H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə30/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   26   27   28   29   30   31   32   33   ...   240

ensiklopedik bilik sahibi N.Tusi (1201-1274) olmuşdur. O mükəmməl təhsil görmüş, həm 

də ictimai-siyasi həyatda fəal iştirak etmişdir. Hülakü xanın vəziri olmuşdur. Məntiqə, 

təbiyyata,  metafizikaya,  həndəsəyə,  etikaya  dair  gözəl  əsərlərin  müəllifidir.  Əsas 

əsərlərindən  «Əxlaqi  nasiri»,  «Kosmoqrafiyaya  dair  traktat»,  «Elxani  astronomik 

cədvəl»,  «Mövcudatm bölgüsü və onun qisimləri»  və başqalarını göstərmək olar. Tusi 

fəlsəfəni çox vaxt hikmət termini ilə əvəz edirdi. Göstərirdi ki, hikmət hər şeyi olduğu 

kimi dərk etməyə və hər şeyi lazımınca yerinə yetirməyə deyilir. Məhz hikmət sayəsində 

insanın  mənəviyyatı  təkmilləşir  və  arzuolunan  səviyyəyə  yüksəlir.  Özünün  varlıq 

haqqında təlimində 

0

, peripatetiklərin fikirlərini davam etdirmişdir. Yəni varlığı zəruri və 



mümkün  növlərə  ayırırdı.  O,  mümkün  varlığı  müfəssəl  şərh  etmişdir.  Mümkün  varlıq 

materiya, forma, cisim, əql və nəfsdən ibarət substansiyaya, habelə kəmiyyət, keyfiyyət, 

məkan,  zaman  və  başqa  kateqoriyalarda  ifadə  olunan  aksidensiyaya  bölünür.  Filosof 

göstərirdi ki, cismlər materiya və formadan təşəkkül tapmışdır. Od, hava, su və torpaq 

bəsit, onlardan əmələ gəlmiş minerallar, bitkilər və heyvanlar mürəkkəb cismlərdir. O, 

maddi aləmin məhvedilməzliyi, əzəliliyi və əbədiliyi ideyasına müsbət yanaşmışdır. Tusi 

maddi varlıqdakı dialektik inkişafın düzgün obyektiv mənzərəsini verə bilmişdir. Onım 

fikrincə dünyada heç bir şey tam şəkildə məhv olmur, o öz tərkibi və keyfiyyətləri ilə 

şərikli  olan  digər  bir  varlığa  çevrilir.  Tusi  materiyanın  hərəkəti  üzərində  geniş 

dayanmışdır.  O,  hərəkətə  yalnız  cismin  mexaniki  yerdəyişməsi  kimi  baxmırdı.  Onun 

kəmiyyətə, keyfiyyətə, məkana və vəziyyətə görə müxtəlif növlərini göstərmişdir.' 

Tusi  dünyanın  dərk  olunmasının  elmi  izahını  vermişdir.  O  göstərirdi  ki,  idrak 

şeylərin  və  hadisələrin  insan  şüurunda  (nəfsində)  passiv  inikası  deyil,  onur  dialektik 

ifadəsidir. 

Onun ictimai-siyasi və etik baxışları da çox maraqlıdır. Tusiyə görə insan daim 

kamilləşir.  Kamillik  isə,  onun  fikrincə,  həm  elmi  cəhətdən,  həm  də  əməli  cəhətdən 

təkmilləşmə  deməkdir.  O,  siyasətin  (idarəetmənin)  müxtəlif  formalarını  nəzərdən 

keçirmiş, fəzilətli siyasət ilə naqis siyasəti bir-birindən fərqləndirmişdir. 

4.

 

Müsəlman şərqində sufizm, panteizm və hürufilik 



Orta  əsrlərdə  Şərqdə  sufilik  (təsəvvüf)  daha  geniş  yayılmışdı.  Deyildiyinə  görə 

Məhəmməd peyğəmbərin 622-ci ildə Mədinəyə hicr edərkən tikdirdiyi ilk məsciddə ona 

sadiq  olan  bəzi  evsiz-eşiksiz  dindarların  gecələməsi  üçün  bir  damaltı  (əs-suffa) 

düzəldilmişdi. Burada yaşayanlara sufilər deyirdilər. Başqa bir məlumata görə sufi sözü 

qaba yun mənasım verir. Guya sufilər emal olunmamış qaba yundan uzun paltar geyir və 

tərki-dünya həyat tərzi keçirirlərmiş. Əslində sufilik dini-mistik cərəyan kimi VIII əsrin 

ortaları  və  IX  əsrin  əvvəllərində  formalaşmışdır.  Onun  baniləri  Bəsrə  şəhərindən  olan 

Əl-Bəsri və Rəbiyyə əl- Ədəbiyyə olmuşdur. Məşhur sufi nəziyyəçiləri Əl-Həllac, İbn 

Ata və başqalan 

' Bax: Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı 1994, s. 245. 

62 



qətlə yetirilmişdi. Sufilik son dərəcə müxtəlif ideya istiqamətlərini əhatə etmişdir. IX-X 

əsrlərdə sufilik islama qarşı yönəlmiş bidətçi cərəyan kimi çıxış etmişdir. Sufilər islamın 

"Allahdan başqa allah yoxdur" kəlamını dəyişdirib, "Mənr dən başqa rnən yoxdur" şəklinə 

salmışlar.  Sufizmə  görə  həyatın  ali  məqsədi  ilahi  ilə  mənəvi  qovuşmaqdır.  Bunun 



yolu  isə  əxlaqi  təkmilləşmədədir.  Əxlaqi  kamilləşmə  insanı  həqiqətə  gətirib  çatdırır. 

Həqiqətə  nail  olmaq  birdən-  birə  baş  vermir,  dörd  mərhələdən  keçir;  Birinci  mərhələ 



şəriətdir.  Bu o deməkdir ki, bütün müsəlmanlar şəriət qaydalarını bilməlidirlər.  İkinci 

mərhələ təriqət adlanır. Bu mərhələdə insan öz iradəsini allaha tabe edir, müridlik dövrü 

keçirir. Üçüncü mərhələ mərifət adlanır. Burada sufi ağlı, idrakı ilə deyil, öz könlü və 

qəlbi ilə varlığın allahla vəhdətini, xeyir və şərin nisbətini başa düşür. Nəhayət, dördüncü 

mərhələ həqiqət adlanır. Bu mərhələdə sufi artıq ilahi həqiqətə yetişir, onun qəlbi nur ilə 

dolur. O, ekstaz vasitəsilə Allaha qovuşur. 

İlk sufilər Quranın mənasını təhlil etməklə, çoxlu ibadət etmək və oruc tutmaqla, 

özünü bütünlükdə Allahın ixtiyarına verməklə məşğul idilər. Sonradan sufilər iki qismə 



aynimışlar:  ifrat  (radikal)  və  mötədil.  Radikal  sufilər  (əl-  Həllac,  İbn-Ata, 

Əl-Həmədani)  Qurana  və  sünnəyə  sadiq  olmuşdur.  Onlar  xalis  islam  çərçivəsində 

fəaliyyət göstərirdilər. Pudikallar "Məni" həm Allah, həm də insan yerində işlədib, insan 

ilə allahı eyniləşdirirdilər. Mötədil sufilər (Bağdadlı Əl-Cüneyd) isə səssiz zikr etməyi və 

sanit  ibadət  etməyi  tövsiyə  edirdilər.  Onlar  göstərirdilər  ki,  insan  öz  "Mən"ini  itirib 

Allahın "Mən"ində vücuda gəlir. 

XI-XII əsrlərdə sufizm təlimi daha geniş yayılmışdı. Sufilikdə "Vəhdət əl- Vücud" 

mühüm yer tutur. Bu tenninin banisi İbn əl-Ərəbi (1165-1240) olmuşdur. Onun əsasım 

sufi  metafizikası  və  kəlam  təşkil  edirdi.  "Vəhdət-əlVücud"  təliminə  görə  dünyanm 

fövqünda duran "Vəhdət" adlanan mütləq varlıq aləmin cismlərində özünü görmək, 

təzahür etdirmək istəyir. Aləmin xəlq olunmasının səbəbi məhz bn istəkdir.  Başqa 

yaradılanlardan fərqli olaraq insan ilahinin atributlarım daha yığcam və bütöv əks etdirir. 

Beləliklə də kamil insan bir növ "ilahinin surəti" kimi çıxış edir. 

Sufilikdə buna qarşı çıxan başqa bir təlim "Vəhdət-əş Şühud" (Şahidliyin vəhdəti) 

də  mövcud  olmuşdur.  Onun  banisi  Ə.Simnani  (1261-1336)  hesab  olunur.  Onun 

tərəfdarları  "Allaha  qovuşmağı",  "Allahla  birləşməyi"  rədd  edirdi.  Onlar 

şəriət-təriqət-həqiqət 

ardıcıllığının 

yerini 

dəyişirdilər. 



Onların 

fikrincə 

həqiqət-təriqət-mərifət olmalıdır. Çünki həqiqi bilik yalnız sünnə və şəriətin tələblərinə 

qeyd-şərtsiz əməl olunması sayəsində əldə edilə bilər.' 

Yuxanda qeyd olunan iki təlim sonrakı dövrlərdə bir-birilə mübarizə aparmışdır. 

Sufizmdə "Fəna" və "Bəqa" anlayışları da mühüm yer tutur.  "Fəna" hərfən 

yox  olmaq,  sona  yetmək  deməkdir.  Sufizmdə  bu  termin  insanın  öz  şəxsi  xassələrini 

itirməsi  və  ilahi  keyfiyyətlər  əldə  etməsi  mənasında  işlənilir.  "Bəqa"  dedikdə  insanın 

ilahiyə qovuşması və onda yerləşməsi başa düşülür. Sufilər göstərirdilər ki, əvvəlcə fəna, 

sonra isə bəqa baş verir. Əlbəttə, söhbət insanın 

Bax: İınanov H., Əhədov A. Orta əsr islam şərqində fikir. s.l47 

63 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə