Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə46/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   39   40   41   42   43   44   45   46   47

 
Torpağın uğrunda düşüb torpağa  
Sənin torpağını sənə qaytardı.  
Özü qoruduğu, həm can verdiyi  
Yolun kənarında dəfn edildi o.  
 
Uğrunda canını qurban verdiyi  
Torpağı özünə vətən bildi o,  
Yolçu maşını bu yerdə saxla.  
O məzar önündə sən təzim eylə  
Hörmət et, dua ver onun ruhuna,  
Ayaq basdığın yer borcludur ona.  
Anadolu insanı, türk əsgəri 1918-ci ildə qardaş Azərbaycanın istiqlal 
savaşına ya Qazi, ya Şəhid olmaq üçün gəlmişdi, həm Qazi oldu, həm 
Şəhid verdi və torpaqlarımıza öz qanını axıdaraq, cismini torpaqlarımıza 
qataraq əbədi məskən saldı, xalqımızın ürəyində özünə taxt qurdu, 
ruhunda yaşadı, yaşayır və yaşayacaqdır.  
  Qafqaz İslam Ordusunun başında Gəncəyə gəlmiş komandan Nuru Paşa 
Şeyxzamanlıların evində məskunlaşmışdı. Bu da təsadüfü deyildi. Gəncə 
Milli Komitəsinin üzvü Nağı Şeyxzamanlı Osmanlı hərbi qüvvələrinin 
Azərbaycana gəlişinin təmin edilməsi məqsədilə İstanbulda olarkən Ənvər və 
Nuru paşalarla yaxından tanış olmuş, Gəncədəki fəaliyyətin detallarını da 
müzakirə etmişdilər.  
        Şeyxzamanlıların bacısı Münəvvər xanımın yeniyetmə oğlu, ara-sıra 
şeirlər yazan 16 yaşlı Səlman dayılarının evində Nuru Paşanın qarşısında 
özünün ona həsr etdiyi şeirini oxuyur. Sonralar bu şeirə bəstəkar-tarzən 
Məşədi Cəmil Əmirov musiqi yazmışdı.  
 
 
 
Gəncədə çalındı azadlıq suru, 
Qovdu ürəklərdən zülməti, qoru, 
Dağıt düşmən quran məkrli toru
İrəli, irəli ər Paşam Nuru! 
 
Çanaqqala - nurlu şəhidlik yolu, 
Türk aslanlarının bükülməz qolu, 
Allahım, sən özün onları qoru, 
İrəli, irəli ər Paşam Nuru! 
 
İstanbuldan gəldin Gəncəyə doğru, 


Haydı, gavurlara anlat bu zoru, 
Gəncədən Bakıya zəfərdir yolu, 
İrəli, irəli ər paşam Nuru! 
 
Ər paşam Nuru, 
Ər paşam Nuru, 
Turanın Aslanı, 
Nər Paşam Nuru! 
Nuru Paşanın Azərbaycana gəlişini, Azərbaycan sevgisini, xalqımızın da 
Nuru Paşa məhəbbətini sözsüz ki, bədii ədəbiyyatımızda ən əhatəli, bitkin, 
gözəl ifadə edən Nəriman Həsənzadənin “Nuru Paşa” poemasıdır. 
 Nuru Paşa at belində  
Türkiyədən - Qarsdan gəlir. 
"Azərbaycan" deyə-deyə, 
Yaralanmış aslan gəlir. 
 Azərbaycan! Səndən ötrü  
gör neçə min şəhid gəlir! 
Türkdən doğulan türk gəlir,  
Kərbəladan Kərkük gəlir,  
İzmirdən, Sivasdan gəlir.  
Bakı döyüş meydanıdı  
Hələbdən - savaşdan gəlir.  
...Annəm! Annəm!, - deyib gəlir.  
Anasını Türkiyədə qoyub gəlir - 
Azərbaycan anasının köməyinə. 
 Var ol səni, arxam mənim,  
Arxalı səs-sədam mənim.  
Fatehlərin varisidir,  
Turanlı şahzadəm mənim.  
Türküm mənim, irqim mənim. 
Türk can qoydu bu torpaqda 
"Azərbaycan"deyə-deyə, 
Tarix! Səni oxuyuram  
Mən türkə "can" deyə-deyə.  
 
 
 
 
 
 
Nuru Paşa Portretinə Ştrixlər 


 
 
 
 
Nuru Paşa Bakıda qısa zamanda baş alıb gedən özbaşınalıq, oğurluq, 
hərbi və mülki intizamsızlıq, möhtəkirlik, səliqəsizliyə qarşı elə bir mücadilə 
başladı ki, bu gün də yaşlı adamlar həmin hadisələri yaxşı xatırlayır, Nuru 
Paşa kimi hökmlü vuran ələ ehtiyac olduğun zərbi-məsəl kimi dilə gətirirlər. 
Gənc yaşda bir zabitin belə ciddiliyi uzun illərdən bəri Bakı və ətraf kəndlərdə 
at oynadıb meydan sulayan bəyləri, qoçuları da vəlvələyə salır, qorxudur, 
müsbət mənada qaydalara əməl etməyə məcbur edirdi. O ipə-sapa yatmaq 
istəməyən bir neçə qoçunu camaatın gözü qabağında, ictimai yerlərdə 
şallaqlama cəzasına da məhkum etmişdi. Xüsusi qəbul günləri vardı ki, hər 
kəs gəlib burda dərdini, şikayətini ona deyə bilirdi. 
Onun məğrur, güzəşt bilməyən qətiyyəti və qartal baxışları ilə 
birlikdə həm də təmiz, kövrək ürəyi olub, bəzən içdən gələn bir sözdən, ya 
həyatın nemətlərini dadmadan dünyadan köçən bir Şəhidin qapanmaqda olan 
gözlərini gördüyü zaman üzünü camaatdan gizlədərək məndilini çıxarıb 
gözlərini sildiyi anlar da çox olub.  
Nuru Paşa Bakıda 19 yaşlı Cəfər Cabbarlının evinə qonaq gəlib, 
səmimi görüşləri, mehriban söhbətləri olub, onu darısqal evdən geniş 
mənzillərə köçürmək istəsə də, gənc ədib bundan imtina edib. Bu gün də 
ədibin ev muzeyində saxlanan hədiyyələri bağışlayıb, bu səhnə də Nuru 
Paşanın xarakterinə güzgü tutan maraqlı detaldır. Böyük dramaturq Nuru 
Paşanın Bakını işğaldan azad etməsinə həsr edilmiş “Bakı müharibəsi” adlı 
bir pyes də yazmış və uğurla tamaşaya qoyulmuşdu. (Asif Rüstəmli, “Cəfər 
Cabbarlının həyat və mühiti” kitabından). Manaf Süleymanovun 
"Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim" kitabında da Nuru Paşa 
xarakterinə güzgü tutan detallar var. Nuru Paşanın Hacı Zeynalabdin 
Tağıyevin ailəsində də çox sevildiyi barədə çox maraqlı informasiyalar vardır.  
Bizi isə ən çox onun Azərbaycan üçün gördüyü işlər maraqlandırır. 
Yəni Nuru Paşanın başsız bədən kimi qalmış Azərbaycanı öz başına-
paytaxtına qovuşdurması ilə tariximizə adını əbədi yazdırması əlahəzrət 
faktdır. “M.Ə.Rəsulzadə: “Bakının Azərbaycan üçün sadə bir paytaxt, 
“can şüşəsi” olduğunu nəzərə alırıqsa, həqiqi istiqlal gününün sentyabrın 
15-də olduğunu qəbul etməliyik”). 
Bütün həyatları boyu türk-islam gələnəkləri ilə yaşayan, Turan 
sevdalısı Killigil ailəsinin başçısı Əhməd Paşa da Qafqaz türklərinə sevgi, 
sayqı göstərib, Türk şəhidlərinin qanları axan Azərbaycan torpaqlarını ziyarət 
edib. 1918-ci ilin noyabrında hərbi məktəbin ilk buraxılışında Azərbaycan 
Xalq Cümhuriyyətinin qurucularından olan Baş nazir və təhsili naziri Nəsib 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə