Hacı Nərimanoğlu turan aşiqləri



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə33/47
tarix28.06.2018
ölçüsü1,14 Mb.
#52119
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

Erməni sui-qəsdçilər tərəfindən qətl edilən, Talat, Cəmal, Ənvər və dava 
arkadaşları da 1980-ci illərdə yurd dışındakı vəzifələrini icra edərkən qətl 
edilən diplomatlarımız kimi Türk Ulusunun vicdanlarına əmanət edilmiş 
şəhidlərdir. Onları unudanları unutmaq gərəkdir.”  
 
 
”Ənvər Paşanın Ortadoğu Səyahəti - Kürt Muhamməd Ali (Liviya) 
 
Yaxın zaman dünya siyasi tarixində Avropadan Asiyaya, Afrikadan 
Hindistana qədər Ənvər Paşa kimi adını tanıdan ikinci bir adama rast gəlmək 
mümkün deyildir. Son dərəcə hərəkətli və təsəvvürə gəlməz macəralı həyatı 
içində Ənvər Paşa adının ərəb ziyalı mühitləri içində çox özəl bir yeri vardır. 
Bu özəl yer Trablusgarbın İtalyanlar tərəfindən işğalı ilə Ənvər Paşanın bir 
ovuc idealist arkadaşıyla birlikdə dirəniş cəbhəsi qurmasıyla, ərəb aləmində 
müstəqillik və anti-imperialist anlayışın yaranmasında bir dönüm nöqtəsi 
olmasının rolu danılmazdır. Bu səbəblə də Ənvər Paşa adı adətən bir qütb 
ulduzu olaraq tələffüz edilir.” 
 
”Ənvər Paşanın Vəsiyyəti - Nabican Bakiyəv (Özbəkistan) 
 
Şəxsi həyatı, dağda bir çobanın həyatı qədər sadə və yalın, təvazökarlıqda bir 
dərviş qədər ehtirassız, fəqət söz Turan xalqlarının istiqlal və hürriyyətləri 
olduğunda, atəş parçası bir idealist, savaş üçün yaradılmış bir əsgər olan 
Ənvər Paşa, özünü can çəkişən bir imperatorluğun tam ortasında görür. Və 
tam 17 cəbhədə qan rəvan içində, taqətdən düşənə qədər savaşır. Başında 
gözləyən akbabalara yem olmamaq qədər, Kırım, Qafqazlar, Xəzərdən o 
yanlardan gələn çağırış nidaları ürəyinə saplanar, özünü oralara da köməyə 
atar. O haray çəkənlər də  Türkdür, oralar da Turan yurdudur. Qəlbini və 
ideallarıyla son nəfəsini Türküstan Türklüyünə ərmağan etdi, 1922-ci ilin 
avqustuna qədər.”  
 
“Ənvər və Cəmal Paşaları ermənilər öldürmüş...” 
            (2007-09-16,  “Sabah” qəzetində yazı)   
 
“...Türk Tarix Qurumu Erməni Araşdırmaları Başqanı Prof. 
Dr. Hikmət Özdəmir Talat Paşa, Ənvər Paşa və Cəmal Paşanın 1921 və 1922-
ci illərdə erməni sui-qəsdçilər tərəfindən öldürülməsini yabançı və yerli 
bəlgələrlə incələdi.” “Üç Jöntürk’ün Ölümü” adlı 336 səhifəlik kitabında yer 
alan bəlgələrə görə, Talat Paşa kimi, Cəmal və Ənvər Paşaların da ermənilər 
tərəfindən öldürüldükləri ortaya çıxdı. Prof. Dr. Hikmət Özdəmir İttihat və 


Tərəqqi Cəmiyyətini bir siyasi dünyagörüş və vətənsevər hərəkat olaraq  
anladır.  
Tamam bəlli faktdır ki, məxsusi olaraq Ənvər Paşanı öldürmək üçün ona qarşı 
qurulan qırmızı rus ordusunun komandiri Aqop Məlikovyan ad-soyadlı  
erməni olub və bu erməni qırmızı rusların tapşırığını alçaqlıq və amansızlıqla 
da yerinə yetirib.   
  
 
 
Ənvər Paşa və Nuru Paşa Babaları Əhməd Bəylə birlikdə  
 
 
 
”Ənvər Paşanın Həyatı - Yusuf Gədikli 
 
 
1914-18-ci illər arasında “Devlet-i Aliye-yi Osmaniye”nin qədərinə hökm 
edən üç adamdan biri olan Ənvər Paşa, həqiqətən də dövlətin ən qüdrətli 
adamıydı. Harbiyə naziri, Genelkurmay başqanı, başkomandan vəkili və 
bahriyə naziri vəkiliydi. Ənvər Paşanın ən mühüm funksiyası çox qısa sürədə 
Osmanlı ordusunu düzənləməsi, orduya milli və dini şuurla sintezlənmiş yeni 
bir ruh verməsidir. Çanakkala bu ruhla qazanıldığı kimi, İstiqlal savaşı da bu 
ruh sayəsində qazanılmışdır. Savaşın İngiltərə və Fransanın gözlədiyinin 
əksinə 4 il uzanması, İngilis və Fransız imperatorluqlarının çatlaması da yenə 
bu ruh sayəsində olmuşdur. İttihat və Tərəqqi iqtidarını əlində tutan üç kişidən 
biri olan Talat Paşanın adına caddələr, bulvarlar, məhəllələr, məktəblər 
olmasına rağmən, Ənvər və Cəmal Paşanın adını daşıyan bir dənə caddə
məhəllə, məktəb və sairə olmamasını anlamaq çətindir. Halbuki Ənvər Paşa 
da, Cəmal Paşa da, Talat Paşa nə qədər sorumlu və vətənsevərsə, o qədər 
sorumlu və vətənsevər idilər.”  


 
İngilis Gizli Bəlgələrində Ənvər Paşa - Kənan Aksu  
 
Ənvər Paşa 20-ci yüzilin başlarında yaşayan ən diqqət çəkici fiqurlardan 
birisidir. Ənvər Paşanın tarixi, sadəcə Osmanlı Dövlətinin yox olması və 
Türkiyə Cümhuriyyətinin qurulmasıyla başlayıb bitməz. Onun tarixi sovet 
gücünün Qafqazlarda və Orta Asiyadakı xaotik quruluşunu da içinə alırdı.” 
 
Xoşbəxt  Olmamış Adam: Ənvər Paşa - Masayuki Yamauchi  
 
Ənvər Paşa, Orta Şərqin çağdaş tarixinin ən dartışmalı şəxslərindən birisidir. 
Gənc türklər  hərəkatının və imperatorluq yıxılmadan öncəki siyasətin açar 
adamı, İttihat və Tərəqqi Cəmiyyətinin ən güçlü lideri, Balkan və Trablusgarp 
savaşlarının qəhrəmanı, Sultanın damadı, Başkomutan yardımcısı və Osmanlı 
İmperatorluğunun hərbi naziriydi. Bununla bərabər Ənvər Paşanın gücünü və 
ölkəsini qeyb etdikdən sonrakı karyerasının son dönəmi daha az 
bilinməkdədir. 1918-ci ildə sürgünlə başlayan və 1922-ci ildə Orta Asiyada 
ölümüylə sona yetən həyatının bu səhifəsi Alman-Sovet-Türk ilişgilərində 
olaylı bir rol oynadığı və Orta Asiyada Basmaçılarla birlikdə Sovetlərə qarşı 
savaşı az öyrənilmişdir.” 
 
”Şəhid Ənvər Paşa  
 
Osmanlının çöküşü də quruluşu kimi bir dastandır. Çöküşün qəhrəmanları 
olan nəslin bayraqdarı Ənvər Paşadır. Onların varlığıyla İmperatorluğun 
çöküşünü birlikdə düşünmək şaşırtıcıdır və haqsızlıq kimi görünür. Onların 
ürəkləri dağ kimiydi; xəyalları da eləcə. Əsla kiçik düşünmürdülər. Uca 
Dövləti, ölkəni və milləti qurtarmaq üçün özlərini atəşlərə atarkən, hər biri 
İmperatorluğun bir uzaq guşəsində bütün Müsəlman dünyasını qurtarmağı 
düşünür və bunun həyəcanı ilə sarsılırdılar. Böyük düşünmək, böyük röyalar 
görmək böyük zamanların görüntüləridir…. Sonra biz Anadoluya çəkildik. 
Artıq onları anlamaq zorlaşdı. İnsanlarımızda ürəklər daraldı, üfüqlər qapandı, 
araya anlamsız siyasi əndişələr girdi. Ərzurumu, Sarıkamışı "Turan" zənn 
edib Ənvər Paşanı, "əsgərlərimizi Turan yolunda qırdırmaqla" suçladıq. 
Dədələrimiz Iraqda, Fələstində, Qafqazlarda, Çanakkalada vətən torpaqlarını 
qoruyurdu. İngilis ordularının buralarda nə aradıqlarını sormaq yerinə, onların 
uca məqamlarını dartışmağa çıxdıq. …Ənvər Paşa o mübarək nəslin başbuğu 
idi.” 
 
 
 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə