H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə8/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   4   5   6   7   8   9   10   11   ...   240

naliz’ji növləri geniş yayılmışdır. Yeri gəlmişkən qeyd edək kisovet dövründə yazılmış 

fəlsəfi  kitablarda  materializm  ilə  idealizmin  münasibətləri  bəsit  L?ah  olunurdu. 

Göstərilirdi  ki,  guya  fəlsəfənin  bütün  tarixi  bu  iki  cərəyan  arasında  barışmaz  mübarizə 

tarixidir.  Əlbəttə,  müəyyən  dövrlərdə  onlar  bir-birinə  qarşı  çıxış  etmişlər.  Lakin  buna 

əsasən  belə  nəticə  çıxarmaq  olmaz  ki,  müəyyən  məsələlərin  həllində  onlar  arasında 

yaxınlaşma  və  hətta  bir-birinə  nüfuzetmə  hallan  olmamışdır.  Məsələn,  deizmə  həm 

materialistlər  (F.Bekon,  C.Lokk),  həm  idealistlər  (Q.Leybnis)  və  hətta  dualistlər  də 

(R.Dekart)  qoşulurlar.  Yaxud  da  dünyanın  dərk  olunanlığım  qəbul  edənlər  arasında 

materialistlərlə  yanaşı  idealistlər  (məsələn,  Hegel)  də  vardır.  Və  əksinə,  aqnostiklər 

(dünyanın dərkini inkar edənlər) həm materialistləri (Demokrit), həm də idealistləri (Kant) 

təmsil edirlər. 

Deyilənlərdən  aydın  olur  ki,  materializm  ilə  idealizmin  qarşılıqlı  münasibətləri 

mürəkkəb xarakter daşıyır. Xüsusilə də müasir dövrün fəlsəfi fikrində onlar arasında 



keçilməz sədd yoxdur. Əksinə, onların dialoqu özünü göstərir. 

Fəlsəfi təfəkkür öz qida mənbəyini real həyatdan, konkret sosial praktikadan alır. 

Buna görə də tarixin fövqündə duran mücərrəd nəzəri təfəkkür real həyat problemlərini 

düzgün başa düşməkdə acizdir. Lakin fəlsəfəyə mücərrəd, tarixi şəraitdən asılı olmayan 

sahə  kimi  yanaşmağın  müəyyən  izləri  bəzən  bu  gün  də  özünü  göstərir.  Bu,  onda  ifadə 

olunur ki, fəlsəfənin predmeti yalnız ən ümumi qanunauyğunluqlar, prinsiplər, sistemlər, 

varlığın  mücərrəd  modelləri  kimi  təsvir  Qİunur.  Belə  yanaşdıqda  fəlsəfənin  bugünkü 

zəmanə ilə, konkret həyatla, dövrün 'irəli sürdüyü aktual problemlərlə əlaqəsi zəif ifadə 

olunur. 

Fəlsəfə  insanları  bütövlükdə  həyat  haqqında  ümumiləşmiş  konsepsiya  ilə 

təmin  edir.  Bu,  onun  çox  mühüm  tərəfidir.  Lakin  onun  daxili  məzmunu  mürəkkəbdir. 

Burada müxtəlif sahələri ayıımaq olar: idrak fəlsəfəsi, siyasət fəlsəfəsi, təbiət fəlsəfəsi, 



tarix fəlsəfəsi, əxlaq fəlsəfəsi, din fəlsəfəsi və s. Əlbəttə, fəlsəfənin daxili tərkib hissələrə 

bölgüsü  xeyli  dərəcədə nisbidir.  O, fəlsəfənin ictimai-tarixi  həyatın  müxtəlif tərəflərinə 

ümumi vəhdətdə, sıx qarşılıqlı təsirdə yanaşmasını istisna etmir. 

"Dünya-insan" probleminin klassik, ənənəvi tərəfləri  (insan  ilə  təbiət,  təbiət  ilə 



tarix,  şəxsiyyət  ilə  cəmiyyət,  azadlıq  ilə  zərurət  və  s.)  bugünkü  fəlsəfədə  də  öz 

dünyagörüşü əhəmiyyətini saxlayır. Lakin həmin məsələlər müasir baxımdan izah olunur. 

Fəlsəfənin  predmetinə  bu cür  yanaşdıqda  o səmada cövlan edən,  mücərrəd, əqli 

mühakimələrdən sanki "yerə" enir. Bu halda fəlsəfə necə deyərlər, konkret həyat axan ilə 

birləşir. Fəlsəfi problemlər "xalis" şüur problemləri kimi deyil, real gerçəklikdə mövcud 

olan, zəruri olan problemlər kimi çıxış edir. I>igər tərəfdən məlum olur ki, onların nəzəri 

həlli  birdəfəlik  başa  çatmır.  Onlar  müə)^ən  qədər  açıq  xarakter  daşıyır.  Həyat  inkişaf 

etdikcə  bu  problemlərə  münasibət  yeniləşir  və  zənginləşir.  Buradan  da  fəlsəfənin 

predmetinin belə bir momenti irəli gəlir: fəlsəfi problemlərin həlli onların keçmişinin 

ünwımiləşdirilməsinə,  müasir  vəziyyətinin  təhlil  edilməsinə  və  gələcəyinin 

proqnozlaşdırdmasma əsaslanır. 

Yuxarıda qeyd olundu ki, cəmiyyətdə obyektiv ilə snbvektiv. 



varlın 

ila 


17 


şüur, maddi ilə mənəvi bir-birilə sıx əlaqədə və çulğaşmış şəkildə çıxış edir. Bu, təbiidir, 

çünki  insanların  yaratdığı  bütün  nemətlər  (maşınlar,  arxitektura  nümunələri,  incəsənət 

inciləri  və  s.)  öz  təbiətinə  görə  insanin  əməyinin,  vərdiş,  bilik  və  yaradıcılığının 

maddiləşmiş təcəssümüdür. Lakin fəlsəfə tarixi prosesi öyrənərkən maddi ilə mənəvinin, 

real olanla təfəkkürdə olanın fərqliliyini də qeyd edir, onları bır-birindən ayıru-. Buna görə 

də fəlsəfi problemlər ikili təbiətə malikdir, bir növ qütbləşmiş şəkildə (subyekt-obyekt 

səpkisində)  çıxış  edir.  Fəlsəfi  təfəkkür  insanların  ictimai  tarixi  həyatını  təhlil  edərkən 

təkcə  gerçəklik  haqqında  həqiqəti  deyil,  həm  də  gerçəkliyi  təhrif  edən  təsəvvürləri, 

deformasiyaları  izah  edir.  Beləliklə  də  o  problemin  obyektiv  məzmununun  təhrifini 

aradan qaldırmağa çalışır. Bununla əlaqədar olaraq öyrənilən obyektə tənqidi münasibət 

bəslənilməsi fəlsəfi təfəkkürün mühüm tərəfidir. 

Demokratik cəmiyyətin qurulmaqda olduğu müasir dövrdə fəlsəfi təfəkkürün 



tarixiliyi prinsipinə riayət olunması, fəlsəfənin real həyatla ayrılmaz əlaqəsinin təmin 

edilməsi xüsusilə vacibdir. Belə ki, mücərrəd, qapalı xarakterli fəlsəfə siyasi-iqtisadi və 

mənəvi  həyatda  baş  verəm  əsaslı  dəyişiklikləri,  köhnə  stereotiplərin  ləğv  olunması 

prosesini,  demokratiya  və  aşkarlığın  inkişafını  tam  əks  etdirə  bilmir.  Cəmiyyətimizin 

tarixinin  indiki  dönüş  mərhələsində  fəlsəfənin  gerçəkliyə  münasibətini  dəyişdirmək, 

onu  mürəkkəb  həyat  problemlərinin  həllinə  yönəltmək  tələb  olunur.  Bu  mənada 

fəlsəfənin  əsl  sosial-tarixi  bilik,  həyatda  daimi  əlaqəli  dünyagömşü  olması  indi 

həmişəkindən daha vacibdir. Başqa sözlə deyilsə, yeni şəraitdə qarşıda duran problemləri 

həll edə bilmək üçün fəlsəfə açıq xarakter daşımalıdır. 

Fəlsəfi konsepsiyanın məzmunu nə qədər zəngindirsə, o, mədəniyyətin bir 

0

 qədər 



çox  tərəflərini  təhlil  edir,  onları  dünyagörüşü  baxımından  mənalandırır.  Fəlsəfə  ilə 

mədəniyyətin müxtəlif sferaları arasında olan bu münasibəti ağac ilə onun budaqlarının 

münəsibəti  timsalında  göstərmək  olar.  Hər  bir  ağacın  budaqları  sanki  mədəniyyətin 

müxtəlif  sferalarının  fəlsəfi  öyrənilməsi  sahələrinə  bənzəyir:  bu  budaqların  sayı  az 

olduqca fəlsəfi konsepsiya daha dərin ixtisaslaşır, çox olduqda onun fəlsəfi məzmunu da 

zəngin və geniş olur. 

Fəlsəfənin mədəni-tarixi hadisə kimi götürülməsi ona qarşısında duran problemləri 

kompleks şəkildə (onlara xas olan dinamizm ilə birlikdə) əhatə etmək imkanı verir. Bu isə 

son dərəcə zəruridir. Belə ki, ictiimai həyatın özü müxtəlif tarixi mərhələlərdə çoxtərəfli 

mədəniyyət sərvətlərinin yaradılması, saxlanılması, inkişaf etdtiilməsi və  gələcək nəslə 

ötürülməsini  əhatə  edən  vahid  və  bütöv  bir  proses  kimi  çıxış  edir.  Bu  proses  insan 

fəaliyyətinin  müxtəlif  sahələrində  köhnə  tarixi  təcrübə  formalarının  tənqidi  surətdə 

mənimsənilməsi,  vaxtını  keçirmiş  formaların  aradan  qaldırılması  və  yenilərinin 

yaradılması ilə bağlidır. 

2.

 

Fəlsəfənin funksiyaları 



Fəlsəfənin  cəmiyyətdə  rolu  onun  funksiyalarında  təzahür  edir.  Bu  elm  öz 

strukturuna uyğun olaraq iki qrup funksiya yerinə yetirir: dünyagörüşü və metodoloji. 

18 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə