H. Q. Məmmədov fəlsəfə üzrə fəlsəfə doktoru, dosent



Yüklə 4,87 Mb.
Pdf görüntüsü
səhifə38/240
tarix29.10.2017
ölçüsü4,87 Mb.
#7271
1   ...   34   35   36   37   38   39   40   41   ...   240

predmetini məhz o müəyyən edir. 

XVII  əsr  filosoflarından  fərqli  olaraq  Kant  subyekti  onun  yanlışlıqlarım  aşkar 

etmək  üçün  təhlil  etmirdi.  Onun  məqsədi  həqiqi  biliyi  müəyyənləşdirmək  olmuşdur. 

Məsələn,  F.Bekon  və  R.Dekart  subyekti  şeylərin  həqiqi  vəziyyətinin  təhrifedicisi  və 

pərdələyicisi hesab edirdilər. Kant isə subyektə birinci dərəcəli yer verirdi. Ondan çıxış 

etməklə Kant biliyin subyektiv və obyektiv tərəflərini fərqləndirmək vəzifəsini irəli sürdü. 



Kanta görə subyektin özünün strukturunda iki səviyyə (empirik və transendental) 

vardır.  Birinci  səviyyə  hər  bir  insanın  fərdi  psixoloji  xüsusiyyətlərini  əhatə  edir. 

Transendental (əlçatmaz, o tərəfdə olan deməkdir) səviyyə isə insanı ümumilikdə bəşər 

övladı kimi səciyyələndirir. Kanta görə məhz bu pillə biliyin obyektivliyini təmin edir. 

Beləliklə də Kant qnoseologiyanı nəzəri fəlsəfənin ən yüksək səviyyəsinə qaldırdı. 

Onun fikrincə nəzəri fəlsəfə özü özlüyündə dünyanı, təbiəti, insanı və konkret əşyaları 

öyrənməli  deyildir.  Bu  fəlsəfənin  predmeti  idrakı  tədqiq  etmək,  insan  zəkasının 

qanunlarını  və  hüdudlarım  müəyyənləşdirməkdir.  Bu  mənada  Kant  öz  fəlsəfəsini 

transendental adlandırırdı. Öz metodunu isə XVII əsr rasio- nalizminin doğmatizmindən 



fərqləndirərək tənqidi metod hesab edirdi. Çünki Kantm fıkıincə idi'akm təbiətini və 

imkanlarını öyrənmək üçün, hər şeydən əvvəl onları tənqidi təhlil etmək lazımdır. 

Deyilənlər göstərir ki, Kant qnoseologiyanı ontologiyamn yerinə qoyur. Bu yol ilə 

substansiya metafizikasından subyekt nəzəriyyəsinə keçir. 

Qeyd  edək  ki,  Kantm  transendental  fəlsəfəsi  onun  yaşadığı  dövrdə  elmin  və 

fəlsəfənin qarşısına çıxan çətinlikləri dəf etmək cəhdi idi. Kantaqədərki rasiona- lizmin və 

empirizmin nümayəndələri bu işi görə bilməmişdilər. Belə çətinliklərdən biri elmi biliyin 

obyektlivliyinin əsaslandırılması problemi idi. Kant biliyin bizdən kənarda olan obyektiv 

predmetə necə uyğun gəldiyini müəyyən etmək üçün dərk edən subyektin xarakteri və 



qabiliyyətini ön plana çəkdi. Beləliklə də ilk dəfə olaraq subyektin fəaliyyəti əsas kimi, 

tədqiqatın predmeti isə nəticə kimi götürüldü. Onun fəlsəfədə etdiyi "Koperniksayağı 



çevrilişin" mahiyyəti bundan ibarətdir. 

Kant  göstərirdi  ki,  elmi  idrakın  başlıca  vəzifəsi  predmetlərin  mahiyyətini  seyr 

etmək  deyildir.  O,  həmin  predmetləri  qüraşdırmağa  yönələn  fəaliyyət  göstərməlidir. 

Buradan çıxış edərək Kant idrakda rasional və empirik tərəflərin nisbəti haqqındakı köhnə 

təsəvvürü dəyişdirdi. O göstərdi ki, bilik bir-birindən fərqli iki tərəfin (hissiyyatın və 

dərrakənin)  sintezidir.  Kanta  görə  hissiyyat  qəlbin  predmetləri  seyr  etmək 

qabiliyyətidir.  Dərrakə  isə  hissi  seyrin  predmetini  mənalandırmaq,  onun  haqqında 

fikirləşmək bacarığıdır. O yazırdı: "Bu iki qabiliyyətdən heç biri digərinin funksiyasını 

yerinə  yetirə  bilməz.  Dərrakə  heç  nəyi  seyr  edə  bilməz,  hisslər  isə  heç  nə  haqqında 

fikirləşə bilməz. Bilik yalnız onların birləşməsindən yaranır".’ 

Buradan  da  Kant  belə  bir  nəticəyə  gəlirdi  ki,  fəlsəfi  təhlilin  əsas  məsələləri 

aşağıdakılardır: hissiyyat ilə dərrakənin sintezinin necə baş verdiyini müəyyən 

' Bax; KəHT 



H. Co6p. 

COM. B 


T

.



 T

.

 



3 1964., c. 155 

78 


etmək; bu sintezin məhsulu olan biliyin zənniliyini və ümumiliyini əsaslandır- 

maq. Bunlarla yanaşı Kant aprior (təcrübədən əvvlki) mühakimələr proble- 



minə də XÜSUSİ diqqət verirdi. O göstərirdi ki, hissi təsəvvürdə həmişə təsadü- 

fılik mövcuddur. Məsəiən, biz pəncərədən çölə baxaraq yağış yağdığını söylə- 

yiriksə, bu hökm bir faktı təsdiq edir. Ola bilər ki, yarım saatdan sonra yağış da- 

yansın və söylədiyimiz hökm həqiqiliyini itirsin. Buna gorə də Kantın fikrincə bu 

yol ilə (yəni empirik, hissi müşahidə) ümumi və zəruri bilik əldə etmək qeyri- 

mümkündür. Hissi müşahidənin verdiyi bilik həmişə ehtimal xarakteri daşıyır. 

Çünki 

0

 təcrübəyə əsaslanır (aposteriordur) və öz dəqiqliyinə, ümumiliyinə və 



zəruriliyinə görə heç vaxt aprior (təcrübəyəqədərki) mühakimələrlə müqayisə 

oluna bilməz. 

Kant göstərirdi ki, insan biliyi heç vaxt nizamsız (xaotik) ola bilməz. O, 

həmişə hissiyyatın və dərrakənin müəyyən aprior formaları tərəfindən sahmana 

salınır. Hissiyyatın belə aprior formaları məkan və zamandır. Məkan xarici hiss- 

lərin verdiyi sonsuz saylı qannaqarışıq təəssüratları nizama salır. Daxili hisslərə 

münasibətdə isə bu vəzifəni zaman həyata keçirir. Beləliklə o, məkan və zamanı 

predmet və əşyaların mövcudluq forması deyil, subyektin hissiyyatının aprior 

formalan hesab edirdi. Kanta görə təkcə hissiyyat yox, həm də dərrakə belə 

aprior formalara malikdir. Sonunculara üm.umi anlayışlar (vəhdət, çoxluq, reallıq, 

səbəbiyvət və sairi daxildi 

iS/f; 


ıhz onlar predmetlərin movü  udlugü.  Xö-SSoıƏIİ VƏ 

münasibətləri  haqqında  aparılan  ümumi  və  zəmri  xarakterli  fikirləri  mənalandıran 

formalardır. 

Kant idrak prosesini aşağıdakı kimi təsəvvür edirdi; "özündə şeylər" (o, obyektiv 

naməlum  predmetləri  belə  adlandırıdı)  insanın  hiss  üzvlərinə  təsir  edərək  müxtəlif 

duyğular yaradır. Bu duyğular aprior seyrçi foımalar məkan və zamanın köməyilə nizama 

salınır və qavrayışın predmetini təşkil edir. Qavrayış fərdi və subyektiv xarakter daşıyır. 

Onun  təcrübəyə  çevrilməsi,  yəni  ümuməhə-  miyyətli  səciyyə  alması  (Kanta  görə  bu 

obyektivlik deməkdir) üçün anlayışlarla əməliyyat aparan idraki qabiliyyətin - dərrakənin 

iştirakı  zəruridir.  Məhz  dərrakə  çoxsaylı,  rəngarəng  hissi  materialı  anlayışların  vəhdəti 

altında birləşdirir. O, predmeti aprior təfəkkür formalarına - kateqoriyalara uyğun şəkildə 

quraşdırır.  Kant  göstərirdi  ki,  insanlar  yalnız  öz  yaratdıqları  predmetləri  dərk  edə 



bilər. Bu fikir onun idrak nəzəriyyəsinin əsasını təşkil edir. 

Kant idrak prosesində dərrakəyə xüsusi yer versə də, onu ən yüksək pillə hesab 



etmirdi.  Çünki  onda  məqsəd,  yəni  fəaliyyəti  istiqamətləndirən  stimul  yoxdur.  Digər 

tərəfdən, dərrakə həmişə bir şərtlənmiş vəziyyətdən, digər belə vəziyyətə keçir, yeni onda 

qeyd-şərtsiz  heç  nə  yoxdur.  Səbəbi də  odur  ki,  təcrübə  aləmində  bütün  şeylər  bir-birilə 

şərtlənir.  Buna  görə  də  Kantın  fikrincə  dərrakə  pilləsi  insana  mütləq  bilik  verə  bilmir. 



Mütləq  bilik  yalnız  ən  yüksək  idrak  pilləsində  zəka  tərəfindən  əldə  edilir.  Zəka 

məqsəd  irəli  sürməklə  idrak  fəaliyyətinə  rəhbərlik  edir.  Bundan  əlavə  zəka  heç  nə  ilə 

fərqlənməyən, qeyd-şərtsiz bilik verir. O bunu ideyalar vasitəsilə ifadə edir. Lakin ümumi 

ideyalara  dərindən  "»zər  saldıqda  onların  ziddiyyətli  xarakteri  aşkara  çıxır.  Yəni  belə 

ideyaları həm həm də inkar etmək mümkündür. Kant bunları antinomiyalar (çıxılmaz 



Yüklə 4,87 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   240




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə