H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə17/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   13   14   15   16   17   18   19   20   ...   240

Kvant fizikası ilə qədim şərq fikri arasında bir sıra paralellər vardır. O, öz yaradıcılığına 

hind fəlsəfəsinin böyük təsir göstərdiyini etfraf elmişdir. Heyzen- berqin fikrincə fiziki 

reallığın nisbilik, qarşılıqlı əlaqəlilik və qeyri-müəyyənlik kimi flmdament səpkiləri onun 

özünə  və  fizik  həmkarlanna  xeyli  dərəcədə  çətin  müyəssər  olduğu  halda,  onlar  qədim 

Hindistanın mənəvi ənənələrinin əsasını təşkil edirdi. Bundan başqa son vaxtlarda müasir 

fiziki konsepsiyalar ilə qədim daosizm təsəvvürləri arasında danılmaz paralellərin olduğu 

aşkar edilmişdir.' 





FƏSIL

 

ANTİK FƏLSƏFƏ 

1.

 

Qədim Yunanıstanda fəlsəfənin yaranması 

və inkişafının əsas mərhələləri 

Qədim Yunan fəlsəfəsi eramızdan əvvəl VI əsrdə yaranmışdır. Bu dövrdə ənənəvi 



mifoloji təsəvvürlərin məhdudluğu, onların yeni dünyagörüşü məsələlərini həll edə 

bilməməsi  aşkara  çıxmışdı.  O  zaman  burada  politeizm  (çoxallahlılıq)  hökm  sürürdü. 

Allahlar  antromorf,  qüdrətli  və  ölməz  mövcudluqlar  kimi  təsəvvür  olunurdu.  Lakin 

onlarm hakimiyyəti müəyyən məhdudluqdan azad deyiİdi, insanlar kimi onlar da taleyə 

tabe idi. Allahlar ədalət carçısı və cəmiyyətdə qəbul edilmiş qaydaların keşikçisi hesab 

olunurdu.  Onlar  öz  andından  dönənləri,  ailəsinə  qarşı  cinayət  işlədənləri,  yoxsulları 

incidənləri cəzalandırırdılar. 

Bütövlükdə mifoloji şüur böhran keçirirdi. Bu böhranı törədən səbəblər sırasında 

ölkənin  iqtisadi  inkişafı  mühüm  yer  tuturdu.  Bununla  yanaşı  ticarət  və  gəmiçilik 

genişlənir, yunan koloniyaları yaranır və sayca çoxalırdı. Cəmiyyətdə sərvətin artması və 

onun  yenidən  bölüşdürülməsi,  əhalinin çoxalması  və şəhərlərə axını baş  verirdi.  Bütün 

bunlar yunanların coğrafi üfüqlərinin genişlənməsi ilə müşayiət olunurdu. Artıq bu dövrdə 

Cəbəllütariq boğazına qədər Aralıq dənizi məlum idi və. ioniyalıların ticarət gəmiləri bu 

yerlərə  gəlirdi.  Başqa  xalqlar  ilə  əlaqələr  yarandıqdan  sonra  kainat  haqqında  Homerin 

təsəvvürlərinin dürüst olmadığı aşkara çıxdı. Yunanlar başqa xalqların adətləri, əxlaqı və 

etiqadları  ilə  tanışlıq  nəticəsində  yəqin  edirdilər  ki,  onlarm  tətbiq  etdikləri  sosial  və 

siyasi  qaydalar  mütləq  deyildir,  nisbidir  və  şərtidir.  Bunun  nəticəsində  də 

Yunanıstanda  ənənəvi  həyat  ukladının  böhranı,  mövcud  mənəvi-əxlaqi  oriyentirlərin 

gərəksizləşməsi prosesi daha da sürətlənirdi. 

Mifologiyanın əsas dünyagörüşü tipi olduğu dövrdə hər bir insanın şüuru hələ tam 

fərdiləşmiş  xarakter  daşımırdı.  Yalnız  sonrakı  sosial  dəyişikliklər  gedişində  insanların 

şüurunda  irəliləyişlər  baş  verdi.  Artıq  hər  bir  fərddən  öz  həyat  mövqeyini  işləyib 

hazirlamaq tələb olunurdu. Fəlsəfə məhz bu tələbata cavab kimi təşəkkül tapmışdır. O, hər 

bir  insana  yeni  tipli  həyat  mövqeyi  aşılayaraq  göstərir  ki,  təkcə  vərdiş  və  ənənələrə 

əsaslanmaq kifayət deyildir. Hər bir fərd 

^ Bax: Крапивенский С.Э. Общий .курс философии. Волгоград, 1999, с. 41-42 

36 



öz zəkasına, düşüncəsinə arxalanmalıdır. 

Beləliklə  fəlsəfə  əsrlər  boyu  davam  edən  ənənələrin  tənqidi,  köhnə  həyat 



formalarına  və  etiqadlara  şübhə  ilə  yanaşılması  kimi  formalaşırdı.  Digər  tərəfdən, 

fəlsəfə keyfiyyətcə yeni mədəniyyət tipinin əsasını, özülünü yaratmaq cəhdlərini ifadə 

edirdi.  Bunä  görə  də  bütün  fəlsəfi  sistemlərdə  nəzəriyyə  ilə  dünyagörüşü  məsələləri 

bir/bimə sıx bağlı olurdu. 

Qədim Yunan fəlsəfəsi uzun bir tarixi dövrü (e.ə. VI əsrdən başlayaraq eramızın V 

əsrinə  qədər)  əhatə  edir.  Özünün  mövcud  olduğu  min  ilə  yaxın  müddət  ərzində 

0

  öz 


məzmunu və həll etdiyi məsələlərin xarakteri baxımından eyni olmamışdır. Bu baxımdan 

antik fəlsəfə aşağıdakı mərhələlərə ayrılır: Birinci mərhələ Sokrataqədərki fəlsəfə (erkən 

naturfəlsəfə) adlanır (e.ə. Vl-V əsrlərdə mövcud olmuş Milet, Eleya və Efes məktəbləri). 

Bu  mərhələ  fəlsəfənin  təşəkkülü  dövrü  idi.  Fəlsəfi  məktəblərin  əsas  diqqəti  dünya 

binasının əsasını axtarıb tapmağa yönəlmişdi. Buna görə də həmin dövrdə  naturfəlsəfə 

(təbiət  fəlsəfəsi)  üstünlük  təşkil  edirdi.  Ümumiyyətlə  qədim  yaman  fəlsəfəsi  üçün 

səciyyəvi  olan  cəhət  -  kosmosentrizm  (təbiətin,  kosmosun  və  insanın  vəhdətdə 

götürülməsi)  bu  mərhələ  üçün  daha  əlamətdar  olmuşdur.  Onu  da  qeyd  edək  ki, 

sokrataqədərki mərhələdə yaşamış mütəfəkkirlərin əsərləri bizə ayrı-ayn parçalar halında 

gəlib  çatmışdır.  Yaxud  da  onların  görüşləri  barədə  biz  digər  sonrakı  filosofların 

əsərlərindən  məlumatlar  əldə  edirik.  Bu  dövrün  fəlsəfi  fikrində  ontolo-  gizm  üstünlük 

təşkil edirdi, yəni varlıq problemi fəlsəfənin mərkəzində dururdu. İkinci mərhələ klassik 

mərhələ  adlanır  (e.ə.  IV  əsr).  Bu  mərhələ  Yunan  fəlsəfəsinin  çiçəklənməsi  dövrüdür. 

Onun  səciyyəvi  cəhətini  cəmiyyət  və  insan  problemlərinə  doğru  dönüş  təşkil  edir.  Bu 

mərhələ sofistlər - Solo'at, Platon və Aristotel ilə təmsil olunur. Üçüncü mərhələ - ellin 

Roma dövrü fəlsəfəsidir (e.ə. IV əsrin sonları, eramızın IV əsri). Bu dövrdə qədim yunan 

quldarlığı  böhran  dövrünü  keçirirdi.  Yunanıstanın  şəhərləri  bir-birinin  ardınca  əvvəlcə 

Makedoniyanın, sonra isə Romanın tabeliyi altına düşdü. Həmin mərhələdə fəlsəfə başlıca 

diqqəti  dünya  və  onun 



qurutuşuna 

deyil,  insanın  şəxsi  həyatı  ilə  bağlı  problemlərə 

yönəltmişdi. Bir çox fəlsəfi məktəblər (epikürizm, stoisizm, skep- tisizm, neoplatonizm və 

s.) fəaliyyət göstərmişdir. 



2.

 

Antik dövrün varlıq təlimləri 

İlk yunan filosofları, Milet məktəbinin nümayəndələri (eramızdan əvvəl VI əsrdə) 

fiziklər, yəni təbiət elminin nümayəndələri idi. Onların görüşləri mifologiyaya,  ənənəvi 

etiqadlara arxalanırdı. Burada isə təbiət ilə bağlı məsələlər geniş yer tuturdu. Lakin fəlsəfə 

lap  əvvəldən  mifoloji  dünyagörüşündən  fərqli  olaraq  dünyanın  yaranması  səbəblərini 

öyrənməyə  cəhd  göstərirdi.  İlk  dövrlərin  mütəfəkkirləri  hər  şeyin  əsasında  duran  ilkin 

başlanğıcı  axtarırdılar.  Məsələn,  Fales  bunu  suda,  Anaksimen  havada,  Anaksimandr 

qeyri-müəyyən predmet olan apeyronda, Heraklit isə atəşdə görmüşdür. 

İlk fizik-filosoflar fəlsəfəyə dünyadaki mövcudluqların səbəbi, əsası haq 

37 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə