Hacı Əhməd-Cabir Hacı İsmayıl oğlu



Yüklə 50,87 Kb.
Pdf görüntüsü
səhifə68/99
tarix18.04.2018
ölçüsü50,87 Kb.
#39398
1   ...   64   65   66   67   68   69   70   71   ...   99

 
255 
yaxşı-yaxşı çeynəsə, meyli və iştahası olan halda təamı 
tərk etsə və mədəsini boşaltmaq lazım olan vaxtda ona 
mane  olmasa,  ölüm  xəstəliyi  gəlməyincə  heç  vaxt 
xəstələnməz”. 
Imam  Cəfər  Sadiq  (ə)  zəmanə  imamı  olmaqla 
bərabər,  həm  də  bütün  dünya  elmlərinə  vaqif  bir  alim 
və bir haziq təbib idi. O Cənab (ə) buyurub:  
1.  “Yaşlı  qoca  gərək  qarnı  təam  ilə  dolu  olarsa 
yatmasın.  Bu,  onun  yuxusu  üçün  yaxşıdır,  həm  də 
ağzının qoxusunu yaxşılaşdırır”. 
2.  “Əgər  sizi  təama  dəvət  ediblərsə,  məbadə  öz 
oğlunuzu  da  aparasınız.  Əgər  belə  etsəniz,  həram 
yemiş olarsınız və özünüzə günah qazanarsınız”. 
3.  “Tox  qarına  yemək,  alalıq  xəstəliyinə  səbəb 
olar”. 
4. “Çox yemək məkruhdur”. 
5. “Hər kəs dəvət olunmadan bir təam yesə, elə bil 
ki, bir parça od yeyib”. 
Imam  Rza  (ə)  buyurub:  “Yeməkdən  sonra  arxası 
üstə uzanıb, sağ ayağı sol ayağın üstünə qoy”. 
Fəzl  Ibni  Yusif  adlı  bir  şəxs  nəql  edir  ki,  bir  gün 
evin  xadimi  xəbər  verdi  ki,  qapıda  bir  nəfər  durub, 
səninlə  görüşmək  istəyir.  Adı  Musa  Ibni  Cəfərdir. 
Dedim,  ey  ğulam,  əgər  o  mənim  nəzərimdə  olan  şəxs 
olsa,  səni  azad  edərəm.  Özüm  qapıya  getdim. 
Həqiqətən.  Onun  Imam  Musa  Kazım  (ə)  olduğunu 
gördüm.  Dedim,  ey  mənim  ağam,  buyur.  Sonra  ona 
evin  yuxarı  başında  yer  göstərdim.  O  Cənab  (ə) 
buyurdu:  -  Ey  Fəzl,  evin  yuxarı  başında  oturmağa  ev 
sahibi  daha  çox  layiqdir.  Lakin  Bəni  Haşim  nəslindən 
orada  bir  kəs  olarsa,  evin  yuxarı  başı  ona  məxsusdur. 
Sonra  ərz  elədim  ki,  sənə  qurban  olum,  bizim  üçün 


 
256 
təam  hazırlanıb,  izn  versən  gətirərəm.  O  Cənab  (ə) 
buyurdu:  -  Xəlq  bunu  “gözlənməz”  (nağafil)  təam 
adlandırırlar, lakin mən onda bir kərahət görmürəm. 
Sonra  əmr  etdim,  ğulam  əl  yumaq  üçün  teşt 
gətirdi. O Cənab (ə) teştə  yaxınlaşıb buyurdu: - Həmd 
olsun o Allaha ki, hər şey  üçün hədd qoyub. Dedim: - 
Sənə fəda olum, bunun həddi nədir? Buyurdu: - Bunun 
həddi  odur  ki,  əvvəlcə  ev  sahibi  başlayıb  əlini  yusun 
ki, qonaqlarda fərəh və xoşhallıq yaransın. 
Sonra  o  Cənab  (ə)  “Bismillah”  deyib  əlini  yudu. 
Teşti  qaldıranda  “Əlhəmdülillah”  deyib  süfrəyə  gəldi. 
Dedim:  -  Sənə  qurban  olum,  bu  süfrənin  həddi  nədir? 
Buyurdu:  -  Bunun  həddi  odur  ki,  başlayanda  “Bismil-
lah”, qurtaranda “Əlhəmdülillah” deyəsən. 
Süfrədən  sonra  ğulam  diş  qurdalamaq  üçün  çöp 
gətirdi.  Soruşdum:  -  Mənim  ağam,  bəs  bunun  həddi 
nədir?  Buyurdu:  -  Bunun  həddi  odur  ki,  çöpün  ucunu 
sındırasan ki, dişin ətini yaralayıb qanatmasın. 
Sonra ğulam bir qabda şərbət gətirdi. Soruşdum ki, 
bunun  həddi  nədir?  Buyurdu:  -  Bunun  həddi  odur  ki, 
qabın qulpu olan yerdən və ya qabda sınıq yer varsa, o 
yerdən içməyəsən. Çünki o yer şeytanların yığılıb otu-
ran  yeridir.  Bir  həddi  də  odur  ki,  başlayanda  “Bismil-
lah”,  qurtaranda  “Əlhəmdülillah”  deyəsən.  Sonra  o 
Cənab  (ə)  buyurdu:  -  Ey  Fəzl,  süfrənin  axırında  süfrə 
əhli əllərini yuyandan sonra ev sahibi ən axırda öz əlini 
yumalıdır. Süfrənin ədəb qaydası belədir. 
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub:  
1. “Bazarda yemək alçaqlıqdır”. 
Bir  nəfər  o  Həzrətdən  (s.ə.v.)  soruşdu:  -  Ya 
Rəsuləllah (s.ə.v.), biz bazarda yeyirik, amma doyunca 
yox,  buna  necə  baxırsız?  O  Həzrət  (s.ə.v.)  buyurdu: 


 
257 
“Görünür  ki,  siz  təamı  bir  dəfədə  yox,  müxtəlif 
vaxtlarda  hissə-hissə  yeyirsiniz.  Onları  bir  yerə  yığıb, 
Allahın adını zikr edərək yeyin ki, bərəkətli olsun”. 
2. “Süfrədə oturan şəxs gərək təamı öz qabağından 
götürüb  yeyin.  Məclisdə  süfrə  əhlinə  ümumi  qabda 
təam  qoyularsa,  başqalarının  qabağından  bir  şey 
götürüb  yeməsin. Həmçinin, qoyulmuş təamın ortasın-
dan  götürməsin.  Əgər  şəxs  yeyib  doysa,  yenə  də  əlini 
süfrədən  çəkməsin  ki,  hələ  doymamış  süfrə  yoldaşları 
xəcalət  çəkməsinlər,  yeyib  doysunlar.  Belə  hallarda 
şəxs gərək özünü məşğul edib, süfrədən çəkilməsin”. 
Səhabələrdən  biri  nəql  edir  ki,  bir  dəfə  yeməkdən 
sonra Peyğəmbər (s.ə.s) cənabları hüzurunda gəyirdim. 
O Cənab (s.ə.v.) buyurdu:  
3.  “Gəyirməyini  dayandır,  adamların  çoxu 
dünyada  tox  olur,  Qiyamət  günündə  isə  aclıqları  uzun 
müddət çəkir”. 
4. “Hikmət nuru – aclıqda, Allahdan uzaq olmaq – 
toxluqda, Allaha yaxın olmaq- miskinləri sevməkdə və 
onlara yaxın olmaqdadır”. 
5.  “Çox  yeyib-içməklə  qəlblərinizi  öldürməyin, 
çünki  qəlblər  də  nəbatat  kimidir,  çox  su  içdikdə 
ölürlər”. 
6. “Çox  yeməyin ki, mərifət nuru sizin qəlbinizdə 
sönməsin. Hər kəs təamı yüngül etmək (əritmək) üçün 
namaz  qılıb  yatsa,  Cənnətin  huriləri  onun  yanında 
yatar”. 
Rəsuli-Əkrəm  (s.ə.v.)  cənablarından  xəbər  aldılar 
ki,  hansı  kəslərdən  Cəhənnəmə  gedən  çox  olar? 
Buyurdu:  “Içi  boş  olan  iki  şey:  qarın,  bir  də  qadın 
tənasül üzvü”. 
Başqa təbirlə desək belə olar: “Qarınqulular, bir də 


 
258 
cinsi əlaqə hərisləri”. 
Rəsuli-Əkrəm  (s.ə.v.)  buyurub:  “Hər  kəs  həlal 
yesə, onun başı üstə bir mələk durar və yeyib qurtarana 
qədər  onun  üçün  istiğfar  edər.  Amma  bəndənin 
mədəsində  həram  şey  olsa,  o  loxma  onun  mədəsində 
olduğu  müddətdə  asimanın  və  yerin  mələkləri  ona 
lənət edərlər. Allah-təala ona nəzər salmaz. Əgər bəndə 
həram  bir  loxma  yeyibsə,  tövbə  etməmiş  ölsə, 
Cəhənnəmə layiq olar”. 
Imam Cəfər Sadiq (ə) buyurub:  
1.  “Qızıl  və  gümüş  qabdan  su  içmək  və  təam 
yemək olmaz”. 
2.  “Gümüşdən  hazırlanmış  və  ya  üzünə  gümüş 
çəkilmiş  qabdan  su  içmək  məkruhdur.  Hətta,  əgər  bu 
cür  qabdan  qeyri  bir  qab  olmasa,  su  içəndə  ağzınızı 
gümüş çəkilməmiş yerə qoyun”. 
Imam  Cəfər  Sadiqdən  (ə)  soruşdular  ki,  su  içəndə 
birnəfəsə içmək olarmı? Buyurdu:  
3.
 
“çox  şiddətli  hərarətiniz  olsa,  birnəfəsə  içə 
bilərsiniz.  Lakin  üçnəfəsə  içmək,  birnəfəsə  içməkdən 
əfzəldir”. Sonra o Cənab (ə) əlavə etdi:  
4.
 
“Özünüzü dəvəyə oxşatmayın”. Dəvə birnəfəsə 
doyana  qədər  su  içir,  həm  də  suyu  böyük  cürələrlə 
qəbul edir və zərbə ilə onun mədəsinə tökülür. Bu cür 
su içmək insan üçün zərərlidir. 
Rəsuli-Əkrəm  (s.ə.v.)  suyu  üçnəfəsə  içərdi.  Hər 
nəfəsin  əvvəlində  “Bismillah”,  axırında  “Əlhəmdülil-
lah” buyurardı. O Cənab (s.ə.v.) ayaq üstə su içməkdən 
nəhy  edib.  Yemək  barəsində  soruşanda,  o  Cənab 
(s.ə.v.)  buyurdu  ki,  ayaq  üstə  yemək,  ayaq  üstə  su 
içməkdən də pisdir. 
Imam Cəfər Sadiqdən (ə) suyun dadını soruşdular. 


Yüklə 50,87 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə