H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə19/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   15   16   17   18   19   20   21   22   ...   240

arasındakı  münasibəti  obrazlı  şəkildə  belə  göstərmişdir:  əgər  mis  şar  götürülərsə,  onun 

üçün materiya misdir, şara bənzəməsi isə onun formasıdır. Yaxud da canlı mövcudluğun 

bədəni materiyadır, onun bədən hissələrinin vəhdətini və bütövlüyünü təmin edən forma 

isə ruhudur. 

Bütövlükdə  qədim  Yunan  fəlsəfəsində  varlıq  haqqında  təlimə  diqqət  yetirdikdə 

aşağıdala nəticələr çıxır: 

1.

 

Yunan filosoflarının əksəriyyəti üçün iki başlanğıcı dualistcəsinə qarşı- qarşıya 

qoymaq  səciyyəvidir  (məs.  Parmeniddə  varlıq,  qeyri-varlıq,  Demokritdə  atom-boşluq). 

Nəticə  etibarilə  bu  dualizm  bir  tərəfdən  vahidi,  bölünməzliyi  və  dəyişməzliyi,  digər 

tərəfdən isə sonsuz bölünəni, çoxluğu və dəyişkəni ifadə edir. 

2.

 

Qədim  Yunan  filosoflarının  (oz  aralarındakı  fərqliliyə  baxmayaraq)  baxışları 



kosmik  xarakter  daşımışdır.  Yəni  bu  baxışlar  birinci  növbədə  bütöv  bir  tam  kimi 

götürülən  təbiətin,  kosmosun  sirlərini  aşkar  etməyə  yönəlmişdir.  Onların  çox  hissəsi 

(atomistlər istisna olmaqla) kosmosu canlı hesab etmiş, bəziləri isə onu sonradan ruh, can 

əldə edən bütövlük kimi göstərmişlər. 



3.

 

Antik fəlsəfədə insan problemi 

Yuxanda  deyildiyi  kimi.  Qədim  yunan  fəlsəfəsinin  klassik  mərhələsi  insaıia 



doğru dönüş ilə səciyyələnir.  Bu mərhələdə insanın kosmosda yeri və amalı haqqında 

yeni təsəvvürlər formalaşmışdır. Həm də fəlsəfi biliklər sistemində insan probleminin rolu 

və  əhəmiyyəti  artmışdır.  Bu  mənada  sofistlərin (müdriklik  müəllimi)  yunan  fəlsəfəsinə 

gətirdikləri insan və şüur mövzusu əhəmiyyətli yer tutur. Sofizmin əsas nümayəndələri 



Protaqor  (e.  ə.  490-420-ci  illər)  və  Qorqiy  (e.  ə.  480-380-cı  illər)  olmuşdur.  Onlar 

insanın  etiqad  kimi  qəbul  etdiyi  hər  şeyə  tənqidi  münasibət  bəsləyirdilər.  Qeyri-şüuri 

qəbul  olunan  inamın,  qeyri-tənqidi  qəbul  olunan  rəylərin  yoxlanılmasını,  sınaqdan 

keçirilməsini tələb edirdilər. Sofistlər köhnə quruluşun bütün əsaslarım, mənəviy-yatını, 

adətlərini  (onların  kor-koranə  ənənə  şəklində  qəbul  olunduğu  üçün)  nöqsanlı  hesab 

edirdilər.  Onlar  göstərirdilər  ki,  şüurun  məzmununda  yalnız  əsaslandırılmış,  sübuta 



yetirilmiş olanlar yaşamalıdır. Beləliklə fərd hər şeyin hakimi elan olunurdu. 

Sofizmin  əsas  prinsipi  Protaqor  tərəfindən  belə  ifadə  olunmuşdur;  “İnsan  hər 



şeyin - mövcud olan və mövcud olmayan bütün şeylərin ölçüsüdür”. 

Onun fikrincə insana ləzzət verən hər şey yaxşıdır, əzab verən hər şey isə pisdir. Yaxşılıq 

və pisliyin meyarı isə ayrıca götürülmüş hər bir fərdin subyektiv hissləridir. 

Sofistlər  eynilə  də  idrak  nəzəriyyəsində  ayrıca  fərdi  əsas  götütürdülər.  Onu  öz 

xüsusiyyətləri ilə birlikdə idrakın subyekti hesab edirdilər. Onların fikrincə insan bu və ya 

digər predmet haqqında biliyi hiss orqanlan vasitəsilə əldə edir. Odur ki, hissi qavrayış 

subyektivdir, həqiqi obyektiv bilik əlçatmazdır. 

Qeyd olunmalıdır ki, sofistlərin hər cür həqiqəti nisbi hesab edən ideyaları 

40 



mühüm  əhəmiyyətə  malikdir.  O,  biliyin  həqiqiliyinin  yeni  formalanm  axtarmağın 

başlanğıcım qoydu. Bu qəbildən olan axtarışları Afina filosofu Sokrat (e. ə. 470- 399-cu 

illər) xüsusi səylə davam etdirdi. 

Sokratın  fəlsəfi  fəaliyyəti  insan  və  onun  şüuru  haqqında  məsələlər  üzərində 

cəmləşmişdir. Onun ən çox sevdiyi zərb-məsəl "Özün özünü dərk et" olmuşdur. / 

Sokratın  fikrincə  insanın  şüurunda  müxtəlif  səviyyə  və  təbəqələr  vardır.  Bunlar 

şüurun daşıyıcısı olan fərdlə çox mürəkkəb münasibətlərdə çıxış edir və bəzən də onunla 

həlledilməz  ziddi)^ətə  girir.  Sokrat  şüurda  təkcə  subyektiv  deyil,  həm  də  obyektiv 

məzmunun olduğunu aşkar etməyə çalışırdı. O, bu obyektiv məzmunun subyektiv tərəf 

üzərində üstün olduğunu sübuta yetirməyi özünün əsas vəzifəsi hesab edirdi. Sokrat bu 



yüksək səviyyəni zəka adlandırır  və göstərirdi ki, zəka təkcə fərdi rəyi deyil, həm də 

ümumi, hamı üçün zəruri olan biliyi təmsil etmək iqtidarındadır. Lakin Sokrat qeyd edirdi 

ki,  bu  biliyi  insan  hazır  şəkildə,  kənardan  götürməməli,  yalnız  öz  şəxsi  cəhdləri 

sayəsində əldə etməlidir. Buna görə də o, həqiqəti birlikdə söhbətlər keçirmək vasitəsilə 

axtarmağa  cəhd  göstərirdi.  Bu  dialoqlar  gedişində  iştirakçılar  ümumi  tərəfindən  qəbul 

edilmiş olan rəyləri tənqidi surətdə təhlil edir və bu tənqidi hamının həqiqi hesab etdiyi 

bilik əldə olunana qədər davam etdirirdilər. 

Sofıstlər kimi Sokratın da diqqət mərkəzində insan həyatı, onun mənası, məqsədi, 

ədalətli ictimai quruluş problemləri durmuşdur. Sokrat fəlsəfənin qayəsini xeyir və şərin 

nə olduğunu dərk etməkdə görürdü. O, göstərirdi ki, fəlsəfi bilik əldə etmək istəyi yalnız o 

zaman əxlaqi fəaliyyət hesab edilə bilər ki, bu biliyin özü xeyirxah xarakter daşısın. Etik 



rasionalizm  adlanan  bu  fikir  Sokratın  təliminin  əsas  mahiyyətini  təşkil  edir.  Onun 

fikrincə  əxlaqsız  hərəkət  həqiqəti  bilməməyin  məhsuludur.  Əgər  insan  nəyin  məhz 

yaxşı demək olduğunu bilirsə, 

0

, heç vaxt axmaq hərəkət etməz. Axmaq hərəkətlər səhvin, 



yanlışlığın nəticəsidir. Sokrata görə bır halda ki, əxlaqi cəhətdən şər işlər biliksizlikdən 

irəli gəlir, deməli, bilik mənəvi təkmilləşmənin mənbəyidir. O göstərirdi ki, fəlsəfə bilik 

əldə etmək yoludur. Buna görə də o, xeyirxah, insani və deməli, ədalətli dövlət quruluşu 

formalaşdırmağın mühüm vasitəsidir. Sokrata görə xeyirxah bilik əldə etmək, elə xeyirxah 

iş görmək deməkdir. Bu sonuncu isə insanı xoşbəxtliyə aparır. 

Sokratın  tələbəsi  olan  Platonun  təlimində  də  əxlaqi-etik  mövzu  aparıcı  yer 

tutmuşdur. O da öz  müəllimi  kimi etik problemlərə rasionalist yanaşmış və belə hesab 

etmişdir ki, həqiqi bilik əxlaqlı davranışın əsas şərtidir. Məhz buna görə də 

0

, sofıstlərin 



idrak nəzəriyyəsindəki subyektivizmi aradan qaldırmağa çalışırdı. Həqiqi və hamı üçün 

ümumi olan obyektiv bilik əldə etməyə cəhd etməklə yanaşı Platon anlayışların tədqiqi 

sahəsində  öz  müəlliminin  işini  davam  etdirmişdir.  Onun  anlayışlar  arasındakı  müxtəlif 

münasibətləri  aşkara  çıxarmaq  sahəsindəki  fəaliyyəti  dialektika  (söhbət  etmək, 



mühakimə  yürütmək)  adını  almışdır.  Platonun  fikrincə  etika  xeyirxah  və  deməli, 

xoşbəxt insanlann yaşadığı ədalətli cəmiyyət yaratmağın zəruri şərtidir. 

Platonun etik təlimində insanın mahiyyətinin izahına geniş yer verilir. O, 

41 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə