Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə36/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

general Əli ağa Şıxlinskidir. O, rus ordusunun artileriya üzrə müfəttişi idi. 
Üçüncü general Xan Naxçıvanskidir. Dördüncüsü isə Xan İrəvanskidir. Bu 
generallar bizim ruslarla mücadiləmizdə heç bir rol oynamadılar» dedim. 
Qeyd komissiyasının işi davam edir, ancaq mən bu arada heç bir fikir 
bildirmirdim. Əslində qeyd olunanlardan heç kimi tanımırdım. Ancaq bir gün 
əslən qafqazlı olan Tahir adında bir müəllimin imam olaraq orduya daxil 
olmaq məqsədi ilə müraciət etdiyini gördüm. Etiraz etdim və dedim ki: 
«Qafqaza gedən ordu deyil ki, imamı olsun. Orada müəllim əfəndilərə iş 
yoxdur. Çünki oradakı müəllimlərə Dünya müharibəsində iştirak etmək 
qadağan olunmuşdur. Bir cümə axşamı Ənvər Paşa mənə «Nağı bəy, sabah 
sultan tərəfindən qəbul ediləcəksən. Saraydan avtomobil gəlib sizi 
götürəcəkdir» dedi. Cümə günü deyilən vaxtı avtomobil gəlib məni Yıldız 
sarayına aparıldı. Sultan Rəşad namazda idi. Biz bir başqa otaqda söhbət 
edərək gözləyirdik. Sultanın namazdan çıxdığını bizə xəbər verdilər. Bayıra 
çıxdıq. Bəhriyyə orkestri marş çalır, vəkillərlə mən də sıraya düzülmüşdük. 
Sultan yanında da Ənvər Paşa salam almış vəziyyətdə bizə doğru gəlirdilər. 
Vəkillərin hamısı fəsli olduğu halda təkcə mən gümüşü papaqla gözə 
çarpırdım. Düz yanımıza yaxınlaşdıqları zaman Sultan Ənvər Paşaya məni 
göstərərək «Bu kimdir?» deyə soruşur. Ənvər Paşa «Qafqaz vəkili Nağı 
bəydir» cavabını verir. Sultan mənim türkcə bilib-bilmədiyimi soruşur və 
sonra yanımızdakı pilləkənlərlə yuxarı çıxaraq otağına girir. Biz də onun 
arxasınca pilləkənləri çıxaraq qarşıdakı otağa giririk. Bir az sonra Ənvər Paşa 
gələrək mənə «Nağı bəy, Sultanın hüzuruna qəbul olunurusunuz» dedi. 
Sultanın otağına bərabər girdik. Mən ədəblə salam verdim. Sultan məni 
gözləri ilə süzdü və «Demək türkcə bilirsən» dedi. Mən də «Bəli Sultanın, 
mən türkəm» dedim. Sultan mənə «mən səni çərkəz zənn etdim» dedi. Mən 
dərhal «Qafqazda 5 milyon türk vardır. Bunların içərisində çərkəzlər 200000-
ə qədərdirlər» dedim. Sultan Rəşad bu sözlərimdən məmnun olmadı və 
«demək zalım çar onları məhv edib tükətmiş» dedi. Sonra o, mənə anasının 
çərkəz olduğunu və çərkəzləri çox sevdiyini söylədi. Mən «Sultan həzrətləri, 
Rusiyada 35 milyon Türk-İslam vardır. Əsrlərlə zalım rus çarlarının zülmü 
altında inləməkdə idilər. Allahın köməyi ilə Çarı devirəcək zəncirləri 
qopardıq. Məni vəkil edərək «get müsəlmanların hörmətli xəlifəsinə 
salamımızı çatdır» dedilər. «Hamımız sənə dua etməkdəyik» dedim. Bu 
sözlərimdən çox məmnun olan Sultan Ənvər Paşaya tərəf döndü və «Nağı 
bəyə üçüncü dərəcəli məcidiyyə verin» dedi. O zaman əncir aldığım baqqalın 
məcidiyyələri yadıma düşdü. Ənvər Paşa «Sultan həzrətləri, 
Nağı bəy və yoldaşları ruslarla çətin müharibələr apararaq onları Qafqazdan 
qovmuşlar. Müharibə medalının devrilməsini əmr edin» dedi. Biz bayıra 
çıxdıqda Ənvər Paşa əlimi sıxdı və əmirlərə verilən üçüncü məcidiyyə 


nişanı ilə təltif edildiniz, təbrik edirəm» dedi. Bu zaman anladım ki, alacağım 
məcidiyyə deyil, məcidiyyə nişanıymış. «İttiham və Tərəqqi» Partiyasının 
mərkəzindən doktor Baba Şakir ilə doktor Nazim bəylər mehmanxanaya 
gələrək vizit vərəqələrini mənim üçün qoyub getmişdilər. Bu sualların 
hamısına doğru-düzgün, ətraflı cavab verdim. Baba Şakir bəy Xocalarla 
inqilabımızda necə dil tapa bildiniz «Sizi başa düşdülərmi?» deyə soruşdu. 
Ona belə cavab verdim: 
-Xeyr, Xocalar toplaşaraq bir İslam Partiyası qurdular. Şərait 
istəyirik dedilər. İlk zamanlar əhəmiyyət vermədik. Bizim partiyamız, yəni 
Türk Ədəmi Mərkəziyyət Partiyası bütün milli mənafelərimizə cavab verən 
prinsipləri proqramında əks etdirdiyindən qüvvətli idi. Bütün ziyalılar, tacirlər 
və bütün hörmətli şəxslər partiyanın ətrafında sıx birləşdilər. Ancaq biz 
sonradan bu xocalıların əleyhimizə təbliğat apardıqlarının şahidi olduq. Onlar 
xalqa deyirdilər ki, Partiya lideri olan Nəsib bəy bir kitab nəşr edərək 
ətrafında gəncləri toplamış və Qurani Kərimin əleyhinə təbliğat aparır. Bunun 
qarşısını almaq məqsədi ilə biz böyük bir xalq toplantısı təşkil edib onları xalq 
qarşısında təkzib edilməz dəlillərlə məğlub etdik. Biz bu xalq toplantısında 
xalqın təzyiqi ilə belə bir qərar çıxartdıq. Xocalar, mollalar camelərdə 
oturaraq, nigah kəsəcək, cənazə mərasimini idarə edəcək, xalqın anlamaq 
istədiklərini izah edəcək və qətiyyən dünyəvi işlərə qarışmayacaqlar. Dini 
işlərimizlə onlar, milli işlərimizlə yalnız biz məşğul olacağıq. Bu qərardan 
sonra da onlar heç vaxt bizim milli işlərimizə mane olmadılar. Məsələ 
bununla da öz həllini tapmış oldu». 
Bir neçə gün sonra Nuru Paşanın hərbi mütəxəssislərdən ibarət 
kadrların təşkilini tamamladığı və hərəkətə hazır olduğu xəbərini aldım. 
«Nuru Paşanı Heydərpaşadan yola salırıq. Ənvər Paşa və yavərləri, digər 
paşalar və hökumət üzvlərindən bir neçə nəfər gözləmə salonundayıq. Qatar 
artıq yola düşməyə hazır və yola salanların hamısı perrona çıxırlar. Ənvər 
Paşa və qardaşı Nuru Paşa tək qalırlar. Məndə perrona çıxanlar arasında idim. 
Birdən məni çağırdılar, geri döndüm. Oradakılar məni «Sizi Nazir həzrətləri 
istəyir» dedilər, getdim. İki qardaş baş-başa dayanmışlar. Yaxınlaşıram. 
Ənvər Paşa bir əlini Nuru Paşanın, digər əlini isə mənim çiynimə qoydu və 
«Siz ikiniz də mənim qardaşımsınız. Sizə son sözüm bu» dedikdən sonra 
Qafqazda görəcəyimiz işlər haqqında təlimat verdi.»... Bir sabah yenə Hərbi 
Nazirlikdən çağırıldım. Məni Ənvər Paşa görmək istəmişdi. Mən içəri 
girərkən o, yerə gülərüzlə «Nağı bəy hazırsınızmı?» dedi. Mən də «Paşam hər 
dəqiqə hazıram» cavabını verdim. Paşa mənə «axşam saat 5-də Rəşid paşa 
paraxodu ilə Göstəncəyə, oradan da Braylova, sonra Ruminyadakı korpus ilə 
əlaqədar Trabzona gedib oradan Batuma gedəcəksiniz. Bir xahişini, istəyiniz 
varmı?» deyə soruşdu. Mən cavabında «tez getmək istəyirəm Qafqazda çox iş 
görmək lazım gələcək. İnşallah Nuru paşa müvəffəqiyyət qazanacaqdır. Mən 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə