H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə4/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   2   3   4   5   6   7   8   9   ...   240

və daxili tərəflərinin nisbətinə görə müxtəlif olur. 

Dünyagörüşünün məzmununda ümiimi xarakterli həyati və elmi biliklər əsas 

yeri tutur. Bu və ya digər xalqın, habelə onun hər bir nümayəndəsinin  bilikləri nə 

qədər çox və dərindirsə, onun dünyagörüşü də bir o qədər möhkəm və yüksək olur. 

Əksinə, insanın İDİlik səviyyəsindəki səthilik öz ifadəsini onun dünyagörüşündə də 

tapır: burada ardıcılsızlıq, qeyri-müəyyənlik, xurafat özünü göstərir. İnsanlar malik 

olduqları  biliklərə  əsaslanaraq  öz  həyat  və  fəaliyyət  proqramlarım,  davranış 

istiqamətlərini müəyyən edirlər. Odur ki, hər bir dövrdə onlar öz bilik səviyyəsini 

yüksəltməyə,  həqiqətə,  dünyanın  sirlərinə  dərindən  yiyələnməyə  cəhd  göstərirlər. 

Lakin insanların fəaliyyət proqramlarında biliklə yanaşı, sərvətlər (dəyərlər) də çox 

mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  sonuncular  vasitəsilə  insan  həyatda  baş  verən 

hadisələrə  və  proseslərə  fəal  münasibətini  bildirir,  onları  öz  məqsədi,  tələbatı  və 

mənafeləri mövqeyindən qiymətləndirir. Bu halda o, ədalət və ədalətsizlik, xeyir və 

şər, gözəllik və eybəcərlik kimi normativ anlayışlardan istifadə edir. 

Deyilənlərdən  aydın  olur  ki,  hər  bir  insanın  şüuranda  idraki  tərəf (həqiqəti 

aşkar etmək məqsədi) ilə qiymətverici tərəf ayrılmaz əIpqə və vəhdətdə çıxış edir. 

Bunlardan  əlavə,  dünyagöınşündə  həm  də  ümumi  davranış  istiqaməti  mühüm  yer 

tutur.  Deməli,  sözün  əsl  mənasında  dünyagörüşü  aşağıdakı  üç  tərəfin  (idraki, 

qiymətverici və davranış istiqaməti) qarşılıqlı əlaqəsini əhatə edir. 

Qeyd  olımmalıdır  ki,  dünyagörüşünün  məzmununda  intellektual  və 

emosional səviyyələrin nisbəti müxtəlif olur. Bu göstəriciyə görə dünyagörüşü  üç 

mərhələyə ayrılır. 

Birinci mərhələ - insanların dünyaya münasibətini əhval-ruhiyyə va hisslər 

fomıasında  əks etdirir. Bu, başqa sözlə dünyaduyuniu və  ya dünri*“! hissetmə də 

adlanır. Həmin mərhələ dünyagörüşünün ümumi ma^rnununda mühüm əhə- miyryət 

kəsb  edir.  Belə  ki,  dünyagörüşü  tək'^='  dıcırassız  və  neytral  biliklər  yığımından 

ibarət deyildir. Həyat hadieolyriuin insanlarda yaratdığı müxtəlif hiss və həyəcanlar, 

müsbət 


və 

msnfi  emosiyalar  burada  çox  mühüm  yer  tutur.  İnsanların  sosial 

vəziyyətini,  milli  xüsusiyyətlərini,  mədəni  səviyyəsini,  fərdi  psixoloji,  ira-  di 

keyfiyyətlərini  səciyyələndirən  dünyam  hissetmə  səviyyəsi,  bütövlükdə 

dünyagörüşünə  əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Mənəv-əxlaqi  hisslər  (həya, 

vicdan əzabı, mənəvi tiorc, mərhəmət, başqasının halına yanmaq və s.) hər bir dövrdə 

insanların dünyagörüşünün mühüm tərəfini təşkil edir. 

İkinci mərhələ dünyanı qavrama hesab olunur. Bu səviyyə birinci ilə xeyli 

yaxındır. Belə ki, burada da hissi-emosional tərəf üstündür. Lakin dünyanı qavrama 

aləm haqqında bütöv obrazlar yaratması ilə səciyyələnir. 

Dünyagörüşünün  üçüncü, daha yüksək səviyyəsi dünyam anlama adlanır. 

Bu səviyyə hissi deyil, intellektual tərəfin üstün olması ilə səciyyələnir. Başqa sözlə, 

həmin mərhələdə insanların dünyaya münasibəti elmi biliklər, sistemli təsəvvürlər, 

dərin düşüncələr formasında ifadə olunur. 

Dünyanı anlama mərhələsinin öz daxilində də gündəlik həyat təcrübəsinə 



əsaslanan  tərəfi  və  nəzəri  tərəfi  bir-birindən  ayırmaq  lazımdır.  Birinci  tdrdf 

dünyagörüşünün  kortəbii  surətdə,  bilavasitə  gündəlik  təcrübə  əsasında  qərarlaşan 

formasıdır.  Çox  vaxt  "həyat  fəlsəfəsi"  adlanan  bu  forma  öz  məzmununa  görə  yekcins 

deyildir. Burada ağıllı, sağlam düşüncə, sayıq zəkaya əsaslanan həyat oriyentasiyası ilə 

yanaşı, ibtidai, səthi və mühafızəkər momentlər, səhvlər də özünü göstərir. 

Dünyanı anlamanın ikinci, nəzəri səviyyəsi öz sistemliliyi, əhatə dərinliyi və elmi 

əsaslılığı ilə səciyyələnir. Bu forma elmi biliklər, düşüncə mədəniyyəti, zəka vasitəsilə 

məntiqi  mühakimələr  yürüdülməsi  ilə  birbaşa  bağlıdır.  Öz  mahiyyəti  etibarilə  fəlsəfə 



dünyagörüşünün bu pilləsinə aiddir. Dünyagörüşünün başqa tərəflərindən fərqli olaraq 

fəlsəfə  aləm  haqqında  biliklərin  məzmununu,  insanların  fəaliyyətinin  məqsəd  və 

vasitələrini müəyyən edən prinsip və idealları nəzəri cəhətdən əsaslandırır. 

Deyilənlərlə  yanaşı  dünyagörüşünün  stı-ukturunda  aşağıdakı  üç  bölgünü  ayıran 

baxışlar da mövcuddur: 

1.

 

İlkin  elementar  səviyyə  -  bu  adi  şüur  səviyyəsində  fonnalaşan  anlayışların, 

ideyaların, baxışların, qiymətlərin məcmusudur. 



2.

 

Konseptual səviyyə - müxtəlif dünyagörüşü problemlərini əhatə edir. O, dünya, 

məkan,  zaman,  ictimai  inkişaf,  insan,  onun  fəaliyyəti  və  idrakı,  bəşəriyyətin  gələcəyi 

haqqında konsepsiyaları birləşdirir. 

' 3. Metodoloji səviyyə - dünyagörüşünün ən yüksək pilləsidir. Onun məzmununa 

dünyagörüşünün nüvəsini təşkil edən əsas anlayışlar və prinsiplər daxildir. Bu prinsiplərin 

xüsusiyyəti odur ki, onlar sadəcə təsəvvürlər və biliklər əsasında formalaşmaqla bitmir, 

həm də dünyanı və insanı dəyər baxımından əks etdirir.' 

Bütövlükdə insanların dünyagöıüşündə zəka və hisslər bir-birindən təcrid olunmuş 

halda  deyil,  sıx  çulğaşmış  şəkildə  özünü  göstərir.  Deyilənlərdən  əlavə,  dünyagörüşü 

insanların müxtəlif iradi keyfiyyətlərini, fəaliyyət əzmini də əhatə edir. 

İnsanların dünyagörüşünün strukturunda onlar tərəfindən dərindən qəbul edilən, 

öz həyat  mənafelərinə uyğun hesab olunan biliklər  -  əqidə  xüsusi yeri tutur. Əqidə və 

məsləkin rolu o qədər böyükdür ki, onların həyata keçirilməsi yolunda insanlar hətta öz 

həyatım da qurban verə bilirlər. Biliyin əqidəyə çevrilməsi 

0

 vaxt baş verir ki, insanlarda 



bu  biliklərə,  onların  məzmunu  və  mənasına  inam  yaranır  və  möhkəmlənir.  BununLı 

əlaqədar qeyd edək ki, inam dedikdə təkcə dini məzmun nəzərdə tutulmur. Dim inamla 

yanaşı elmə əsaslanan inam da mövcuddur. Fəlsəfi inam məhz elmə və zəkaya arxalanır. 

Görkəmli  alman  filosofu  K.Yaspers  yazırdı;  "Fəlsəfi  inam,  düşünən  insanın  inamı 

bununla səciyyələnir ki

0

, həmişə yalnız biliklə ittifaqda mövcuddur.^ 



Dünyagörüşünün  daxili  məzmunundan  danışarkən  burada  şübhənin  də 

əhəmi}o^ətli  yer  tutduğu  qeyd  olunmalıdır.  Şübhə  dünyagörüşündə  müstəqilliyi  və 

dərindən düşünülmüş mövqeyi ifadə edir. Təcrübə göstərir ki, bu və ya digər 

' Bax: Невлева И. Философия. М., 1999, с. 40 

"Вах: Ясперс. Смысл и назначение истории. М., 1994, с. 423 

10 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə