H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə28/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   24   25   26   27   28   29   30   31   ...   240

ki, biliyin üç əsas mənbəyi vardır: 1) bilavasitə və doğru bilikdir, o duyğulardan və əqidən 

yaranır;  2)  nəzəriyyə  yürütmək  yolu  ilə  vasitəli  bilik  (bu  əql  vasitəsilə  əldə  edilir);  3) 

müşahidə nəticəsində qazanılan bilikdir. O, Aristotelin "Orqanon" əsərini tərcümə etmiş, 

güclü  məntiqçi  olmuşdur.  Əl-Fərabinin  fikrincə  məntiq  elmi  insanı  fikri  xətalardan 

qoruyur. Məntiqin üç bölümünü - anlayış, mühakimə (hökm) və əqli nəticəni aşkar 

etmişdir.  Filosof  atomist təlimi  rədd edirdi.  O,  Aristotelin  materiya  və forma  təliminə 

haqq qazandınrdı. Fərabiyə görə gerçəkliyin zirvəsində zəruri varlıq (vacibül-vücud) olan 

allah durur. O, öz-özünü dərk edir və gerçək-aləmi yaradır. Yerdə qalan dünya (allahdan 

başqa)  mümkün  olan  dünyadır.  O,  zəruri  olan  dünyanın  törəməsidir.  Deməli,  ona 

möhtacdır. Vacib (zəruri) varlığın isə heç nəyə ehtiyacı yoxdur. O dəyişməzdir, saf əqlin

kamilliyin mücəssəməsidir. O haqdır, lakin onu dərk etmək mümkün deyildir. 

Əl-Fərabi özünün ictimai siyasi görüşlərində Platonun ideal dövlət təlimini qəbul 

edir,  onu  islam  ilə  uyğunlaşdırmağa  çalışır.  O,  insanlann  dövlətdə  birləşməsini  təbii 

zərurət hesab edirdi. Fərabinin ideal dövləti bir nəfərin hökmranlığını nəzərdə tutur. Onun 

fikrincə hökmdar fiziki cəhətdən sağlam olmalı, natiqliyə, hafizəyə malik olmalı, həqiqəti 

sevməli,  yalandan  uzaq  olmalıdır.  O,  yemək-içməkdə  və  digər  arzularını  həyata 

keçirməkdə normal həddi aşmamalıdır. 

Şərq  peripatetizmin  görkəmli  nümayəndəsi  İbn-Sina  (980-1037)  olmuşdur. 

Buxara şəhəri yaxınlığında doğulmuşdur. Türk mənşəlidir. Ensiklopedik xarakterli bir sıra 

əsərlər yazmışdır. "Əş-Şəfa", "Nicat" əsərləri ona böyük şöhrət qazandırmışdır. İbn-Sina 

fəlsəfəni iki hissəyə ayırırdı: 1) nəzəri hikmət, təbiət fəlsəfəsini və mənəvi (humanitar) 

elmləri  əhatə  edir.  2)  Əməli  hikmət,  buraya  siyasət,  iqtisadiyyat  və  əxlaq  daxildir.  O 

göstərirdi ki, forma materiyadan əvvəl gəlir. Lakin onlar bir-birinə sıx bağlıdır. İbn-Sina 

bütün təbiəti qüvvə və hərəkət baxımından izah etməyə çalışmışdır. Onun fikrincə cisim 

özü-özündən  nə  sükunət,  nə  də  hərəkət  yaradır.  Cismin  fəaliyyəti  onun  daxilindəki 

qüvvədən əmələ gəlir. Məhz qüvvə materiyadan ilahi aləmə doğru yüksəlişi təmin edir. O 

göstərirdi ki, mürəkkəb cismlər bərk, yumşaq və qaz halında olur. Cismlər parçalanma, 

sıxılma  və  genişlənmə  yolu  ilə  dəyişilir.  İbn-Sinaya  görə  cismlər  sonsuz  olaraq  xırda 

hissələrə  bölünə  bilir.  O,  atomizmi  qəbul  etmirdi.  Onun  fikrincə  bədən  öləndə  ruh 

dəyişmir, dəyişməz şəkildə yaşayır. Ruh bədənin ağasıdır, bədən onun əlində bir alətdir. 

Filosofa görə varlığın üç pilləsi vardır: 1) mümkün olan varlıq aləmi (maddi aləm); 2) 



vacib və mümkün varlığın qarışığı (mələklər və səma aləmi); 3) öz-özünə zəruri olan 

ilahi aləm. Onun fikrincə bütün mövcudatm ilk səbəbi tək olan allahdır. Hər bir yaxşı və 

ya pis iş yalnız Allahın işidir. O, əxlaq məsələlərinə geniş yer verirdi. Göstərirdi ki, xeyir 



və  şər  əməllər  də  allahdan  irəli  gəlir.  Allah  insanları  şərdən  qoruyan  əsas  qüvvədir. 

Həyatda şər əməllərdən xilas olub, xeyrə qovuşmaq üçün ilahi aləmə bağlanmaq lazımdır. 

Bu.  səadət  əldə  etməyin  əsl  yoludur.  Onun  fikrincə  allah  insanlara  xeyir  və  şəri 

seçməkdə  iradə  azadlığı  verir  və  xeyri  seçənlərə  kömək  edir.  İbn-Sina  dinə  yaxın 

filosof  olmuşdur,  din  ilə  fəlsəfənin  müqayisəsində  birinciyə  üstünlük  verirdi.  Onun 

fikrincə iman əqli tamamlayır, o əqlin kamalıdır. İbn- 

58 



Sinaya gorə allah təkdir, zəruri varlıqdır, sabitdir, əzəli və əbədidir. Maddi varlıq deyil, 

mənəvidir, onun altenativi yoxdur. Ondan sonrakı yeri peyğəmbərlər tutur. Mənəvi vəhy 

qabiliyyəti iiahidən gəlir və mələklər vasitəsilə peyğəmbərlərə ötürülür. 

Orta  əsrlərdə  ərəbdilli  fəlsəfə  təkcə  yaxın  şərq  ölkələrinin  hüdudları  ilə 

məhdudlaşmamiş,  qərbə  Əndəlusə  (İspaniya)  qədər  yayılmişdı.  Bu  münasibətdə 

İbn-Rüşdün (Averroesin) (1126-1198) fəlsəfi görüşləri diqqətini cəlb edir. O, Əlcəzairdə 

və Kordovada yaşamışdır. Onun yaradıcılığı Qərb va Şərq fəlsəfəsi arasında bir növ körpü 

rolunu oynamışdır. Ibn-Rüşd tibb, fiqh, ilahiyyat, astronomiya və qramatika sahəsində bir 

sıra  əsərlər  yazmışdır.  Onun  fəlsəfəsində  göstərilir  ki,  aləm  ilkin  materiyadan  əmələ 

gəlmişdir.  Materiya  xəlq  edilməyib,  öz-özünə  meydana  gəlib,  o  yox  olmur.  İbn-Rüşd 

dünyaya əbədi və zəruri proses kimi yanaşırdı. O, maddi aləmi "mümkün olan varlıq" kimi 

anlamağı  rədd  edirdi.  Onun  fikrincə  allahın  varlığı  materiyadan  əvvəl  deyildir.  Allah 

yalnız  materiyaya  daxilən  xas  olan  imkanı  gerçəkliyə  çevirmişdir.  İbn-Rüşdün  irəli 

sürdüyü aşağıdakı üç ideya həmin dövrdə elmin din ilə mübarizəsini sübut edir: a) maddi 

dünyamn əbədiliyi; b) aləmdəki bütün hadisələrin zərurən səbəbiyyət əlaqələrində olması; 

v) fərdi olan hər şeyin, o cümlədən də insan ruhunun ölməsi. O mhun ölməzliyini və axirət 

dünyasını  qəbul  etmirdi.  Onun  fikrincə  ölməzlik  ayrıca  bir  insana  deyil,  bütövlükdə 

bəşəriyyətə xas olan keyfiyyətdir. Lakin 

0

 göstərirdi ki, həm də ümumi zəka ölməzdir. O, 



bütün nəsillərin mənəvi əlaqələrini təcəssüm etdirir. İbn Rüşdə görə zəka ayrıca bir insana 

məxsus deyildir. O, bütün insanlarda eynidir. Bütün ayrı-ayrı insanlar bu ümumi zəkaya 

qovuşduqları  dərəcədə  zəkalı  hesab  olunurlar.  Zəkanın  bu  cür  ümumi,  obyektiv,  vahid 

qəbul olunması və onun ayrıca bir şəxsin ruhuna daxil olduğunun göstərilməsi averroizm 

adlanır. 

İbn-Rüşd  idrak  məsələlərində  ortodoksal  ehkamlara  qarşı  çıxaraq  ikili  həqiqət 

nəzəriyyəsini  yaratmışdı.  Bu  təlimə  görə  fəlsəfi  həqiqət  ilə  ilahi  həqiqəti  bir-birindən 

ayırmaq  lazımdır.  Fəlsəfədə  həqiqi  olan  dində  yalan 



ola 

bilər,  eləcə  də  əksinə.  Onun 

fılo'incə fəlsəfə nəzəriyyədir, din isə d»ha çox praktika sahəsidir. 

İbn-Rüşdün ideyaları XIII-XIV əsrlərdə Avropada geniş yayılmışdı. Onlar yalnız 

XVII əsrdə sıradan çıxdı. 

3.

 



Orta əsrlpf də Azərbaycanda fəlsəfi fikir 

Azərbaycan  ^alqı  orta  əsr  Şərq  fəlsəfi  fikrinə  bir  çox  böyük  mütəfəkkirlər 

vermişdir. Onlann içərisində Ə.Bəhmənyar (993-1066) xüsusi yeri tutur. O, İbn- Sinanın 

istəkli  şagirdi  və  davamçısı  olmuşdur.  Bəhmənyar  bir  çox  əsərlərin  müəllifidir.  Onun 

"Təhsil"  əsərinin  köçürülmüş  əlyazma  nüsxələri  Tehranın,  Vatikanın,  Qahirənin  və 

Londonun  kitabxanalarında  saxlanılır.  "Metafizikanın  mövzusu"  və  "Mövcudatm 

mərtəbələri"  traktatlannın  nüsxələri  isə  Avropanın  müxtəlif  kitabxanalarını  bəzəyir.  Bu 

əsərlər 1851-ci ildə alman dilində, 1911-ci 

59 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə