H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə33/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   29   30   31   32   33   34   35   36   ...   240

quruluşu və funksiyalarında deyil, həm də cansız stixiyalarda ifadə olunur. Onun fikrincə 

insanın və heyvanın müxtəlif orqanları ilə bitkilərin hissələri, mineralların quruluşu və 

səma cismlərinin hərəkəti arasında oxşarlıq vardır. Paraselsə görə təbiəti üç elementdən 

çıxış etməklə başa düşmək olar: civə, kükürd və duz. Civə ruha, kükürd qəlbə, duz isə 

bədənə uyğun gəlir. İnsanın bütün hərəkətlərinə onun qəlbi rəhbərlik etdiyi kimi, təbiətin 

hər bir hissəsində də canlı başlanğıc (arxey) vardır. Bunə görə də təbiət qüvvələrinə hakim 

olmaq üçün bu arxeyi bilmək, onunla təmasa daxil olmaq və onu idarə etməyi öyrənmək 

la- zımdu:. 

İntibah dövrü naturfılosoflan antik elmi, xüsusən də Aristotelin fizikasını (sehrli 

qüvvəni  qəbul  etmədiyinə,  canh  və  cansız  mövcudatları  bir-birindən  qəti  surətdə 

ayırdığına  görə)  tənqid  edirdilər.  Onlar  neoplatonizmə  daha  yaxın  idilər.  Bu  təlimdən 

dünya ruhu anlayışını əxz etmişdilər. Bundan istifadə edərək dünyanın yaradılan olması 

ideyasını  aradan  qaldırmağa  cəhd  göstərirdüər.  Onlar  dünya  ruhunu  təbiətin  özünə 

daxilən xas olan həyati qüvvə hesab edirdilər. Məhz onun sayəsində təbiət müstəqillik 

əldə edir və daha ilahi başlanğıca ehtiyac hiss etmir. 

Renessans  dövrü  fəlsəfəsinin  görkəmli  nümayəndələrindən  biri  N.Ku-  zanski 

(1401-1494)  olmuşdur.  Öz  dövrünün  əksər  filosofları  kimi  o  da  neopla-  tonizm 

ənənənələrinə  meyl  göstərmişdir.  Lakin  Kuzanski  neopiatoniklərin  təlimini  (onun  əsas 

anlayışı olan vəhdət anlayışından başlayaraq) yeni tərzdə mənalandırmışdır. O, xristian 

monizmi prinsipini qəbul edirdi. Antik dövrün dualizminə qarşı çıxırdı. Beləliklə də 

o,  Brunonun  panteizmi  ilə  səsləşən  belə  bir  nəticəyə  gəlmişdir:  "vahid  (vəhdət)  hər 



şeydir". Bu fikir yaradan və yaradılan haqqında xristian teizminə tam zidd idi. Kuzanski 

vahidin  əksinin  olmaması  tezisindən  çıxış  edərək  göstərirdi  ki,  vahid  hüdudsuzluğa, 

sonsuzluğa bərabərdir. Onun fikrincə sonsuzluq o deməkdir ki, ondan böyük heç nə ola 

bilməz. Buna gorə də 

0

, bunu "maksimum", vahidi isə "minimum" adlandınrdı. Beləliklə 



də  o,  əksliklərin  üst-üstə düşməsi  prinsipini  kəşf  etmişdir.  Bu prinsipi sayəsində o, 

yeni dövr avropa dialektikasının əsasını qoyanlarından biri hesab olunur. 

Kuzanski  kosmosun  sonsuzluğu  və  onun  mərkəzində  hərəkətsiz  Yer  kürəsinin 

durduğu  haqqında  təsəvvürlərə  dağıdıcı  zərbə  vurdu.  Ondan  sonra  gələn  Kopernik 



(1473-1543) yeni astronomik sistem - heliosentrizmi yaratdı. Kuzanskinin fəliminə və 

Kopemikin heliosentrik astronomiyasına əsaslanan Cor- dano Bruno (1548-1600) orta 

əsr teizminə qarşi ardıcıl panteist təlim yaratdı. O, kosmos ilə ilahi qüvvəni eyniləşdirdi və 

sonsuz  kosmos  haqqında  fikir  irəli  sürdü.  Bundan  əlavə  Bruno  yaradıcı  və  yaradılan 

arasıdakı həddi yox etdi. Beləliklə də aktiv forma ilə passiv materiya arasında ənənəvi 

əksliyi aradan qaldırdı. Bruno orta əsrlərdə allaha şamil edilən yaradıcılıq keyfiyyətini 

təbiətin özünə aid edirdi. O göstərirdi ki, təbiət "şeylərdə ifadə olunan allahdır". Onun 

təlimi yeretik hesab edildi. İnkivizisiya ona öz təlimindən əl çəkməyi məcbur etdi. O 



isə tonqalda yandırılmağı bundan üstün tutdu. 

Yuxanda deyilənlər sübut edir ki, intibah dövrü fəlsəfəsində bir çox 



68 


aluqh  fikirlər  irəli  sürülmüşdür.  Lakin  bu  fəisəfəyə  verilən  qiymət  birmənalı 

olmamışdır. Onu yüksək dəyərləndirənlərlə yanaşı, fəlsəfə tarixində xüsusi mərhələ kimi 

ayırmağa  etiraz  edənlərə  də  rast  gəlinir.  Əslində  bu  dövrün  fəlsəfi  irsi  orta  əsrlərin 

sxolastikasının  aradan  qaldırılmasında  mühüm  rol  oynamışdır.  O,  həm  də  Yeni 

dövrdə fəlsəfənin inkişafı üçün müəyyən özül yaratdı. 

VI

 

FƏSİL 



YENİ DÖVR FƏLSƏFƏSİ 

1.

 



Empirizm və rasionalizm 

Fəlsəfi  fikrin  inkişafında  növbəti  mərhələni  yeni  dövr  fəlsəfəsi  təşkil  edir.  Hələ 

intibah  dövründə  başlanmış  olan  feodalizmin  dağılması  prosesi  XVII  əsrdə  daha  da 

genişləndi və dərinləşdi. Artıq bir sıra ölkələrdə baş verən burjua inqilabları kapitalizmin 

inkişafında mühüm rol oynadı. 

Yeni  cəmiyyət  təkcə  iqtisadiyyat  və  sosial  münasibətlərdə  deyil,  həm  də 

insanların şüurunda əsaslı dəyişikliklər yaratdı. XVII əsrdə təşəkkül tapan elm, ictimai 

şüurun yeniləşməsinin çox mühüm amili oldu. Təsadüfi deyildir ki, bütövlükdə XVII əsr 

elmi inqilab dövrii adlandırılır Həmin dövrün fəlsəfi fikri də əsasən elmə arxalamrdi. Odur 

ki, XVII əsr fəlsəfəsini düzgün başa düşmək üçün əsası bu dövrdə qoyulan yeni elm tipinin 



təcrübi-riyazi  təbiətşünaslığın  spesifikliyi  nəzərə  ahnmahdır.  Digər  tərəfdən  həmin 

dövrdə  insanların  dünyagörüşündə  bu  elm  aparıcı  yer  tutduğu  üçün  fəlsəfədə  idrak 

nəzəriyy'əsi problemləri - qnoseologiya ön plana çıxmışdı. 

Hələ intibah dövründə özünü göstərən orta əsr sxolastikasının tənqidi, XVII 

əsrdə  daha  kəskin  şəkil  aids.  Digər  tərəfdən  nominalizm  ilə  realizmin  mübarizəsi  bu 

dövrdə yeni formada davam etdi. Bu empirizm (biliyin təcrübəyə əsaslandığının iddia 



edilməsi)  və  rasionalizmin  (yalnız  zəka  vasitəsilə  mötəbər  bilik  qazanmağın 

mümkünlüyü) mübarizəsi kimi özünü göstərdi. 

Empırizmin  banisi  görkəmli  ingilis  filosofu  F.Bekon  (1561-1626)  olmuşdur. 

Həmin dövrdə yaşamış mütəfəkkirlərin bir çoxu kimi o da elmi idrakı əsaslandırmağı 

fəlsəfənin başlıca vəzifəsi hesab edirdi. O, fəlsəfənin predmet və vəzifələrini yeni tərzdə 

mənalandırmışdır.  Bekon  göstərirdi  ki,  elmi  bilik  insana  xeyir  vermək  məqsədi 



güdməlidir.  Bütün  elmlərin  ümumi  vəzifəsi  insanın  təbiət  üzərində  hökmranlığını 

artırmaqdan ibarətdir. Bekona görə elm özü- özlüyündə əsas məqsəd deyil, vasitədir. O, 

təbiət  hadisələrindən  insanların  rifahı  naminə  istifadə  olunması  üçün  bu  hadisələrin 

səbəbiyyət  əlaqələrim  aşkar  etməlidir.  Bu  günə  qədər  davam  edən  "Bilik  qüvvədir" 



aforizmi Bekona məxsusdur. 

Bekonun  elmi  təbiət  hadisələrinin  idarə  olunmasını  istiqamətləndirmək  cəhdi 

kapitalizm  şəraitində  yaranmış  ümumi  mənəvi  mühitin  tələbatı  idi.  Belə  ki,  zəkanın 

praktikada tətbiqi protestant reformatorların ürəyindən idi. Onlar buna xüsusi əhəmiyyət 

verirdilər. Hər cür əməyə hörmət bəslənilirdi. Buna görə də 

69 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə