H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə23/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   19   20   21   22   23   24   25   26   ...   240

zəka ümumini dərketmə iqtidarındadır. 

Realizmin  əksi  olan  istiqamət,  iradənin  zəka  üzərində  üstünlüyünü  qeyd  edən 



nominalizm (latınca «nomen» sözündəndir, ad deməkdir) olmuşdur. Bu xəttin tərəfdarları 

göstərirdilər ki, ümumi anlayışlar konkret şeylərin adlarını bildirir. Buna görə də onlar 



təkcə hadisələrdən kənarda və onlarla yanaşı müstəqil mövcud ola bilməzlər. Ümumi 

anlayışları  bizim  əqlimiz  (cismlərə  və  hadisələrə  xas  olan  ümumi  əlamətləri 

mücərrədləşdirmək  yolu  ilə)  yaradır.  Məsələn,  biz  ayrı-ayrı  adamlara  xas  olan  fərdi 

xüsusiyyətlərdən  sərf-nəzər  etmək  və  onların  hamısı  üçün  ümumi  tərəfləri  götürməklə 

insan anlayışı əldə edirik. 

Beləliklə,  nominalistlərə  görə  universalilər  şeylərdən  əvvəl  yox,  onlardan  sonra 

gəlir. İfrat nominalistlər (məsələn, Rosselini XI-XII əsrlər) hətta sübut edirdilər ki, ümumi 

anlayışlar öz mahiyyətinə görə insan səsindən başqa bir şey deyildir. Real mövcud olan 

təkcədir, ümumi isə heç insanın əqlində də mövcud olmayan illüziyadır. 

Yetkin sxolastika təliminin ən görkəmli nümayəndələrindən biri Akvinah Foma 

(1225-1274)  olmuşdur.  O,  orta  əsrlərin  məşhur  teoloqu,  filosofu  və  təbiətşünası  Albert 

Velikinin  (1193-1280)  tələbəsi  idi.  Öz  müəllimi  kimi  Foma  da,  Aristotelin  təliminə 

əsaslanmaqla  xristian  ilahiyyatının  əsas  prinsiplərini  sistemləşdirmişdir.  O,  Aristotelin 

təlimini  dünyanın  yaradılması  haqqında  xristian  ehkamına  və  İsa  Məsihin 

allah-insan olması təliminə uyğunlaşdırmağa cəhd etmişdir. Avqustin və Boesiy kimi 

Foma da xristian allahı şəklində ifadə olunan varlığı ali başlanğıc hesab edirdi. O, varlıq 

(mövcudluq) ilə mahiyyəti fərqləndirirdi, lakin onları bir-birinə qarşı qoymurdu. Aristotel 

kimi o da bunların hər ikisinin ümumi kökə malik olduğunu qeyd edirdi. Fomanın fikrincə 

mahiyyət və ya substansiya müstəqil varlığa malikdir. Bundan fərqli olaraq aksiden- 

siya (xassə, keyfiyyət) isə yalnız substansiya sayəsində mövcuddur. Buradaiı belə bir 

nəticə  çıxarırdı  ki,  substansional  və  aksidensial  formalar  bir-birindən  fərqlidir.  Birinci 

foıma sadəcə olaraq şeyin varlığını bildirir. Buna görə o meydana gələrkən biz nəyinsə 

yarandığını  və  məhv  olanda  isə  nəyinsə  məhv  olduğunu  deyirik.  .İkinci  (aksidensial) 

forma isə şeylərin varlığı deyildir, yalnız müəyyən keyfiyyətlərin mənbəyidir. Foma da 

Aristotel  kimi  aktual  və  potensial  vəziyyətləri  bir  -birindən  ayırır  və  varlığı  aktual 

vəziyyət hesab edirdi. O qeyd edirdi ki, hər bir şeydə aktuallıq nə qədərdirsə, onun varlığı 

da o qədərdir. 

Akvinah  Fomanın  təlimi  orta  əsrlərdə  böyük  nüfuz  qazanmış, 

roma 

kilsəsi  onu 

rəsmi olaraq tanımışdır. Bu təlimin bir çox cəhətləri sonradan XIX əsrdə katolik fəlsəfənin 

görkəmli cərəyanı olan neotomizm adı altında bərpa olunmuşdur. 



XIII-XIV  əsrlərdə  nominalizm  (Uilyam Okkam, Joann Buridan və Otre- kurlu 

Nikolay)  daha  çox  inkişaf  etdi.  Bu  dövrdə  varlıq  ilə  mahiyyəti  sıx  əlaqəli  götürən 

aristotelçi  ənənələrə  yenidən  baxılır.  Yuxarıda  qeyd  olunduğu  kimi  Foma  da  varlıq  ilə 

mahi)^əti  fərqləndirirdi.  Lakin  o  göstərirdi  ki,  mahiyyət  kateqoriyası  varlığa  digər 

kateqoıiyalardan daha çox yaxındır. Fləm də onun fikrincə mahiyyəti hiss üzvləri deyil, 

yalnız ağıl dərk edə bilər. Deməli, burada zəkaya üstün yer verilirdi. Nominalizmde isə 

ilahinin hər şeyə qadir qüvvə olması ideyası əsas yeri 

48 



tutur,  yaradılan  hər  şey  allahın  iradəsinin  nəticəsi  hesab  edilirdi.  Bu  məsələdə 

nominalistlər Duns Sokratm(1266-1308) təliminə arxalanırdılar. O isə göstərirdi ki, zəka 

iradədən  asılıdır,  allahın  iradəsi  hər  cür  varlığın  səbəbidir.  Allahın  yaratmaq  istədiyi 

müxtəlif  mahiyyətlər  onun  iradəsində  mövcuddur.  Ondan  sonra  gələn  nominalist 

U.Okkam  isb  mahiyyət  anlayışının  özünü  ləğv  etdi.  Beləliklə  də  onun  ilahinin  ağlında 

mövcud  olması  tezisi  rədd  olundu.  Okkama  görə  ideya  allahın  ağlında  şeylərin  ilk 



nümunəsi kimi mövcud deyildir. Əvvəlcə allah öz iradəsi ilə şeyi yaradır, ideyalar isə 

sonradan, yəni yaranmış şey haqqında təsəvvür kimi meydana gəlir. 

Orta əsrlərin fəlsəfəsi ictimai fikir tarixinə həm də sxolastika  adı  altında  daxil 

olmuşdur. Bu anlayış çox vaxt reallıqdan uzaqlaşmaq əlaməti, boş sözçülük kimi işlənir. 

Lakin sxolastikanın başlıca xüsusiyyəti budur ki, o özünü şüurlu surətdə ilahiyyata xidmət 

edən elm, "ilahi)^atın xidmətçisi" hesab edirdi. 

Təxminən  XI  əsrdən  etibarən  orta  əsrlərin  universitetlərində  məntiq 



problemlərinə  maraq  artır.  O  vaxtlar  məntiq  dialektika  adlanırdı  və  onun  əsas 

predmetini  anlayışlarla  əməliyyatlar  apannaq  təşkil  edirdi.  Aristotelin  "Kateqoriya" 

əsərini  şərh  edən,  anlayışları  dəqiq  müəyyənləşdirməyin  sistemini  yaradan  Boesinin 

məntiqə dair əsərləri XI-XIV əsrlərdə fəlsəfənin inkişafına böyük təsir göstərmişdi. Bu 

əsərlərin  köməyi  ilə  ilahiyyatçılar  etiqadın  doğruluğunu  məna-  landıımağa  cəhd 

göstərirdilər  Lakin  xristian  ehkamlarını  rasionalist  əsaslandır-  rnaq  cəhdi  buna  gətirib 

çıxartdı  ki,  dialektika  əsas  fəlsəfi  elmlərdən  birinə  çevrildi.  Qeyd  edək  ki,  sxolastlar 

tərəfindən  anlayışların  təhlil  edilməsi  və  dəqiq  surətdə  bir-birindən  fərqləndirilməsi, 

ayrı-ayrı  təriflərin  və  defmisiyaların  müəyyən  edilməsi  əhəmiyyətli  idi.  Bu  çox  vaxt 

böyük  həcmli  çoxcildlik  nəzəri  kitabların  yaradılması  ilə  nəticələnirdi.  Dialektika 



məsələlərinə  göstərilən  böyük  maraq  öz  ifadəsini  orta  əsr  universitetləri  üçün 

səciyyəvi  olan  disputlarda  tapırdı  (belə  mübahisələr  kiçik  nahar  fasiləsi  edilməklə 

bəzən 10-12 saat davam edirdi). 



Orta  əsrlərdə  həm  də  təbiətə  yeni  baxış  qərarlaşır.  Antik  təlimlərdən  fərqli 

olaraq bu dövrdə təbiətə müstəqil varlıq kimi yanaşılmırdı. İlahi qüvvənin hər şeyə qadir 

olması haqqında təlim təbiəti müstəqillikdən məhrum etdi. Belə ki, din iddia edirdi ki, 

allah nəinki təkcə təbiəti yaradır, həm də şeylərin təbii gedişi prosesinə qarşı çıxır və onun 

əksinə hərəkət edə bilir, yəni möcüzə törədə bilir. Bu cür münasibət yalnız son orta əsrlər 

dövründə  - XIII əsrdə və xüsusən də XIV əsrdə qismən dəyişilir. Digər tərəfdən təbiət 

hadisələri  izah  edilərkən  onlar  özü-özlüyündə  deyil,  yüksək,  dini-əxlaqi  reallığa  yol 

göstərən  və  ondan  nəşət  tapan  simvollar  kimi  qələmə  verilirdi.  Orta  əsr  təbiət 

təfəkkürünün  bu  cür  simvolik  və  alleqorik  xarakteri  müqəddəs  dini  kitablar  vasitəsilə 

təlim  edilir,  son  dərəcə  incə  və  çevik  metodlarla  təlqin  olunurdu.  Aydındır  ki,  bu  hal 



təbiətin  elmi  dərk  olunmasına  az  kömək  edirdi.  Yalnız  orta  əsrlərin  son  dövründə 

təbiəti  müstəqil  obyekt  kimi  öyrənməyə  maraq  artmışdı.  Bu  da  öz  növbəsində 

astronomiya, fizika və biologiya elmlərinin inkişafına təkən verdi. 

49 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə