H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent


həm Şərqdə, həm də Qərbdə



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə13/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   9   10   11   12   13   14   15   16   ...   240

dəm şərtlər göstərir ki, həm Şərqdə, həm də Qərbdə fəlsəfənin yaranması bir sıra ümumi 

qanunauyğunluqlara malikdir. Onları aşağıdakı kimi qruplaşdırmaq olar: 



Birinci,  fəlsəfə  mifoloji  şüurun  fonunda,  onun  böhranı  şəraitində  meydana 

gəlmişdir. Bu o deməkdir ki, cəmiyyətin ümumi inkişafı gedişində elə vəziyyət yaranır ki, 

artıq  dünyagörüşü  ilə  bağlı  məsələləri  mifoloji  təsəvvürlər  əsasında  izah  etmək 

qeyri-mümkün  olur.  Beləliklə,  ictimai  şüurun  mövcud  forması  (yəni  mifologiya) 



böhran keçirir. Dünya və insanın burada yerini ifadə edən problemlərin izahında köhnə 

ənənələr, ümumi tərəfindən qəbul olunmuş rəylər artıq öz dövrünü keçirir. İnsanlar bu 



problemlərin  səbəblərini  öyrənməyə cəhd göstərirlər. Buna uyğun gələn dünyagörüşü 

forması isə məhz fəlsəfədir. İkinci, bütün regionlarda ilkin fəlsəfi təsəvvürlər quldarlıq 

cəmiyyətində meydana gəlmişdir. Bu təsadüfi deyildir. Belə ki, fəlsəfi dünyagörüşünün 

yaranmasını zəruri edən yuxarıda qeyd olunan şərtlər məhz bu quruluşda yetişir. 

Lakin quldarlıq cəmiyyəti müxtəlif ölkələrdə eyni vaxtda qərarlaşmır. Fəlsəfənin yaranma 

tarixinə görə regionlar və dövlətlər arasında fərqlilik bununla izah olunur. Üçüncü, həm 

Qərbdə,  həm  də  Şərqdə  fəlsəfi  biliklər  ümumbəşəri  dəyərlər  (xeyir  və  şər,  ədalət, 



dostluq, xoşbəxtlik və sair) ilə ayrılmaz əlaqədə formalaşmışdır. Bu onunla izah edilir 

ki, ümumbəşəri dəyərlər fəlsəfə üçün səciyyəvi olan müdrikliyə, sevgi və həyatın ağıllı 

təşkilinin mühüm tərəfləridir. Dördüncü qanunauyğunluq insanların həqiqi biliklər əldə 

etmək  üçün  apardığı  elmi  axtarış  cəhdlərinin  çoxalmasıdır.  Başqa  sözlə,  söhbət 

cəmiyyətin və fəlsəfənin metodoloji funksiyasına marağın artmasından gedir. 

Yuxarıda  qeyd  olunan  ümumi  qanunauyğunluqlarla  yanaşı  hər  bir  regionda  və 

ölkədə fəlsəfənin təşəlckülü müəyyən özünəməxsusluqlara malik olmuşdur. Hər şeydən 

əvvəl,  qədim  Şərqdə  və  Qərbdə  müzakirə  olunan  fəlsəfi  problemlər  xeyli  dərəcəciə 

fərqlidir.  Belə  ki.  Şərq  fəlsəfəsində  yarandığı  dövrdən  insan  problemi  mərkəzi  yer 

tutmuşdur. Bundan fərqli olaraq qədim Qərb fəlsəfəsi çox- problemli (naturfəlsəfə, varlıq 

təlimi, idrak nəzəriyyəsi, etik və estetik baxışlar və s.) xarakter daşımışdır. 

Hətta insan probleminin özünə münasibətdə də Qərbin və Şərqin fəlsəfi fikri eyni 

olmamışdır. Belə ki, Şərq fəlsəfəsində bu problem daha çox insanların heyat fəaliyyəti

praktikası  və  həyat  tərzi  baxımından  təhlil  olunmuşdur.  Ona  görə  də  burada  insanın 

mənlik  şüura,  hökmdarlara  itaəti,  böyüklərin  nəsihətləri  ilə  bağlı  məsələlər  əsas  yeri 

tuturdu.  Qərb  fəlsəfəsində  isə  insan  problemi  əksərən  varlığın  və  idrakın  ümumi 

kontekstində araşdı-rılmışdır. İkinci, Şərqdə fəlsəfə Qərbə nisbətən din ilə daha yaxın 

olmuşdur. Buna görə də eyni bir fəlsəfi cərəyan həm dini, həm də fəlsəfi xarakter kəsb 

etmişdir (məsələn, brəhmənizm, induizm, buddizm və konfusiyaçıhq). Qərb fəlsəfəsi üçün 

isə dindən daha dəqiq ayrılma və elmə yaxınlıq səciyyəvi idi. Bundan əlavə qərbin ilk 

fəlsəfi  təlimlərindən  etibarən  azadfikirlilik  və  ateist  mövqe  özünü  göstərmişdir. 



Üçüncü,  müxtəlif  regionlarda  müzakirə  olunan  fəlsəfi  kateqoriyalar  da  bir-birindən 

fərqlənir. Belə ki, Şərqin ilkin fəlsəfi təlimlərində "həyat", 

28 



"ölüm", "ruh", "fiziki bədən", "şüur" və s. daha çox yer tuturdu. Burada "san- sara" 

(ruhun dirilməsi və yenidən təcəssümü), "karma" (insanın axirət dünyasında öz əməllərinə 

görə cavab verməsi), "askez" (özünü məhdudlaşdırmaq yolu ilə fövqəltəbii qabiliyyətlərə 

nail  olmaq),  "nirvana"  (aıhun  ən  yüksək  vəziyyəti,  insan  cəhdlərinin  məqsədi)  və  sair 

anlayışlar geniş yayılmışdır. Qərb fəlsəfəsində isə ənənəvi fəlsəfi kateqoriyalar (hərəkət, 

ziddiyyət,  materiya,  məkan,  zaman,  substansiya  və  s.)  üstün  yer  tuturdu.  Məsələn, 

qədim  yunan  fəlsəfəsində  Aristotel  kateqoriyaları  ilk  dəfə  sistemləşdirmişdir.  O,  on 

mühüm kateqoriyanın (mahiyyət, kəmiyyət, keyfiyyət, münasibət, yer, zaman, vəziyyət, 

hal, gerçəklik, əziyyət) cədvəlini işləyib hazırlamışdı. Dördüncü,  materiyanın quruluşu 

haqqında  baxışlar  və  idrak  təlimləri  də  şərqdə  və  qərbdə  eyni  cür  formalaşmamışdır. 

Qərbdə  materiyanın  fasiləli  (diskret)  quruluşu  haqqında  təsəvvürlər  geniş  yer 

tutmuşdur.  Atomist  təlimin  nümayəndələri  (Levkipp,  Demokrit,  Epikur  və  L.Kar) 

əşyalarda  baş  verən  dəyişikliklərin  səbəblərini  anlamağa  çalışmış  və  onu  atomları 

boşluqda hərəkəti ilə izah etmişdilər. Bundan fərqli olaraq Şərq fəlsəfəsində materiyanın 

fasiləliyi və onun quruluşu problemləri o qədər də geniş yayılmamışdır. Burada əsas yeri 

materiyanın  ruha  qarşı  qoyulması,  yaxud  da  onun  substansional  başlanğıc  kimi 

göstərilməsi tutmuşdur. 



Beşinci,  idrak probleminin həllində de müxtəliflik özünü göstərmişdir. Bu onda 

təzahür edirdi ki, Qərb fəlsəfəsində idrak təkcə empirik, hissi və rasional kimi deyil, həm 

də  məntiq  kimi  təhlil  olunurdu.  Sokrat,  Platon,  xüsusilə  də  Aristotel  məntiq 

problemlərinin işlənilməsinə qiymətli töhfələr vemıişlər. Şərq fəlsəfəsində isə məntiq ilə 

demək olar ki, yalnız Hindistanda Nyaya (qayda, mühakimə deməkdir) məktəbi məşğul 

olmuşdur.  Bu  cərəyaınn  tərəfdarları  həqiqəti  eldə  etməyin  dörd  mənbəyini  (qavrayış, 

nəticə, müqayisə və sübut) irəli sürmüşdülər. Nəhayət, sosial problematikanın qoyuluşu 

baxımından  da  Qərb  ilə  Şərqin  fəlsəfi  fikrində  fərqlər  təzahür  etmişdir.  Şərq 

fəlsəfəsində insanın kainat (kosmos) mənşəli olması fikri əsas yer tuturdu. Bütün sosial 

məsələlər (cəmiyyətin keçmişi, indiki dovrü və gələcəyi) bu mövqeyə əsaslanmaqla həll 

olunurdu.  Hətta  insanların  öz-özünü  təkmilləşdirməsi  və  başqalarım  idarə  edə  bilməsi 

üçün  zəruri  olan  ümumbəşəri  deyərlərə  malik  olmağın  vacibliyi  də  həmin  nöqteyi- 

nəzərdən çıxış edirdi (bu münasibətdə Konfusinin təlimində səmanın həlledici rolunu yada 

salmaq kifayətdir). Qədim yunan və roma məktəblərində isə sosial fəlsəfə daha geniş 



miqyasda  müzakirə  olunurdu.  Burada  Demokritdən  başlayaraq  demək  olar  ki,  bütün 

filosoflar  dövlət,  qanun,  idarəçilik,  müharibə  və  sülh,  arzu,  mənafe,  hakimiyyət, 

cəmiyyətdə əmlak bölgüsü və sair məsələlərə geniş diqqət yetirirdilər. Bundan əlavə Qərb 

fəlsəfəsində sosial  problematika, insan  problemi  cəmiyyət  ilə  sıx  vəhdətdə  götürülürdü 

(məsələn,  Demokritin  ayrıca  bir  insanın  ehtiyacının  ümumi  cəmiyyətin  ehtiyacından 

ayrılmaz olduğu fikri. Platonun dövlət rəhbərinin şəxsiyyətinə verdiyi tələblər, onun və 

Aristotelin ideal dövlət təlimləri və sair). 

Yuxarıda  deyilənlərdən  görünür  ki,  şərq  və  qərbin  ilk  fəlsəfi  təlimləri  müvafiq 

surətdə bu iki sivilizasiyanın simasnı ifadə etmişdir. Şərq sivilizasiya 

29 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə