H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə20/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   16   17   18   19   20   21   22   23   ...   240

bütün mövcudluqlarda olduğu kimi insanda da iki tərəfi - Platona görə ruh da ideya kimi 

vahid və bölünməzdir, bədən isə onun tərkibinə materiya daxil olduğu üçün bölünəndir və 

ayrı-ayrı  hissələrdən  təşkil  olunur.  Ruhun  mahiyyəti  təkcə  onun  vəhdəti  və 

bölünməzliyində  deyil,  həm  də  öz-özünə  hərəkət  etməsindədir.  Platona  görə  öz-özünə 

hərəkət edən hər şey ölməz xarakter daşıyır. Kənardan qüvvə vasitəsilə hərəkətə gətirilən 

bütün obyektlər isə sonludur və ölümə məh- loımdur. 

Ruhun bədən üçün rolunu izah edərkən Platon onu iki hissəyə ayınrdı: birincisi, 

yüksək zəkalı hissədir ki, bunun vasitəsilə insan əbədi xarakterli ideyalar aləmini seyr 

edir. Bu tərəf xeyirxahlığa səy göstərir. İkinci tərəf isə aşağı, hissi tərəfdir. Platon zəkalı 

ruhu arabaçıya, hissi ruhu isə biri xeyirxah, digəri isə alçaq, kobud və küt olan iki ata 

bənzədir. Beləliklə də, o, bədəni mənəvi ilə müqayisədə aşağı hesab edir, onun bədxah və 

mənfi olduğunu göstərirdi. 

Platonun  fikrincə  bədən  öləndən  sonra  ruh  ondan  ayrılır  və  bir  müddət 



keçdikdən sonra (bu müddət ruhun keçirdiyi həyatın xeyirxahlıq dərəcəsi ilə müəyyən 

edilir)  başqa  bir  insanın  və  ya  heyvanın  bədəninə  daxil  olur.  Yalnız  ən  yüksək 

dərəcədə  mükəmməl  ruhlar  yer  üzərindəki  həyatı,  qeyri-mükəmməl  olan  bu  dünyanı 

birdəfəlik tərk edir və ideyalar səltənətində qalır. Beləliklə, Platon bədənə ruhun məhbəsi 

kimi yanaşır və göstərirdi ki, ruh o məhbəsdən azad olmalıdır. Bunun üçün isə o, öz hissi 

ehtiras  və  istəklərini  yüksək  xeyirxahlığa  yönələn  fəaliyyətinə  tabe  edərək,  öz-özünü 

təmizləməlidir.  Bu  təmizləmə  zəkalı  Rih  tərəfindən  seyr  edilən  ideyaları  dərk  etmək 

yolu ilə əldə edilir. 

Platon idrakı, dərkolunma prosesini yada  salma  kimi  təsəvvür edirdi. Bu, onun 

irəli sürdüyü ruhun əvvəldən mövcud olması haqqında təlimlə bağlıdır. Bu təlimə görə hər 

bir  insanın  ruhu  onun  bədənində  təcəssüm  etməzdən  əvvəl,  yüksək  səviyyəli  dünyada 

mövcud olmuşdur. Burada o, ideyanın bütün mükəmməlliyi və gözəlliyini seyr edə bilirdi, 

buna  görə  də  indi  onun  üçün  hissi  hadisələr  yalnız  onların  arxasında  gizlənən  əsl 

mahiyyəti açmaq üçün bəhanədir. Bu bəhanə vasitəsi ilə ruh ideyaları dumanlı şəkildə 

yenidən yada salır. 

Platonun  dövlət  nəzəriyyəsi  də  onun  insan  və  ruh  haqqında  təlimi  ilə  sıx 



əlaqəlidir. O, mükəmməl insan cəmİ

3

^əti yaratmağı qarşısına məqsəd qoymuşdu. Lakin 



onun dövründə Yunanıstanda ictimai həyat polislər - şəhər dövlətləri formasında idi. Buna 

görə  də  Platon  ideal  dövlət  yaratmaq  planını  irəli  sürmüşdü.  Platonun  etikası  kamil 

şəxsiyyətin  fornıalaşmasına  deyil,  daha  çox  mükəmməl  insan  cəmiyyəti  yaratmağa 

yönəlmişdir. Onun etikası fərdi deyil, sosial xarakter daşıyır. Buna görə də özünün siyasi 

nəzəriyyəsi ilə qovuşmuş şəkildə çıxış edir. 

Platon insanları,  onlarda ruhun hansı hissəsinin üstünlük təşkil etməsindən asılı 

olaraq  üç  tipə  ayırırdı:  zəkalı,  affektiv  (emosional)  və  itaət  edən  (hissi).  Ruhunda 

zəkalı  tərəfin  üstün  olduğu  insanlar  gözəlliyi  və  ideyanın  müəyyən  etdiyi  qaydaları 

müşahidə  etməyə  və  beləliklə  də  yüksək  xeyirxahlığa  can  atırlar.  Onlar  həqiqətə  və 

ədalətə meyl edirlər. Platon bunları  aqillər  və  ya filosoflar adlandırır  və göstərir ki, 

ideal dövlətdə onlar başçı olmalıdır. Ruhunda affektiv hissə üstün olan insanlar xeyirxah 

ehtiraslara (mərdlik, cəsurluq, borcu yerinə 

42 



yetirmək cəhdi) malik olması ilə səciyyələnir. Dövlətin təhlükəsizliyini qoruyan əsgərlər 

bu  keyfiyyətlərə malik olmalıdır. Nəhayət  üçüncü  tipdən  olan  insanlar Platona  görə 

fiziki əməklə məşğul olmalıdır, çünki onlar əvvəldən də fiziki dünyaya çox yaxındırlar. 

Bunlar dövləti maddi cəhətdən təmin etməli olan kəndlilər və sənətkarlardır. 

Bununla yanaşı Platon hər üç təbəqə üçün  ümumi olan xeyirxahlığı çox yüksək 

qiymətləndirir, oriu ölçü adlandırırdı. Platon da yunan fılosoflannm əksəriyyəti kimi belə 

bir prinsip irəli sürürdü: hər şeydə ölçü həddi gözlənilməlidir. 

Qədim Yunan fəlsəfəsində insan probleminə verilən geniş yer Aristotelin fəlsəfi 



təlimində daha aydın ifadə olunmuşdur. 

Aristotel  göstərirdi  ki,  dövlətin  ən  yüksək  məqsədi  xeyirxah  və  xoşbəxt  həyat 

yaratmaqdır. O, insanı zəkaya malik olan ictimai heyvan adlandırırdı. Bununda da belə bir 

cəhəti  xüsusi  qeyd  edirdi  ki,  insan  öz  təbiəti  etibarilə  ümumi,  birgəyaşayış  tələb  edir. 

Yalnız  belə şəraitdə insanları  əxlaqi  mövcudluqlar  kimi  formalaşdtrmaq  və  tərbiyə 

etmək  mümkündür.  Aristotelə  görə  bu  cür  tərbiyə  işi  ancaq  ədalətli  dövlətdə  həyata 

keçirilə bilər. Çünki bir tərəfdən həqiqi ədalət, yaxşı qanunların mövcudluğu, onlara riayət 

edilməsi, insanı təkmilləşdirir və onda xeyiı^xah əsaslann inkişafına müsbət təsir göstərir. 

Digər tərəfdən dövlətin özünün məqsədi insanlar üçün mükəmməl və xoşbəxt həyat şəraiti 

yaratmaqdır. 

Platon kimi Aristotel də qullara nifrətlə yanaşır, onları dövlətin vətəndaşları hesab 

etmirdi. O göstərirdi ki, insanlar təbiətən, anadangəlmə qeyri-bərabərdirlər. Onların bir 

qismi öz hərəkətləri üçün cavabdehlik iqtidarında deyildir, özü- özünə sahiblik edə bilmir. 

Belələri özündə yumşaqlıq, özünüməlıdudlaşdırma, ədalət və digər xeyirxah keyfiyyətlər 

tərbiyə  etmirlər.  Bunlar təbiətən quldurlar  və  yalnız  özgələrinin iradəsini  həyata  keçirə 

bilərlər. 

Aristotel həm də Platonun mh haqqında təliminə müəyyən dəyişikliklər etmişdir. 

O, ruhu həyatın başlanğıcı kimi götürərək, onu müxtəlif səviyyələrə - bitki ruhu, heyvan 

ruhu  və  zəkalı  ruha  ayırır.  Aristotelə görə bitki ruhu ən aşağı ruhdur. O, bütünlükdə 

canlılar  aləminə  xas  olan  qidalanma,  böyümə  və  çoxalma  funksiyalarını  yerinə  yetirir. 



Heyvanat ruhunda bu funksiyalara hiss- etmə (duyğu) və onunla birlikdə istək -yəni 

özü üçün xoş gələnə meyletmə və xoş gəlməyəndən kənara qaçmaq qabiliyyəti də əlavə 

olunur. Zəkalı ruh isə yalnız insana məxsusdur. Onda bitki və heyvanlarla ümumi olan 

cəhətlərlə  yanaşı  ən  yüksək  qabiliyyət  -  mühakimə  etmək  və  fikirləşmək  (təfəkkür) 

qabiliyyəti vardır. Aristotel Platondan fərqli olaraq bədənə şər və bədxahlıq mənbəyi kimi 

yanaşmır. Əksinə o, materiyaya, bədənə həyatın daha yüksək formalanm yaratmaq üçün 

əsas  rolunu  oynayan  bitərəf  substrat  kimi  baxır.  Lakin  o,  zəkanın  bədəndən  asılı 

olmadığım  göstərirdi.  Onun  fikrincə  yalnız  zəka  əbədi  və  dəyişməz  xarakterə  malik 

olduğu üçün əbədi varlığı dərk edə bilir. Məhz zəka əbədi və dəyişməz xarakterə malik 

materiyadan  tam  azad  olan  ən  yüksək  formanın  mahiyyətini  təşkil  edir.  Bu  forma 

Aristotelə görə əbədi mühərrik rolunu oynayır. Xalis təfəkkürdür və dünyada hər şey ona 

can atır, onun eşqi ilə yaşayır. Aristotel bu yüksək zəkanı fəal yaradıcı adlandırır və onu 

yalnız qavramağı bacaran passiv 

43 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə