H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə12/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   8   9   10   11   12   13   14   15   ...   240

(əlbəttə, elmə arxalanmaqla). 

Fəlsəfi  biliklər  daim  inkişaf  edir.  Bu  prosesdə  ümumbəşəri  və  milli  tərəflər 

dialektik qarşılıqlı təsirdə və vəhdətdə özünü göstərir. Hər bir dövrün fəlsəfi təfəkkürü 

əvvəlki dövrün mütərəqqi baxışlarını və bunlardakı ümumbəşəri məzmunu əxz edir. Lakin 

onunla kifayətlənmir, buraya yeni momentlər və cəhətlər daxil edir. Bir sözlə, fəlsəfənin 

ümumbəşəri  məzmunu  varislik  prinsipi  əsasında  inkişaf  edir  və  təkmilləşir.  Hər  bir 

dövrdə  bu  prosesin  fəaliyyət  mexanizmi  milli  dəyərlər  ilə  sıx əlaqədə  baş  verir.  Çünki 

sözün müəyyən mənasında götürdükdə öz-özlüyündə ümumbəşəri fəlsəfə yoxdur. O, hər 

bir dövrdə müxtəlif millətlərin nümayəndələri, görkəmli filosoflarının yaradıcılığı ilə 

təmsil  olunur. Məhz  bu  və  ya  digər  filosofun  varlıq təliminə, dialektika  nəzəriyyəsinə, 

antropoloji təsəvvürlərə gətirdiyi yeniliklər tədricən milli çərçivədən kənara çıxır, dünya 

miqyasında yayılır və beləliklə də ümumsivilizasiya nailiyyətlərinə qovuşur. 

Digər  tərəfdən  hər  bir  millətin  nümayəndələri  öz  fəlsəfəsini  yaradarkən  həmin 

dövrdə  və  keçmişdə  qazanılmış  ümnımbəşəri  fəlsəfi  dəyərlərə  müraciət  edir,  onlardan 

faydalanırlar.  Bununla  yanaşı,  milli  fəlsəfənin  mövcudluğu  və  inkişafı  ümumdünya 

fəlsəfəsinə  münasibətdə  müəyyən  nisbi  müstəqilliyə  malikdir.  Belə  ki,  hər  bir  millət 

birinci növbədə onun varlığım və inkişaf səviyyəsini əks etdirən fəlsəfi təsəvvürlər sistemi 

yaıadır. Bu mənada ınilii fəlsəfə milli özü- nüdərkın uəzəri əsası rolunu oynayır. Sovet 

rejimi dövrimdə fəlsəfi fikirdə ehkamçılıq, əzbərçilik, ideologiyalaşma hökmranlıq edirdi. 

Bu,  fəlsəfədə  əsl  yaradıcılığa  mane  olur,  xüsusən  də  milli  fəlsəfənin  inkişafına  əngəl 

törədirdi. Milli müstəqillik eldə olunduqdan sonra milli fəlsəfənin inkişafı üçün real şərait 

yaranır. Elmin demokratikləşməsinə, sərbəst düşüncəyə, fddr plüralizminə geniş meydan 

verilir. Bunu müasir Azərbaycanda fəlsəfənin inkişafı nümmnəsində də yəqin etmək olar. 

Fəlsəfi  biliyin  daxili  məzmunu  çox  mürəklcəbdir.  Burada  aşağıdakı  tərkib 

hissələri ayırmaq olar: 

1)

 

Varlıq haqqında təlim (ontologiya) varlığın ən ümumi problemlərini öyrənir: 



varlıq və qeyri-varlıq, maddi və ideal varlıq (materiya və şüur); təbiətin, cəmiyyətin və 

insanın varlığı; materiya və onun atributları; 

2)

 

Bilik,  idrak  haqqında  təlim  (qnoseologiya)  aşağıdakı  məsələləri  əhatə  edir: 



dünyanın  dərk  olunanlığı;  idrakın  imkanları  və  məqsədi;  idrakın  obyekti  və  subyekti; 

biliyin strukturtu və dinamikası; həqiqət problemi, onun təbiəti və dialektikası; 

3)

 

Elmi idrak nəzəriyyəsi (epistemiologiya) elmi kompleks şəkildə öyrənir. Buraya 



aşağıdakı məsələlər daxildir: elmə bilik kimi, fəaliyyət kimi, sosial institut, akademiya, 

sistem  və  elmi  texniki  inqilab  kimi  yanaşılması;  elmi  idrakın  strukturu;  elmi  idrakın 

metodları; elmi tərəqqi; 

4)

 



Sosial fəlsəfə,  varlığın  özünəməxsus  sahəsi olan cəmiyyətin mövcudluğu və 

inkişafının ümumi qanunauyğunluqlannı öyrənir. Onun məşğul olduğu konkret məsələlər 

bunlardır: sosial idrakin spesifikliyi; cəmiyyətin sistemli təh 

25 



lili; ictimai həyatın iqtisadi, sosial və siyasi sferalanmn fəlsəfi araşdırılması; cəmiyyətin 

mənəvi həyatı və mədəniyyəti; ictimai şüur və onun formaları; tarixi prosesin mahiyyəti 

hərəkətverici qüvvələri

5)

 



Fəlsəfi antropologiya, insan haqqında fəisəfı təlim deməkdir. İnsanın ümumi 

və ən mühüm məsələlərini öyrənir. Buraya aşağıdakılar daxildir; insanın dünyada yeri; 

insanın  daxili  aləmi,  mövcudluq  və  mahiyyət;  insanda  bioloji  və  sosial,  şüuri  və 

qeyri-şüuri tərəflərin rolu; insan, fərd və şəxsiyyətin qarşılıqlı münasibətləri və s. 

6)

 

Aksiologiya dəyərlər haqqında təlimdir.  O, sosial dəyərləri, onların rolunu 



və  təsnifatını;  qnoseoloji,  etik  və  estetik  dəyərləri;  sosial  dəyərlərin  şəxsiyyətin 

sosiallaşmasmda rolunu öyrənir. 

26 



II

 

HISSƏ

 

FƏLSƏFƏNİN YARANMASI VƏ İNKİŞAFININ 

ƏSAS MƏRHƏLƏLƏRİ 

I FƏSİL 

FƏLSƏFƏNİN YARANMASI ŞƏRAİTİ. 

QƏDİM ŞƏRQ FƏLSƏFƏSİ 

L Fəlsəfənin yaranmasmnı ümumi qanunauyğunluqları 

spesifik cəhətləri 

Dünya  fəlsəfi  fikri  tarixinin  öyrənilinəsi  müxtəlif  dövrlərdə  ayrı-ayrı  xalqlar 

tərəfindən irəli sürülən və həll edilən problemlər haqqında bitkin təsəvvür yaradır. Bu çox 

vacibdir,  çünki  bəşəriyyətin  əsrlər  boyu  qoruduğu  və  inkişaf  etdirdiyi  fəlsəfi  hikmət 

xəzinəsinə  qovuşmağa  imkan  verir.  Fəlsəfənin  əsas  tarixi  tiplərini,  onların  hər  birinin 

səciyyəvi xüsusiyyətlərini, habelə ümumi vahid inkişaf xəttini arayıb tapmaq fəlsəfi irsi 

düzgün qiymətləndirmək üçün də zəruridir. Nəzərdə tutulmalıdır ki, hər bir tarixi dövrdə 

fəlsəfi  biliklərin  spesifikliyinin  öyrənilməsi  fəlsəfənin  öz  inkişafında  sosial-mədəni 

amillərlə nə dərəcədə şərtləndiyini göstərir. Bu həm də müvafiq dövıdin hakim təfəkkür 



üsulunun  ənənəvi  fəlsəfi  probiemiərə  münasibətini  və  gətirdiyi  yenilikləri 

araşdırmaq  baxımından  lazımdır.  Fəlsəfə  tarixi  ilə  tanışlıq  sübut  edir  ki,  müxtəlif 

dövrlərdəki  ayrı-  ayrı  təlimlərin  özüneməxsusluqlcuma  baxmayaraq  fəlsəfi  fikrin 

inkişafında varislik mövcuddur. Bu isə tarixi-fəisəfi prosesin vəhdətdə olduğunu göstərir. 

Fəlsəfənin  çox  qədim  tarixi  vardır.  Onun  yaranması  adi  gündəlik  lıəyatda  sanki 

aydın görünən ve qəbul edilmiş məsələlər haqqında düşünmək zərurəti ilə bağlıdır. Bu o 

deməkdir ki, onların kor-koranə qəbul edilmıəsi artıq kifayət etmir, buna şübhə yaranır. 



Ənənəvi  təsəvvürlərə  şübhcı  fiə  yanaşılması  ictimai  həyatda  və  şüurda  ciddi 

ziddiyyətlərin  və  münaqişələrin  baş  verdiyi  dövrün  məhsuludur.  Təsadüfi  deyildir  ki, 

fəlsəfə  lap  əvvəldən  adətlərin,  adi  gündəlik  təsəvvürlərin,  ənənəvi  dəyərlərin  ve  əxlaq 

normalarının tənqidçisi kimi çıxış etmişdir. Lakin ilk filosoflar mənsub olduqları sosial 

birliyin  mədəni  ənənələrini,  əxlaq  və  adətlərini  tonqid  edərkən  onları  tamamilə  kənara 

atmırdılar. Bu halda üçtərəfli proses baş verirdi: əvvəla, bəzi ənənələr müdafiə edilir və 

genişləndirilir, digərləri  dəyişdirilir,  onlara düzəlişlər verilir, üçüncülər isə köhnəlmiş 

və zərərli hesab edilirdi. 

Beləliklə,  mifoloji  dünyagörüşündən  fəlsəfəyə  keçid  tarixi  tələbatın  nəticəsi 

olmuşdur.  O,  aşağıdakı  sosial,  iqtisadi  və  mənəvi  amillərlə  şərtlənirdi:  bürünc  alətlərin 

dəmir  ilə  əvəz  olunması;  aqrar  istehsalın  ve  sənətkarlığın  inkişafı;  icma  quruluşunun 

dağılması,  xüsusi  mülkiyyətin,  siniflərin  və  dövlətin  yaranması;  emək  bölgüsü  və 

əmtəə-pul  münasibətlərinin  meydana  gəlməsi;  insanların  praktiki  fəaliyyətində  və 

dünyagörüşündə elmi ünsürlərin çoxalması. Bu müqəd- 

27 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə