H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə15/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   11   12   13   14   15   16   17   18   ...   240

fikrin ilk məskənlərindən biri də Azərbaycan olmuşdur. Əlverişli təbii və coğrafi şəraitə 

malik olması üzündən Azərbaycan tarixən insanların ilk yaşayış əra- zilərindəndir. Son 

dövrlərdə belə bir fikir geniş yayılmışdır ki, Yaxın Şərqin ilk abidələrindən olan "Avesta" 

özündə  həm  də  qədim  azərbaycanlıların  fəlsəfi-dini  təsəvvürlərini  ifadə  edir.  Qədimdə 

yaxın şərq ölkələri xalqlanmn dünyagörüşü atəşpərəstlik olmuşdur. Bu isə zərdüştilik dini 

təsəvvürlərinə əsaslanırdı. Onun əsasını qoyanlardan biri Zərdüştün azərbaycanlı olması 

fikri son dövrlərdə geniş yayılmışdır. Həmin dövrün (e.ə. VI-V əsrlər) ən böyük abidəsi 

olan "Avesta"  Azərbaycan  xalqının  bədii-fəlsəfi  fikrinin  ilk  qaynağı  hesab  olunur. 

Hərfi mənası qanun deməkdir. "Avesta" üç əsas kitabdan (Vəndidad, Yasna və Vispe- red) 

ibarətdir.  Birincidə  divlər,  yəni  şər  qüvvələrə  qarşı  yönəlmiş  qanunlar  əsas  yeri  tutur. 

İkinci kitab (Yasna) dua və sitayişlərə həsr edilmişdir. Onun məzmunu "Qatlar"da ifadə 

olunmuşdur.  "Vispered"  (bütün  hakimlər  deməkdir)  adlanan  üçüncü  kitabda  insanların 

mənəvi  keyfiyyətlərinə,  ailə-əxlaq  məsələlərinə  aid  maraqlı  fikirlər  irəli  sürülmüşdür. 

Ümumiyyətlə  "Avesta"da  əsas  yeri  dualizm  (ikilik)  dünyagörüşü  tutur.  Bu  belə  bir 

prinsipə əsaslanır; dünyada hər şey bir- birinə zidd qüvvələrin (xeyir və şər) mübarizəsi 

formasında cərəyan edir. Xeyir qüvvələrin başında Hörmüz allahı dumr. Şər qüvvələr isə 

Əhrimənin  ətrafında  cəmənmişdir.  Bu  iki  tərəfin  amansız  mübarizəsi  nəticədə  xeyir 

qüvvələrin qələbəsi ilə başa çatır. Buradə göstərilir ki, xeyrin şər üzərində qələbə çalm&sı 

üçün’ insanların ümumi köməyi çox zəruridir. Bu kömək isə aşağıdakı üç əxlaqi tələbi 



yerinə  yetirməklə  mümkündür:  xeyirxah  fikir,  xeyirxah  söz  və  xeyirxah  əməl. 

"Avesta"da bu üç keyfiyyətə maik olmaq Zərdüştliyin əsası hesab edilirdi. Bu 

0

 deməkdir 



ki, insan fikirləşəndə də, danışanda da və hərəkət edəndə də xeyirxah olmalıdır. Sözügedən 

müqəddəs kitabda digər mənəvi keyfiyyətlər (mehriban rəftar, doğmçuluq, gözütoxluq) də 

geniş təbliğ olunur. 

Bütövlükdə "Avesta"da irəli sürülmüş fikirlər sonralar təkcə şərq xalqlarının deyil, 

həm də dünya mədəniyyətinin inkişafında böyük rol oynamışdır. 

3.

 

Qədim Hindistanda və Çində fəlsəfə 

Qədim  Hindistan  və  Çin  dünya  sivilizasiyasının  ən  böyük  mənbələrindən  hesab 

olunur.  Bu  ölkələrdə  bizim  eradan  əvvəl  VII-VI  əsrlərdə  ilkin  fəlsəfi  təsəvvürlər 

formalaşmışdır, Qədim Hind fəlsəfəsi üç dövrə bölünür; 1) Veda (bilik deməkdir) dövrü 

e.ə. I minilliyin ortalarını əhatə edir. Bu ibtidai ictimai quruluşunun dağılması və quldarlıq 

quruluşunun meydana gəlməsi ilə səciyyələnir. 2) Epik dövr e.ə. I minilliyin II yarısını 

əhatə edir. Bu dövrün üç başlıca abidəsi olmuşdur: a) "Mahabharata" başlıca məzmunu 

xalq inamları və köçəri xalqların mifologiyası ilə Vedalarm ehkamçı Brəhməninin sintezi 

təşkil  edir,  b)  "Rama-  yana"  poeması  köhnə  allahlar  ilə  yeni  allahlar  arasındakı 

münasibətlərdən, poli- teist pərəstişlərdən bəhs edir, v) Manu qanunları  burada qədim 

hind cəmiyyətinin müxtəlif təbəqələrinin hüquq və vəzifələrini əksetdirən normalar əsas 

32 



yeri  tutur.  3)  Hind  fəlsəfəsinin  klassik  dövrü  e.ə.  I  minilliyin  sonlarından  başlanır  və 

feodalizmə qədər gəlib çatır.' 

Qədim Hindistanda fəlsəfə qəbilə etiqadlan və adətlərini qoruyan brəhmənizmə 

qarsı mübarizə gedişində yaranmışdır. Ənənəvi vedalar allahlar şərəfinə tərtib olunmuş 

himnlər idi. Sonralar hər bir veda brəhmən, yəni təsvir (şərh), aranyak (meşə kitabları) yə 

upanişad  (hərfi  mənası  müəlliminin  ayağı  yanında  oturan  deməkdir)  forması  almışdı. 

Yalnız yüksək kastanın nümayəndələri brəh- mənlər vedalardaki hikmətin əsl biliciləri və 

şərhçiləri hesab olunurdu. Lakin qəbilə münasibətlərinin dağılması, qohumluğa əsaslanan 

əxlaqın böhranı kahinlərin nüfuzunun toxunulmazlığı, onların göstərişlərinin qeyd-şərtsiz 

yerinə  yetirilməli  olduğu  haqqında  təsəvvürləri  sarsıtdı.  Bunları  şübhə  altına  alan  ilk 

"yeres- lər" yaranmağa başladı. Onları tərki-dünyalıq təbliğ edən şramanlar (cəhd göstərən 

deməkdir) adlandırırdılar. Sonuncuların cəndləri təkcə tərki-dünyalıq səciyyəsi daşımırdı. 

Onlar həm də vedalara, dini qaydalara yenidən baxılmasını təbliğ edirdilər. 

Eramızdan  əvvəl  VI-V  əsrlərdə  Hindistanda  brəhmənizmi  tənqid  edən  bir  çox 

cərəyanlar yaranmışdı. Onların bazasında sonralar əsas fəlsəfi sistemlər inkişaf etmişdir. 

Təxminən VII-VI əsrlərdə yaranan sutralar (zərb-məsəl, aforizmlər) Hindistanda fəlsəfəni 

ardıcıl və müstəqil surətdə ifadə edən ilk sistemlər olmuşdur. Bu vaxtdan etibarən yeni 

dövrə qədər Hind fəlsəfəsi faktiki olaraq altı klassik məktəbdə (darşan vedanta, sankya, 

yoqa, nyaya, vayşeşika və mimansa) təmsil olunmuşdur. Bunlarla yanaşı qeyri-ortodoksal 

cərəyanlar - çarvakiar və ya lokoyata, caynizm. və buddizm təlimləri də inkişaf etmişdi.^ 

Çarvakiar fəlsəfəsi (dörd ünsür deməkdir) və ya lokayata (loka dünya deməkdir) 

qədim Hindistanda ən nüfuzlu materialist təlimlərdən olmuşdur. Bu təlim qeyri-ortodoksal 

xarakter daşıyırdı (yəni tarixən, ənənə üzrə davam edən təlimin əleyhinə yönəlmişdi). Belə 

ki,  o,  ənənəvi  mövcud  olan  brəhmənə  (vahid  və  xassəsi  olmayan),  atmana  (dəyişməz, 

yüksək şüur), sansara (həyatın  dövr etməsini iddia edən baxış), kannaya (upanişadlarda 

axirət dünyada günaha görə verilən cəza qanunu) qarşı çıxış edirdi. Bu təlimin tərəfdarları 

göstərirdilər  ki,  bütün  mövcudatlar  dörd  elementdən  (torpaq,  su,  atəş  (od)  və  hava) 

yaranan  materiyadan  ibarətdir.  Onların  idrak  təlimi  dünyanın  hissi  qavranılmasına 

əsaslanırdı (yalnız bilavasitə qavranılan şeylər həqiqidir). Başqa dünya yoxdur, dinə və 

axirət dünyasına inanmaq ağlın azlığı, zəiflik və etinasızlıq göstəricisidir. Çarvak- ların 

etik konsepsiyası gedonizm  (həzzalma) təbliğ edirdi. Onların fikrincə həyatın mənasinı 

var-dövlət və həzz almaq təşkil edir. Çarvaklarm devizi beləydi; bu həyatda yemək, içmək 

və keyf çəkmək lazımdır, çünki ölümdən qaçmaq mümkün deyildir, o onsuz da hamı üçün 

gələcəkdir.^ 

Qədim Hindistanda digər nüfuzlu qeyri-ortodoksal təlim caynizm olmuşdur. Onun 

banisi Mahavir Vardhaman (e.ə.VI əsr) həm də Cin (qalib deməkdir) 

' Bax. Лукьянов А.Е. Становление философии на Востоке. Древний Китай и Индия. М., 1989, с. 

13. 

^ Вах: Чаттерджи С., Датта Д. Индийская философия. М., 1994, с. 20 ’ Вах: 

Философия. Под редакцией В.Лавриненко. М., 1998, с. 36. 

33 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə