Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə41/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

Azərbaycan türkünün bu hayqırtıları cavabsız qala bilməzdi. 8 minlik 
Osmanlı qüvvələrinə 6 min nəfərlik Azərbaycan hərbi birliklərinin də 
qatıldığı ikinci hücum 14 sentyabr 1918-ci il tarixində saat 02:00-da başladı. 
Birinci müdafiə xətti 03:00-da, ikinci müdafiə xətti saat 06:00-da ələ keçirildi. 
Salxana və Salyan kazarmalarından hücuma keçməyə hazırlaşan düşmən top 
atəşi ilə darmadağın olundu. 15 sentyabr günü saat 15:00-a qədər davam edən 
əməliyyat nəticəsində Bakıda müdafiə olunan erməni və rusların müqaviməti 
tamamilə qırıldı. Zatən 14 sentyabr axşamı şəhərin sabahı gün tutulacağı 
aydın olmuş, buna görə də Bakını müdafiə edən birlik komandirlərinin çoxu 
gəmilərə birinci minib qaça bilmək üçün öz birliklərini  başsız qoyub 
qaçmışdılar. 
 Bakının müdafiəsində böyük ümidlər bağlanan 39-cu ingilis 
briqadası da 14 sentyabr axşamı hər şeyin nəticəsiz olduğunu görərək limana 
çəkilmiş və saat 22:00-da gəmilərə minərək Ənzəliyə getmək üçün şəhərdən 
qaçmışdı. Məqsədinə nail olmayan 39-cu ingilis briqadasının komandanı 
general-leytenant Denstervill vəzifəsindən azad edilmiş, yerinə general 
Tomson təyin olunmuşdu. 36 saat davam edən ikinci Bakı hücumunu 
gerçəkləşdirən 5-ci Qafqaz diviziyası və 15-ci piyada diviziyasının ümumi 
itkisi 1000 əsgər idi. Azərbaycan birlikləri isə 11 şəhid və 44 yaralı itki 
vermişdi.  
Bakı uğrunda döyüşlərin nə qədər ağır, gərgin keçdiyini, Türk 
əsgərlərinin şücaət və Allah, Din, İman, Vətən, Türk, Azərbaycan 
məhəbbətinin siqlətini qiymətləndirmək baxımından bu sənədlər çox 
önəmlidir. 
... 26 avqustda gedən Yanardağ və Biləcəri döyüşlərində ingilislərin 
cəbhədəki komandirinin Deustervilə yazdığı raportda belə deyilirdi: 
"Türklərin hücumu, 26 avqust 1918-ci il. Yanardağ sahəsi Stanford alayının 
D bölüyü tərəfindən müdafiə olunurdu. Yanar dağın cənub-qərbində 
düşmənin hərəkətləri başlandı. Türklər sol cinahdan süvari ordusu ilə dörd 
düz xətli zəncir şəklində hücuma keçmişdi. Sayı təxminən min nəfər olan 
düşmən, topçu atəşi ilə müşayiət olunurdu. Zəncir şəklində hücum edən Türk 
orduları, bizim pulemyot və piyada atəşləri qarşısında dayanmaq 
məcburiyyətində qaldılar. Cəbhə xəttinin lap başlanğıcında, birinci müdafiə 
xəttində olan əsgərlərimizə beş dəfə hücum etdilər. Birliklərimiz beşinci 
hücumdan sonra səngərləri tərk edərək, geri çəkilmək məcburiyyətində 
qaldılar. Düşmən günorta saatlarından etibarən 12.30 radələrində 
Yanardağın sağ tərəfinə çıxmağa müvəffəq olaraq, orada pulemyotlar 
yerləşdirdi. Buradan ikinci və üçüncü müdafiə xəttimizi atəşə tutdular. Bu 
arada türklərin bizə sol tərəfdən başladığı hücumun qarşısını almağa 
başladıq. Lakin 13.30 radələrində ikinci və üçüncü müdafiə xətlərimiz də 
düşmənin əlinə keçdi. Buradan yalnız 6 əsgərimiz xilas ola bildi. Zabit və 


sıravilərdən ümumilikdə 80 adam itirdik. Müdafiə xəttində bu döyüşlər 
gedərkən, saat 13.30-da yük maşınları ilə Bakıdan göndərilən 130 nəfərlik 
əlavə qüvvə cəbhə xəttinə çatmaqda gecikdi. Vəziyyəti düzəltmək mümkün 
olmadı. 9-cu Vourçester alayından göndərilən əlavə kömək isə 15.30 
radələrində cəbhəyə çatdı. Düşmən, Binəqədi kəndinin şimalındakı yüksək 
təpələrə qarşı hücuma keçmişdi. Bu təpələr erməni batalyonu tərəfindən 
qorunurdu. Yanardağa edilən həmlə əsnasında bir bölük əsgər, oradakı 
erməni diviziyasına kömək məqsədilə Binəqədiyə göndərildi. Oraya saat 
12.15-də çatan birliklərimiz erməni birliklərindən heç birini tapa bilmədi. 
Sonra dağa çıxdılar, dağın şimal istiqamətindən təxminən 250 nəfərlik bir 
Türk ordusunun irəlilədiyi göründü. Təpəni və buradakı səngərləri ələ keçirən 
birliklərimiz, piyada tüfəngləri və pulemyotlarla atəş açdı. Düşmən ağır 
itkilər verərək geri çəkildi". 
(General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 234) 
General Deustervil Bakıdakı birləşmiş hərbi qüvvələrin Türk Qafqaz 
İslam Ordusu qarşısında dayana bilməyəcəkləri barədə açıq yazırdı: 
"Yer üzündə heç bir qüvvə, Bakını türklərdən qoruya bilməz. Şəhərin 
müdafiəsinin davam etdirilməsi, təslim gününü uzatmaqdan başqa bir şeyə 
yaramır. İndiyə qədər yalnız ingilis əsgərləri döyüşdü. Mənim əsgərlərimin 
qəhrəmancasına döyüşməsinə baxmayaraq, türklər hər hücumda qalib 
gəldilər. Yerli hərbi birliklər bizimkilərə kömək etmədi. Mən adamlarımın boş 
yerə həlak olmasına razı ola bilmərəm. Biz türklərə qarşı vuruşmaq üçün sizin 
əsgərlərinizə köməyə gəlmişdik. Ancaq sizin əsgərlərinizin yerinə biz 
vuruşuruq. Sizlərə, Bakının təslim edilməsi barədə danışıqlara başlamaq üçün 
türklərə bir nümayəndə göndərməyi tövsiyə edirəm. Qadın və uşaqların 
şəhərdən çıxarılmasına imkan verəcək uyğun şərtlərin əldə edilməsi, sizin 
üçün çətin olmayacaq. Sizlər bununla da türklərin şəhəri silah gücünə ələ 
keçirməsindənsə, hadisələrin gedişinə daha yaxşı istiqamət verə bilərsiniz". 
(General Denstervil, Britaniya İmperatorluğu, Bakı və İran, s. 247). 
Birinci dünya savaşının gedişi və almanların Bakıya girmək istəməsi 
Ənvər paşanı Bakını tez bir zamanda ələ keçirmək barədə fikirləşməyə vadar 
edirdi. Türk Qafqaz İslam Ordusu komandanlığı, 3-cü Ordu komandanlığına 
bir raport yazaraq, vəziyyəti bildirməyi lazım bildi. Nuru paşa əsir alınan 
ingilis zabitlərindən öyrənmişdi ki, Ənzəlidən Bakıya 4 min nəfərlik güclü bir 
qoşun göndərilməsinə hazırlıq görülür. Nuru paşa raportunda yazırdı: 
"Düşmən Bakıda əli silah tutan və hər millətdən olan kişiləri 
silahlandırmaqdadır. Bakıdakı düşmən qüvvəsinin 10 min nəfər olduğu 
təxmin edilməklə bərabər, əlavə qüvvə aldıqları da casuslar vasitəsilə 
öyrənilmişdir. Bakının zəbti üçün aşağıdakı gücə və cəbbəxanaya ehtiyac 
vardır:  


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə