Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə34/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   30   31   32   33   34   35   36   37   ...   47

*** 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ənvər Paşa və Nuru Paşanı İstanbuldan ilk tanıyan, Qafqaz İslam 
Ordusuna bələdçilik edən kişinin xatirələri 
 
(AXC qurucularından «Nağı bəy Şeyxzamanlının xatirələri və İstiqlaliyyət fədailəri» (Bakı-2007) 
kitabından bir parça) 


 
TÜRKİYƏNİN YARDIMINI TƏMİN ETMƏK 
 
...Hüsaməddin bəylə mən stansiyaya gəldik. Səfərimiz gizli 
olduğundan heç kim bizi yola salmağa gəlməmişdi. 1918-ci iln yanvar ayı idi. 
Dostlarımızı, xalqımızı, ölkəmizi təhlükələr içərisində qoyub qatara mindik və 
Tbilisiyə yola 
düşdük. Sabah saat 8-də Tbilisiyə çatdıq və Xeyriyyə Cəmiyyətinə getdik. 
Cəmiyyətin rəisi doktor Xosrov bəylə görüşüb məqsədimizi bildirdik. Bizə 
Xeyriyyə Cəmiyyətinin üzvü olmağımıza dair sənəd verdi. Artıq bizim bu 
vəsiqələrlə bütün Qafqaz cəbhəsinin dolaşmaq səlahiyyətmiz vardı. Vəsiqələri 
aldıqdan sonra Xosrov bəylə vidalaşıb Batuma hərəkət etmək üçün stansiyaya 
gəldik.  
...Vahab Paşa Baş komandan olan Ənvər Paşadan bizi bir an əvvəl 
İstanbula yola salmaq əmri almışdı. 
 ...Daha sonra Əsəd bəylə birlikdə Babi Aliyə gəlirik və düz saat 
beşdə də Tələt Paşanın kabinetinə giririk. Sevincim və həyəcanım bir-birinə 
qarışmışdı. Kabinet böyük bir otaqdan ibarətdir. Baş tərəfdə böyük bir masa 
vardı. Tələt Paşa masanın arxasında oturmuşdu. Sağ tərəfində isə Xəlil bəy 


(Menteşe) oturmuşdu. Masanın qabağında iki boş stul var idi. Biz masaya 
yaxınlaşıb görüşür və otururuq. Mən etimadnaməmi çıxarıb Tələt Paşaya 
verdim. Aldı oxudu və möhürdəki ay-ulduzun gözəlliyindən çox məmnun 
qalaraq etimadnaməni Ənvər paşaya və Xəlil bəyə  göstərərək«möhürdəki ay-
ulduzun gözəlliyinə baxın» dedi. Mən sözə başladım «Əziz paşalarım, 
Azərbaycan xalqı 100 ildir ki, hakimiyyətinin zülmü altında inləməkdə idi. 
Qafqaz Rusiya tərəfindən işğal olunarkən səkkiz xanlığın xalqı olan azərilər, 
yəni dini bir. Bili bir, adət və ənənələri bir olan millətimiz Türk millətidir. 
Millətimiz rus hakimiyyətinə qarşı gecəli-gündüzlü hər fədakarlığa 
qatlaşaraq çalışdılar. Bu çalışmaların rus çarlığının devrilməsində böyük rolu 
olmuşdur. Qafqazda başsız qalan rus ordusu pərişan halda idi. Millətimizin 
silahlı qüvvələrinin hücumuna, təzyiqinə dözə bilmədilər. Onlar az bir vaxtda 
silahlarını ataraq çəkildilər. Azərbaycanın hər tərəfində xalqı idarə edə biləcək 
milli komitələr quruldu. Artıq anarxiyadan heç bir əsər-əlamət qalmadı. 
Ancaq bu gün üçün yaxşı olan bu vəziyyət sabah təhlükəlidir. 
İqtisadiyyatımız, ictimai vəziyyətimiz, imanımız, mədəniyyətimiz hər sahədə 
rus millətindən qat-qat üstün olduğu da azəri türklərinin istiqbalı qaranlıq 
görünür. Müstəqil yaşamağa öyrənmiş millətimizin böyük bir nöqsanı vardır. 
Xalqımızın vaxtilə hərbi təlim və tərbiyədən məhrum edilməsi və rus çarı Dəli 
Pyotrun vəsiyyətnaməsi gərəyincə İran və Türkiyə, Rusiya himayəsi və 
nüfuzu altına keçmədən Qafqazdan əsgər alınmasını əmr etməsi bu əsikliyi 
doğurmuşdur. Azərbaycan xalqı sizdən yardım gözləyir.Siz qardaş əlinizi bizə 
uzadaraq yardım edin. Müstəqil olaq. Siz bizi çəkib öüzünüzə qatmaq 
istəsəniz biz buna razı ola bilmərik. (Bu zaman mərhum Tələt Paşa 
salondakılara «baxın ilhakı nə gözəl türkcə anladır» dedi.) bizə böyük hərbi 
qüvvə göndərməyin. Bizə hərbi mütəxəssis və çavuş kadrları göndərin. Bizdə 
az bir zamanda böyük hərbi qüvvə qurmağın imkanı vardır. Türk olduğumuz 
üçün istənilən qüvvə qanımızda mövcuddur. Xalqımızm milli qüvvətinə 
güvənərək az bir zamanda rusları torpağımızdan təmizləyib ata bildik». Mən 
sözümü bitirmişdim. Tələt Paşa Xəlil bəyə baxaraq «Bravo xəlil bəy» dedi və 
bizə tərəf dönərək «Əfəndim, dünən firqə mərkəzində bu məsələni müzakirə 
edirdik. Xəlil bəy nəyin bahasına olursa-olsun hər fədakarlığa qatlaşıb 
Qafqazda bir İslam dövləti qurmamız fikrini müdafıə edirdi. (Mən dərhal sözə 
qarışdım: «Bəli, biz islamıq, ancaq Türk olduğumuzdan Milli Türk hökuməti 
qurulmasını düşünürük və istəyirik» dedim). Bu vəziyyətə çox məmnun olduq 
və «inşallah edəcəyik» dedik. Danışıqlarımızın rəsmi hissəsi bitmişdi. Mən 
Birinci Dünya müharibəsinin ilk illərində rus mətbuatının «Osmanlı dövlətinə 
ən ağır zərbəni ingilis ordusundakı  müsəlmanlar, xüsusilə də ərəblər vurur» 
deyə yazdığım söylədim və «Bu din qardaşlarımızın içində Türk 
mehmetçiyini də nişan alaraq canına qıyan bir kəs varmı?» deyə soruşdum. 
Bu suala Tələt Paşa belə cavab verdi: «Mən ərəblərin millətçi liderləri ilə bu 


məsələni müzakirə etdim və onları ərəb millətinin ingilislər tərəfində 
olmamasını razı saldım». Sözə Ənvər Paşa qarışdı. «Bunlardan başqa 
ingilislər ərəblərə müharibənin sonunda xilafəti bizdən alıb ərəblərə 
verəcəklərini vəd etmişlər». Mən «Paşam, xilafəti də onlara verəydiniz» 
dedim. Ancaq bu sözlərə Ənvər Paşanın çox hirsləndiyini hiss etdim. Üzü 
qızardı və əsəbi bir səslə «ola bilməz, son nəfərin Xəlifə həzrətlərinin yanında 
şəhid olması gərək» cavabım verdi. Artıq söhbətimiz bitmişdi. Bu zaman 
Ömər Faiq «Paşam, mən qəzetçiyəm. Azərbaycan mətbuatında çox 
çalışmışam. Azərbaycan xalqı Türklüklərini qəti dərk etmiş bir millətdir. 
İstiqlala layiqdirlər. Güclü bir ədəbiyyata malikdirlər. Ancaq mənim xahişim 
budur ki, bizim qəzamız Ahıska düz Türkiyənin sərhəddindədir. Oranın sizə 
ilhaq olunmasını istəyirəm» dedi. Tələt Paşa «Əmin olun, Paşa həzrətləri bu 
arzunuzu yerinə yetirər. Sabah təşkilatı qurmağa başlayacağıq» dedi. Əziz 
oxucularım, bunu da əlavə edim ki, Osmanlı dövləti rəhbərliyi ilə görüşən 
zaman mən bir dövlətin səlahiyyətli vəkili deyildim. Danışıqlarımızda heç bir 
etiket yox idi. Böyük Türk Millətinin bir qolu olan azəri türkləri öz 
qüvvələrinə dayanaraq əsarət zəncirini qırmışlar, vətənlərini düşməndən 
təmizləmişlər. İndi də bir övladım böyük qardaşları olan Osmanlı 
İmperatorluğu rəhbərliyinin yanına göndərmişdilər. Bu görüş və anlaşma iki 
qardaşın dərdləşməsi idi.Qaldığımız mehmanxanaya gəldik. Sevincimin 
həddi-hüdudu yox idi. Ömər Faiqlə göz yaşları  içərisində öpüşdük. Ömər 
Faiq lap düz yerində məni dəstəkləmişdi. Ertəsi gün Hərbi Nazirliyə dəvət 
edildim. Nazirlikdə cənab Yavər Kazım bəylə (Kazım Orbay) ilə görüşdüm. 
Digər yavərlər ilə də tanış oldum. Cənab Yavər Kazım bəy məni Umur 
Şərqiyə Ali Baş Hamba ilə tanış etdi. Yarım saatdan sonra məni Ənvər 
Paşanın kabinetinə gətirdilər. Ənvər Paşa məni gülə-gülə qarşılayıb qarşısında 
oturtdu və «dünən verdiyiniz məlumat məni çox sevindirdi. Sevincim və 
nəşəm hələ davam etməkdədir. Hərbi təlim-tərbiyə görməmiş xalq qüvvələri 
nə müdhiş varlıq, nə yenilməz qüvvə imiş» dedi. Mən də dərhal «Bəli Paşam, 
o xariqəni yaradan Türk millətidir. Paşam, mənim verdiyim izahat Azəri 
Türkləri haqqındadır. Rusiyada 35 milyon türk-müsəlman yaşamaqdadır. 
Bunlar Türküstan, İdil, Ural, Krım, Şimali Qafqaz və digər yerlərdə 
yaşamaqdadırlar. Bu saydıbım türk xalqları hər tərəfdə öz torpaqlarından 
rusları qovmuşdular. Artıq bu yerlərdə rus hərbi qüvvələri deyilən heç bir şey 
qalmamışdır. Ancaq təəssüf ki, əsil rus milləti 80 milyondur. Günün birində 
bu millət özünü ələ alacaq və ətrafını hədələməyə başlayacaqdır. Bizim 
təşvişimiz bu gün üçün deyil, sabah üçündür cavabını verdim. Ənvər Paşa 
«Bilirsinizmi ki, rus çarı devrildikdən sonra hakimiyyətə gələn Kerenski, 
müharibəni qələbəyə qədər davam etdirəcəyini bütün dünyaya elan edərək 
həm bizi, həm də almanları narahat etmişdir. çar üsulidarəsinin çürük 
olduğunu almanlar və biz bilirdik. Halbuki, Kerenski idarə etdiyi hökumətə 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə