H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə10/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   6   7   8   9   10   11   12   13   ...   240

verici  funksiyadir.  Bu  o  deməkdir  ki,  insan  fəlsəfəni  öyrəndikdə  onda  elmin  müasir 

inkişafına,  ictimai-tarixi  praktikanın  mövcud  səviyyəsinə  və  intellektual  tələbatlara 

uyğun nəzəri təsəvvürlər formalaşır. Bu təsəvvürlər obyekti mütabiq əks etdirmək, onun 

mahiyyəti və strukturunu aşkarlamaq, onun inkişafı haqqında mötəbər bilik əldə etmək 

kimi keyfiyyətləri ilə seçilir. Fəlsəfi kateqoriyalar və anlayışlarda gerçəkliyin bu və ya 

digər  tərəfinə  aid  çox  qiymətli  informasiyalar  toplanılır,  təhlil  edilir  və  nəsildən-nəslə 

ötürülür. 

Nəhayət,  fəlsəfənin  dünyagörüşü  funksiyalarından  danı-şarkən  onun  proq- 

nozlaşdırıcı  rolunu  qeyd  etməmək  olmaz.  Bu  funksiya  o  deməkdir  ki,  nəzəri  təfəkkür 

forması kimi fəlsəfə təkcə keçmişi və müasir dövrü öyrənməklə məhdudlaşmır, həm də 

gələcəyə  müraciət  edir.  Fəlsəfi  təfəkkür  gələcəyin  dünyagörüşü  modellərini,  obraz  və 

ideallarını yaradır (əlbəttə, bunlar qəti deyildir, tarixin gələcək inkişafı prosesində təshih 

olunur, dəqiqləşir). 

Fəlsəfənin  metodoloji  funksiyaları  aşağıdakılardır:  evristik,  əlaqələndirici, 

inteqrasiyaedici və məntiqi qnoseoloji funksiya. 

Evristik  (yenini  axtarıb  tapmaq  deməkdir)  funksiyanın  mahiyyəti  bundadır  ki, 

fəlsəfə  elmi  biliklərin  artmasına,  yeni  elmi  müddəalanıı  yaranmasına  kömək  edir.  Bu, 

fəlsəfi  və  fonnat  məntiqi  metodun  vəhdətdə  tətbiqi  ilə  təmin  olunur.  Nəticədə  fəlsəfə 

müəyyən  nəzəri-dünyagörüşü  və  ümumrnetodoloji  xarakterli  yeniliklər  yarada  bilir. 

Digər  tərəfdən  fəlsəfi  metod  başqa  metodlarla  birləşdikdə  mürəkkəb  nəzəri  və 

fundamental  problemlərin  həllində  xüsusi  elmJərə  mühüm  köməklik  göstərir.  Fəlsəfə 

həm  də  ayrı-ayrı  elmlərə  (o  cümlədən  də  təbiət  elmləri)  hipotez  və  nəzəıi>yələr 

yaratmaqda kömək edir. Belə ki, yeni nəzəriyyə təkcə empirik şərtlər üzərində qurulmur. 

Bu işdə nəzəri müddəalar çıxış nöqtəsi rolunu oynayır. 

Fəlsəfənin əlaqələndirici funksiyasına da diqqət yetirilməlidir. Bu o deməkdir ki, 

elmi  araşdırmalarda  istifadə 



olunan 

müxtəlif  metodlar  fəlsəfə  tərəfindən  əlaqələndirilir. 

Müasir  elmdə  metod  ilə  öyrənilən  obyekt  arasında  əlaqələrin  mürəkkəb  xarakteri  bu 

funksiyanı zəruri edir. Elmlərin inkişafında baş verən differensiasiya meyli buna gətirib 

çıxanr  ki,  tədqiqatçılar  və  onların  istifadə  etdikləri  metodlar  müəyyən  sahələr  üzrə 

ixtisaslaşırlar.  Deməli,  ayr-ayrılıqda  onlar  məhdud  miqyasa  malik  olurlar.  Fəlsəfə  isə 

onları əlaqələndirir, beləliklə də idrakın imkanları genişlənir. 

Yuxarıda  izah  olunan  funksiya  inteqrasiyaedici  (bərpaedici,  birləşdirici 

deməkdir) funksiya ilə sıx əlaqədə fəaliyyət göstərir. Biliklərin inteqrasiyasının əsasında 

dünyanın  maddi  vəhdəti  haqqında fəlsəfi  prinsip  durur.  Qeyd  edək  ki,  hazırda bir sıra 

elmlər  arasında  əlaqələr  güclənməkdədir.  Nəticədə  bir  elmi  səciyyələndirən  anlayışlar 

tədricən  digər  elm  sahələrində  istifadə  olunmağa  başlayır,  geniş  əhatəli  ümumelmi 

anlayışlar  yaranır  və  inkişaf  edir.  Bu  münasibətdə  fəlsəfə  böyük  rol  oynayır.  Müasir 

dövrdə üstün yer tutan elmi biliklərin inteqrasiyası meyli fəlsəfənin bu funksiyası üçün 

yeni şərait və imkanlar yaradır. 

Nəhayət, fəlsəfənin məntiqi qnoseoloji funksiyası da vacibdir. Həmin funksiya 

fəlsəfi metodun, onun nonnativ prinsiplərinin işlənib hazırlanmasında, habelə elmi biliyin 

strukturlarının məntiqi-qnoseoloji əsaslandırılmasında təzahür 




edir.  Dialektikanın  prinsipləri  həm  də  dialektik  məntiq  olmaq  etibarilə  müxtəlif  eimi 

nəzəriyyəiərin  tərkibinə  məntiqi  əsas  kimi  daxil  olur.  Bu  zərurət  onunla  şərtlənir  ki, 

ayrı-ayrı xüsusi elmlər təfəkkür formalarını, onun qanunlarım və məntiqi kateqoriyalarını 

öyrənməklə məşğul olmurlar. Buna görə də onların məntiqə, qnoseologiyaya, ümumidrak 

metodologiyasına  ehtiyacı  yaranır.  Bu  funksiyam  məntiq  rolunu  oynayan  dialektika 

yerinə  yetirir,  O,  idrak  fəaliyyətinin  ümumi  oriyentirlərini  müəyyən  edir,  beləliklə  də 

fəlsəfənin ümummetodoloji funksiyalanm praktiki həyata keçirir. 

Yuxarıda deyilənlər sübut edir ki, fəlsəfə cəmiyyətdə çoxlu və mühüm funksiyalar 

yerinə  yetirir.  Həm  də  nəzərdə tutulmalıdır  ki,  onlar bir-birindən təcrid olunmuş  halda 

deyil, sıx qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. 

3.

 

Fəlsəfə və digər elmlər 



Fəlsəfə  yarandığı  vaxtdan  etibərən  təbiətşünaslıq  və  humanitar  elmlər  ilə  sıx 

əlaqədə  fəaliyyət  göstənnişdir.  Buradan  aydındır  ki,  fəlsəfə  ilə  digər  elmlərin 

münasibətlərini düzgün izah etmək vacibdir. 

Hər  şeydən  əvvəl  qeyd  edək  ki,  konlcret  elmlərin  öz  predmeti,  qanunları  və 

metodları  vardır.  Onlar  biliyi  ilkin  səviyyədə  ümıumiləşdirirlər.  Fəlsəfənin  təhlil 

predmetini isə daha geniş ümumiləşdinnələr təşkil edir. Bu işdə fəlsəfənin əsas metodu 

olan nəzəri təfəkkür əsas yer tutur. O, ayrı-ayrı xüsusi elmlərin nailiyyətlərinə arxalanır. 

Fəlsəfə 


bu 

nailiyyətləri 

ümumiləşdirərək, 

varlığın 

və 

idrakın 


ümumi 

qanunauyğunluqlarını və meyllərini aşkara çıxarır. Məsələn, Yeni dövrdə və XIX əsrin 

sonu XX əsrin əvvəllərində təbiətşünaslıq elmlərində baş verən nəhəng kəşflər fəlsəfənin 

inkişafına böyük təsir göstərmişdir. 

Lakin  fəlsəfə  ilə  digər  elmlərin  əlaqələri  qarşılıqlı  xarakter  daşıyır.  Yəni  təkcə 

fəlsəfə  onların  təsirinə  məruz  qalmır.  Həm  də  o  həmin  elmlərə  güclü  təsir  (müsbət  və 

mənfi mənada) göstərir. Əlbəttə, fəlsəfə birbaşa təbii-elmi xarakterli kəşflər etmir. Buna 

görə  də  onun  xüsusi  elmlərə  təsiri  fəlsəfi  dünyagörüşü  vasitəsilə  olur.  Yəni  bu 

dünyagörüşü  xüsusi  elmlər  sahəsində  məşğul  olan  tədqiqatçının  mövqeyinə,  onun 

dünyaya  və  idraka  münasibətinə,  konkret  problemi  təd-  qiqetmə  marağına  əhəmiyyətli 

təsir göstərir. 

Beləliklə, fəlsəfə və xüsusi elmlər bir-birilə qarşılıqlı təsirdə çıxış edir, qarşılıqlı 

surətdə bir-birini zənginləşdirirlər. 

Fəlsəfə  ilə  digər  konkret  elmlərin  müqayisəsi  sübut  edir  ki,  fəlsəfənin  id-  raki 

imkanlan çox böyükdür və o, biliklər sistemində mühüm yer tutur. Fəlsəfə ilə elm əvvəlcə 

tarixən eyni kökdən yaranmışdır, sonralar onlar bir-birindən ayn inkişaf etmişdir. Lakin 

onların inkişafı bir-birindən təcrid olunmuş halda deyil, bir-birilə sıx dialektik əlaqədə baş 

vermişdir. Bütövlükdə fəlsəfə ilə xüsusi elmi biliklərin münasibəti tarixinə nəzər saldıqda 

burada üç əsas dövrü ayırmaq olar: birinci dövrdə fəlsəfə ümumi məcmu bilik olmaqla 

müxtəlif sahələri əhatə edirdi. Həmin mərhələdə fəlsəfə konkret müşahidələr, praktikanın 

nəticətəri, müxtəlif elmlərin məlumatlan ilə yanaşı, dünya və insan haqqında ümumiləşdi 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə