H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə25/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   21   22   23   24   25   26   27   28   ...   240

bundan forqli olaraq əsas diqqət insanın  özünə,  insan  ruhunun  daxili  dərinliklərinə 

yönəlir.  Həm  də  göstərilir  ki,  ruhun  sirləri  hətta  insanın  özü  üçün  də  müyəssər 

deyildir.  Onları yalnız allah aşkar edə bilər. Lakin onların aşkar olunması insanın xilas 

edilməsi üçün zəruridir, çünki bu yolla günah hərəkətlərin sirləri açılır. Nəticədə insanlar 

onlardan təmizlənmək imkanı əldə edirlər. Bu qəbildən olan dini çağırışlar ümummədəni 

inkişafda  müəyyən  müsbət  rol  oynayır.  Avropa  mədəniyyətində  insan  psixologiyasına, 

onun ruhunun daxili aləminə maraq göstərilməsi bir çox cəhətdən belə dini çağırışların 

geniş yayılması ilə izah edilir. 

İnsanın daxili mənəvi aləminə diqqət artdıqca, onda öz "Mən"inin olması hissi də 

güclənir. Antik mədəniyyətdə bu keyfiyyət yox idi. Nəticədə spesifik subyektiv reallıq - 



özünü dərketmə (mənlik şüuru) meydana gəldi. Həm də göstənlirdi ki, mənlik şüuru öz 

səhihlik dərəcəsinə görə xarici reallıq haqqında təsəvvürlərdən yüksəkdə durur. Məsələn. 

Avqustin  qeyd  edirdi  ki,  insanın  öz  mövcudluğu  haqqında  biliyinin,  mənlik  şüurunun 

mütləq  dərəcədə  səhih  olduğuna  şübhə  edilə  bilməz.  Məhz  insan  öz  "daxili  vasitəsilə" 

mövcudluğu haqqında bilik əldə edir. Bu biliyin xarici hisslərə və mənlik şüumnu təsdiq 

edən  hər  hansı  obyektiv  sübutlara  ehtiyacı  qalmır.  Beləliklə  də  sonralar  yeni  dövrün 

fəlsəfəsində rasionalizmin çıxış nöqtəsi rolunu oynayan "Mən" anlayışının formalaşması 

prosesi orta əsrlər dövründə başlamışdır. 



İlkin  orta  əsrlər  dövründə  həm  də  tarix  problemlərinə  antik  şüur  üçün 

səciyyəvi olmayan dərəcədə yüksək maraq göstərilmişdir. Belə ki, qədim dövrdə tarixə 

hələ ontoloji reallıq kimi baxılmırdı. Bütpərəst xalqlarda varlıq tarix ilə deyil, məhz təbiət, 

kosmos ilə sıx əlaqələndirilirdi. Orta əsrlər dövıündə isə “müqəddəs kosmos” anlayışı, 

“müqaddəs tarix” anlayışı ilə əvəz olundu. Bu təsadüfi deyildi ki, çünki allahın insan 

İsa kimi təcəssüm etməsi hadisəsini yalnız bütün əvvəlki tarixi gedişatdan çıxış etməklə 

başa  düşmək  mümkün  idi.  Bundan  əlavə  xristianlıq  öyrədirdi  ki,  dindarların  xilas 

ediləcəyi gün, yəni günahlarla dolu olan dünyanın məhv ediləcəyi gün gələcəkdir. Onun 

yerində dindarların uzun dövrlü hökmranlığı qərarlaşacaqdır. Qiyamət günü haqqında bu 

baxışda tarix hadisə kimi mənalandırılırdı. Orta əsrlər təfəkküründə tarixin sonu haqqında 

esxatoloji (yunanca axırıncı, sonuncu deməkdir) təsəvvür də filosofları tarixin mənasım 

açmağa  diqqət  göstərməyə  sövq  etdi.  Nəticədə  müqəddəs  kitabları,  orada  yazılanları 

öyrənməyin, tarixi mətnləri izah etməyin xüsusi metodu hermenevtika meydana gəldi. 

Tarixə əsl sakral (müqəddəs) reallıq kimi maraq göstərilməsi, insanın mənəvi 

həyatına, daxili dünyasına xüsusi diqqət yetirilməsi ilə birləşərək tarixi yaddaşın təhlilinə 

təkan  verdi.  Təsadüfi  deyildir  ki,  yunan  filosofları  vaxt  anlayışına  kosmosun  həyatı 

prizması vasitəsilə baxır və onu həmişə səma cisimlərinin hərəkəti ilə əlaqələndirirdilər. 

Avqustin isə sübut etdi ki, vaxt insan qəlbinin öz nailiyyətidir. Buna görə də kosmos və 

onun hərəkəti olmasa da, qəlb olan yerdə vaxt da mütləq özünü göstərməlidir. Onun 

fikrincə  vaxtr  mümkün  edən  şərtlər  insan  qəlbində  üç  əsas  cəhətin  olmasıdır.  Bunlar 



gələcəyə  yönələn  gözləmə,  indiki  dövrə  yönələn  diqqət  və  keçmişə  yönəlmiş 

yaddaşdır. 

52 



Lakin  qeyd  olunmalıdır  ki,  orta  əsrlərdə  tarix  anlayışı  "müqəddəs  hadisələr" 

çərçivəsinə daxil edilmişdi. Buna görə də o zamanın, tarixin fövqündə duran reallıqların 

əks  etdirilməsi  kimi  başa  düşülürdü.  Yalnız  intibah  dövründə  dünyəvi  tarixi  bu 

"müqəddəslik"  qabığından  azad  etmək,  ona  müstəqil  reallıq  kimi  baxmaq  cəhdləri 

meydana gəldi. 

Yuxarıda  deyilənləri  ümumiləşdirərək  bütövlükdə  orta  əsrlər  fəlsəfəsini 



teosentrizm  kimi  səciyyələndirmək  olar.  Belə  ki,  bu  dövrdə  təfəkkürün  bütün  əsas 

anlayışları allahla münasibətdə götürülür və onun vasitəsilə müəyyənləşdirirdi. 

IV FƏSİL 

ORTA ƏSRLƏRDƏ ŞƏRQDƏ FƏLSƏFƏ 

1.

 



Şərq fəlsəfəsinin xüsusiyyətləri. Əsas dini-fəlsəfi təlimlər 

Orta əsrlərdə Qərbdə olduğu kimi Şərqdə də fəlsəfə ümumilikdə dinin 

güclü təsiri altındə olmuşdur. Müsəlman şərqi ölkələri əhalisinin dünyagörüşü də 

teosentrik səciyyə daşıyırdı. Bununla yanaşı burada həmin dövrün fəlsəfi fikri bir 

sıra xüsusiyyətlərinə görə Qərbdən fərqlənmişdir. Əwala, ümumilikdə orta 

aCr lQr r ln. xrr ir  

 ........................  y A W. >y 

V^VZJl 


0

 niSLzƏtƏn dalla UZUIi SU

I

İ

J



V

U

Ş, yv 



V

 

V IÜ



 öSiidlƏ *40- 

dərtdavam  etmişdir.  İkinci,  Qərbdə  xristiaıi  dini  fəlsəfəyə  və  elmə  qarşı  çox  kəskin 

düşmənçilik münasibətində olmuşdur. Avropanın müxtəlif ölkələrində onlarla mütəfəkkir 

azadfikirlilik üstündə tonqallarda yandırılmış və edam olunmuşdur. Bundan fərqli olaraq 

Şərqdə  islam  dini  fəlsəfəyə  və  elmə  bir  qədər  yumşaq  münasibət  bəsləyirdi.  Bunun 

nəticəsində də elmin və mədəniyyətin inkişafı dayanmamışdı. Təsadüfi ^deyildir ki, islam 

sivilizasiyası, i?lam mədəniyyəti Şərqdə uzun müddət davam etmiş, regionun xalqlarının 

tarixində  böyük  mütərəqqi  rol  oynamışdır.  O,  yeni  dövrdo  və 



sonralar  da 

Şərqdə 


mədəniyyətin tərəqqisinə güclü təsir göstərmişdir. Üçüncü, orta əsrlərdə Şərqdə islamın 

bu  mövqeyi,  bir  tərəfdən  om«ı  daxilində  dini-fəlsəfə  istiqamətlərin  fəaliyyətinə  qida 

vermiş, digər tərəfdən isə islam dinindən kənarda’ (və müəyyən qədər ona qarşı çıxan) 

müstəqil elmi-fəlsəfi təlimlərin mövcudluğuna şərait yaratmışdır. 

Orta  əsriorin  ilk  mərhələsində  müsəlman  Şərqində  fəlsəfi  fikir  bütpərəstlik, 

atəşpərəstlik və xristianlıq ilə bağlı olmuşdur. Yalnız sonradan (əsas etibarilə Vlfl əsrdən 

başlayaraq)  burada  islam  dini  zəminində  və  antik  fəlsəfə  ilə  əlaqəli  təlimlər  geniş  yer 

tutmağa  başladı.  Həm  də  qeyd  olunmalıdır  ki,  regionda  fəlsəfə  hər  hansı  bir  ölkənin 

çərçivəsi  ilə  məhdudlaşmamışdır.  Kiçik  Asiyanı,  Suriyanı,  İraqı,  Azərbaycanı,  İranı  və 

sair  ölkələri  əhatə  edən  vahid  ərəbdilli  fəlsəfə  təşəkkül  tapıb  inkişaf  etmişdir.  Digər 

tərəfdən,  islamın  müqəddəs  kitabı  olan  Quran  öz  məzmununa  görə  təkcə  din  ilə 

məhdudlaşmır.  Burada  hüququn,  şəriətin,  bütövlükdə  müsəlman  mənəviyyatının  və 

ideologiyasının əsasları ifadə olunmuşdur. Buna görə də orta əsrlər şərqinin fəlsəfi, etik, 

ictimai-siyasi və bədii fikri onunla sıx bağlı olmuşdur. Quranın təsirinə aid çoxlu kitablar 

yazılırdı. Bunlann əsasında hədis, fiqh (müsəlman hüququ), kəlam (sxolastika) və s. şəriət 

sı 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə