların sayı ilə qiymətləndirilir.

Xidmət müəssisələrinin gücü və ölçüsü bir tərəfdən müəssisənin istehslal personalının və avadanlığın yüklən- məsini təmin etməli, digər tərəfdən isə avtomobillərin xidmət və təmir zamanı boş dayanmalarının həddən çox olmasına imkan verməməlidir.

Xidmət müəssisəsinin gücünün və ölçülərinin müəyyən edilməsinin texniki-iqtisadi əsaslandırılmasında, eləcə də onun şəhərdə, şəhər ətrafında, rayonda yerləşdirilməsi hallarının təyin edilməsində, həmin ərazidə məskunlaşan əhalidə minik avtomobillərinin olma sayı, yol və iqlim şəraiti və s. amillər də nəzərə alınmalıdır.

Şəhər tipli xidmət müəssisələrinin gücünün və təyinatının müəyyən edilməsində əsas amillərdən biri layihə edilən müəssisənin xidmət sferasında- ərazisində yerləşən avtomobillərin sayının və markalar üzrə tərkibinin müəyyən edilməsidir.

Əhalidə olan minik avtomobillərinin sıxlığı (hər 1000 nəfərə düşən avtomobillərin sayı) məlum olarsa, həmin şəhər (ərazi) əhalisində olan avtomobillərin sayını təyin etmək olar:

N = ∙ n ,

burada: A - şəhər əhalisinin sayı; n - 1000 nəfər əhaliyə

düşən avtomobillərin sayıdır.

Qeyd edək ki, Respublika DYP-nin məlumatına əsasən 2014-cü ildə hər 1000 nəfər əhaliyə orta hesabla 130 avtomobil düşür.

Məlumdur ki, əhalinin müəyyən hissəsi avtomobillərinin texniki xidmət və təmir işlərini öz qüvvəsi ilə, fərdi qaydada aparır. Ona görə də xidmət müəssisəsinə gələn avtomobillərin sayı aşağıdakı ifadə ilə təyin edilir:

N1 = N∙ k ,

burada k - xidmət müəssisəsindən istifadə edən avtomobil sahiblərinin sayını nəzərə alan əmsaldır (0,75 0,90).

Xidmət müəssisəsinin tipi müəyyən edilərkən statistik məlumat əsasında ümumi xidmət ediləcək avtomobillərin markalar üzrə sayı hesablanır və hər bir marka avtomobillər üçün işçi postların sayı təyin edilir. Sonra isə texniki-iqtisadi təhlil aparılaraq layihə ediləcək stansiyanın məqsədəuyğun (universal və ya ixtisaslaşdırılmış) növü seçilir.

Yol tipli müəssisənin istehsal gücü avtomobillərin müəssisəyə sutka ərzində gəlmələrinin sayına görə təyin edilir.

Müəssisəyə sutka ərzində gəlmələrin sayı hesabat məlumatları əsasında, təzə layihə ediləcək müəssisələr üçün isə magistral yolda avtomobillərin hərəkət intensivliyinə nəzərən faizlə təyin edilir.

Yol tipli müəssisələr üçün, təxmini olaraq, bu normalar minik avtomobilləri üçün 4 5 %, yük avtomobilləri və avtobuslar üçün 0,4 0,5 % qəbul edilir.



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə