H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə21/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   17   18   19   20   21   22   23   24   ...   240

zəkadan fərqləndirirdi. 

Fərdi  ruhun  ölməzliyi  imkanlaıim  izah  edərkən  Aristotel  göstərirdi  ki,  insanda 



yalmz zəka əbədi və dəyişməz xarakterə malik ölməzdir. Bədən öldükdən sonra zəka 

əbədi və dəyişməz xarakterə malik kainatdaki ümumi zəka ilə qovuşur. 

Yunan fəlsəfəsinin klassik dövrü Aristotellə başa çatır. Qədim şəhər dövlətlərinin 

(polislərin)  daxilində  dağılma  baş  verdkcə  onların  müstəqilliyi  də  tədricən  zəifləyir. 

Ellinizm  dövründə  (e.  ə.  IV  əsrdən  eramızın  V  əsrinədək)  əvvəlcə  Makedoniyanın 

işğalı, sonra isə yunan şəhərlərinin Romaya tabe edildiyi dövrdə fəlsəfənin dünyagörüşü 

oriyentasiyası da dəyişilir. Onun maraq dairəsi getdikcə daha çox ayrıca bir insanın həyatı 

məsələlərində  mərkəzləşir.  Stoiklə-  rin  və  epikürçülərin  etik təlimlərində bu prosesin 

ilkin əlamətləri özünü göstərirdi. Belə ki. Platonun və Aristotelin sosial etikası fərdi etka 

ilə əvəz olunurdu. 

Əgər  əvvəllərdə  etik  təlimlər  fərdin  əxlaqi  təkimlləşməsinin  başlıca  vasitəsini, 

onun  bütöv  bir  tam  kimi  götürülən  cəmiyyətə  qovuşmasında  görürdülərsə,  indi  bunun 

əksinə olaraq filosoflar belə hesab edirlər ki, insanın xarici dünyanın hökmranlığından və 

birinci növbədə isə sosial siyasi həyatdan azad olması xeyirxah və xoşbəxt həyatın mühüm 

şərtidir. 

Sosial  fəallıqdan  tam  imtina  etmək  ruhu  məşhur  materialist  Epikunm  (e.  ə. 



341-270-ci  illər) etikasında  daha aydın ifadə olunmuşdur. Oz dövründə geniş yayılmış 

olan  Epikur  etikasının  çıxış  nöqtəsini  ümumi ictimai həyat deyil,  ayrıca  insan  təşkil 

edir. O, Aristotelin insana verdiyi tərifi dəyişdirərək göstərirdi ki, fərd birinci yerdə durur. 

İnsanların bütün ictimai əlaqələri və münasibətləri ayn-ayrı şəxslərdən, onların subyektiv 

arzularından,  xeyir  və  ləzzət  haqqmdaki  rasional  mülahizələrindən  asılıdır.  Epikur 

tərəfindən  insanın  fərdiyyət  mövqeyindən  izah  edilməsi  onun  atomist  naturfəlsəfəsi  ilə 

tam uyğunluq təşkil edir. Bu fəlsəfəyə görə real olan bir-birindən təcrid olunmuş ayrı-ayrı 

atomların  varlığıdır.  Bizim  gördüyümüz  dünyanın,  bütövlükdə  kosmosun  həmin 

atomlardan təşkil olunan cisim və hadisələri isə ikinci dərəcəli xarakter daşıyır və yalnız 

atomlar yığımıdır. 

Epikunm etikası insan həyatının məqsədini həzz almaq mənasında başa düşülən 

xoşbəxtlikdə görürdü və hedonist (həzz almaq deməkdir) etika idi. Əlbəttə, Epikur həzz 

almağı müəj^ən ölçü daxilində qəbui edirdi. Epikura görə insanın ruhu onun bədəni ilə 

birlikdə ölür, çünki fiziki bədən kiıiıi o da atomlardan təşkil olunmuşdur.  Lakin o 

göstərirdi ki, ölümdən qorxmaq lazım deyildir, çünki nə qədər ki biz varıq ölüm yoxdur, 

olüm gəldikdə isə artıq biz olmayacağıq. Bu mənada o göstərirdi ki. həm canlılar üçün, 

həm də ölülər üçün ölüm mövcud deyildir. 

Ellin-roma dövrü fəlsəfəsində stoisizm cərəyanı (e.ə. III əsrdən eramızın III əsri) 

geniş yayılmışdı. Erkən stoikiər Zenon, Kleanf və Xrisilp, son stoikiər isə Plutarx, Siseron, 

Seneka, Mark Avreliy olmuşlar. Stoikiər də xoşbəxt həyata nail olmağı əsas məqsəd hesab 

edirdilər.  Onlar  buna  çatmağın  yolunu  təbiətlə  ağıllı,  normal  münasibətlər  yaratmaqda 

görürdülər. Bu fəlsəfi təlim əxlaqi azadlığı və 

44 



ehtiraslardan  yaxa  qurtarmağı  təbhğ  edirdilər.  Stoisizmin  nümayəndələri  taleyə 

inanırdılar. Göstərirdilər ki, talenin verdiyi sevinc və kədəri sakitliklə qarşılamaq lazımdır. 

Son ellinizm dövründə Plotinin (204-270) adı ilə bağlı olan neoplatonizm fəlsəfi 

təlimi  xüsusi  yer  tutıirdu.  Plotinə  görə,  ən  yüksək  substansiya  ilahi  ilk  Vahid  adlanır. 

Dünyadakı bütün mövcudatlar pillə-pillə həmin vahiddən yaranır. İlk növbədə Ağıl (Nus), 

Sonra  Ruh  meydana  gəlir.  Bizim  gördüyümüz  dünya,  təbiət  ruhun  emanasiyasıdır. 

Plotinin  ideyaları  sonralar  Qərbdə  və  Şərqdə  neoplatonçuluq  adı  ilə  xeyli  yayılmışdı. 

Plotin  bir  sıra  maraqlı  fikirlər  də  söyləmişdir  (varlığın  müxtəlif  pillələrinin  müvafiq 

dəyərləndirilməsi,  ali  varlığın  yaradıcı  başlanğıc  kimi  qəbul  edilməsi,  varlığın  yüksək 

növünün emanasiya vasitəsilə aşağı növü yaratması ideyası və s.). 



Bütövlükdə antik dövrün fəlsəfəsi ilə qısa tanışlıq göstərir ki, burada fəlsəfi 

dünyagörüşünün  bir  çox  məsələləri  irəli  sürülmüş  və  orijinal  şəkildə  həll 

olunmuşdur.  O,  nəzəri  fikrin  elə  yüksək  səviyyəsini  ifadə  edir  ki,  sonrakı  nəsillər 

fəlsəfəni  öj^ənərkən  dönə-dönə  ona  müraciət  etməli  olurlar.  Antik  mütəfəkkirləri 

düşündürən fəlsəfi problemlər bu gün də öz aktuallığım itirməmişdir. Sözün əsl mənasında 

zəkanın  təntənəsini  ifadə  edən  bu  fəlsəfə  Avropa  və  dünya  nəzəri  fikrinin  mühüm 

bünövrəsi rolunu oynayır. 

III

 

FƏSIL

 

ORTA ƏSRLƏRDƏ QƏRBDƏ FƏLSƏFİ FİKİR 

1.

 

Orta əsrlər qərb fəlsəfəsinin yaranması və xüsusiyyətəri 

Orta əsrlərdə fəlsəfi fikir feodalizm quruluşuna əsaslanırdı. Bu dövr V-XV əsrləri 

əhatə edir. O, öz məzmununa görə xeyli dərəcədə genişdir və aşağıdakı mərhələlərə ayrılır; 

1)

 



patristika (ata deməkdtr) II-VIll əsrləri əhatə edir.  Bu dövrdə başlıca yeri 

kilsə  ehkamlarının  yaradılması  və  təbliği  tutmuşdur;  2)  sxolastika  mərhələsi  VIII-XV 



əsrləri əhatə edir. Həmin mərhələ dini zəmində olsa da, mövcudluq və mahiyyət, ümumi 

ilə təkcənin münasibəti, idrak və məntiq məsələləri üzrə geniş mübahisələrin apanlması ilə 

səciyyələnir. 

Orta əsrlər fəlsəfəsinin formalaşması eramızın I-IV əsrlərində baş vermişdir. Bu 

yüzilliklər  ərzində  qədim  yunan  fəlsəfəsinin  təlimləri  (stoiklər,  epi-  kürçülər, 

neoplatonçular və s.) ilə formalaşmaqda olan yeni təfəkkür arasında kəskin mübarizə 



getmişdir.  Bununla  yanaşı  orta  əsrlərin  ilahiyyat  təlimi  və  fəlsəfəsi  müəyyən  hallarda 

özündə  antik  dövrün  fəlsəfi  təlimlərini  (onların  mahiyyətini  təhrif  etməklə)  də 

assimilyasiya etmişdir. 

Əgər qədim fəlsəfə  bütpərəst  xarakterli  çoxallahhlıqla  bağlı  olmuşdursa, orta 

əsrlərdə  fəlsəfi  fikrin  kökləri  təkallahhlıq  dininə  (mdnoteizmə)  əsaslanmışdır.  Həm 

Avropada və həm də Şərq dünyasında fəlsəfənin inkişafı bu cür 

45 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə