H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə32/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   28   29   30   31   32   33   34   35   ...   240

yeniliklərə malik idi. Əgər antik dövrdə təbiət, kosmik həyat, orta əsrlərdə allah ideyası 

diqqət  mərkəzində  durardusa,  intibah  dövründə  insan  problemi  ön  plana  keçir»  Bn 

dövrün, falsəS təfəkkürü antroposentrik xarakter daşıyır. 

İntibah dövrü dünyagörüşünün çox mühüm fərqləndirici cəhətini onun incəsənətə 

istiqamətlənməsi təşkil edir. Bu mənada əgər orta əsrlər dövrü dini dövr hesab edilirsə, 

intibah dövrünü bədii-estetik dövr adlandırmaq olar. 

Orta  əsrlərdə  insanlar  arasında  korporasiya  və  silki  əlaqələr  güclü  idi.  Hətta 

qabaqcıl adamların özləri də başçılıq etdiyi korporasiyanın, silkin nümayəndəsi kimi çıxış 

edirdi. İntibah dörmində fərd müstəqillik əldə edir, o bu və ya digər birlikdən daha çox 

öz-özünü təmsil edir. Buradan da insanın yeni mənlik şüum və yeni ictimai mövqeyi irəli 

gəlir.  Onda  məğrurluq  və  özünü  təsdiqetmə,  öz  gücünə  inam  kimi  fərqləndirici 

keyfiyyətlər formalaşır.  Əgər,  orta  əsr  sənətkarı,  mütəfəkkiri  öz  xidmətlərini  tama.milə 

ənənələrə  aid  edirdisə  (hətta  o,  bu  ənənəyə  yenilik  gətirmiş  olsa  belə)  bundan  fə.rqli 

olaraq intibah dövrünün fərdiyyəti öz xidmətlərini e!ə öz. syağma ya.zmağ® edirdi. Məhz 

bunun nəticəsidir ki, həmin dövr dünya rnədəni^q'ətinə hərtərəfli hazırlığa malik olan bir 

çox böyük şəxsiyyətlər bəxş etmişdir. 

Hərtərəflilik  intibah  dövrü  .adamınm  ideab  idi.  O,  memarlıq  nəzəriyyəsi, 

riyazri/}^at, mexanika, fəlsəfə, pedaqogika kimi elmləri bilməli idi. Bu dövrdə ümumi 

mühit insanları görkəmli usta, sənətkar, şair, alim və sair olmağa sövq edirdi. Belə mühit 

humanist dəməkləri adlanan dəraəkərin (Florensiya, Neapol və Romada) fəaliyyəti üçün 

daha çox səciyyəvi idi. 

intibah dövründə insanın mövqeyini yəqin etmək üçün XV əsr humanisti 

C.

 

Mirandoİanm  (1463-1494)  «İnsanın  ləyaqəti  haqqında  nitqlər»  əsərində  irəli 



sürdüyü aşağıdakı flkir səciyyəvidir. O göstərirdi ki, allah insana belə sözlərlə müraciət 

edir.  "Ey  Adəm,  biz  ona  görə  sənin  yerini,  simanı  və  vəzifələrini  dəqiq 

müəyyənləşdirmirik  ki,  bunları  sən  özün  öz  şəxsi  arzuna,  iradənə  və  qərarına  görə 

edəsən". ' 

Bu, insan haqqsıtda antik dövrün təsəvvüründən ciddi surətdə fərq- iənirdi. Antik 

insan  özünü  təbiətin  deyiS,  əksinə,  təbiəti  özünün  ağası  hesab  edirdi.  İntibah  dövrü 

təfəkküründə isə vəziyj/ət tarn dəyişilir. Burada belə bir təsəvvür əsas yer tutur ki, Aliah 

insana azad iradə verir və onun özü-öz taleyini müəyyən etməlidir. İnsan sadəcə təbiət 

mövcudatı deyil, həm də öz xarakterinin yaradıcısı kimi çıxış edir. Bununla da o digər 

təbiət mövcudatlanndan seçilir, İnsan tədricən öz şəxsi həyatının və taleyinin yaradıcısı 

olduğunu  dərk  etdikcə,  o  həm  də  təbiət  üzərində  qeyri-məhdud  miqyasda  hökmranlıq 

edən qüvvəyə çevrilir. 

İntibah dövründə insanın fəaliyyətinə münasibət, onun qiymətləndirilməsi də antik 

dövrdəkindən  və  orta  əsrlərdən  fərqli  olmuşdur.  Belə  ki,  qədim  yunanlar  müşahidəni 

fəaliyyətdən üstün hesab edirdilər ,təkcə dövlətin fəaliyyəti istisna olunmaqla). Bu cür 

yanaşma  onunla  izah  edilirdi  ki,  müşahidə  (yunanca  nəzəriyyə)  insanı  əbədi  olana, 



təbiətin əsas mahiyyətinə yaxınlaşdırır, fəaliyyət 

’ Bax: Философия. Под редакцией В.Лавриненко. M., 1998, с. 101. 


isə insanı keçici, cansıxıcı "rəylər dünyası"n;f q u q v 

fəaliyyətə münasibət də xeyli dəyişilir: xristu;. 

yuması kimi yanaşır. Artıq əmək, o cümlədən du 

„v;io işi hc^v.ü 

olunmurdu. Lakin göstərilirdi ki, ruhu xilas etməyə >onələn mrmalar (allaha itaət etmək, 

müqəddəs  kitabları  oxumaq  və  s.  fəaliyyətin  yüksək  formalarıdır.  Bu  formalar  isə 

müşahidə və seyrdən demək olar ki, o qədər də fərqlənmirdi. 

Yalnız  intibah  dövründə  insanın  yaradıcı  fəaliyyəti  özünəməxsus  sak-  ral 

(müqəddəs)  xarakter kəsb  edir.  Öz fəaliyyəti ilə insan sadəcə olaraq gündəlik həyati 

tələbatlarını ödəməklə  məhdudlaşmır. O, həm də  yeni dünya yaradır, gözəllik bərqərar 

edir, dünyada mövcud olanların ən yüksəyi olan insanın özünü formalaşdırır. 

Məhz intibah dövründə ilk dəfə olaraq varlığın mənəvi öyrənilməsi forması 

olan  elm  ilə  praktiki-texniki  fəaliyyət  (bunu  incəsənət  adlandırırdılar)  və  bədii 

fantaziya  arasında  əvvəllərdə  özünü  göstərən  hədlər  silindi.  Orta  əsrlər  xristianlığı 

insanı  həyatdan  qoparıb  ayıraraq,  dünyanın  transendent  yaradıcısı  ilə  əlaqələndirirdi. 

Beləliklə  insan  şəxsiyyəti  müstəqil  yüksək  dəyər  olmayıb,  insan  və  Allahın  ittifaqına 

əsaslanırdı. Allahdan ayrılıqda, müstəqil götürülən insanın heç bir dəyəri yox idi. Bundan 

fərqli olaraq intibah dövıündə insan yetişdiyi mühitdən daha çox özünə, öz zənginləşən 

ruhuna və bədəninə arxalanırdı. Bu yol ilə o, transendent euəuənəiətuors .-ızad o'mağa 

cəhd göstərirdi. 

İntibah  dövrü  üçün  səciyyəvi  olan  gözəlliyə  pərəstişin  özü  də  antro- 

posentrizm ilə  sıx  əlaqəli  olmuşdur.  Təsadüfi deyildir ki, bu dövrdə hər şeydən əwel 

gözəl  insan  sifəti  və  insan  bədəni  təsvir  edən  rəssamlıq  incəsənətin  başlıca  növünə 

çevrilmişdi.  Botiçelli,  Leonardo  da  Vinçi,  Rafael  kimi  böyük  sənətkarların  şəxsində 

Renessans dövmndə dünyanın bədii qavranılması özünün zirvəsinə çatmışdı. 

Beləlikiə  intibah  dövründə  ayrıca  götürülmüş  insan  şəxsiyyətinin  rolu  çox-  çox 

artdı.  Fərdin  rəngarəngliyi,  özünəməxsusluğu  və  təkrarolunmazlığı  hər  şeydən  üstün 

tutulurdu. Orijinallıq  və başqalarına  banzərasmək  şəxsiy'y*^**"  böyüklüyünün  ən 

mühüm keyfiyyəti hesab olunurdu. Buna görə də təsadüfi deyildir ki, çox vaxt şəxsiyyət 

anlayışının  mohz  bu  dövrdə  yarandığı  qeyd  olunur.  İntibah  dövrünün  şəxsiyyət 



anlayışında  digər  bir  yeni  keyfiyyət  öz  hərəkəti  üçün  cavab  vermək,  mosuliyyət 

daşımaq qabiliyyəti meydana gəlir. 

Qeyd edək ki, bu dövrdə fəlsəfə təkcə insan mövzusu ilə məhdudlaşma- mışdu-. 



Burada  həm  də  naturfəlsəfəyə  maraq  artdı.  İlk  nəzərdə  bu  antik  təfəkkürün 

kosmosentrizminə  qayıtmaq  kimi  görünə  bilər.  Lakin  insanın  izahında  olduğu  kimi 

təbiətin başa düşülməsində də intibah dövrü fəlsəfəsi özünəməxsus xarakter daşıyır. Bu 

spesifiklik hər şeydən əvvəl təbiətin panteist (hər şeyi allah hesab etmək deməkdir) 



izahında özünü göstərir. Bu təlimdə xristian allahı özünün transsendent, təbiətdənkənar 

xarakterini  itirir,  o  sanki  təbiətlə  qovuşur,  beləliklə  də  təbiət  ilahiləşdirilir.  İntibah 

dövrünün  məşhur  naturfılosoflarından  olan,  alman  həkimi,  əikimyaçı  və  astroloqu 

Parasels  (1493-1541)  göstərirdi  ki,  təbiət  təkcə  canlı  mövcudluqların  (bitki,  heyvan, 

insan, mələk və şeytanın) 




Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə