H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə18/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   14   15   16   17   18   19   20   21   ...   240

qında elm kimi yanaşırdılar. Dünyanın yaranması  mahiyyətini izah edərkən səbəbİ

3

^ət 



məsələsini  irəli  sürür  və  onu  rasional  mövqedən  əsaslandırmağa  çalışırdılar.  Həmin 

naturfilosoflar  üçün  həm  də  kortəbii  dialektika  təfəkkürü  səciyyəvi  olmuşdur.  Belə  ki, 

onlar kosmosu fasiləsiz surətdə dəyişən bir tam kimi təsəvvür edirdilər. Göstərirdilər ki, bu 

prosesdə müxtəlif formalar dəyişikliklərə məruz qalu'lar. Bu dialektika Heraklitdə daha 

aydın ifadə olunmuşdur. Onun fikrincə mövcud olan hər şey əksliklərin mütəhərrik vəhdəti 

və'mübarizəsi kimi anlaşılmalıdır. 

Qədim Yunanıstanda təfəkkürün metaforizmdən tam azad olması, hissi obrazlarm 

verdiyi bilikdən, anlayışlar ilə əməliyyat aparılmasına əsaslanan intellektual biliyə keçid 



ilk növbədə pifaqorçularm təlimində (eramızdan əvvəl VI əsrin II yarısmda) baş verdi. 

Bu  təlim  hər  şeyin  əsasını  ədədlərdə  görürdü.  Eleya  məktəbi  (VI  əsrin  sonu  və  V  əsrin 

əvvəli)  nümayəndələri  (Ksenofon,  Parmenid,  Zenon  və  başqaları)  varlıq  anlayışını 

özü-özlÜ


3

dində heç nədən asılı olmadan götürürdülər. Məsələn, Parmenid qeyd edirdi ki

varlıq o şeydir ki, onu hiss üzvləri vasitəsilə deyil, yalnız zəka vasitəsilə dərk etmək olar. 

Deməli varlığın ən mühüm keyfiyyəti onun zəkaya müyəssər olmasıdır. Onun fikrincə 



insanın hissi qavrayışı ancaq dəyişkən, müvəqqəti xarakter daşıyan şeyləri öyrənə 

bilər. Əbədi olam, dəyişilməyəm yalnız təfəkkür anlaya bilər.  Parmenidə görə bizim 

gördüyümüz, hiss etdiyimiz, toxunduğumuz şeylər əslində mövcud deyildir, görünməyən

hiss edilməyən dünya mövcuddur, çünki yalnız onu ziddi)^ətsiz düşünmək olar. Bu qədim 

yunan fəlsəfəsində rasionalizmin, zəkaya inamın aydın nümunəsi idi. Məhz Eleya məktəbi 

ilk dəfə olaraq zəka ilə, dərk olunan ilə hissi dünyanı bir-birindən qəti fərqləndirmiş, biliyi 

rəyə qarşı, yəni adi gündəlik təsəvvürlərə qarşı qoymuşdur. 

Antik dövrün dialektikası da bir yerdə dayanıb durmamış, inkişaf etmşdir. Burada 

ziddiyyət  təliminin  anlaşılması  Zenonun  aporiyaları  (çətinlik,  çıxılmaz  vəziyyət 

detməkdir)  ilə  bağlıdır.  Zenon  öz  aporiyaları  vasitəsilə  varlığın  vahid  və  hərəkətsiz 

olduğunu sübut etməyə çalışırdı. O göstərirdi ki, çoxluğu və hərəkəti ziddiyyətsiz anlamaq 

mümkün deyildir, buna görə də onlar varlığın mahiyyətini ifadə etmir. O, özünün dord 

aporiyasmda  ("Dixotomiya",  "Axilles  və  tısbağa",  "Ox"  və  "Buğda  dənəsi")  müxtəlif 

formalarda  olsa  da,  eyni  bir  nəticəni  irəli  sürür:  hərəkəti  ziddiyyətsiz  anlamaq  olmaz. 

Deməli, hərəkət həqiqətdə deyil, yalnız rəylərdə mövcuddur. 

Qədim  Yunan  fəlsəfəsinin  ən  mühüm  cəhətlərindən  biri  varlığın  atomist  izahı 

olmuşdur.  Eramızdan  əvvəl  V  əsrdə  yaşamış  Derriokrit  göstərirdi  ki,  varlıq  sadə  və 

bölünməz fiziki vahiddən  - atomlardan ibarətdir. Onun fikrincə atomlar varlıqdır, onlar 

arasındakı  boşluq  isə  qeyri-varlıqdır.  Atomları  görmək  mümkün  deyildir,  onlan  yalnız 

zəka vasitəsilə dərk etmək olar. Demokritə görə atomlar müxtəlif formalıdır, boşluqda 



hərəkət edərək birləşirlər və bizim qavradığımız cisimləri əmələ gətirirlər. Beləliklə 

o, dünyamn mexaniki izahının ilkin düzgün variantını vermişdir: hər bir tam hissələrin 



məcmusudur.  Atomlann  qar-  maqanşıq  hərəkətləri,  onlarm  təsadüfi  toqquşması  bütün 

mövcudluqlann səbəbidir. 

38 



Demokritin  əksinə  olaraq Platon (e. ə. 427-347ci itlər)  varlığın  idealist təsvirini 

vermişdir.  Onun  fikrincə  varlıq  əbədi  və  dəyişməzdir.  Onu  hissi  qavrayış  deyil,  yalnız 

zəka dərk edə bilər. Əgər Demokrit varlığı maddi, fiziki atom kimi səciyyələndirirdisə, 

Rlaton onu ideal, qeyri-cismani ideya hesab edirdi. O, hissdən yüksəkdə duran dəyişməz 

və  əbədi  ideyalar  aləmi  ilə  dəyişilən,  keçici  xarakter  daşıyan  hissi  şeylər'dünyasını 

fərqləndirməyi irəli sürmüşdür. Cism ilə varlığın eyniliyini qəbul edənləri tənqid edərək 

Platon göstərirdi ki, varlıq ideyadır, ideya mahiyyət deməkdir, mahiyyət sözü isə "var 

olmaq", "mövcud olmaq" sözlərindən əmələ gəlmişdir. 

Platon fəlsəfənin anlayışlı təfəkkürə doğru inkişafında mühüm rol oynamışdır. 

O göstərirdi ki, bu və ya digər hadisəni izah etmək üçün onun ideyasını, başqa sözlə, onun 

anlayışını  tapmaq,  buradan  çıxış  etmək  lazımdır.  Ümumiyyətlə,  anlayışların  təbiətinin 

tədqiqi sahəsində Platonun mühüm xidmətləri olmuşdur. 

Varlığın idealist şərhi həmin dövrün bir çox mütəfəkkirlərini, xüsusən də təbiətin 

real şərhini •verməyə çalışanları qane etmirdi. Buna gorə də Platonun telimi çox keçmədən 

tənqidə məruz qaldı. Bu sahədə onun tələbəsi Aristotel (e. ə. 384-322-ci illər) daha fəal 

olmuşdur.  O,  ideyaları  hissi  dünyadan  ayrı  müstəqil  mövcudluq  hesab  etdiyinə  görə 

Platonu  günahlandırırdı.  Lakin  Aristotel  də  ele-  yalılar  və  Platon  kimi  varlığı  sabit  və 

dəyişməz, hərəkətsiz hesab etmişdir. O, yalnız zəkaya müyəssər olan fövqəihissi ideyalar 

dünyası  haqqında  təlimi  inkar  edirdi.  Aristotel  mahiyyətə  də  başqa  cür  yanaşaraq 

göstərirdi ki, məhz mahiyyət anlayışda ifadə olunur və əsl biliyin - elmin predmetini təşkil 

edir. O, şeylərin mahiyyətini, onları ifadə edən növ anlayışları vasitəsilə dərk etməyə səy 

göstərmişdir. Buna gorə də onun təlimində ümuminin xüsusiyə münasibəti mərkəzi yer 

tutur. İlk dəfə olaraq onun tərəfindən yaradılan məntiq sistemi - sillogis- tika əvvəlcədən 

məlum  olan  hökmlərə  əsasən  əqli  nəticə  vasitəsilə  yeni  həqiqi  nəticələr  çıxarmağın 

qaydalarını  göstərir.  Aristotelin  yaratdığı  formal  məntiq  bir  çox  əsrlər  boyu  elmi 



sübutlar əldə etməyin başlıca vasitəsi rolunu oynamışdır. 

Qədim Yunan fəlsəfəsində varlıq haqqında təlimin mühüm tərəfi kimi materiyanın 

izahına da xeyli yer verilmişdir. Materiya anlayışını ilk dəfə Platon işlətmişdir. O, bu 

anlayışın  köməyi  ilə  hissi  dünyanın  rəngarəngliyi  səbəbini  aydınlaşdırmağa  cəhd 

göstərirdi.  Platona  görə  əgər  ideya  dəyişməz  və  özü-özünün  eynidirsə,  materiya 

dəyişkəndir. Buna görə də materiyanın müəyyənliyi yoxdur və 

0

 dərk edilməzdir. Hissi 



dünyanın cisim və hadisələri məhz onların mad- diliyi üzündən elmi biliyin predmeti ola 

bilməz.  Onun  fikrincə  materiya  formasız  qeyri-müəyyənlikdir,  necə  deyərlər, 



imkandır, gerçəklik deyildir.  Belə başa düşülən materiyanı o bütün həndəsi fıqurlanrı 

yaratmaq imkanı verən məkan ilə eyniləşdirirdi. Aristotel Platonun materiya ilə məkanın 

eyniliyi  fikrini  qəbul  etməmişdir.  Lakin  o  da  göstərirdi  ki,  materiya  imkan  şəklində 

mövcuddur. Bu imkandan gerçəkliyin əmələ gəlməsi üçün materiya müəyyən formaya 



salınmalıdır. Məhz forma potensial olanı aktual olana çevirir. Aristotel materiya ilə forma 

39 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə