Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə37/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   33   34   35   36   37   38   39   40   ...   47

onun üçün hər cür fədakarlıqları edəcəyəm. Əmin ola bilərsiniz» dedim. O, 
bir an üzümə baxdıqdan sonra «Nağı bəy «Umuru Şərqiyyə» rəisi Əli 
Basxana iki dəfə Sizə pul təklif etmiş, ancaq qəbul etməmisiniz. Sizə pul 
lazım olacaqdır. Mən istəyirəm ki, Siz Qafqazda xüsusi işlərinizdə deyil, 
Nuru ilə bərabər çalışasınız» dedi. Mən də «Paşam, pulum var. İki aydır 
Türkiyə torpaqlarındayam, ayaq basdığım andan etibarən Sizin hesabınıza 
yaşayıram. Əgər pula ehtiyacım olsaydı əmin olun ki, istəyərdim. Batuma 
qədər yenədə Sizin hesabınıza gedəcəyəm. Qafqazda isə pula ehtiyacım 
olmaz. Paşam, Sizə söz verirəm, fəxri olaraq üzərimə götürdüyüm vəzifəmi 
davam etdirəcəyəm» dedim. Ənvər paşa ilə vidalaşıb ayrıldım.Mən Türkiyədə 
İttihatçıları idealist bir insan xarakterinə malik olanlar kimi gördüm. 
Hamısında İslam Birliyi tərəfdarı kimi keyfiyyətlər gördüm.  O, İslam 
Dünyasının varlığını hər şeydən, hər varlıqdan üstün tuturdu....*** 
 
 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
4-CÜ BÖLÜM 
 
 
 
NURU PAŞA 
 
 


 
Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfəri 
 şərəfinə “Gülüstan” sarayında təşkil edilmiş ziyafətdə nitqinqdən:  
 
 
“...Dəyərli dostlar, gələn il çox önəmli bir hadisənin, Nuru paşanın rəhbərliyi 
ilə Qafqaz İslam ordusunun erməni və bolşeviklərin işğalına məruz qalan 


Bakını azad etməsinin 90-cı ildönümüdür. Bunun önəmi gələcək nəsillərə, 
gənclərə ən yaxşı şəkildə anladılacaqdır. Çünki tarix elmi və tarix şüuru çox 
önəmlidir. Bütün nəsillərə, xüsusən gənclərə bunun anladılması 
əhəmiyyətlidir və bu ildönümünün yüksək səviyyədə keçiriləcəyinə əminəm.  
...Mən çıxışımı böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin sözləri ilə 
bitirmək istəyirəm:  
 
Bir ağacın iki qolu,  
Bir ananın iki oğlu,  
O da ulu, bu da ulu,  
Azərbaycan-Türkiyə!  
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!” 
 
 
 
 


 
 
 
 
 
 
 
PREZİDENT ABDULLAH GÜL VAXTİLƏ NURU PAŞANIN 
YAŞADIĞI EVDƏ OLMUŞDUR 
 
Türkiyə Prezidenti Abdullah Gül, xanımı Hayrünnisa Gül və digər qonaqlar 
Qafqaz İslam ordusunun komandanı Nuru paşanın vaxtilə yaşadığı evə gəlmiş 
və burada ev sahibləri ilə çay süfrəsi arxasında söhbət etmişlər.  
Söhbət zamanı evin sahibi, Xalq Cümhuriyyətinin tanınmış xadimlərindən 
olan Nağıbəy Şeyxzamanovun nəvəsi Arifə Şeyxzamanova babası haqqında 
xatirələrini danışdı. O, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı 
törətdikləri soyqırımı vaxtı qardaşlarına köməyə gələn ordunun komandanı 
Nuru paşanın Gəncədə iki aya yaxın bu evdə yaşadığını, erməni daşnaklarına 
qarşı mubarizədə fədakarlıq göstərdiyini xatırlatdı.  
Türkiyə Prezidenti bu qardaş köməyinin təbii olduğunu bildirdi və 
ölkələrimizin həmişə bir-birinə dayaq durmasının zəruriliyini vurğuladı.  
 www.azertag.gov.az, 2007-11-08  
 
 
 


 
 
Nuru Paşa -Ömür Yolu 
 
Fəriq Nuru (Nuri) Paşa Hacı Əhməd oğlu Killigilin doğulduğu tarix həm 
Türkiyə, həm Azərbaycanın bir çox mötəbər sitəsində, mənbələrində 1881-ci 
il göstərilir: tr.wikipedia.org, www.tarihportali.net, facebook.com, 
www.turkcebilgi.comwww.turania.org, www.kelebekforum.com, 
www.genel-bilgiler.comaz.wikiwix.com,  www.mix.azazersayt.com, 
az.wikipedia.org və sair. Ancaq www.designmodproject.de, ru.wikipedia.org, 
data.lullar.com kimi əcnəbi portallarda bu rəqəm 1889- cu ildir. Bakının 
Qurtuluş tarixi haqqında bir neçə dəyərli tədqiqatın müəllifi Rəşad 
Süleymanov  yazır: “...Nuru Killigil Ənvər Paşanın bir yaş kiçik qardaşıdır və 
1881-ci ildə doğulub. Qardaşı Ənvərdən fərqli olaraq, Nuru Killigilin uşaqlıq 
və gənclik həyatı ilə bağlı məlumatlar olduqca azdır” ( R.S-“Bakı xilaskarı” 
Nuru Killigil Paşa”, blog.azpress.az ) 
 Digər bir tədqiqatçı Asif Rüstəmli isə yazır: “1918-ci il noyabrın 10-u 
idi...Sentyabrın 23-də Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin başçılığı 
ilə Gəncədən Bakıya köçən hökumət üzvləri ilk dəfə idi ki, öz xilaskarı 
Qafqaz İslam Ordusunun Komandanı Nuri Paşanı və onun igid zabitlərini 15 
sentyabr Bakının Qurtuluşu günü münasibətilə ziyafətə dəvət etmişdilər. 
(“Azərbaycan” qəzeti, 1918, 12 təşrin-sani, N37).   Fətəli xan Xoyski məclisi 
açaraq 29 yaşlı Nuri Paşanı qonaqlara təqdim etdi...29 yaşlı Bakı fatehi 19 
yaşlı Cəfər Cabbarlı ilə qucaqlaşdı”. “Nuri Paşa, Qafqaz İslam Ordusu və 
Bəxtiyar İsmailli Türkcanlı”, Bakı-2007, səh 74). Nəsiman Yaqublunun 
“Bakının Qurtuluşu” kitabında da Nuru Paşanın doğum ili 1989-cu il 
göstərilib. (Bakı-2010, səh 182). Hər iki rəqəmə aid xeyli misalı həm Türkiyə, 
həm Azərbaycan qaynaqlarından yenə də gətirmək olar. Təəssüflər  olsun ki, 
Türkiyənin bir xeyli tarix qurumuna yazdığımız məktublara da dürüst cavab 
ala bilmədim, hər iki rəqəmi düzgün sayanlar oldu. 
Nuru Paşanın yavəri ilə birgə Bakıda 1918-ci ildə çəkdirdiyi şəkildə də 
29 yaşdan yuxarı simada görsənir. Nağı bəy Şeyxzamanlı Ənvər və Nuru Paşa 
qardaşlarını İstanbulda ilk tanıyan 
azərbaycanlılardan biri olaraq Nurunun yaşda cavan olduğunu qeyd edir.  
Biz də Nuru Paşanın həyatının sonrakı mərhələlərini, hərbi təhsil illərini 
Ənvər Paşanın müvafiq dövrləri ilə müqayisə edərək doğum ilinin 1981-ci 
ildən sonra olduğunu düzgün sayır, hər halda 1989-cu il tarixini qəbul edirik. 
Yuxarıda göstərdiyimiz mənbələrin hamısında həm Ənvər, həm Nuru paşanın 
anasının ismi Ayşə qeyd olunub, ancaq bu da məlum faktdır ki, onlar ögey 
qardaşdırlar. 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə