H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə22/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   18   19   20   21   22   23   24   25   ...   240

monoteist  dinlər  (iudaizm,  xristianlıq  və  islam)  ilə  aynimaz  əlaqədə  baş  vermişdir.  Öz 

mahiyyətinə  görə orta  əsrlərin  fəlsəfəsi  teosentrik  xarakter  daşıyır  (teo-  allah).  Bu  o 

deməkdir ki, həmin dö^тdə dünyanın və buradakı bütün mövcu- datlarm allah tərəfindən 

yaradıldığı fikri əsas yer tutmuşdur. 

Xristian təkallahlılığı dini-mifoloji şüura və bütpərəstlik fəlsəfi təfəkkürünə  yad 

olan iki prinsipə əsaslanırdı. Bir-birilə sıx bağlı olan bu prinsiplər dünyanın yaradılan 

olması  və  vəhy  adlanır.  Birinci  prinsip  orta  əsrlərin  varlıq  haqqında  təlimlərinin 

(ontologiyanm),  ikinci  prinsip  isə  bu  dövrün  idrak  nəzəriyyəsinin  (qnoseologiyanın) 

əsasını  təşkil  etmişdir.  Bütövlükdə  orta  əsrlərin  fəlsəfəsi  ilahiyyatdan  və  kilsədən 

(məsciddən) tam asılı olmuşdur. Bu dövrdə kilsə ehkamları təfəkkürün çıxış nöqtəsi  və 

əsası  idi.  Hüquqşünashq,  təbiətşünaslıq  və  fəlsəfə  elmləri  bir  qayda  olaraq  onlara 

uyğunlaşdırılırdı. 

Din  iddia  edir  ki,  allah  dünyanı  öz  iradəsi  ilə  heç  nədən  yaratmışdır.  Tananın 

fövqəladə  qüdrəti  dünyanın  varlığını  hər  an  qoruyub  saxlayır  və  müdafiə  edir.  Bu  cür 



dünyagörüşü kreasionizm (yaradılan haqqında təlim deməkdir) adlanır. 

Göründüyü  kimi  dünyanın  yaradılan  olması  ehkamının  əsasında  təbiət  deyil, 



fövqəltəbii  başlanğıc  durur.  Əgər  antik  dövrdə  allahlar  təbiətə  yaxın,  onunla  qohum 

qüvvələr hesab olunurdusa, orta əsrlərdə allah təbiətdən yüksəkdə durur. Belə təsəvvür 

edilirdi ki, həmin allah təbiətin insana məlum olmayan tərəfində, yəni 

0

 biri tərəfində 



durur.  O,  transendent  (əlçatmaz  mövqedə  duran  deməkdir)  allahdır.  Beləliklə  orta  əsr 

təlimlərində yai’adıcı başlanğıc olmaq rolu təbiətdən alınıb (qədim fəlsəfə onda görürdü) 

allaha verilir. Bu təlimlər göstərirdi ki, kosmos artıq müstəqil və əbədi varlıq deyildir. ^ 

Kreasionizmin  digər  səciyyəvi  cəhəti  antik  fəlsəfəyə  xas  olan  dualizmin  (bir 

tərəfdə  ideya  və  formaların,  digər  tərəfdə  isə  materiyanın)  aradan  qaldırılmasıdır.  Orta 

əsrlərdə onun yerini monizm prinsipi tutur.  Bu prinsip elan edir ki, yalnız bir mütləq 

başlanğıc vardır, o da allahdır, Yerdə qalan hər şey onun tərəfindən yaradılmışdır. Allah 

əbədidir,  dəyişməzdir,  heç  nədən  asılı  deyildir  və  bütün  mövcudluqların  mənbəyidir. 

Məsələn, xristian filosofu Müqəddəs Av- qustin (354-430-cu illər) göstərirdi ki, allah ən 

yüksək varlıq, ali substansiya, ali forma (qeyri-maddi forma) və ali xeyirxahlıq deməkdir. 

O,  bunu  söyləyərkən  “Əhd-i  ətiqdə  (Tövratda)  allahın  özü  haqqında  demiş  olduğu 

aşağıdakı fikrə əsaslanırdı: "Mən ali mövcudluğam". Allahdan fərqli olaraq onun yaratdığı 

dünya  müstəqil  deyildir,  çünki  başqasının  sayəsində  mövcuddur.  Dünyada  olan  bütün 

şeylərin qeyri-sabitliyi, müvəqqəti və dəyişkən xarakeri buradan irəli gəlir. Xristian allahı 

özü-özlüyündə dərk oluna bilməz, Bununla belə müqəddəs Bibliya kitablarında 

0

, özünü 



insanlar üçün aşkar edir. Buna görə həmin kitabların mətnlərini mənimsəmək allahı başa 

düşməyin  əsas  yoludur.  Beləliklə  göstərilirdi  ki,  ilahi  varlıq  haqqında  biliyi  yalnız 



fövqəltəbii yol ilə (etiqad vasitəsilə) əldə etmək olar. 

Kilsə ehkamlanna görə insan ilahi varlığı dərk edə bilməsə də yaradılan dünyanı 

müəyyən qədər (əlbəttə, tamamilə yox) anlaya bilər. 

46 



Bütövlükdə  göstərilməlidir  ki,  orta  əsrlərin  fəlsəfəsi  xristianlıq  vəhyi  və  antik 

fəlsəfi  ənənələrin  sintezi  kimi  yaranmışdır.  Birinci  ənənənin  tərəfdarları  allahın 

şəxsində hər şeydən əvvəl yüksək zəkanı görməyə meyl edirdilər (buna görə də onlar antik 

platonçulara yaxın idilər). İkinci ənənə allahın yüksək iradəsini və qüdrətini xüsusi qeyd 

edirdi. 


2.

 

Mahiyyət və mövcudluq problemləri. 

Nominalizm və realizm 

Orta  əsrlərin  fəlsəfi  fikrində  varlıq  (mövcudluq)  ilə  mahiyyət  (ekzistensiya  və 

essensiya) bir-birindən ciddi surətdə fərqləndirilirdi. Bu dövrün filosofları hər hansı bir 

şeyin  dərk  olunmasını  onun  mövcudluğunda,  nə  olmasında,  necə  olmasında  və 



mövcudluq  səbəbində  görürdülər.  Buradan  aydındır  ki,  mövcudluğun  və  mahiyyətin 

aşkar edilməsi diqqət mərkəzində dururdu. 

Biz  yuxarıda  gördük  ki,  mahiyyət  kateqoriyasım  hərtərəfli  təhlil  sdən  Aristotel 

onunla  mövcudluq  arasında  o  qədər  də qəti  hədd qoymamışdır (hərçənd  bu  yolda  bəzi 

cəhdlər etmişdir). Orta əsr fılosofiı Boesiy (480-524-cü illər) isə mahiyyət ilə mövcudlüq 

anlayışlarını bir-birindən qəti surətdə ayırırdı. Onun işləyib hazırladığı məntiq problemləri 

orta əsr sxolastikasının (məktəb sözündəndir) sonrakı inkişafına güclü təsir göstərmişdir. 

Boesiyə  görə  yalnız  allahın  äimasında  mövcudluq  (varlıq) ilə  mahiyyət  üst-üstə  düşür. 

Allahdan fərqli olaraq onun yaratdığı şeylər sadə yox, mürəkkəb substansiyalardır. Bu 

mürəkkəblik hər şeydən əvvəl bunda ifadə olunur ki, onların varlığı ilə mahiyyəti bir- 



birindən  fərqlidir.  Hər  hansı  mahiyyətin  mövcudluq  əldə  etməsi  üçün  o  varlıqla 

əlaqələnməli,  yəni  ilahinin  iradəsi  tərəfindən  yaradılmış  olmalıdır.  Orta  əsrlər  təliminə 

görə  şeylərin  mahiyyəti  onların  müəyyənliyində,  yəni  zəka  vasitəsilə  dərk  olunan 

anlayışında  ifadə  olunur.  Şeyin  mövcud  olduğunu  isə  biz  təcrübə  nəticəsində,  onunla 

birbaşa təmasda müəyyən edirik. Mövcudluq zəkadan deyil, hər şeyə qadir olan qüvvənin 

yaradıcı fəaliyyətindən irəli gəlir. Buna görə də mövcudluq bu və ya digər şey haqqında 

anlayışa  daxil  deyildir.  Beləliklə,  mövcudluq  bütün  şeylərin  yaradılan  olması 

haqqında kilsə ehkamının mənalandırılması üçün tətbiq olunurdu. 

Orta  əsrlər  fəlsəfəsinin  bir  çox  səciyyəvi  xüsusiyyətləri  ümumi  anlayışların 

(universalilərin) təbiətinin izahında realizm ilə nominalızmin əsriər boyu davam edən 

mübahisəsində  təzahür  etmişdir.  Orta  əsrlərdə  "realizm"  anlayışı  bu  günkü  mənada 

işlədilməmişdir.  Realizm  dedikdə  dünyada  mövcud  olan  ayrı-ayn  predmetlərin  deyil, 

yalnız  ümumi  anlayışların  (universalilərin)  əsl  reallıq  olduğunu  qəbul  edən  təlim 

nəzərdə  tutulurdu.  Həmin  təlimə  görə  universalilər  ilahi  zəkanın  fikri,  ideyası  kimi 

konkret  şeylərdən  əvvəl  mövcuddur.  Yalnız  bunun  sayəsində  insanın  zəkası  şeyin 

mahiyyətini  dərk  edə  bilər,  çünki  bu  mahiyyətin  özü  ümumi  anlayışdan  başqa  bir  şey 

deyildir. Məsələn, Kenterberiyalı Anselm (1033-1109) göstərirdi ki, dərketmə yalnız zəka 

vasitəsilə mümkündür. Təkcə 

47 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə